Proqram Avropa İttifaqı



Yüklə 262,65 Kb.
səhifə1/9
tarix25.06.2018
ölçüsü262,65 Kb.
#51760
  1   2   3   4   5   6   7   8   9


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Proqram Avropa İttifaqı 

t

ərəfindən maliyyələşdirilir 



 

AZƏRBAYCANDA FİLM 

SEKTORUNUN İNKİŞAF 

ETDİRİLMƏSİ

 

 

Zora Jaurova 

 

 

O, Moldova Soros fondu, Polşa Milli Mə də niyyə t Mə rkəzi və  Göte İnstitutu ilə  tərə fdaşlıq şə raitində  British 

Council-in başçılıq etdiyi konsorsium tə rə fində n hə yata keçirilir.  



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Hesabat Avropa İttifaqının Ş ərq Tərəfdaşlığ ı Mədəniyyət və  

Yaradıcılıq Proqramının dəstəyi ilə tərtib olunur.  

 

Sözügedən  hesabatın  məzmunu  Avropa  İttifaqının  rəsmi 



nöqteyi-nəzərini  əks  etdirmir.  Hesabatda  əksini  tapmış 

məlumatlara və fikirlərə görə məsuliyyət tamamilə müəllifin 

üzərinə düşür.  

 

Hesabat 2017-ci ilin oktyabrında də rc edilib. 




 

 



 

MÜNDƏRICAT 

 

1.GİRİŞ 



4 

2. QANUNVERİCİLİK VƏ STRATEGİYALAR 

5 

2.1. Mədəniyyət haqqında Qanun (2012-ci il) 

5 

2.2. Kinematoqrafiya haqqında Qanun (1998-ci il, yeni versiya hazırlanır) 

5 

2.3. Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı 

6 

2.4. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun (1996-cı il) 

7 

3. FİLM SEKTORUNA QISA NƏZƏR 

8 

3.1. Film istehsalı sahəsinin strukturu 

8 

3.2. Sektorun əsas iştirakçıları 

8 

3.2.1. Azərbaycanfilm 

3.2.2. Özəl kommersiya studiyaları 



3.2.3. Müstəqil film prodüserləri 

10 

3.2.4. Televiziya bazarı 



10 

3.2.5. Sektordakı başqa təşkilatlar 

11 

3.3. Kino sahəsində təhsil 

11 

3.4. Film İnfrastrukturu və Yayım 

12 

3.5. Festivallar 

14 

3.6. Beynəlxalq kontekst 

14 

3.7. SWOT (GZİT) Təhlil 

15 

4. TÖVSİYƏLƏR 

17 

4.1. Ümumi şərtlərin yaradılması 

17 

4.1.1. Uğurlu siyasətlər effektiv məlumatlar əsasında tərtib olunur 

17 

4.1.2. Dövlət və özəl film sahələrində tarazlığın yaradılması 



17 

4.1.3. Maliyyələşdirmə islahatı 

18 

4.1.4. İnfrastruktur 



19 

4.2. Film sahəsinin dəstəklənməsi 

20 

4.2.1. Düzgün şəkildə təşkil olunmuş güclü və müstəqil film sahəsinin yaranması 

20 

4.2.2. Təhsil – uzunmüddətli müvəffəqiyyətin açarıdır 



20 

4.2.3. Beynəlmiləlləşmə 

21 

4.2.4. Əsas diqqətin rəqəmsal inkişafa yönəldilməsi 



22 

5.  YEKUN 

23 

Qeyd 

24 

 



 

 



1.GİRİŞ 

Azərbaycan  uzun  tarixi  olan  kinematoqrafiyası  ilə  öyünə  bilər.  Bakıda  fransız 

Aleksandr 

Mişonun 


çəkdiyi 

ilk 


film 

Lümyer 


qardaşlarının 

Parisdə 


"kinematoqrafiya"nın  əsasını qoymasından cəmi  üç  il sonraya  –  1898-ci  ilə təsadüf 

edirdi. İlk filmlərin çəkilişi XX əsrin ilk onilliyində kino ilə əlaqədar başqa tədbirlərin 

də  görülməsi  ilə  müşayiət  olundu.  Bu  dövrdə  artıq  ölkədə  kinematoqrafiya 

infrastrukturları  və  səyyar  kinoteatrlar  inkişaf  edirdi.  Sovet  dövründə 

“Azərbaycanfilm” Dövlət Kinostudiyası  kinematoqrafiyanın  dövlət  səviyyəsində 

planlaşdırılmış  inkişaf  proqramı  çərçivəsində  yaradılmışdı.  Lakin  o,  üzərində  sərt 

ideoloji  nəzarətin  olmasına  rəğmən,  ölkədə  peşəkar  kinonun  inkişafının  bünövrəsini 

qoydu. 


 

"Sovet dövrünün sonlarına doğru ölkənin yeganə kinostudiyası olan "Azərbaycanfilm" 

Dövlət  Kino  və  SSRİ Mərkəzi  Televiziyanın  sifarişi  ilə  ildə  7,  ya  8 film buraxırdı.  İl 

ərzində  studiya  eyni  zamanda  20-25  sənədli  film  və  2-3  animasiya  filmi  çəkirdi.  

Studiyanın  əsasının  qoyulduğu  ilk  günlərdən  başlayaraq  ölkəmizdə  təxminən  240 

tammetrajlı film, 50-dən çox qısametrajlı film, 1200-dən çox sənədli film və təxminən 

100 animasiya filmi istehsal edilib."

1

 

 

Sənaye  sahəsinin  mərkəzləşdirilmiş  strukturu  yalnız  filmlərin  istehsalına  deyil, 



onların yayımına, xarici filmlərin satınalınmasına, kinematoqrafiya infrastrukturunun 

saxlanmasına  və kinonun  bütün digər sənaye  tsikllərinə  toxunurdu. Bu səbəbdən də, 

SSRİ-nin  süqut  etməsindən  sonra  ölkənin  digər  sektorları  kimi  bu  sənaye  sahəsi  də 

demokratiya  və  bazar  iqtisadiyyatına  keçidin  çətinlikləri  ilə  başa  çıxmalı  oldu.  Çox 

çətin  keçən  ilk  illərdə  mədəniyyət  və  yaradıcılıq  sahələri  prioritetdə  olan  sahələr 

deyildi,  bu  isə  film  istehsalının  sürətlə  azalmasına,  film  sənayesinin  geri  düşməsinə 

səbəb oldu. 

 

Azərbaycanın  film  sektoru digər Aİ ölkələri  ilə  müqayisədə  mərkəzlənmişdir. Bu isə 



sektorun bütün tsikllərinə – yaradıcılıq prosesinə, istehsal tsiklinə, filmlərin yayımı və 

satışına  təsir  edir.  Siyasət  və  qanunvericilik  səviyyəsində  film  sektoru  yaradıcılıq 

sahələrinin  tərkib  hissəsi  kimi  nəzərdən  keçirilə  bilər.  Ölkədə  film  sahəsinin  bədii 

yaradıcılıq elementinin kommersiya  və biznes aspektləri ilə birləşdirəcək ekosistemə 

ehtiyac var. Bu ekosistemdə dövlətin (Mədəniyyət Nazirliyi vasitəsilə) rolu daha çox 

bədii  özünüifadə  azadlığı  üçün  şərait  yaratmaq  və  məzmunun  təşkil  edilməsi  və 

istehsalında  mümkün  qədər  az  iştirak  etmək  ola  bilər.  Göründüyü  kimi,  cəmiyyətin 

dəyişməsi  prosesi  bir  çox  çətinliklərə  yol  açır  –  problem  yalnız  mədəniyyət  və 

yaradıcılıq  siyasətlərinin  demokratik  dövlətdə  oynadığı  rolla  deyil,  mədəniyyət  və 

yaradıcılıq sahələrinin cəmiyyətin iqtisadi inkişafında oynadığı rolla əlaqədardır.  

 

Mədəniyyət  siyasətləri  və  iqtisadiyyat,  yaradıcılıq  və  sənaye,  xüsusilə  də  film 



sektorunda kiçik və orta müəssisələr üçün əlverişli şəraitin yaradılması və  yaradıcılıq 

sahələrinin çiçəklənməsi arasındakı əlaqə bütün səviyyələrdə möhkəmləndirilməlidir. 

 

Hazırkı  dəyişikliklər  bütün  dünyanın  rəqəmsal  cəmiyyətə  doğru  addımladığı  dövrdə 



baş  verir.  Bu,  cəmiyyətin  həyatının  bütün  aspektlərinə  təsir  etsə  də,  film  sənayesinə 

xüsusilə nüfuz edir. Film istehsalı texnologiyalarının və filmlərin yayımının tamamilə 

                                                        

1

 Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova regional təşkilatının mədəniyyət siyasəti haqqında məlumat 



rəsədxanası, www.observatory-guam.org/content.php?page=14 


Yüklə 262,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə