Proqram Avropa İttifaqı



Yüklə 262,65 Kb.
səhifə5/9
tarix25.06.2018
ölçüsü262,65 Kb.
#51760
1   2   3   4   5   6   7   8   9

 

11 


 

məxsus studiya  sistemi tətbiq edildiyindən,  bir çox  başqa  Avropa ölkələrindən  fərqli 

olaraq  dövlət  televiziyası  başqa  prodüserlərlə  film  istehsal  etmir.  Televiziya 

infrastrukturu  həmçinin  təhsil  prosesində  də  mühüm  rol  oynayır  və  film 

mütəxəssisləri üçün əmək bazarı yaradır. 

3.2.5. Sektordakı başqa təşkilatlar 

Kinematoqrafiyanın  müxtəlif  altsektorları  üçün  bir  sıra  nümayəndə  orqanları  var. 

Azərbaycan  Respublikasının  Kinematoqraflar  İttifaqı  ənənəvi  peşəkar  birlik  olaraq 

(bütün  keçmiş  Sovet  ölkələrində  olduğu  kimi)  1963-cü  ildən  fəaliyyət 

göstərməkdədir.  Təşkilat  müstəqillik  əldə  edildikdən  sonra  da  fəaliyyətini  davam 

etdirib. O, 1996-cı ildən Bakı Beynəlxalq "Şərq-Qərb" Film Festivalını və başqa film 

tədbirlərini  təşkil  etməyə  başlayıb. 

Azərbaycan  Respublikasının  Kinematoqraflar 

İttifaqının

 alternativi keçmiş təşkilatın bir çox üzvünün birləşdirilməsi ilə 2012-ci ildə 

yaradılıb.  Onun  məqsədi  Azərbaycan  filmlərini  beynəlxalq  arenada  təqdim  etmək, 

milli  filmlər  çəkmək,  beynəlxalq  simpozium  və  konfranslar  təşkil  etmək  və  kino 

infrastrukturu formalaşdırmaqdan ibarətdir. Birlik Mədəniyyət və Turizm Nazirliyi ilə 

güclü əlaqələrə malikdir. 

Bundan  əlavə,  1999-cu  ildən  audiovizual  sahədə  müəllif  hüquqları  üçün  kollektiv 

idarəetmə  təşkilatı  olan  Kinorejissorlar  Gildiyası  da  təşkil  edilib. 

Mövcud  məlumata 

əsasən təxminən 200 nəfərdən çox üzvü olan gildiyada müqavilə əsasında müəlliflər, 

təyinatlar  və  prodüserlər  tərəfindən 

5000-dən  artıq  əsərə

  (film,  sənədli  film  və 

animasiyalar)  nəzarət  edilir.  Gildiya  Audiovizual  Müəlliflərin  Beynəlxalq 

Assosiasiyası (AIDAA) və Avropa Kinorejissorları Federasiyasının (FERA) üzvüdür. 

Bu hesabatın müəllifi sektordakı başqa təşkilatlar haqqında kifayət qədər informasiya 

toplaya  bilməyib.  Azərbaycan  Peşəkar  Kinoaktyorlar  Gildiyası,  Azərbaycan  Gənc 

Kinematoqraflar Assosiasiyası və Prodüserlər Gildiyası (18 şirkəti əhatə edir və 2012-

ci ildə yaradılıb) kimi təşkilatların da adı qeyd edilir. 

 

Azərbaycan  Film  Komissiyası



  "Azərbaycanda  filmlərin  istehsalı  və  marketinqi 

sahəsində  SSRİ  iqtisadiyyatının  dağılması  ilə  yaranmış  boşluqları  doldurmaq"  üçün 

mövcud olduğunu bildirir. O, Azərbaycanda film çəkmək istəyən xarici investorlara, 

rejissorlara və prodüserlərə və  ya Azərbaycan filmlərini almaq istəyən distributorlara 

xidmətlər  təklif  edir..  Komissiyanın  internet  səhifəsində

3

 olan  informasiya 



yenilənməlidir  və  idarə  hazırda  bağlıdır.  Ancaq  yaxın  gələcəkdə  bu  sahədə  təmin 

edilən  effektiv  xidmətlərin  yenidən  təşkil  edilməsi  istiqamətində  cəhdlər 

göstərilməkdədir.  Aİ-Şərq  Tərəfdaşlığının  Mədəniyyət  və  Yaradıcılıq  Proqramı 

Azərbaycanda  fəaliyyət  göstərən  Film  Komissiyasının  yaradılması  ilə  əlaqədar 

konseptual sənədin hazırlanmasını dəstəkləyib, araşdırmanın nəticələrinin 2017-ci ilin 

oktyabr ayında dərc edilməsi planlaşdırılır.  



3.3. Kino sahəsində təhsil 

Müstəqilliyin  əldə  edilməsindən  əvvəl  Azərbaycanda  film  sahəsində  fəaliyyət 

göstərən  mütəxəssislərin  çoxu  (əsasən  rejissorlar  və  ssenari  müəllifləri)  Moskvada 

dövlət  kinematoqrafiya  institutunda  təhsil  alırdı.  Bu  institut  dünyanın  ən  bəyənilən 

                                                        

3

 



www.afc.az

 



 

12 


 

film  məktəblərindən  biri  idi.  Bu  vəziyyət  artıq  dəyişib  və  bu  günlərdə  çox  az 

mütəxəssis xaricdə təhsil alır.  

 

Kinematoqrafiya  sahəsində  universitet  təhsili  təmin  edən  yeganə  təhsil  müəssisəsi 



Bakıda  yerləşən,  Kino  və  Televiziya  Kafedrası  olan  Azərbaycan  Mədəniyyət  və 

İncəsənət  Universitetidir.  Bu  ali  məktəb  rejissorlar,  operatorlar,  ssenari  müəllifləri, 

redaktorlar  və  tənqidçilər  üçün  bakalavr  və  magistr təhsili  təmin  edir.  Xüsusən,  film 

istehsalının  sənaye  sahəsi  üçün  tələbələr  hazırlamaq  məqsədilə  istehsalat  və  biznes 

təlimi  sahələri  üçün  təhsil  planı  hazırlamağa  ehtiyac  var  və  kino  sənayesinin 

beynəlxalq aspektini gücləndirmək üçün beynəlxalq mübadilə proqramları dəstəklənə 

bilər.      Məktəbə  eyni  zamanda  texniki  təchizat  və  avadanlıqlarını  yeniləmək  üçün 

müntəzəm 

investisiya 

lazımdır. 

Hazırda 

tələbələr 

"Azərbaycanfilm"in 

avadanlıqlarından  istifadə  edir,  yaxud  da  dövlət  və  özəl  televiziya  studiyalarında 

istehsalat təcrübəsi keçir. Film sənayesinin texniki mütəxəssisləri Bakıda yerləşən bir 

neçə  peşə  məktəbində  təhsil  alır,  ancaq  yeni  avadanlıq  və  müasir  texnologiyaların 

alınmasının dəstəklənməsinə daha çox diqqət yetirilə bilər. 

3.4. Film İnfrastrukturu və Yayım 

Film  infrastrukturu  fəaliyyət  modellərinin  əhəmiyyətli  dərəcədə  dəyişməsi  ilə 

nəticələnən  rəqəmsal  dəyişikliklər  səbəbindən  bütün  dünyada  sürətli  dəyişikliyə 

məruz  qalıb.  Azərbaycanda  bu  proses  ümumilikdə  mədəniyyət  sahəsinə,  xüsusilə  də 

audivizual  sahəyə  əhəmiyyətli  dərəcədə  təsir  etmiş  bazar  iqtisadiyyatının  inkişafı  ilə 

üst-üstə  düşüb.  1990-cı  ildə  Azərbaycanda  2164  peşəkar  film  proyektoru  var  idi 

(kinoteatrlarda  bərkidilmiş  proyektorlar  və  mobil  qurğular).  Hazırda  ölkədə  çoxu 

Bakıda olmaqla 10 kinoteatr mövcuddur. Ölkənin başqa ərazilərində bir sıra yerli film 

nümayiş  etdirmə  avadanlığı  mövcud  olsa  da,  onların  əksəriyyəti  sosial  fəaliyyətlər 

üçün istifadə edilir.  

 

 

Kinoteatrların sayı 



(ilin sonunda)

 

2005 

2010 

2013 

2014 

Kinoteatrların ümumi sayı 

21 



10 



O cümlədən: 

Dövlət 

20 







Qeyri-dövlət 









Yerlərin ümumi sayı 

11 896 

3 378 

5 312 

3 691 

O cümlədən: 

Dövlət 

11 529 

3 032 

2 928 

1 807 

Qeyri-dövlət 

367 

346 

2 384 

1 884 

Ziyarətçilərin ümumi sayı 

115 400 

83 400 

183 900 

235 800 

O cümlədən: 

Dövlət 

79 00 

20 900 

105 500 

154 700 

Qeyri-dövlət 

36 300 

62 500 

78 400 

81 100 

Hər 1000 nəfər arasında kinoya 

gedənlərin sayı 

14 



20 

25 

 

Mənbə: Mədəniyyət və Turizm Nazirliyi, 2015-ci il; Dövlət Statistika Komitəsi, 2015-ci il. 

Cədvəl: Avropada Mədəni Siyasətlər və Tendensiyalar Toplusunda Azərbaycanın Ölkə Profili, Avropa Şurası



 




Yüklə 262,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə