Proqram Avropa İttifaqı



Yüklə 262,65 Kb.
səhifə8/9
tarix25.06.2018
ölçüsü262,65 Kb.
#51760
1   2   3   4   5   6   7   8   9

 

17 


 

 



Ştatdankənar  və  özəl  kinooperatorların  qarşılaşdığı  çətinliklər  çoxşaxəli  və 

rəqabətə  davamlı  mədəniyyət  sektoru  üçün  mühüm  əhəmiyyət  kəsb  edən 

"aşağıdan yuxarıya" təşəbbüslərinin effektivliyini təhlükə altına qoya bilər. 

 



Azərbaycanın  film  sahəsində  təcrübəli  mütəxəssislər  yox  dərəcəsindədir. 

Müstəqil  və  təcrübəli  prodüserlərin  fəaliyyəti,  pul  resurslarından  və 

infrastrukturdan istifadə imkanının mövcudluğu kino sənayesinin inkişafı üçün 

həlledici  əhəmiyyətə  malikdir.  Film  sahəsində  təcrübəli  mütəxəssislərin 

hazırlanması uzunmüddətli perspektivdə davamlı inkişafa və beynəlxalq uğura 

zəmanət verən uzunmüddətli layihədir.   

 

4. TÖVSİYƏLƏR 



4.1. Ümumi şərtlərin yaradılması 

 

4.1.1. Uğurlu siyasətlər effektiv məlumatlar əsasında tərtib olunur 

Yeni,  effektiv  və  dinamik  siyasətlərin  işlənib  hazırlanması  üçün  Azərbaycanın  film 

sahəsi haqqında lazımi və strukturlaşdırılmış məlumatlar təqdim olunmalıdır. Effektiv 

məlumatlar  siyasətin  uğurla  işlənib  hazırlanmasının  ilkin  şərtidir.  Sözügedən  sahəni 

bütövlükdə xarakterizə edən statistik məlumatlar effektiv, keyfiyyətli planlaşdırmanın 

aparılmasına və analitik və müqayisəli məlumatların təqdim edilməsinə gətirib çıxara 

bilər.  Onlardan  effektiv,  xüsusi  siyasətlərin  işlənib  hazırlanması,  habelə,  təqdim 

edildikdən  sonra  göstərilən  təsirin  müəyyən  edilməsi  məqsədilə  istifadə  oluna  bilər. 

Mövcud  məlumatların  sözügedən  sektor  və  ictimaiyyət  nümayəndələri  üçün  əlçatan 

olmasını təmin etmək son dərəcə vacibdir. Effektiv və əlçatan məlumatların tərkibinə 

dövlət  maliyyələşdirmə  siyasəti  haqqında  şəffaf  məlumatlar  daxildir  və  onların 

qiymətləndirilməsi  sektorun  daha  peşəkar,  şəffaf  şəkildə  inkişaf  etdirilməsinə  və 

beynəlxalq  səviyyədə  daha  cəlbedici  xarakter  daşımasına  yardımçı  olacaq.  Yerli 

istehsalın 

inkişafını 

və 


uğurunu 

qiymətləndirmək, 

habelə, 

dövlət 


maliyyələşdirməsinin  və  siyasətlərin  effektivliyini  müəyyən  etmək  üçün  effektivlik 

göstəriciləri  (müəllif  kinolarının  sayı,  beynəlxalq  miqyasda  tanınmış  filmlərin  sayı, 

hər  film üzrə kassa  yığımlarının  həcmi,  hər film  üzrə  satış  həcmi  və  s.) toplanılmalı, 

təhlil edilməli və nəşr edilməlidir.  



İlk addım: Uzun müddət ərzində  toplanacaq və təhlil  ediləcək məlumatlardan ibarət 

külliyyat  yaradın  və  onun  "Eurostat"  statistika  agentliyinin  yaradıcılıq  sahələri  və 

kinematoqrafiya üzrə araşdırmaları ilə uyğunluq təşkil etməsinə diqqət yetirin. 

4.1.2. Dövlət və özəl film sahələrində tarazlığın yaradılması 

Dövlətin  film  sahəsində  oynadığı  rol  bədii  yaradıcılıq  və  çiçəklənən  kino  sənayesi 

üçün  əlverişli  şərait  yaratmalıdır.    Bununla  yanaşı,  rəqabətə  davamlı  sahəvi 

ekosistemin  yaradılması  və  onun  daxilində  dövlət  maliyyələşdirməsindən  səmərəli 

şəkildə  istifadə  edilməsi  ilə  nəticələnən  standart  sahibkarlıq  mühitinin 

formalaşdırılması  məqsədilə  bazar  iqtisadiyyatı  prinsipləri  film  sənayesinə  tətbiq 

edilməlidir.  Dövlət  tərəfindən  maliyyələşdirilən  istehsalat  və  yalnız  bazar  mühitində 

çalışan  özəl  prodüserlər  arasındakı  boşluğu  (adi  bazar  və  sənaye  dövrü  xaricində 

mövcud  olan)  doldurmaq  çox  önəmlidir.  Bazardakı  çatışmazlıqları  aradan  qaldırmaq 

və  onun  çərçivəsində  əlavə  dəyər  yaratmaq,  onunla  rəqabət  aparmamaq  üçün  büdcə 




 

18 


 

vəsaitlərindən  istifadə  oluna  bilər.      Bu  sahədə  islahat  aparılmasının  məqsədi  film 

sənayesi  üçün  effektiv  dövlət-özəl  ekosisteminin  yaradılmasından  ibarətdir. 

Sözügedən  ekosistem  məzmun  və  istehsalat  baxımından  dövlət  tərəfindən  daha  az 

idarə  olunmalı,  beynəlxalq  standartlar  əsasında  müəyyən  olunan  nailiyyətləri  və 

sənaye uğurunu daha çox dəstəkləməlidir. 

Bu  prosesdə  əsas  vəzifələrdən  biri  dövlət  film  atelyelərini  və  kinostudiyaları 

mərkəzsizləşdirilmiş  təşkilatlara  çevirməkdən  ibarət  olacaq.  Sənaye  yönümlü  hazırkı 

əlaqələri  qoruyub  saxlamaq  üçün  bu  prosesə  ehtiyatla  yanaşmaq  lazımdır. 

Azərbaycanda  film  sənayesinin  inkişafının  hazırkı  dövrünü  nəzərə  alaraq,  dəyişiklik 

prosesi  studiyanın  idarəetmə  fəaliyyəti  və  fəaliyyət  sferasının  dərin  təhlili  əsasında 

dövlət-özəl sektor yönümlü effektiv həll yolunun axtarıb tapılması ilə müşayiət oluna 

bilər. Gələcək fəaliyyət modelində əsas diqqət sahənin istehsalat gücünə deyil, burada 

infrastrukturun,  xidmət  və  avadanlıqların  təmin  edilməsinə  yönəldilməlidir.  Bunun 

üçün  beynəlxalq  işgüzar  mühitdə  işləmək  imkanı  verən  peşəkar  idarəetmənin 

mövcudluğu,  onun  hüquqi  statusunun,  şəffaf  idarəetmə  və  nəzarət  mexanizmlərinin 

dəyişməsi (bütövlükdə sahəni təmsil edən Direktorlar Şurası, dövlət nəzarəti) və  film 

sahəsi yönümlü maliyyələşdirmə siyasətlərinin nəzərdən keçirilməsi tələb olunur. 

Hökumət  səviyyəsində  film  sahəsinə  dair  yanaşmanın  dəyişməsi  daha  geniş 

iqtisadiyyatı  və  digər  sahələrdəki  siyasətləri  özündə  ehtiva  etməli  və  yaradıcılıq 

sahələrinin  daha  yaxşı  dərk  edilməsinə  və  inteqrasiyasına  əsaslanmalıdır.  Film 

sahəsinin  bütövlükdə  iqtisadiyyata,  beynəlxalq  rəqabətə  davamlılığa  və  ölkənin 

brendinq fəaliyyətinə göstərdiyi təsirə daha çox diqqət yetirmək lazımdır. 

İlk addımlar:  

 



Dövlət  kinostudiyalarının cari  fəaliyyətinin  yoxlanılması, sözügedən studiyalarda 

mülkiyyət,  idarəetmə,  onların  sahədəki  rolu  və  əhəmiyyəti baxımından  islahatın 

aparılmasının planlaşdırılması. Onların  maliyyələşdirmə və iqtisadi  fəaliyyətinin 

liberallaşdırılması. 

 



Ölçülə  bilən  göstəricilər  vasitəsilə  qısa  və  uzunmüddətli  hədəfləri  müəyyən 

etməklə,  kommersiya  və  sahibkarlıq  fəaliyyətinə  istiqamətlənən  "Film  Sahəsinin 

İnkişaf Planı"nın toplanmış məlumatlar əsasında işlənib hazırlanması. 

 

4.1.3. Maliyyələşdirmə islahatı  

Hazırkı  sistemə  əsasən,  filmlərin  istehsalı  üçün  dövlət  istehsalat  şirkəti  tərəfindən 

maliyyə vasitələri ayrılır. Bir çox digər Avropa ölkələrində olduğu kimi, incəsənət və 

yaradıcılıq sahələrində mövcud olan ən effektiv və təsirli maliyyələşdirmə sistemləri 

müstəqil  altdövlət  orqanı  çərçivəsində  mütəxəssislər  tərəfindən  maliyyələşdirmə 

qərarlarının qəbulunu  nəzərdə  tutan  müstəqil  sistemə (incəsənət şuraları,  mədəniyyət 

fondları, film fondları və s.) əsaslanır. Məhz bu səbəbdən Azərbaycan Film Fondunun 

yaradılması  Avropa  miqyasında  müasir  film  sahəsinin  rəqabətə  davamlılığını  təmin 

etmək  istiqamətində  atılan  mühüm  addım  ola  bilər.  Yeni  maliyyələşdirmə 

mexanizmlərini nəzərdən keçirərkən, həm bədii meyarların formalaşdırılması, həm də 

sahəyə  dəstək  (kapitaldan  istifadə  imkanı)  məqsədilə  maliyyələşdirmənin  təmin 

edilməsi  son  dərəcə  vacibdir.  Film  sənayesində  paylanma  sxemlərini  (yerli  və 

beynəlxalq  miqyasda)  dəstəkləmək  üçün  effektiv  tədbirlərin  işlənib  hazırlanması 

mühüm əhəmiyyət kəsb edir. 




Yüklə 262,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə