Proqram Avropa İttifaqı



Yüklə 262,65 Kb.
səhifə6/9
tarix25.06.2018
ölçüsü262,65 Kb.
#51760
1   2   3   4   5   6   7   8   9

 

13 


 

Dövlət kinoteatrları 

Film  infrastrukturunun  bir  hissəsi  dövlət  mülkiyyətidir.  Bu  cür  kinoteatrlar 

Mədəniyyət  və  Turizm  Nazirliyinin  nəzarəti  altında  fəaliyyət  göstərən  dövlət 

müəssisələridir.  Standart  kommersiya  xarakterli  kinoteatr  fəaliyyəti  onların 

fəaliyyətlərinin sadəcə bir hissəsini təşkil edir, onlar eyni zamanda festivallar, iclaslar, 

konfranslar  və  s.  kimi  başqa  tədbirlər  də  təşkil  edir.  Ən  böyük  dövlət  kinoteatrı 

Nizami kinoteatrıdır. Bu kinoteatr kompleksi 75 il əvvəl yaradılıb və dövlət tərəfindən 

maliyyələşdirilmiş  böyük  yenidənqurma  layihəsindən  sonra  2011-ci  ildə  yenidən 

açılıb.  Kinoteatrda  500  yer  və  dünyanın  ən  böyük  ekranı  var.  Nümayiş  proqramı, 

demək olar ki, 50 faiz yerli filmlərdən, Türkiyə istehsalı olan filmlərdən, eləcə də rus 

və  ya  türk  dilində  səsləndirilmiş  Hollivud  filmlərindən  ibarətdir.  Bütün  xarici  dilli 

filmlər  qanunvericiliyə  uyğun  olaraq  Azərbaycan  dilində  alt-yazılarla  nümayiş 

etdirilməlidir.  Biletlərin  qiyməti  2.50  dollardan  (gündüz)  5.00  dollara  (axşam)  qədər 

olur. 


Özəl kinoteatrlar 

Özəl kinoteatrlar yeni yaradılmış obyektlər, adətən ticarət mərkəzlərində və ya ticarət 

zonalarında olan çoxzallı kinoteatrlardır. Sahibi  yerli  investorlar olan bu kinoteatrlar 

müasir  texnologiyalara  və  film  infrastrukturuna  malik  olan  tam  rəqəmsal 

kinoteatrlardır.  Ən  böyük  film  şirkəti  ilk  çoxzallı  kinoteatrını  2009-cu  ildə  açmış 

"Park  Cinema"  şirkətidir.  Hazırda  şirkət  biri  Bakıdan  kənarda  yerləşən  açıq  hava 

kinoteatrı olmaqla beş çoxzallı kinoteatr işlədir. Onların nümayiş proqramlarının əsas 

hissəsini  ABŞ-ın  böyük  studiyalarının  istehsal  etdiyi  filmlər  (rus  dilində 

səsləndirilmiş  və  Azərbaycan  dilində  alt-yazılarla  təmin  edilmiş)  və  türk  filmləri 

(əsasən  komediyalar)  təşkil  edir.  Onlar  ildə  üç-dörd  tammetrajlı  və  10  qısametrajlı 

yerli  film  təqdim  edir.  Biletlərin  qiymət  intervalı  2-8  ABŞ  dolları  olduğundan 

kinoteatra  getmək  Azərbaycanda  təmin  edilə  bilən  və  populyar  məşğuliyyət  hesab 

edilə bilər. Kinoteatrın mənfəət payı biletin qiymətinin 50 faizinə bərabərdir.  

 

Filmlərin yayımı 

Azərbaycanda  filmlərin  yayımı  əsasən  Rusiyadan  idarə  edilir.  Yerli  distributorların 

olması  kommersiya  baxımından  faydalı  olmadığından  böyük  Hollivud  şirkətlərinin 

bütün  regionu  əhatə  edən  nümayəndələri  var.  Rus  şirkətləri  Avropa  istehsalı  olan 

filmlərin  yayımı  ilə  də  məşğul olur. Türk filmləri  əsasən regionda  fəaliyyət göstərən 

və  filmlərlə  əlaqədar  çoxsaylı  hüquqlara  sahib  olan  televiziya  şirkətləri  tərəfindən 

paylanır. Az sayda  yerli  distributor mövcuddur. Onların  əksəriyyəti  isə böyük  xarici 

distributorların  alt  distributorlarıdır.  Yerli  filmlər  ya  birbaşa  istehsalçı  şirkətlər 

tərəfindən paylanır, yaxud da heç bir kinoteatrda yayımlanmır. 

Filmlərin kinoteatrlarda  yayımı  ilə əlaqədar  əsas  problem dil  məsələsidir. Bir  neçə  il 

əvvəl  Azərbaycan  Hökuməti  tərəfindən  qəbul  edilmiş  qanunvericiliyə  görə  bütün 

xarici  filmlər  Azərbaycan  dilində  alt-yazılarla  təmin  edilməlidir.  Bu  məcburiyyət 

filmlərin yayımı ilə əlaqədar vəziyyətə öz təsirini göstərib, belə ki, alt-yazıların təmin 

edilməsi  ilə  əlaqədar xərclər kommersiya  baxımından daha az effektiv olan,  art-haus 

və ya Avropa istehsalı olan filmlərin yayımına təsir edir.  

Orta  dərəcədə  uğurlu  olan  bir  Hollivud  filmi  təxminən  10000  tamaşaçı  cəlb  edir  və 

indiyə qədərki ən uğurlu ABŞ filmi ("Sürətli və Qəzəbli 7") 50000 tamaşaçı cəlb edib. 




 

14 


 

Dram  janrında  olan  türk  filmləri  75000-ə  qədər  tamaşaçı  cəlb  edə  bilir.  Uğurlu 

Azərbaycan  filmi  istehsal  edildiyi  halda  kinoteatrlara  150000-ə  qədər  tamaşaçı  cəlb 

edə  bilir,  ancaq  bu  cür  filmlər  adətən  özəl  şirkətlər  və  investorlar  tərəfindən  istehsal 

edilən televiziya seriallarının populyar aktyor heyəti ilə çəkilən kommersiya xarakterli 

komediya filmləri olur.  

Kinoteatrlara  gələn  orta  tamaşaçı  sayı  stabildir  və  hazırkı  yayım  sxemindən  istifadə 

edildiyi  halda  böyük  artım  müşahidə  edilə  bilər.  Auditoriya  üçün  həlledici  element 

filmin  dilidir.  Odur  ki,  filmin  səsləndirilməsi  və  alt-yazılarla  təmin  olunması  yalnız 

tamaşaçıların  sayının  artırılması  üçün  deyil,  eyni  zamanda  yeni  auditoriyaların 

yaradılması  üçün  effektiv  üsuldur.  Yeni  auditoriyaların  yaradılması  yerli  film 

istehsalına da təkan verə bilər.  



3.5. Festivallar 

Azərbaycanda təşkil edilmiş ilk beynəlxalq film festivalı 1991-ci ildə keçirilmiş Bakı 

Beynəlxalq  "Şərq-Qərb"  Festivalı  olub.  Festivalın  məqsədi  beynəlxalq  festival 

səhnəsinin  tərkib  hissəsinə  çevrilmək  və  Azərbaycanı  dünya  kinematoqrafiyası 

xəritəsinə Avropa və Asiya arasındakı film körpüsü kimi daxil etməkdən ibarət idi. O, 

dövlətin  güclü  dəstəyi  ilə  Kinematoqraflar  İttifaqı  tərəfindən  təşkil  edilib.  Festival 

axırıncısı 2009-cu ildə olmaqla 11 ildir ki, keçirilməkdədir. 

 

Bakı  Beynəlxalq  Audiovizual  Festivalı  Azərbaycan  Kinorejissorlar  Gildiyasının 



təşəbbüsü  ilə  keçirilib  və  təşəbbüsün  məqsədi  mütərəqqi  kinematoqrafiya  üçün  yeni 

beynəlxalq tədbirin təşkil edilməsi idi. Sonuncu festival 2007-ci ildə keçirilib.  

 

Son 20 il  ərzində  bir neçə  başqa festival təşəbbüsü də həyata keçirilib, ancaq onların 



heç  biri  müntəzəm  intervallarla  keçirilməyib.  2009-cu  ildən  Bakıda  hər  il  Avropa 

ölkələrinin  mədəniyyət  institutları  (British  Council)  tərəfindən  təşkil  edilən  Avropa 

Kinosu Festivalı istisna təşkil edir. Filmlər ingilis dilində alt-yazılarla orijinal dilində 

nümayiş  etdirilsə  də,  kifayət  qədər  populyar  olan  bu  festivalda  çox  sayda  tamaşaçı 

iştirak edir (nümayişlər ödənişsiz olur). Bu tədbir əsasən mədəniyyət perspektivindən 

mühüm əhəmiyyət kəsb edir. O, kino tədbiri ilə əlaqədar mövcud ehtiyacı ödəmir.  



3.6. Beynəlxalq kontekst 

Azərbaycan  kino  sənayesinin  əsas  problemlərindən  biri  beynəlxalq  əlaqələrinin  və 

beynəlxalq mühitdə iştirakının gücləndirilməsindən ibarətdir. Başqa ölkələrlə standart 

əməkdaşlıq  tədbirlərinin  yaradılması  əhəmiyyətli  dərəcədə  faydalı  ola  bilər. 

Azərbaycan  hökuməti  bir  neçə  il  əvvəl  Eurimages  fonduna  müraciət  prosesinə  start 

versə  də,  bu  proses  hələ  tamamlanmayıb.  Eurimages  fonduna  qoşulmaq 

Azərbaycanda  film  sahəsinin  beynəlxalqlaşdırılması  üçün  mühüm  dəyişikliklərə 

səbəb  ola  bilər.  Belə  ki,  fond  əlavə  resurslara  müraciət  imkanı  təmin  etmək,  birgə 

istehsalatı  dəstəkləmək,  yeni  bədii  ideyalar  qazandırmaq  və  yerli  film  siyasətlərinin 

yaradılmasına yaxşı təsir etməklə bu sahəni dəstəkləyə bilər. 

 

Digər  bir  problem  ondan  ibarətdir  ki,  Azərbaycan  kifayət  qədər  inkişaf  etmiş  kino 



sənayeləri  ilə  əhatə  olunub  (Rusiya,  Türkiyə  və  müəyyən  dərəcədə  Gürcüstan).  Bu 

ölkələr bir tərəfdən onun üçün ilhamlandırıcı və hərəkətverici amil rolunu oynasa da, 

digər  tərəfdən  rəqabət  və  bazarda  dominantlıq  probleminin  meydana  gəlməsi  ilə 

nəticələnir ki, bu problemin həlli üçün xüsusi siyasətlər tələb olunur. 




Yüklə 262,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə