Proqram Avropa İttifaqı



Yüklə 262,65 Kb.
səhifə4/9
tarix25.06.2018
ölçüsü262,65 Kb.
#51760
1   2   3   4   5   6   7   8   9

 

 



3.2.1. Azərbaycanfilm 

"Azərbaycanfilm  "Azərbaycanın  ən  böyük  dövlət  kinostudiyasıdır.  Studiya  90  ildən 

çoxdur ki, fəaliyyət göstərir. O, Bakıda böyük, qədim kompleksdə yerləşir. Studiyanın 

avadanlığının  yenilənməyə və davamlı  sərmayə qoyuluşuna ehtiyacı  var. Hökumətin 

fiziki və texnoloji infrastrukturu fransız investorunun yardımı ilə yeniləmək planı var, 

lakin  bu  plan  başlanğıc  mərhələsindədir.  Studiyanın  təxminən  70  işçisi  var  və  film 

istehsalı  zamanı  əlavə  işçilərlə  müqavilə  bağlanılır.  Bəzi  vəzifələr  üçün  peşəkarları 

tapmaq  çətin  olduğundan  "Azərbaycanfilm"  bəzən  xaricdən  (misal  üçün,  İran)  olan 

peşəkarları  işə  götürür.  Kinostudiya  texnologiya  və  xidmətləri  özəl  şirkətlərdən  də 

icarəyə götürür. 

"Azərbaycanfilm"  kinostudiyasının    dövlət  maliyyələşdirilməsi  ilə  çəkilmiş  filmlər 

üçün istehsal krediti var. Çəkilmiş filmlər üzrə bütün hüquqları studiya özü idarə edir. 

Filmlərin  yayımı  "Azərbaycanfilm"in  özü,  ya  da  özəl  şirkətlər  tərəfindən  həyata 

keçirilir. Son zamanlar beynəlxalq əməkdaşlıqlara böyük diqqət göstərilir. Birgə kino 

istehsalı haqqında Avropa Konvensiyasının imzalanmasından sonra bəzi filmlər xarici 

film  şirkətləri  ilə  tərəfdaşlıq  şərtlərində  istehsal  edilib  –  Rusiya  ilə  "Qırmızı  bağ", 

Türkiyə  ilə "Mahmud və  Məryəm", Belarusla "Yarımçıq xatirələr", Fransa, İspaniya, 

Almaniya və Rusiya ilə bir neçə sənədli film, o cümlədən "Hüseyn Xan Naxçıvanski" 

sənədli filmi, Almaniya ilə "Sarılar – Qarabağ atının izi ilə" filmi, italyan kino şirkəti 

ilə "Torre" animasiya filmi.  

Azərbaycan  film  sənayesinin  beynəlmiləlləşdirilməsi  potensialı  hələ  də  açılmayıb  və 

bu  məsələyə  daha  çox  diqqət  yetirilməsi  və  ön  plana  çıxarılması  tələb  olunur. 

"Azərbaycanfilm"  istehsalı  olan  filmlərin  çoxu  yerli  bazar  üçün  nəzərdə  tutulub 

(bəziləri  məhdud  teatr  buraxılışıdır).  Bir  neçə  film  xarici  TV  kanallarına  satılıb  və 

xaricdə  yaşayan  azərbaycanlılar  üçün  bəzi  filmlərin  məhdud  DVD  buraxılışı 

hazırlanıb.  "Azərbaycanfilm"  yaxın  keçmişdə  gənc  kinematoqraflar  üçün  təhsil  və 

təlim tədbirləri də təşkil edib.  

3.2.2. Özəl kommersiya studiyaları 

Özəl  investorlar  əsasən  kommersiya  filmlərinin  istehsalına  sərmayə  qoyur.  Bunlara 

geniş  kütlələr  üçün  nəzərdə  tutulmuş  komediya  şouları,  kommersiya  və  reklam 

videoları  daxildir.  Bununla  belə,  bir  çox  özəl  film  studiyaları  film  istehsalı  üçün 

"Azərbaycanfilm"lə  əməkdaşlıq  edir.  Bu  şablona  daxil  olmayan  studiyalardan  biri 

"Bakı  Media  Mərkəzi"dir.  Bu,  kommersiya  filmləri,  promo-videolar,  sənədli  və 

qısametrajlı filmlər istehsal edən böyük film studiyasıdır. Studiya özəl fond tərəfindən 

üç  il  bundan  əvvəl  təsis  edilib.  Özəl  investorların  sayəsində  studiyanın  beynəlxalq 

standartlara  cavab  verən  çəkiliş  avadanlıqları  var.  Azərbaycanda  yüksək  səviyyəli 

çəkiliş avadanlıqlarının  az olması  ilə əlaqədar "Bakı Media Mərkəzi"  avadanlıqlarını 

dövlət film studiyalarına (Azərbaycanfilm) icarəyə verir. 

 

Başqa bir nümunə 1994-cü ildə təsis edilmiş və kifayət qədər böyük istehsal şirkətinə 



çevrilmiş  “Nərimanfilm”  kinostudiyasıdır.  Studiya  layihələrini  (bədii,  sənədli  və 

kommersiya  filmləri)  əsasən  kommersiya  bazarı  üçün  istehsal  edir,  lakin  xarici 

istehsal  şirkətlərinə  də  film  istehsalı  ilə  bağlı  xidmətlər  göstərir  (tam  loqistika  və 

istehsal paketi). Bununla əlaqədar olaraq, onlar çox vaxt gələcəkdə Film Komissiyası 

(hazırda bu komissiyanın yaradılması haqqında müzakirələr aparılır) tərəfindən təmin 

ediləcək  xidmətləri  təqdim  edirlər.  Studiya  özünün  "sorğu  əsasında  video  çəkiliş" 




 

10 


 

(VOD)  xidmətlərini  və  onlayn  film  platformasını  (

www.azcinemaonline.com

)  təşkil 

edib.  Bu, post-Sovet ölkələri arasında ilk belə təşəbbüsdür. 

3.2.3. Müstəqil film prodüserləri 

Son illərdə Azərbaycanda fəal şəkildə Avropada mövcud olan kinematoqrafiya sahəsi 

ilə  ayaqlaşmağa  çalışan,  Avropa  və  dünyanın  art-haus  səhnəsində  rəqabətə  davam 

gətirə  biləcək  filmlər  istehsal  edən  müstəqil  prodüser  və  rejissorların  meydana 

gəlməsi  müşahidə  olunur. Tamaşaçıların  art-haus  filmlərinə  qarşı tələbatının  artması, 

eləcə  də  Avropaya  və  dünyanın  digər  hissələrinə  qapıların  açılması  onlara  dünya 

kinematoqrafiyasının  bir  hissəsi  olmaq  imkanları  təklif  edir.  Bu  potensial  film 

maliyyələşdirmə  imkanlarından  istifadə  etmək  incəsənətin  azadlığını  dəstəkləyə  və 

daha  cəsur,  qıcıqlandırıcı  və  universal  təbiətli  ssenarilər  daxil  olmaqla  müxtəlif  film 

layihələrinin  həyata keçirilməsinə  imkan verə bilər. Bu, Azərbaycan  film sektorunda 

rəngarəngliyi  dəstəkləməyə,  yerli  film  istehsalına  beynəlxalq  miqyasda  maraq 

oyandırmağa, eləcə də beynəlxalq əməkdaşlığı dəstəkləməyə kömək edəcək.    

Müstəqil  kinematoqraflar  hələ  ssenari  müsabiqələrində  və  onlarla  əlaqədar 

maliyyələşdirmə  proseslərində  müvəffəqiyyət  qazanmalı  olduğu  üçün  onlar  adətən 

başqa  iqtisadi  fəaliyyətlər  nəticəsində  əldə  edilən  maliyyə  vəsaitlərindən  və  öz 

resurslarından  istifadə  edir.  Bu  kinematoqrafların  əsas  məqsədi  işlərinin  beynəlxalq 

səviyyədə 

tanınmasıdır  və  onlar  bunu  Azərbaycanda  film  sənayesinin 

təkmilləşdirilməsi  və  inkişaf  etdirilməsi  üçün  yeganə  yol  hesab  edir.  Buna  görə  də, 

Avropada əlaqələr, beynəlxalq proqramlarda (Eurimages kimi) iştirak etmək, eləcə də 

festivallarda olmaq həyati əhəmiyyət kəsb edir. 

Son  bir  neçə  ildə  istehsal  edilmiş  sadəcə  bir  neçə  film  xaricdə  nümayiş  olunub.  Ən 

böyük  beynəlxalq  nailiyyət  2014-cü  ildə  Sergey  Pikalovun  "Sonuncu"  adlı  qısa 

filminin Kann festivalının qısa film müsabiqəsi üçün seçilməsi və eyni ildə “Rejissor 

həftəliyi”  bölməsində  Elmar  İmanovun  “Torn”  adlı  qısa  filminin  premyerasının 

keçirilməsi  olub.  Bədii  keyfiyyət  baxımından  ötən  illərin  ən  maraqlı  və  beynəlxalq 

səviyyədə  bəyənilən  filmlərindən  biri  Elvin  Adıgözəl  və  Rüfət  Həsənovun  2013-cü 

ildə  Lokarno  Beynəlxalq  Film  Festivalının  əsas  müsabiqəsi  üçün  seçilmiş 

"Buqələmun" filmidir. 

3.2.4. Televiziya bazarı 

Azərbaycanda  qeydiyyatdan  keçmiş  47  televiziya  kanalı  var

2

.  Onların  dördü 



beynəlxalq  səviyyədə  yayımlanan dövlət kanalıdır. 43 özəl televiziya kanalı 12  milli 

və  31  regional  televiziya  kanalına  ayrılır.  Azərbaycan  Respublikasının  Rabitə  və 

İnformasiya  Texnologiyaları  Nazirliyinin  məlumatına  əsasən  2014-cü  ildə 

televiziyanın  yayılma  dərəcəsi  99%  olub.  Azərbaycan  Respublikasının  Dövlət 

Statistika  Komitəsinin  araşdırmasına  görə  2013-cü  ildə  Azərbaycanda  kabel 

televiziyasının  yayılma  dərəcəsi  ümumilikdə  ev  təsərrüfatının  28.1%-ini  təşkil  edib. 

Kabel televiziyası abonentlərinin, demək olar ki, 39 faizi böyük şəhərlərdə cəmlənib. 

Kabel televiziyasının yayılma dərəcəsi 2013-cü ildə Bakıda 59.1% təşkil edib. 

Televiziya  kanalları  klassik  televiziya  proqramları  (seriallar,  sənədli  filmlər,  xəbər 

proqramları,  əyləncə  proqramları,  reklamlar  və  s.)  istehsal  etməyə  davam  edir  və 

prinsip  etibarı  ilə  film  istehsalı  ilə  məşğul  olmur.  Film  istehsalı  sahəsində  dövlətə 

                                                        

2

 https://en.wikipedia.org/wiki/Television_channel 




Yüklə 262,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə