Proqram Avropa İttifaqı



Yüklə 262,65 Kb.
səhifə7/9
tarix25.06.2018
ölçüsü262,65 Kb.
#51760
1   2   3   4   5   6   7   8   9

 

15 


 

3.7. SWOT (GZİT) Təhlil 

Güclü tərəflər 

 



Kino  hökumətin  prioritet  sahələrindən biridir.  Kino  sənətinin  inkişafına  dair 

10  illik  plan  qəbul  olunub,  bəzi  sahələrdə  (kino  infrastrukturu,  yeni 

qanunvericilik,  beynəlxalq  bazarlara  çıxış  imkanı  əldə  etmək  cəhdləri) 

tədricən irəliləyiş müşahidə olunur. Bu, dəyişikliyə meylin olduğunu göstərir. 

 



Hal-hazırda  beynəlxalq  miqyasda  uğurla  fəaliyyət  göstərməyə  çalışan,  film 

sahəsinə bədii ruh və yeni nəfəs gətirən kinematoqraflardan, rejissorlardan və 

prodüserlərdən ibarət yeni nəsil yetişir.  

 



İqtisadi problemlərin olmasına baxmayaraq, ölkənin neft sənayesi ilə əlaqədar 

irihəcmli maliyyə resursları (dövlət və özəl) hələ də mövcuddur. 

 



Azərbaycanın film sahəsinin inkişafını dəstəkləyən bir sıra mühüm təşəbbüslər 

mövcuddur,  sözügedən  sahədə  layihələrin  və  tədqiqatların  həyata  keçirilməsi 

məqsədilə  "British  Council"ın  gördüyü  işlər  və  Avropa  İttifaqının  Şərq 

Tərəfdaşlığı  Mədəniyyət  və  Yaradıcılıq  Proqramı  çərçivəsində  görülən 

tədbirlər də onların sırasına daxildir.   

Zəif tərəflər 

 



Azərbaycanın  film  sahəsinə  əlavə  təcrübə,  aşkarlıq  və  şəffaflıq  qazandıran 

müstəqil təşkilat və ya maliyyələşdirmə orqanı mövcud deyil. Maliyyələşdirmə 

sisteminin  başlıca  məqsədi  dövlət  kinostudiyalarının,  habelə,  özəl  sektorda 

çalışan kinematoqrafların  və prodüserlərin  inkişafına zəmanət  verməklə, film 

sahəsində  tarazlıq  yaratmaqdan  ibarət  olmalıdır.  Azərbaycanı  xarici 

istehsallar  üçün  rəqabətə  davamlı  film  çəkiliş  meydançası  qismində  təbliğ 

etmək  məqsədi  daşıyan  Film  Komissiyasının  fəaliyyət  göstərməsinə  zərurət 

vardır.  

 



Yüksək  keyfiyyətli  və  perspektivli  təhsil  və  hazırlıq  olmadan  çiçəklənən  və 

rəqabətə  davamlı  film  sənayesini  yaratmaq  mümkün  deyil.  Film  sahəsində 

səriştəli mütəxəssislərin hazırlanması üçün sözügedən sahə üzrə təhsil planları 

yenilənməli və yeni texniki avadanlıqlara sərmayə yatırılmalıdır.  

 



Azərbaycanda  yeni  rəqəmsal  ekranların  sayı  çox  deyil  və  onlar  əsasən  Bakı 

şəhərində  yerləşdirilir,  bu  isə  öz  növbəsində  ölkənin  digər  ərazilərində 

audiovizual  məzmundan  istifadə  imkanının  son  dərəcə  məhdud  olduğunu 

göstərir. 

 



Özəl  sektor  tərəfindən  film  sənayesinə  investisiyaların  yatırılmasını 

stimullaşdıran  (vergi  güzəştləri,  vergi  sığınacağı,  sponsorluq  haqqında 

qanunvericilik),  film  sahəsi  üçün  hazırkı  dövlət  maliyyələşdirməsini 

şaxələndirən tədbirlər mövcud deyil.   

 



Hal-hazırda  Azərbaycan  kinosunun  beynəlxalq  əlaqələri  say  etibarilə  çox 

deyil.  Avropanın  kino  sənayesi  maliyyə  resurslarının  cəlb  edilməsinə, 

bazarların yaradılmasına və satış ərazilərinin genişləndirilməsinə imkan verən 

birgə  istehsallara  daha  çox  əsaslanır.  Azərbaycanda  beynəlxalq  miqyasda 

tanınan,  film  sahəsinin  inkişafına  təkan  verən  və  beynəlxalq  mütəxəssislərin 

görüş yerinə çevrilən film festivalının təşkilinə zərurət vardır. 


 

16 


 

Fürsətlər 

 



Baltikyanı  ölkələrin  və  ya  Mərkəzi  və  Şərqi  Avropa  (CEE)  ölkələrinin  post-

sovet film sahəsində baş verən analoji dəyişikliklər ilə bağlı bir sıra qabaqcıl 

təcrübə  nümunələri  və  hadisələr  mövcuddur.  Onlardan  təcrübə  mübadiləsi 

prosesində  istifadə  etmək  və  bəzi  həll  yollarını  Azərbaycana  uyğunlaşdırmaq 

mümkündür.    Şəxsi  təcrübələrini  bölüşmək  və  dəyişiklik  prosesinə  yardımçı 

olmaq üçün həmin ölkələrdən ekspertləri və mütəxəssisləri dəvət etmək olar.  

 



Azərbaycanın  film  sahəsinin  yenidən  qurulmasına  hazır  olma  müasir 

tendensiyalarla  ayaqlaşmaq  və  yeni  infrastruktur  yaratmaq  imkanı  verir. 

Analoji  konseptual  əsasları  və  əsasnamələri  nəzərdən  keçirmək  zərurəti 

olmadıqda,  sürətlə  inkişaf  edən  rəqəmsal  texnologiyaların  yaratdığı 

imkanlardan daha tez-tez istifadə oluna bilər.  

 



Rezonans  yaratmağa  qadir  mövzulara  malik  ssenarilərin  maliyyələşdirilməsi 

yolu  ilə  müstəqil  fəaliyyət  göstərən  kinematoqraflara  dəstək  göstərilməsi  və 

yaradıcılıq  sahəsinin  mütəxəssislərinin  bədii  azadlıqlarının  təmin  edilməsi 

daha  fərqli  film  səhnəsi  hazırlamağa  imkan  verə  və  digər  avropalı 

kinematoqraflarla daha sıx əməkdaşlıq etmək imkanlarını artıra bilər. 

 



Əməkdaşlıq  əlaqələrinin  qurulması  olduqca  əhəmiyyətlidir.  Film  sənayesi 

dünya  iqtisadiyyatının  ayrılmaz  tərkib  hissəsidir  və  burada  bazarın  ölçüsü 

mühüm əhəmiyyət kəsb edir.  Ölçüsü böyük olmayan bazarların bütün mümkün 

üsullarla  əməkdaşlıq  etməkdən  başqa  yolu  yoxdur.  Azərbaycan  kinosu  birgə 

platformaların  və  proqramların  yaradılması  üçün  bir  sıra  unikal  imkanlara 

malikdir.  Qonşularla  regional  əməkdaşlıq  bazarı  genişləndirməyə  və  yeni 

imkanlar  yaratmağa,  dəyişiklik  prosesində  analoji  təcrübəyə  malik  ölkələr 

(Mərkəzi  və  Şərqi  Avropa,  Baltikyanı  ölkələr)  ilə  əməkdaşlıq  isə  təcrübə 

mübadiləsini  dəstəkləməyə  imkan  verir.  Avropa  ölkələri  ilə  əməkdaşlıq 

sayəsində Azərbaycan Avropanın film xəritəsinə daxil edilə bilər.  

 



Özəl  resursların  istifadə  olunmamış potensialı mövcuddur və  həmin resurslar 

ilə  dövlət  vəsaitləri  bir-birindən qarşılıqlı  şəkildə  asılıdır.  Sahənin 

kommersiya hissəsi  kifayət  qədər inkişaf etmədiyindən film sahəsinə  şəxsi  pul 

vasitələrinin  cəlb  edilməsi  potensialı  yüksəkdir.  Səmərəli  şəkildə  istifadə 

olunan  dövlət  vəsaitlərini  (yaradıcılığı  və  bədii  keyfiyyəti  dəstəkləmək 

məqsədilə)  və  özəl  sektorun  investorlarının  bu  sahəyə  daxil  olmasını  təmin 

edən  stimulları  özündə  birləşdirən  lazımi  tədbirlərin  həyata  keçirilməsi  kino 

sənayesinin inkişafını qısa müddət ərzində sürətləndirə bilər. 

 



Xüsusi  əməkdaşlıq  və  mübadilə  proqramlarının  işlənib  hazırlanması  yolu  ilə 

xaricdən mütəxəssislərin  cəlb  edilməsi, o cümlədən, yüksək ixtisaslı kadrların 

məqsədyönlü  seçimi  beynəlxalq  miqyasda  rəqabətə  davamlı  kino  sənayesinin 

yaradılması sahəsindəki boşluğu aradan qaldıra bilər.  

Təhlükələr 

 



Müasir  film  sənayesi  ilə  əlaqədar  siyasətlərin  işlənib  hazırlanması  üçün 

siyasətçilər  müəyyən  dərəcədə  rəhbərlik  və  idarəetmə  bacarıqlarına  malik 

olmalıdır.  Azərbaycanın  film  sahəsində  açıq,  birgə  idarəetmə  strukturlarının 

mövcud olması  sektor daxilində əməkdaşlıq  əlaqələrinin inkişaf etdirilməsinə 

təkan verə və innovativ, elastik və sürətlə inkişaf edən audio-vizual sahə üçün 

müasir strukturların yaradılmasına yardımçı ola bilər. 


Yüklə 262,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə