Proqram Avropa İttifaqı



Yüklə 262,65 Kb.
səhifə3/9
tarix25.06.2018
ölçüsü262,65 Kb.
#51760
1   2   3   4   5   6   7   8   9

 

 



kinoteatr məkanlarının özəlləşdirilməsi 

 



film mütəxəssislərinin təhsil və təlim alması 

 



filmlərin Azərbaycan dilinə dublyaj edilməsi 

 



milli və digər filmlərin rəqəmsallaşdırılması 

 



film irsinin bərpa edilməsi, saxlanması, araşdırılması və təbliğ edilməsi 

 



milli  filmlərin  beynəlxalq  arenada  təbliğ  edilməsi  və  xarici  yayım  şirkətləri  ilə 

əlaqələrin yaradılması 

 

beynəlxalq əməkdaşlıqların qurulması, o cümlədən müştərək istehsal 



Proqramda konkret  yol, vaxt planı  və  ya  məsuliyyət bölgüsü göstərilməsə də, o, son 

illərdə 


dövlət 

səviyyəsində 

həyata 

keçirilən 



tədbirlərin 

əsasında  durur. 

Kinematoqrafiya  infrastrukturunun  davamlı  müasirləşdirilməsi  ilə  yanaşı,  film 

sənayesinin  beynəlmiləlləşdirilməsinə  də  sərmayə  qoyulub.  Dövlət  studiyaları 

beynəlxalq  film  festivallarında  iştirak etməyə  başlayıb,  Kann Film  Festivalında  milli 

pavilyon yaradılıb və Rusiya, Türkiyə, Belarus və digər ölkələrlə bəzi müştərək film 

layihələri  həyata  keçirilib.  Ən  böyük  sərmayələrdən  biri  əsasən  film  irsinin 

toplanması  və saxlanması üçün arxiv kimi  fəaliyyət  göstərən Dövlət Film  Fondunun 

yeni  binasının  inşa  edilməsinə  qoyulub.  Buraya  filmlərin  arxivə  salınması  və 

rəqəmsallaşdırılması  üçün  müasir  avadanlıqların  satınalınması  da  daxildir.  Təşkilat 

regionun başqa arxivləri (Rusiya, Gürcüstan, Belarus, Litva və digər ölkələrdə) ilə də 

əməkdaşlıq edir. O, Rusiya TV və Radio Fondu ilə birlikdə çox sayda filmi bərpa edib 

və rəqəmsallaşdırıb. Bütün yeni milli filmlər rəqəmsal formata salınıb və Dövlət Film 

Fonduna göndərilib. 



2.4. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun (1996-cı il) 

Bu qanun müəlliflik hüquqlarının beynəlxalq standartlara uyğun olaraq qorunmasının 

əsas  prinsiplərini  müəyyən  edir  və  audiovizual  əsərləri  də  əhatə  edir.  O,  müəlliflik 

hüququnun şəxsi hüquq kimi nəzərdən keçirildiyi kontinental konsepsiyasına əsaslanır 

(müəlliflik  hüququnun kommersiya tərəfinin  vurğulandığı anqlo-sakson  yanaşmasına 

yox).  Burada  "müəllif"  sözü  çox  geniş  mənaya  malikdir  və  müəlliflik  hüququnun 

qorunması  üçün  çox  sayda  tədbirlər  sadalanır.  Audiovizual  sahədə  müəlliflik 

rejissorlar,  ssenaristlər  və  bəstəkarlarla  məhdudlaşmır,  operatorlar  və  dizaynerləri  də 

əhatə  edir.  Qanunda  əlaqəli  hüquqlar  (ifaçılar,  fonoqram  istehsalçıları  və  yayım 

təşkilatların  hüquqları)  da  müəyyən  edilir.  Hüquqların  irsən  alınması  müəllifin 

vəfatından sonra 50 il müddətində mümkündür. Maliyyə şərtlərinin əksəriyyəti hüquq 

sahibi  və  əqli  mülkiyyət  hüququnun  istifadəçiləri  arasında  danışıqların  aparılmasına 

əsaslanır.  

Bundan başqa, Azərbaycanın audiovizual sənayesinə Nazirlər Kabinetinin "Filmlərin 

yayımı  və  nümayişi  Qaydaları"  haqqında  qərarı  (06.07.2006 tarixli  165  nömrəli)  və 

"Dövlət  sifarişi  ilə  istehsal  edilən  kinofilmlərin  yaradıcılarına  ödənilən  müəllif 

qonorarlarının  və  sair  ödənilən  haqların  miqdarı  və  verilməsi  Qaydaları"  haqqında 

qərarı  (11.05.2004  tarixli  65  saylı  və  qərar  və  10  saylı  Əlavə)  da  müəyyən  təsirə 

malikdir. 

 

 



 


 

 



3. FİLM SEKTORUNA QISA NƏZƏR 

3.1. Film istehsalı sahəsinin strukturu 

Azərbaycanda  dövlət  tərəfindən  maliyyələşdirilən  (və  dövlət  mülkiyyətində  olan) 

kinostudiyalar  film  sektorunda  aparıcı  rol  oynayır.  Dövlət  bir  qayda  olaraq 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmsil edilir. Nazirlik filmləri dövlətin altı 

kinostudiyası  vasitəsilə  çəkir  (bədii  filmlər  "Azərbaycanfilm",  sənədli  filmlər 

"Salnamə"  və  "Yaddaş",  animasiya  filmləri  "Azanfilm",  debütlər  "Debüt",  satirik  və 

qısametrajlı  filmlər  isə  "Mozalan"  studiyasında).  Film  istehsalı  üçün  illik  büdcə 

təqribən  6  milyon  manat  (orta  hesabla  3,2  milyon  avro)  təşkil  edir,  bu  məbləğin 

yarısında  çoxu  "Azərbaycanfilm"  kinostudiyasına  verilir.  Dövlət  büdcəsinə  yaxın 

keçmişdə məhdudiyyət qoyulması bu məbləğin 2017-ci ildə xeyli azaldılmasına səbəb 

olub (1 milyon manat). 

 

Filmin çəkilişi prosesi  Mədəniyyət və  Turizm Nazirliyinin  hər  il təşkil etdiyi ssenari 



müsabiqələrinə  əsaslanır.  Nazirlik  nümayəndəsinin  sözlərinə  görə,  filmin  istehsalı 

üçün plan "dövlətin maraqlarına, eləcə də milli mənəvi dəyərlərə uyğun olaraq, sosial, 

siyasi və mədəni prioritetlər əsasında, o cümlədən bədii keyfiyyətlər, orijinal yaradıcı 

konsepsiyalar və aktuallığın nəzərə alınması ilə hazırlanır".  Tövsiyə olaraq bildirmək 

istərdik  ki,  Nazirlik  prosesi  şəffaflıq  və  aydın  meyar  və  şərtlərin  müəyyən  edilməsi 

baxımından inkişaf etdirə bilər. 

 

Ssenarilərin  seçilməsi  prosesi  "Azərbaycanfilm"  kinostudiyası  yanında  Məsləhət 



Şurası  tərəfindən  təşkil  edilir.  Şura  seçilmiş  müraciətləri  Nazirliyə  təqdim  edir.  Bu 

Şura eyni zamanda növbəti il üçün dövlət sifarişi ilə çəkilən filmlər üçün təklifləri və 

filmlərin  istehsal  planını  hazırlayır,  eləcə  də  gələcəkdə  istifadə  edilməsi  üçün 

ssenarilərin 

saxlanmasını  təmin  edir.  Ssenarilər  əsasən  "Azərbaycanfilm" 

kinostudiyası  tərəfindən  hazırlanır.  Müstəqil  studiyalar  layihənin  xərclərinin 

minimum 

30%-ni 


qarşılaya  bilsələr,  qalan  70%-nin  Nazirlik  tərəfindən 

maliyyələşdirilməsi ilə onlarla da müqavilə bağlana bilər. 

 

Hazırda Azərbaycanın film sənayesi ilə bağlı hərtərəfli statistika bazası mövcud deyil 



(misal üçün, sektorda çalışan adamların sayı, sektordakı şirkətlərin sayı, bazarda pay, 

istehsal  edilən  filmlərin  sayı  və  s.).  Əldə  olan  məlumatların  daha  keyfiyyətli  olması 

sübutlar əsasında siyasətin hazırlanmasına töhfəsini verə bilər.  

 

Sektorun strukturu aşağıdakılardan ibarətdir: 



 

Altı  dövlət  kinostudiyası  (ən  böyüyü  "Azərbaycanfilm"dir)  –  dövlət  tərəfindən 



birbaşa  maliyyələşdirilir,  dövlətin  kinematoqrafiya  üçün  maliyyələşməsinin  əsas 

hissəsini istifadə edir 

 

Təqribən  28  özəl  studiya  –  özəl  maliyyələşmə,  fondlar,  digər  iqtisadi  tədbirlərlə 



maliyyələşdirilir; onlar bəzən dövlət maliyyələşdirməsindən faydalana bilir 

 



Müstəqil 

prodüserlər 

– 

frilans 


fəaliyyət 

göstərirlər, 

əsasən 

özəl 


maliyyələşdirmədən istifadə edirlər 

 



Əsasən onlayn yayım üçün həvəskar film istehsalı 

3.2. Sektorun əsas iştirakçıları 

 


Yüklə 262,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə