Proqram Avropa İttifaqı



Yüklə 262,65 Kb.
səhifə2/9
tarix25.06.2018
ölçüsü262,65 Kb.
#51760
1   2   3   4   5   6   7   8   9

 

 



yeni  təkamül  səviyyəsinə  çıxmasına  səbəb  olmuş  vasitələrin  azad  şəkildə  istifadə 

edilməsi  audiovizual  məzmunların  yaradılması  və  istehlakında  böyük  dəyişikliklərə 

aparır.  Bu  o  deməkdir  ki,  Azərbaycanın  film  sektorunun  qarşısında  kökündən 

dəyişmək  kimi  çox  çətin  bir  vəzifə  dayanır,  lakin  bu  eyni  zamanda  bütün  sektorun 

yenilənməsi və müasirləşməsi üçün zəmin yaradır. 

 

2. QANUNVERİCİLİK VƏ STRATEGİYALAR



 

Azərbaycanda  audiovizual  sektora  təsir  edən  əsas  qanun  normaları  Mədəniyyət 

haqqında Qanun, Kinematoqrafiya haqqında Qanun və Azərbaycan kinosunun 2008-

2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramıdır.  



2.1. Mədəniyyət haqqında Qanun (2012-ci il) 

Bu  Qanun  Azərbaycan  Respublikasında  dövlət  mədəniyyət  siyasətinin  məqsəd  və 

prinsiplərini,  mədəniyyət  fəaliyyəti  subyektlərinin  hüquq  və  vəzifələrini,  mədəniyyət 

sahəsində  hüquqi,  təşkilati,  iqtisadi  və  sosial  təminatları  müəyyən  edir,  mədəni 

sərvətlərin  yaradılması,  toplanması,  tədqiqi,  təbliği  və  qorunması  sahəsində  yaranan 

münasibətləri  tənzimləyir.   Bu  qanuna  görə,  hər  kəs  yaradıcılıq  fəaliyyəti  ilə  məşğul 

olmaq  hüququna  malikdir  və  hər  kəs  mədəniyyət  və  yaradıcılıq  hüquqlarını  və 

imkanlarını bərabər şərtlər əsasında həyata keçirməlidir. Qanun fərdlərin mədəniyyət 

sahəsində  azadlığının  müxtəlif  məqamlarını  (etnik,  dini,  beynəlxalq  və  s.)  müəyyən 

edir. 


Bu,  mədəniyyət  haqqında  standart  qanundur.  Qanunun  ümumi  müddəaları 

mədəniyyətin  cəmiyyətdəki  yeri  haqqındadır.  Qanuna  əsasən,  dövlət  mədəniyyət 

sektorunda mərkəzi mövqeyə malikdir, lakin qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq 

edir. Mədəniyyət haqqında Qanunda bir çox sahələrin əsas prinsipləri müəyyən edilir. 

Eyni  zamanda,  qanunda  mədəniyyət  siyasətinin  reallaşdırılması  üçün  daha  spesifik 

alətlər,  misal  üçün  maliyyə  vəsaitlərinin  paylanması,  mədəniyyət  infrastrukturunun 

idarəedilməsi və s. müəyyən edilir. Mədəniyyət siyasətini konkret icraçı təşkilatlar və 

dövlət  orqanları  ilə  əlaqələndirmək  imkanlarını  nəzərdən  keçirmək  lazım  gələ  bilər. 

Bu, mədəniyyət siyasətinin vəzifələri ilə  mədəniyyət sahəsində rol oynayan qurumlar 

arasında  daha  möhkəm  bağlar  yaradacaq.  Qanun  "Azərbaycan  Respublikasının 

müstəqilliyinə,  suverenliyinə,  ərazi  bütövlüyünə,  konstitusiya  quruluşuna,  iqtisadi, 

müdafiə,  elmi-texniki  potensialına  və  milli  maraqlarına  zərər  vura  biləcək  təbliğatın 

aparılmasını"  qadağan  edir.  Azərbaycan  kinematoqraflarının  bədii  azadlığını 

qorumaq,  film  sənayesində  müxtəlifliyə  stimul  vermək  və  yüksək  keyfiyyətli 

kinematoqrafiyanı dəstəkləmək üçün bu terminlər qanunda daha konkret şəkildə ifadə 

edilir. 


2.2. Kinematoqrafiya haqqında Qanun (1998-ci il, yeni versiya hazırlanır) 

Kinematoqrafiya  haqqında  Qanun  Azərbaycan  hökuməti  və  Milli  Məclisi  tərəfindən 

1998-2000-ci  illərdə  mədəniyyət  sahəsində  hüquqi  vəziyyəti  müasirləşdirmək 

məqsədilə  qəbul  edilib. Bu qanun kinematoqrafiyaya dövlət himayəsinin  formalarını, 

kinematoqrafiya  fəaliyyəti  ilə məşğul  olan  fiziki  və hüquqi şəxslərin  hüquq 

və vəzifələrini  müəyyənləşdirir,  incəsənətin  spesifik  növü olan  kinematoqrafiyanın 

qorunması və inkişafı sahəsində dövlət  siyasətinin  həyata  keçirilməsinə hüquqi 

təminat yaradır. 




 

 



Kinematoqrafiyaya 

dövlət 


himayəsinin əsas 

formaları kinematoqrafiya 

sahəsində qanunvericiliyin  yaradılması,  kinematoqrafiyanın  inkişafı  üçün  mürəkkəb 

bazanın 


təmin 

olunması, 

maliyyələşmə 

və 


 

kinematoqrafiya 

sahəsində beynəlxalq əməkdaşlığa  təminat  verilməsi  kimi  müəyyən  edilir.  Eyni 

zamanda qanunda:  

 

filmin "milli film" hesab edilməsi üçün hüquqi şərtlər müəyyən edilir 



 

kinematoqrafiya fəaliyyətinin təşkil edilməsi qaydaları (qeydiyyat, əqli  mülkiyyət 



hüquqları, kinematoqrafiya fəaliyyətinin formaları) müəyyən edilir 

 



yaradıcılıq azadlığının qorunduğu elan edilir 

 



audiovizual  sektorun  (filmləri  hazırlayan  institutlar  və  dövlət  assosiasiyaları  da 

daxil olmaqla) yaradıcı işçilərinin hüquqları müəyyən edilir 

 

audiovizual irsin qorunması üçün təsis edilmiş təşkilatın (aşağıya baxın) – dövlət 



film fondunun səlahiyyəti müəyyən edilir. 

Qanunda  maliyyələşdirmə  mənbələri  və  mexanizmləri,  eləcə  də  resursların  idarə 

edilməsi ilə bağlı daha ətraflı məlumat tövsiyə formasında verilir.  

Keçən  il  hökumət  bu  qanunda  düzəliş  edilməsi  məqsədilə  qanunvericilik  təşəbbüsü 

irəli sürüb. Kinematoqrafiya haqqında yeni qanunun (hazırlıq mərhələsindədir) qəbul 

edilməsində  əsas  məqsəd  prodüser  və  kinematoqraflar  üçün  bazar  şərtlərini 

yüngülləşdirmək  və  film  istehsalının  ƏDV  və  gömrük  rüsumlarından  müvəqqəti 

olaraq azad edilməsi ilə onların rəqabət qabiliyyətini dəstəkləməkdən ibarətdir. ƏDV-

dən  azadolmanın  təfərrüatları  hələ  aydın  olmasa  da,  hökumət  sənaye  sahəsində 

maliyyələşdirmənin  həcmini  artırmağa  və  bu  sahədə  çalışan  insanların  iş  şərtlərini 

yaxşılaşdırmağa çalışır.  Sıfır faiz dərəcəli gömrük rüsumu Azərbaycanın audiovizual 

sənayesinin  texnoloji  bazasının  müasir  standartlara  cavab  verməsi  üçün  yenilənməsi 

və müasir, xarici kino şirkətlərini Azərbaycanda çəkiliş etməyə cəlb etmək məqsədilə 

tətbiq edilir.  

Qanuna  əlavə  ediləcək  yeni  müddəaların  film  sənayesinə  daha  çox  özəl  sərmayələr 

cəlb  edəcəyi  gözlənilir.  Kinematoqrafiya  haqqında  Qanunun  yeni  layihəsi  Ədliyyə 

Nazirliyi ilə razılaşdırılıb, Nazirlər Kabinetinə təqdim edilib, dövlət orqanlarından rəy 

alıb,  daha  sonra  2014-cü  ilin  sentyabrında  Milli  Məclisin  Mədəniyyət  komitəsində 

müzakirə  edilib  və  2015-ci  ildə  Milli  Məclisə  təqdim  edilib.  2016-cı  ilin  aprel  və 

noyabrında  qanun  layihəsi  Mədəniyyət  Komitəsində  bir  daha  müzakirə  edilib  və 

tezliklə Milli Məclisin plenar iclasına təqdim ediləcək. 

2.3. Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı 

2007-ci  ildə  Azərbaycanın  audiovizual  sektorunun  siyasətinin  müasirləşdirilməsi  və 

milli prioritetə çevrilməsi üçün Prezident Sərəncamı verildi. Daha sonra növbəti 10 il 

müddətində  bu  müasirləşdirmə  prosesinin  prioritetlərini  müəyyən  edən  ümumi 

hərəkət  planı  (Prezidentin  4  avqust  2008-ci  il  tarixli  2961  nömrəli  Sərəncamı  ilə 

təsdiq edilmişdir) qəbul edildi. Proqramın əsas vəzifələri aşağıdakılardır: 

 

müasir maddi-texniki bazanın yaradılması 



 

yaradıcılıq  və  kinematoqrafiya  baxımından  ciddi  dəyərə  malik  filmlərin 



dəstəklənməsi 

 



filmlərin yayımı və nümayişi infrastrukturlarının bərpa edilməsi 

 



dövlət kinoteatr şəbəkəsinin müasirləşdirilməsi və saxlanması, o cümlədən digər 


Yüklə 262,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə