www.aaa.org.az
İCBARİ TӘHSİL MÜDDӘTİNDӘ EDİLMİŞ DӘYİŞİKLİYİN QADINLARIN VӘZİYYӘTİNӘ POTENSİAL TӘSİRİ
4
İCBARİ TӘHSİL MÜDDӘTİNDӘ
EDİLMİŞ DӘYİŞİKLİYİN QADINLARIN
VӘZİYYӘTİNӘ POTENSİAL TӘSİRİ
Bərabər olmayan insanlarla bərabər səviyyədə davranılmasından
ədalətsiz heç bir şey ola bilməz.
Tomas Cefferson
19 iyun 2009‐cu il tarixində Milli Məclis tərəfindən
qəbul edilmiş Təhsil haqqında Azərbaycan Respub‐
likasının qanunu ölkədə icbari təhsilin müddətinin
dəyişdirilməsini nəzərdə tutur. Dəyişikliyə əsasən
məktəbəqədər təhsil 5 yaşından icbari olur və icbari
təhsilin yuxarı həddi 11‐ci sinifdən 9‐cu sinifə qədər
azaldılır. Birinci dəyilşikliyin zəruriliyi və böyük fay‐
daları tam başa düşülərkən və cəmiyyətdə demək
olar ki, hamı tərəfindən dəstəklənərkən, ikinci dəyi ‐
şiklik barəsindəki fikirlər müxtəlifdir və zəruriliyi heç
də yekdilliklə qəbul edilmir.
Daha çox ABŞ‐da aparılan bundan öncəki
tədqiqatlar gəlirlər
1
, cinayət xarakteri daşıyan
fəaliyyətlər
2
, ölüm halları
3
, rifahın subjektiv me‐
yarları
4
və nəsillər arası bərabərsizliyə
5
təhsilin
təsirini öyrənmək üçün icbari təhsil haqqında qanun
dəyişikliklərindən istifadə etmişlər. Bu məqalədə
mənim yanaşma tərzim bir az fərqlidir. Formativ
qiymətləndirmə əvəzinə, mən icbari təhsillə əlaqədar
edilmiş bu mühüm dəyişikliyin gələcəkdə səbəb ola
biləcəyi bəzi potensial nəticələri vurğulamağa
çalışıram. Məqalənin strukturuna gəlincə, təhsillə
bağlı mövcud qeyri‐bərabərlikləri nəzərdən
keçirdikdən sonra, mən insan inkişafının seçilmiş
göstəriciləri baxımından qadınların iki il əlavə olaraq
məktəbdə oxumasının əhəmiyyətini dəyərləndirirəm.
Gəlinən nəticə bu dəyərləndirməyə əsaslanır.
TӘHSİLDӘ QEYRİ – BӘRABӘRLİKLӘR
Azərbaycan Respublikasının Konstitusiyası hər
kəs üçün ödənişsiz icbari ümumi təhsilə dövlət zə‐
manəti verir
6
. 1992‐ci ildə qəbul olunmuş əvvəlki qa‐
nunun terminalogiyasına görə, bu, 11 il deməkdir.
Qanun aydın şəkildə əsas təhsili (könhə klassi‐
fikasiyaya əsasən, 1‐ci sinfdən 8‐ci sinfə qədər olan
təhsil nəzərdə tutulur) icbari elan edərək digərlərinin
öz təhsillərini profesional texniki məktəblərdə,
liseylərdə, eləcə də texnikum və kolleclərdə davam et‐
dirmələrini nəzərdə tutur. Lakin yeni qanuna görə,
Konstitusiyada qeyd olunan icbari ümumi orta təhsil
1‐9‐cu sinifləri əhatə edəcək. Bu baxımdan köhnə və
yeni qanun arasında diqqət çəkən əsas fərq, 9‐cu
sinifdən sonra təhsilin hər hansı bir formada davam
etdirilməsinə dair heç bir tələbin olmamasıdır. Qeyd
edilmiş bu dəyişikliyin 10 ildən sonra qüvvəyə min‐
məsi təklif olunmuşdur.
Müstəqillikdən bəri Azərbaycanda icbari təhsil,
yəni orta təhsil alma yaşında olan bütün uşaqların ya
tam orta təhsil, ya da texniki peşə məktəbləri və ya
texnikumlar ilə əhatə olunması, demək olar ki, heç
vaxt tam həyata keçirilməmişdir. Buna qəbul və
bitirmə üzrə rəsmi rəqəmləri sadə şəkildə təhlil et‐
məklə əmin olmaq mümkündür. 2005‐ci ildə
7
doq ‐
quzuncu sinfi bitirmiş 152 690 uşaqdan 6 547‐si
texnikumlara
8
, 4 706‐sı texniki‐peşə məktəblərinə və
peşə liseylərinə
9
qəbul olunmuşdur. Sinifdə qalma
faizinin çox aşağı səviyyədə olmasını nəzərə alaraq
qalan 141 437 məktəb şagirdinin oxumağa davam
edəcəyi və 11‐ci sinifi bitirəcəyi güman oluna bilərdi.
Lakin 2007‐ci ildə yalnız 117 893 şagird tam orta təh‐
sili bitirmişdir ki, bu da 9‐cu sinifi bitirmiş şagirdlərin
23 544‐nin və ya 15%‐nin bu və ya digər şəkildə təh‐
sildən yayınmasına işarə edir. Yuxarıdakı hesablama
müvafiq olaraq 2006 və 2008‐ci illərə tətbiq edildiyi
zaman yayınma 18% ‐dək artır. Faktiki olaraq, bu
nəticə, şagirdlərin 20%‐nin 9‐cu sinifdən sonra orta
məktəbi tərk etməsinə dair bəzi məktəblərdə müəl‐
limlərin təxminləri ilə
10
üst‐üstə düşür. Biz hələ bu‐
rada nə məktəbdə real davamiyyət, nə də keyfiyyət
məsələlərini nəzərə almırıq.
1999‐cu il siyahıyaalması təhsildən yayınanların
kimlər olduğu barədə fərziyyələri əsaslandırmaq
üçün çox köhnədir. Ancaq, 2006‐cı ildə aparılan Azər‐
baycanda Demoqrafiya və Sağlamlıq Sorğusu
(AzDSS) bu baxımdan bizə bəzi ipucları verə bilər.
2006‐cı ildəki vəziyyəti təhlil etməklə 20‐24 yaş
qrupundakı hər dörd qadından birinin (25%) 9‐cu
sinifdən sonra təhsil almadığı qənaətinə gəlirik.
Kişilər arasında isə bu göstərici 17% olmaqla daha
yaxşıdır. Xüsusi narahatlıq doğuran fakt ondan ibarət‐
dir ki, 15‐16 yaşlı qadınlardan 3.4%‐i və eyni yaş
qrupundakı oğlanlardan 1.3%‐i ümumiyyətlə heç bir
təhsil almayıb. Şəhərlərdə və ən zəngin ailələrdə
yaşayan qızlar və oğlanlar çox daha yaxşı göstəricilərə
malikdirlər, ancaq bununla belə hər iki kateqoriyada
qızlar daha zəif nəticə göstərirlər. Sorğu zamanı
müəyyən olunub ki, zəngin ailələrdəki 15‐49 yaşlı
qadınların 95%‐i (kişilərin 98%‐i) və yoxsul ailələrdəki
qadınların 76%‐i (kişilərin 83%‐i) əsas təhsil (9‐cu
sinif) və ya daha yüksək təhsil səviyyəsinə malik ‐
dirlər. Kənd və şəhər arasında da bu baxımdan fərqlər
mövcuddur, lakin nəzərə çarpacaq səviyyədə dey‐
Sirac Mahmudov Azərbaycanda
UNİCEF‐in ölkə ofisində Proqram və
Planlaşdırma mütəxəssisidir və
vəziyyətin qiymətləndirilməsi, social
və iqtisadi siyasətin təhlili, uşaq və
qadınlarla bağlı vəziyyətin monitor‐
inqi və qiymətləndirilməsi ilə məşğul‐
dur. Hal‐hazırda o, yeri gəlmişkən,
uşaqlara ünvanlı investisiyaların
yaradılması ilə yanaşı insan inkişafı
indikatorlarının monitorinq alət ləri ‐
nin yaradılmasılə məşguldur.
Edmund S. Muskie proqramının işti‐
rakçısı kimi, Sirac 2002‐ci ildə Pitts‐
burq‐PA Duquesne Universitetinin
Sosial və Dövlət Siyasəti üzrə human‐
itar elmlər magistri dərəcəsini və
1999‐cü ildə Qafqaz Universitetinin
Dövlət idarəetməsi üzrə bakalvr
dərəcəsini almışdır.
Rüblük Jurnal
5