Cavabdehlikdə və şagird nailiyyətlərinin daim yük‐
səldilməsində maraqlı olan təhsil sistemləri məktəbdaxili,
milli və beynəlxalq səviyyədə qiymətləndirmənin müxtəlif
növlərindən istifadə edirlər. Milli qiymətləndirmə Təhsil
Nazirliyinə şagirdlərin məktəb sistemində müxtəlif yaş
qrup larında və sinif səviyyələrində ayrı‐ayrı fənlər üzrə
həmyaşıdları ilə müqayisədə necə oxuduqlarını müəyyən
etməyə imkan verir. Bu qiymətləndirmə maraqlı tərəfləri,
yəni valideynləri, müəllimləri və təhsil strategiyasını hazır‐
layan mütəxəssisləri təhsil sisteminin keyfiyyəti ilə bağlı
məlumatla təmin edir. Bu cür məlumatlar şagirdlərin öz
ölkələrinin iqtisadiyyatına səmərəli şəkildə töhfə vermələrini
və cəmiyyətin fəal vətəndaşına çevrilmələrini təmin etmək
məqsədilə lazım olan zəruri bilik və bacarığa malik ol‐
malarını yoxlamaq baxımından həyati əhəmiyyət kəsb edir.
2005‐ci ilədək Azərbaycanda şagirdlərin nümayiş et‐
dirdikləri bacarıq sistemli şəkildə dəyərləndirilməyib. Azər‐
baycanda milli qiymətləndirmə ilk dəfə 2006‐cı ildə həyata
keçirilmiş və ümumtəhsil məktəblərinin 4 və 9‐cu sinif şa‐
girdlərindən seçilmiş qrup arasında imtahan aparılmışdır.
Şagirdlərin bilik və bacarığı iki fənn üzrə müəyyən
edilmişdir: dil və riyaziyyat. Testlər üzrə nümayiş etdirilən
bacarıqlara görə əldə edilən məlumatlardan əlavə, bu
araşdırma, həmçinin, şagird və müəllimlərin doldurduqları
müxtəlif sorğu vərəqələri vasitəsilə bir çox mühüm
məlumatların toplanmasına imkan yaratmışdır.
AZӘRBAYCAN NӘ ÜÇÜN BEYNӘLXALQ
QİYMӘTLӘNDİRMӘLӘRDӘ İŞTRAK EDİR VӘ
BEYNӘLXALQ QİYMӘTLӘNDİRMӘLӘRLӘ NӘLӘR
MÜӘYYӘN EDİLİR?
Milli qiymətləndirmələrdən fərqli olaraq, beynəlxalq
səviyyədə qiymətləndirmə bizə öz şagirdlərimizin göstəri‐
cilərini digər ölkələrin şagirdlərinin nümayiş etdirdikləri
bacarıqlarla müqayisə etməyə unikal imkan yaradır. Bu,
həm də bizə şagirdlərimizin beynəlxalq səviyyədə necə qa‐
biliyyət nümayiş etdirdiklərini görməyə, digər ölkələrin təh‐
sil sistemində istifadə olunan müxtəlif yanaşmaları
öyrənməyə və bizim məktəblər üçün müvafiq sayıla biləcək
yeni təcrübə və siyasəti müəyyənləşdirməyə yardım edir.
Bizim gənc ölkəmiz şagird nailiyyətləri üzrə formalardan və
beynəlxalq konteksdə təlimi müəyyən edən həlledici amil‐
lərin təhlilindən çox şey öyrənə bilər.
Ölkələr arasında şagirdlərin qabiliyyətini yoxlayan və
müqayisə edən bir çox beynəlxalq qiymətləndirmələr
mövcuddur. Bunlar Şagird Nailiyyətlərinin
Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram (PİSA),
Beynəlxalq Oxu Bacarığında İnkişaf üzrə Araşdırmalar
(PİRLS), Riyaziyyat və Təbiət Elmlərində Beynəlxalq Meyllər
(TİMSS)‐dir. İqtisadi Әməkdaşlıq və İnkişaf Təşkilatının
(İӘİT) layihəsi olan PİSA hər üç ildən bir həyata keçirilir və
üç bacarıq sahəsi üzrə qiymətləndirmələr (Oxu, Riyaziyyat
və Təbiət Elmləri) aparır. 4‐cü sinif şagirdləri arasında Təhsil
Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq
Turqut Mustafayev Dünya
Bankının Azərbaycan ofisində
Təhsil məsləhətçisi vəzifəsində
çalışır. O, Azərbaycan Dillər Uni‐
versitetinin linqvistika üzrə
bakalavr dərəcəsinə və Pensel‐
vaniya Universitetinin Təhsil
siyasəti üzrə magistr dərəcəsinə
malikdir. Turgut 2003‐cü ildə ABŞ
Dölət Departamentinin Edmund S.
Muski Təhsil Proqramının işti‐
rakçısı olmuşdur. O, həmçinin,
2002‐ci ildə Demokratiya Təhsil
mübadiləsi Proqramı nəznində
Amerika Forumu qrantının qalibi
olmuş və 2005‐ci ildə Açıq
Cəmiyyət İnstitutunun Təhsilə
dəstək Proqramının və Kolumbiya
Universitetinin təqaüdçüsü olmuş‐
dur.
Rüblük Jurnal
11
Assosia siya (TNQBA) tərəfindən aparılan PİRLS oxu
bacarıqlarını qiymətləndirmək üçün ən əhatəli və ən dəqiq
müqayisəli araşdırmadır. TİMSS də TNQBA tərəfindən
təşkil olunur, 4 və 9‐cu sinif şagirdlərinin riyaziyyat və təbiət
elmləri üzrə bacarıqlarını müəyyənləşdirir. Azərbaycan artıq
2006‐cı ildən PİSA‐da iştirak edib. Ölkəmiz 2009‐cu ildə
PİSA‐da, 2011‐ci ildə PİRLS‐də və TİMSS‐də iştirak edəcək.
“PİSA 2006”‐NIN TANIŞLIQ MӘLUMATI
Azərbaycan 2006‐cı ildə PİSA‐da iştirak etmiş 57 ölkədən
biridir. Bu ölkələrdən 30‐u İӘİT‐nin üzvüdür.
Qiymətləndirmədə iştirak edən dövlətlərin iqtisadiyyatı
dünya iqtisadiyyatının demək olar ki, 90%‐ni təşkil edir. 57
ölkədə orta məktəbə gedən 20 milyondan artıq 15 yaşlı şa‐
girddən 400,000‐i nümunə kimi seçilmişdir. Bu şagirdlər iki
saatlıq testdə iştirak etdikdən sonra sorğuları cavablandmış ‐
dır. Bu dəfə “PİSA 2006”‐nın əsas hədəfi təbiət elmləri
olmuş dur. Məlumat üçün bildirm ki, “PİSA 2000” və “PİSA
2003” müvafiq olaraq oxu və riyaziyyatı hədəf seçmişdi.
TӘBİӘT ELMLӘRİNDӘ ŞAGİRDLӘRİN NÜMAYİŞ
ETDİRDİKLӘRİ QABİLİYYӘT SӘVİYYӘSİ
“PİSA 2006” şagirdlərin təbiət elmləri ilə bağlı tapşırıqları
yerinə yetirmək bacarığını müxtəlif istiqamətlər üzrə
müəyyənləşdirmişdir. Bu istiqamətlərə real situasiyalar və
elmlə bağlı daha geniş, qlobal məsələlər daxil edilmişdir. Üç
əhatəli elmi kompetensiya aparılan araşdırma tərəfindən
qiymətləndirilmişdir. Bunlar elmi məsələlərin müəyyən‐
ləşdirilməsi, elmi cəhətdən əsaslandırılması, nəticə çıxarmaq
üçün elmi dəlillərdən istifadə olunmasıdır. Həm nümayiş
etdirilən qabiliyyətin xallarını, həm də sualların çətinliyini
göstərmək üçün altı bacarıq səviyyəsi müəyyən edilmişdir.
Altıncı səviyyə ən yüksək çətinlik səviyyəsi idi ki, burada şa‐
girdlər müxtəlif mürəkkəb situasiyalarda elmi biliklərdən
ardıcıl olaraq istifadə edir, onları açıqlayır, qabaqcıl elmi
təhlilləri izah etmək etmək üçün dəlillər gətirirdilər. İӘİT
ölkələrini təmsil edən şagirdlərin cəmi 1.3%‐i 6‐cı səviyyənin
suallarına cavab verə bilmişdir. Ümumilikdə doqquz
ölkənin 2%‐dən çox şagirdi ən yüksək səviyyədə cavab ver‐
məyi bacarmışdır.
Təəssüf ki, Azərbaycandan heç bir şagird bu qabiliyyətin
ən yüksək səviyyəsinə çata bilməmişdir. Onların əksəriyyəti
(95%) 2‐ci səviyyəyə müvafiq və ya ondan aşağı xal
yığmışdır. Testdə iştirak edənlərin yarıdan çoxu 1‐ci
səviyyəyə uyğun, təxminən beşdə biri 1‐ci səviyyədən aşağı
xal toplamışdır. Onların 22.4%‐i isə 2‐ci səviyyədə xal
yığmışdır. Qeyd edək ki, bu səviyyədə, şagirdlər elmi,
texnoloji situasiyalarda aktiv iştirakı təmin edəcək elmi
bacarıqları nümayış etdirməyi öyrənirlər.
Hər bir iştirakçı ölkə bütün şagirdlərin bacarığını nü‐
mayiş etdirən orta xala malikdir. Araşdırma əsasında
ölkələrin böyüklüyü‐kiçikliyi və şagirdlərin qabiliyyətinin
orta həddi arasında heç bir əlaqə tapılmamışdır. Finlandiya
563 xalla ən yüksək göstəriciyə sahib oldu ki, bu, İӘİT
ölkələrinin orta balından 63 xal çoxdur. Finlandiyanı orta xalı
530 xaldan artıq olan 6 ölkə izləyirdi: Kanada, Yaponiya,
Yeni Zellandiya, Honq Konq‐Çin, Çin‐Taypey və Estoniya.
Azərbaycan 55‐ci sırada yer aldı, yanlız 382 xal topladı ki, bu
göstərici yalnız Qətər (349) və Qırğızıstanın göstəricisindən
(322) yüksək idi.
Bəzi ölkələrin təbiət elmlərilə bağlı bilik üzrə göstəriciləri
elmi biliklərlə bağlı göstəricilərdən kifayət qədər yüksək
oldu. Birincilərə elmi araşdırmaların səbəbləri və təbiəti ilə
bağlı biliklər daxildir. İkincilər isə daha çox təbii dünya ilə
bağlıdır. Bunlara da müxtəlif təbiət elmlərində rast gəlmək
olur. Bir çox Şərqi Avropa ölkələrində olduğu kimi, Azər‐
baycanda da şagirdlər yüksək elmi bilik nümayiş etdirdilər
ki, bu da tədris proqramında xüsusi elmi biliklərin
ötürülməsi təcrübəsinin daha güclü olması ilə əlaqədardır.
Bizim şagirdlər elmi biliklərlə bağlı olan suallar üzrə 20 xal
çox topladılar.
ŞAGİRDLӘRİN TӘBİӘT ELMLӘRİNӘ MÜNASİBӘTİ
“PİSA 2006”, həmçinin, şagirdlərin elmi araşdırmalara
verdiyi dəstək üzrə məlumatları, elmə olan maraqları, elm
www.aaa.org.az
“PİSA 2006”‐NIN VACİB MӘQAMLARI: AZӘRBAYCANLI ŞAGİRDLӘRİN İLK BEYNӘLXALQ PROQRAMDA NÜMAYİŞ ETDİRDİKLӘRİ BACARIQ
12