ki, əgər qız evdə
qalarsa bu halda onun başqa
oğlanla görüşməyə heç bir şansı qalmayacaq. Bun‐
dan əlavə, bu cəmiyyətdə oğlanlar üstünlük təşkil et‐
diyi üçün, sosial baxımdan bu, onların qızlardan
daha çox sərbəst olması, özünə güvənməsi və onlar‐
dan daha çox təhsil alması qəbul edilməzdir. Üstün
biliyə malik qızlar öz ərləri üçün təhlükə hesab edilir.
Bu kişilər düşünür ki, onları idarə etməli və
nəzarətdə saxlamalıdır. Onlar düşünür ki, heç bir
şeydən asılı olmayaraq, həyat yoldaşı ənənəvi olaraq
qəbul edilmiş gender roluna itaət edəcək və söz lərinə
qulaq asacaq. Bəzən məktəbi tərk edərək erkən
evlilik barədə qərarı təkcə valideynlər deyil, qızların
özləri də verirlər. Qızlar həddi‐buluğa çatdıqdan
sonra, onlar həyatda edəcəyi seçimlərlə bağlı heç bir
alternativ görə bilmirlər. Onların bildikləri tək şey
evlənməkdir. Heç kim bu gənc qadınlara təhsilin
əhəmiyyətini öyrətməyib və onların özləri də yaxşı
təhsil almış bir ananın gələcəkdə böyük perspektivi
olacağını anlamırlar.
“Mən Qız Olduğum Üçün: Dünya Qızlarının
Vəziyyəti 2007”nin gəldiyi nəticəyə əsasən, “ailə,
uşaqların öz potensialını öyrəndiyi ilk məkandır”.
4
Məhz ailədə çoxlu qızlara, onların oğlanlardan
daha aşağı statusa malik olduqları aşılanır. Orta
məktəbdən, universitetdən, kollecdən məzun olmuş
bu qızların qadın rolunun modelləri barədə çox az və
ya heç məlumatları yoxdur və əksəriyyəti öz karyera ‐
larında uğur qazana bilməyib. Təəssüf ki, bu qızların
bir çoxu məktəbi ciddiyə almır və görünür sadəcə
“əylənmək” üçün məktəbə gedir. Onlar öz işlərində
az səy göstərirlər və ətrafda gedən proseslərə diqqət
yetirmirlər. Nəticə etibarilə, onlar öz müəllim və tay‐
tuş larından müsbət əks rekasiya görməyən kasıb şa‐
girdlərdir. Bəzi hallarda, nişanlanmaq üçün rəqabət
güclənir və nişanlanmayan qızları qısqandırmaq
üçün qızlar bir‐birinə istehza edirlər. Nişanlandıqdan
sonra, onlar evlənmək və nəhayət, ər evinə köçmək
planlarına gəldikdə isə istəksizlik nümayiş etdirirlər.
Məktəbə az maraq göstərdikləri üçün bu evlənmiş və
nişanlanmış qızlar 11‐ci sinfi başa vurmadan məktəbi
tərk edirlər.
Təəssüf ki, uşaqlar arasında məktəbdən kənar
cinsi ayrı‐seçkilik barədə məlumatlar mövcud deyil,
ancaq, orta məktəb səviyyəsindəki kənd qızlarının
xüsusilə öz ailələri tərəfindən təzyiq göstərilməklə,
məktəbdən kənarlaşdırılaraq maaşlı və ya maaşsız
işlər gördürülməkdən, onların “əxlaqları”nın qorun‐
masından, valideynlərinin erkən evlilik hazırlıqların‐
dan narazı olmaları barədə gələn məlumatların sayı
artır.
5
Son bir neçə ildə gender bərabərsizliyinin təh‐
silə təsir edib‐etməməsini yaxşı şəkildə araşdırmaq
üçün qızların və oğlanların məktəbə gedişi, dərslərdə
iştira kının, eləcə də, gəlir qrupları, kənd, şəhər, ray‐
onlar tərəfindən əldə olunan naliyyətlərin faizinin və
məktəbə gedişin müxtəlif səviyyələrinin müntəzəm
olaraq ərtaflı şəkildə dəyərləndirilməsi tələb olunur.
Müəllimlərin özlərinin öyrətmə bacarıqları acı‐
nacaqlı səviyyədədir. Onlar təlimlərə qatılmır və bir
çoxları şagirdlərdən mexaniki əzbərləməyi tələb et‐
məklə “moizə oxumağa” davam edirlər. Uşaqların
marağına səbəb ola biləcək metodlardan istifadə edə
bilmirlər. Hər hansı bir uşağın, məktəbi belə geri
qalmış imkanlar, aşağı səviyyəli müəllimlər və məh‐
dud avadanlıqlarla bitirməsi heyrətləndirici haldır.
Biz, müəllimlik etdiyimiz cənub rayonunda qızların
orta məktəbdən ayrılmasının ciddi problem
olduğunu hiss edirik. Daha öncə də vurğuladığımız
kimi, bu problemlərin səbəbləri çoxdur və bu
səbəblər bu günün milli mədəniyyətinə, həmçinin bu
rayona təsir edən bütün mədəniyyətlərə möhkəm
şəkildə bağlıdır. Hətta, demək olar ki, hansı prob‐
lemin daha öndə gəldiyini müəyyən etmək belə
imkansızdır, lap “yumurta və toyuq” nəzəriyyəsi
kimi.
QADINLARIN TӘHSİL ALMASINA APARAN YOL
Bu rayonun mühafizəkarlığını, paytaxtdan uzaq
olmasını və İranla sərhəd olmasını nəzərə alsaq, bu‐
rada qızlar üçün təhsilin bir xeyli çətin vəzifə
olduğunu deyə bilərik. Cəmiyyətdəki digər bir çox
problemlərlə birlikdə, ən önəmli çıxış yollarından
biri insanlara təhsil verməkdir ‐ bütün insanlara. Qı‐
zların təhsilinə təsir edən iki əsas sahəyə müraciət
etmək lazımdır. Birincisi, cəmiyyətə qadının dəyərini
və bugünün dünyasında onların tutduqları müsbət
rolu öyrətməkdir. Bu cox nəhəng problemdir və
düşünürəm ki, bunu dəyişmək uzun illər aparacaq.
Birləşmiş Millətlər Әhali Fondu (UNFPA) kimi bir
çox beynəlxalq inkişaf agentlikləri var ki, “sağlam
həyat və bərabər imkanlardan zövq almaq üçün hər
bir qadının, kişinin, uşağın hüquqlarını müdafiə
edir.”
6
Gender əlaqələrinin bu həssas sahəsində həm
qadın, həm də kişilərə
dərslərin keçilməsi üçün
beynəlxalq agentliklərin ölkəyə gəlişinə icazə ver‐
ilməsi irəliyə doğru atılacaq addımlardan biridir. İk‐
inci yol, yoxsulluğa və təhsilə təsir edən iqtisadiyyat
və səhiyyə sektorlarında modernizasiyadır. Bir daha,
UNFPA kimi agentliklər, hökumət tələb etdiyi
təqdirdə yoxsulluğun azaldılması və davamlı inkişaf
üzrə siyasət və strategi yanın formalaşdırılmasında
onlara öz köməyini göstərə bilər. Qızlara və öz
növbəsində qadınların qarşılaşdığı mürəkkəb prob‐
lemləri həll etmək üçün həm hökumət, həm də qeyri‐
hökumət təşkilatlarına maliyyə yardımı göstərmək
və onlara təlim keçməklə uzunmüddətli müdaxilə
vacibdir. Әgər Azərbaycan hökuməti, yerli icra
Rüblük Jurnal
25