ki, universitet səviyyəsində biz çox vaxt fənn üzrə bilik‐
lərin inkişafına tədris və öyrənmə metodları əvəzində
daha çox üstünlük veririk. Nədənsə düşünürük ki,
yetkinlik yaşına çatmış şəxslərə, hətta universitetdə ox‐
uyanlara dərs keçən zaman biz fənni necə tədris edəcəy‐
imizə diqqət yetirmirik, ancaq nəyi tədris etdiyimizə
əhəmiyyət veririk. Bu, həm ABŞ, həm də Azərbaycan
üçün səciyyəvi xüsusiyyətdir. Ancaq mənim 2007‐2008‐ci
illər ərzində Azərbaycanda dövlət və özəl universi ‐
tetlərdə mühazirəçi kimi işləməyim, tədris prosesinin nə
dərəcədə mühüm olduğunu bir daha xatırlatdı.
Bakıda mənim çox gözəl tələbələrim var idi. Yad‐
daşlarında çoxlu əzbərlənmiş məlumatın olmasına bax‐
mayaraq, onların bu faktların yeni fikirlərin,
təsəvvürlərinm yaradılması üçün sistematik şəkildə isti‐
fadəsi haqqında təsəvvürləri az idi. Məsələn, bəziləri
Con Steynbekin bütün əsərlərinin adlarını və nəşr olun‐
duğunu tarixləri bilir, lakin onun kitablarının birini də
oxumayıblar, nə də ki, sərbəst şəkildə onun əsərlərini
təhlil edərək esse yazmamışlar. Bir çoxları bütün
ölkələrin paytaxtını bilirlər və hətta tarix kitablarının
bütün fəsillərini sözbəsöz əzbərləmişlər, lakin onların,
millətlərin formallaşdırılmasına təsir edən tarixi proses‐
lər barədə təsəvvürləri çox az idi. Çoxları ingilis dilinin
qrammatik “qaydalarını” bilir, ancaq bir çoxu bu dildə
çətinliklə danışa və yaza bilir. Mən, işlədiyim dövlət uni‐
versitetində dərs deyəndə dördüncü kurs tələbələrinə
Amerika ədəbiyyatının bəzi nümunələri üçün qısa ədəbi
təhlil, esse yazmağı tapşırdım. Aydın idi ki, onların heç
biri heç vaxt bu cür təhlil yazmamışdılar. Yetmiş
nəfərdən yalnız beşi bunun öhdəsindən gəlməyi bacardı.
Sözün qısası, mənim azərbaycanlı tələbələrimin çoxu
biliyi yaradan deyil, biliyi əldə edən sayılırdılar. Bəs
onlar bunu harada öyrənirlər? Bizdən, öz müəllim‐
lərindən.
2008‐ci ilin yanvar və fevral aylarında mən, dil və
ədəbiyyat müəllimləri üçün tədris metodları üzrə bir
həftəlik təkmilləşdirmə seminarı təşkil etdim. Biz, bir
həftə üçün bəlkə də çox görünən böyük sayda mövzu‐
lara toxunduq: güclü tədris proqramının (syllabus) tərtib
olunması (Azərbaycanda bu nadir hallarda müəllimin
məsuliyyəti idi, lakin bu dəyişəcək), internet
texnologiyaları və internet müzakirə forumlarının isti‐
fadəsi, tələbələrdə tənqidi düşüncə və səlist yazı
bacarığının inkişafı və qiymətləndirmədə ənənəvi “imta‐
han” formatından başqa yeni strategiyaların geniş isti‐
fadəsi. Məni seminarda heyran edən, bir çox
müəllimlərin öz tələbələrinə oxşamaq istəyi oldu: otur‐
maqları, dinləməkləri, məlumatın qəbul olunması və
otaqdan çıxmaları. Bir neçə nəfər nisbətən fəal, lakin
narazı idi. Çünki onlar mənim tərəfimdən onlara aid hər
bir sahə üzrə hazır, yeni əla dərs proqramlarını verəcəy‐
imi güman edirdilər. Azlıq təşkil edən digər qrup daha
fəal idi, onlar materialla işləyib və dərhal dərsdə necə tət‐
Alison Mandaville fəlsəfə dok‐
toru, Pacific Lutheran Universitetinin
müəllimi, 2007‐2008‐ci il Fulbrayt
təqaüdçüsü kimi Amerika ədəbiyyatı,
etnik araşdırmalar aparmış, tənqidi
nəzəriyyə üzrə bir neçə Azərbayan
universitetlərində dərs keçmişdir. O,
ədəbiyyat, qadın məsələləri, təhsil kimi
mövzularda təqdimatlar etmiş və
məqalələr nəşr etdirmişdir. Uşaqlıqda
türk dilini, hal‐hazırda isə azərbaycan
dilini öyrənir; Bakıdakı əməkdaşları ilə
birlikdə Azərbaycan şeir nümunələrini
və qısa hekayələrin ABŞ‐da nəşri üçün
tərcümə etmişdir. Elmi fəaliyyətindən
əlavə, Alison həmçinin şairədir və
ABŞ‐da on ikidən çox jurnalda onun
şerləri nəşr olunmuşdur.
Rüblük Jurnal
37
biq edəcəklərini müzakirə edirdilər. Mənim azərbaycanlı
tələbələrim kimi, bu müəllimlər də seminar materialları
üzrə bir‐birinin şərhlərini dinləmək həvəsində deyildilər.
Bir müəllim seminarın materialı üzrə danışanda, onlar
adətən öz şərhlərini yalnız mənə ünvanlayırdılar. Digər
müəllimlər isə öz həmkarlarının danışığına etina et‐
məyərək öz aralarında söhbət edirdilər – mənim
tələbələrimdən heç də fərqlənmirdilər! Aydın idi ki, bu
müəllimlərin əksəriyyəti təkmilləşdirmə seminarlarına
mənim onlara verdiyim “birbaşa təlimat” modeli kimi
baxırdılar. Әksinə, mən iştirakçıları strukturlaşdırılmış
şəkildə, lakin əməkdaşlıq edərək müzakirələr aparmaq
və birlikdə öyrəndiklərini sınayan mühitiə cəlb etməyə
çalışırdım. Müəllimlərin əksəriyyəti özlərinə bilik, tədris
metodu yaradıcısı kimi baxmırlar
3
.
Müəllimlər özlərini nəinki mənim tələbələrim kimi
aparırdılar, onlar həmçinin yazmaq istəməməklərilə də
tələbələrimə oxşayırdılar. Mən müəllimlərə seminar za‐
manı qeyd aparmaq, müəyyən məsələlər üzrə fikirlər
irəli sürmək və ya fikir mübadiləsi aparmağı xahiş
edəndə (mən onlara fikirlərini rahat ifadə edəcəkləri
dildə yazmaq imkanı verdim), sanki onlara ağır bir fiziki
iş tapşırırdım. Həqiqətən də, yalnız bir neçə nəfər bütün
həftə ərzində qeydlər aparırdı. Bu, savadlı müəllimlər
qrupu idi; onların əksəriyyəti öz mövzuları ilə açıq şək‐
ildə maraqlanır və bu mövzular haqqında bilikləri çox
idi.
Peşəkar danışıqlarda həm söhbət, həm də yazı va‐
sitəsilə iştirak etmək, pedaqoji heyətin inkişafının əsası
olan əməkdaşlıq üçün çox mühümdür. Bir‐birilə danış‐
madan və bir‐birini dinləmədən Azərbaycan müəllimləri
özlərinin ən zəngin ehtiyatı olan həmkarlarından tədris
bacarıqlarının gücləndirilməsində istifadə edə bilmirlər.
Azərbaycan müəllimləri yazıdan həm tədqiqat, fikirlərin
istifadəsi, həmçinin üzbəüz ünsiyyətdən də irəli gedərək
ideyaların bölüşməsi üçün bir alət olaraq istifadə et‐
mədən, tələbələrə dünyanın daimi dəyişən şəraitinə və
tələblərinə uyğunlaşmağa yardım etmək üçün öz tədris‐
lərini inkişaf etdirə bilmirlər. Təklikdə dərs demək təcrid
olunmuş vəziyyətdə tədqiqat aparmaq kimidir; bu halda
heç bir yenilik ola bilməz.
Çətinliklərə baxmayaraq, Azərbaycanda pedaqoji
heyətin təkmilləşdirilməsi olduqca mümkündür. Mənim
işlədiyim özəl universitetdəki tələbələrimin timsalında,
az bir zamanda, tələbələr buna vərdişli olmasalar belə,
sinif otağında dinamik öyrənmə modelinin inkişafında
nailiyyətlər əldə etməyin mümkünlüyünü görmək olar.
Tədris ilinin əvvəlində mən tələbələrimə yuxarıda qeyd
etdiyim qısa bir ədəbi esse tapşırığı verdim. İşlədiyim
dövlət universitetində olduğu kimi, özəl universitetdə
də təyin olunmuş tarixdə çox az sayda esse aldım. Hər
iki universitetin tələbələri bir‐birinə çox oxşayırdı. Bəs nə
etməli? Mən, dərhal yazılı tapşırığın strukturunu dəy‐
işdim. Tələbələrin universitet şəhərciyində kompüter
laboratoriyasından istifadə etmək imkanının və onların
çoxunun elektron ünvanının olduğunu bilərək, mən on‐
layn “google qrup” yaratdım və hər həftə dərsdən qabaq
verilmiş oxu materialına qısa, analitik cavab yazmağı
tapşırdım. Həmçinin, bir‐birilərinin yazdıqlarını oxumaq
və qısa cavab yazmaq tapşırığı verdim. Tələbələrə hər
həftənin yazılarının qiymətləndiriləcəyini və yekun
qiymətin böyük hissəsinin məhz bu işin nəticələri təşkil
edəcəyini demişdim. Təəcüb doğuran odur ki, əvvəllər
buna oxşar bir şey etmədiklərinə baxmayaraq, birinci se‐
mestrin sonuna qədər tələbələrin 90%‐i bu tapşırıqda
iştirak edirdi və bu işin öhdəsinən yaxşı səviyyədə
gəlmişdi. Universitetin digər müəllimləri də bu strate‐
giya ilə maraqlanmağa başladılar və növbəti semestrdə
daha iki müəllim bu metodu sınaqdan keçirdi. Bu meto‐
dun necə uğulu olması təkmilləşdirmə problemlərinin
cavablandırılması barədə bizə nə deyə bilər?
İlk öncə, bu strategiya ona görə uğurlu alındı ki, o,
tələbələrin yaxşı bacardığı ünsiyyət qurmaq bacarıqları
üzərində qurulmuşdu. Onlar bir‐biriləri ilə söhbət et‐
məyi xoşlayırlar. Sadəcə tələbələr bundan oxu
tapşırıqlarının təhlili və müzakirəsi üçün istifadə etməyə
öyrəncəli deyildilər. “Google qrupu”onlara yazı va‐
sitəsilə öz bacarıqlarını artırmağa və bir‐birilərinin
sözünü kəsmədən danışmaq və dinləmək imkanı üçün
daha strukturlu imkan yaratdı. İkincisi, mən mətnin
sinifdə oxunub təhlil edilməsi modelini tətbiq etməyə
çalışdım. Həmçinin, öz ideyalarımı səsləndirərək, on‐
ların fikirlərini dinləyirdim. Mən bunu dərs zamanı qru‐
plar şəklində edirdim. Nəticədə, həm mənim onlardan,
həm də onların məndən öyrənə biləcəkləri şəraiti
yaradaraq tələbələrlə münasibətlərin qurulmasına,
qarşılıqlı hörmətin artmasına və əlverişli dinamik
öyrənmə mühitinin yaranmasına nail oldum.
İşlədiyim dövlət universitetində işi tam həyata keçir‐
mək üçün bir çox tələbəni internetlə təmin etməyə nail
olmadığıma görə, özəl universitetdə dövlət universetilə
müqayisədə layihə daha uğurlu alındı. Bunun səbəbləri
müxtəlif idi. Birincisi, işlədiyim özəl universitetdə sinifdə
30 nəfər var idisə, dövlət universitetində tələbələrin sayı
70 idi. İkincisi, ola bilsin sosial‐iqtisadi səbəblərə görə,
demək olar ki, özəl universitetdə bütün tələbələrim üçün
kompüter istər universitetdə, istərsə də evdə əlçatan idi.
Әn önəmlisi, özəl universitetdə mənim qiymətləndirmək
səlahiyyətim daha çox idi. Dərs dediyim fakültənin
dəstəyilə tədris proqramının (curricular) seçimində və
qiymətləndirmədə son söz mənə məxsus idi. Kafedraya
bu məsələlərlə müraciət edən tələbələrə mənə müraciət
etmələri bildirilirdi. Buna görə də tələbələr bilirdilər ki,
qiymət almaq üçün onlar məndən keçməlidirlər və
qiymət almağın yeganə yolu tapşırığı yerinə yetir‐
məkdir. Düzü, bir neçə tələbə mənim qiymətləndirməm
nəticəsində kursdan natamam alaraq, sonradan yay ses‐
siyasında iştirak etməli və ya növbəti ilə qalmalı oldular.
www.aaa.org.az
AZӘRBAYCANDA PEDAQOJİ HEYӘTİN TӘKMİLLӘŞDİRİLMӘSİ: ÇӘTİNLİKLӘR VӘ İMKANLAR
38
Bu təcrübə tədrisin inkişafı üçün çox güclü dərs ola bilər.
O mənada ki, müəllim üçün institusional dəstək ol‐
malıdır, əks halda tələbələr təhsil strategiyasında baş
verən dəyişikliklərə ehtiramla yanaşmayacaqlar.
Tələbələr bilsələr ki, onlar qiymət və ya tapşırığa yenidən
nəzərdən keçirilməsi üçün müraciət edə bilərlər və ya
hansısa yolla onu dəyişdirə bilərlər, görməli olduqları
işin əhəmiyyəti kəskin sürətdə azalacaq. Tələbələr müəl‐
limləri üçün gördükləri işin əhəmiyyətinin böyük ol‐
masına ehtiramla yanaşmalı və inanmalıdırlar.
Bu, həmçinin müəllimlərə də aiddir. Bəzi Azərbaycan
müəllimləri keçirdiyim seminarda iştiraka görə “serti‐
fikat” almaq üçün mənə müraciət edəndə təəccüblən‐
mişdim. Baxmayaraq ki, biz ABŞ‐da bəzən iştirak üçün
sertifikat veririk, bu universitet səviyyəsində pedaqoji
heyətin təkmilləşdirilməsi proqramları üçün ümumi
qayda deyil. Lakin ABŞ‐da bütün tədris səviyyələrində
müəllimlər ixtisasartırma proqramında iştirakları üçün
kredit əldə edir və bununla peşəkar həyatlarında vəzifə
və əmək haqqıı artımı imkanı əldə edirlər. Təhsil müəs‐
sisələrində çalışan pedaqoji heyətdən öz karyerası boyu
tədris inkişafı proqramlarında iştirakı gözlənilir.
İşlədiyim özəl universitetdə tələbələrin cavab yazmaları
ilə əlaqəli keçirdiyim layihəmin uğurlu olmağının əsas
səbəbi institutun dəstəyi olduğu kimi, eyni zamanda
pedaqoji heyətin inkişafı proqramı olmuşdur. Dövlət
universitetinin müdiriyyəti seminarda kimin iştirak
edib‐etmədiyini izləyirdi və mən əminəm ki, buna görə
daha fəal iştirak təmin olunurdu. Gələn dəfə mən serti‐
fikat da təklif edəcəyəm.
Halbuki, sertifikatsız da belə, həftənin sonuna yaxın
düzgün qaydada iştirak edən müəllimlər hələ də qru‐
plarda işləməyi arzulayırdılar və birlikdə seminarda əldə
etdikləri məlumat və təcrübəni istifadə etməklə öz yeni
dərs ideyalarını planlaşdırmağa başlamışdılar. Məsələn,
İngilis dilinin praktikası fənnini tədris edən bir müəllim
cari hadisələrin öyrənilməsi üçün yeni hekayələrdən isti‐
fadə edən, tələbələrin sosial‐siyasi lüğətini genişləndirən
və müzakirə qabiliyyətlərini inkişaf etdirən tədris kursu
planlaşdırmışdı. Digər bir müəllim, tələbələrin təcrübə‐
siz olması problemini həll etmək üçün onlara müasir in‐
gilis dilli mətnlər vasitəsilə dilin öyrənilməsi metodunun
(o cümlədən güzgü qarşısında ucadan ingilis dilli jurnal‐
ların oxunması və ingilis dilli televiziya verilişlərinin di‐
aloqlarından istifadə) tədrisini nəzərdə tuturdu. Həmin
müəllimlər özlərini şəxsi effektiv kurrikulumun və tədris
strategiyalarının yaradıcıları kimi görməyə başladılar.
Mən tədris metodunda illik elmi konfrans ərzində daha
fəal və dinamik müəllimlər hazırlanacağını təsəvvür edə
bilirəm.
Azəbaycanda universitet müəllimlərinin ixtisas‐
artırma proqramı, mövcud olan və hazırda istifadə olu‐
nanlar əsasında qurulmalıdır. Mən bir çox sahələrdə
böyük işlər görən müəllimlərlə rastlaşmışam‐
Rüblük Jurnal
39
tələbələrdə, mühitdə və materiallarda baş verən dəyişik‐
liklərə əsaslanaraq hər gün dərslərdə yeniliklər edən;
tələbələrin nə vaxt maraqlandığını bilən; nə vaxt cavab
vermək istədiyini bilən; təhlil etməyi və öz ixtisasları
üzrə bilikləri tətbiq etməyə hazır olan tələbələr yetişdirən
müəllimlər. Azərbaycanda müəllimlər öz tədrislərinə
fikir verməyə başlamalıdırlar və müəllimlərin öz tədris
metodlarını bilməsi və məsuliyyət daşımaları üçün ən
yaxşı yol bu tədris metodunu başqalarına izah etmək və
əməkdaşlarına göstərməkdir. Әməkdaşlıq olmadan, heç
kəs bölüşmədən qarşılıqlı dəstək olmayacaq və hətta
yaxşı tədris də zaman‐zaman yox olacaq. Әməkdaşlıq ol‐
madan davamlı məsuliyyət də olmayacaq və pis tədris
davam edəcək.
Mənim birinci həftə “əsl” müəllim kimi iştirak et‐
diyim elmi konfrans yadınızdadır? Tədris digər müəl‐
limlər tərəfindən aparılırdı və seminarda həm gənc, həm
yaşlı müəllimlər iştirak edirdi; bu, yaxşı tədqiqat kon‐
fransına bənzəyirdi və heç kəsi sizin titulunuz maraq‐
landırmırdı və hər kəs yalnız öz adı və peşəkarlığı ilə
seçilirdi. Bu, hamımıza “professor” və “mühazirəçi” və
ya “ekspert” və “həvəskar”lara bölünməyən peşəkar tə‐
dris cəmiyyəti olduğumuzu hiss etdirdi. Burada
keçirdiyim seminarın iki günündən sonra bir sıra yaşlı
müəllimlər seminara gəlməyi dayandırdılar, ola bilsin
onlar fikirləşiblər ki, onlardan cavan olan (məndən) bir
kəsdən çox şey öyrənə bilməyəcəklər, ola bilsin onların
qrupda olan digər cavan seminar yoldaşları ilə işləməyə
hövsələləri çatmırdı. Onlar anlaya bilmədilər ki, mən on‐
lardan bizim birgə işimizdə məlumatın qəbul edicisi
deyil, yaradıcısı olmağı gözləyirdim.
Әgər müəllimlər öz seçdikləri sahədə tədris etmək
üçün özlərini ekspert‐yardımçı kimi görsələr, həmçinin,
universitetlər tərəfindən dəstək alsalar və nəhayət,
əməkdaşlıq şəraitində bir‐birilərinin ən uğurlu
təcrübələrini istifadə edə bilsələr, onda Azərbaycanda
pedaqoji heyətin təkmilləşdirilməsi prosesi uğurlu ola‐
caq. Azərbaycanda tədris prosesində pedaqoji heyətin
təkmilləşdirilməsi işinin qarşısında bir çox çətinliklər
mövcuddur. Lakin mənim müşahidələrim əsasında
deyə bilərəm ki, davamlı əməkdaşlıq, universitetlər və
AAA kimi bir sıra təşkilatlar tərəfindən güclü institu‐
sional dəstək vasitəsilə onları həll etmək olar. Azərbay‐
can müəllimləri və tələbələri sözsüz ki, buna hazırdır.
www.aaa.org.az
40
AZӘRBAYCANDA PEDAQOJİ HEYӘTİN TӘKMİLLӘŞDİRİLMӘSİ: ÇӘTİNLİKLӘR VӘ İMKANLAR
1
Bu məqalə “Tədris keyfiyyətinin yaxşılaşdırılması: ehtiyac və maneələr” mövzusunda
məruzəyə əsaslanır (Beynəlxalq konfrans, Bakı, Azərbaycan, 10 aprel 2008).
2
Mən bütün fənləri (riyaziyyat, fizika, dil və s.) hər gün bir sinifə tədris edirdim. Bu
təcrübə ABŞ‐da 6 və 7‐ci sinifə (12 yaş) qədər tətbiq olunan təcrübədir.
3
Azərbaycanda olan müasir təhsil şəraitinə əlavə, müəllimlərin biliyin/məlumatın
hazırlanmasından uzaq olmasının tarixi səbəbləri var. Məsələn, tədqiqatın təhsil müəs‐
sisələrindən ayrılması və SSRİ dövründə tənqidi işinin bir sıra sahələrinin sıxışdırılması.
Dostları ilə paylaş: |