Kafedra: "Riyaziyyat və İnformatika" Fənn



Yüklə 248,15 Kb.
səhifə1/2
tarix31.12.2021
ölçüsü248,15 Kb.
#81349
  1   2
Aynur İKT


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN UNİVERSİTETİ


Sərbəst iş


Kafedra: “Riyaziyyat və İnformatika”

Fənn: İnformatika

Mövzu: “İnformasiya şəbəkəsində iş zamanı etik normalar”

İxtisas: Sosial iş

Kurs:1


Qrup: 212807A

Müəllim: Mehdiyev Mahir



Tələbə: Aynur Bəxtiyarova

Bakı 2021



İctimai yerlərdə davranış qaydalarını uşaqlıqdan öyrədirlər. Virtual ünsiyyət gerçək həyatda baş verən ünsiyyətdən fərqlənir. Həmsöhbətləriniz sizi görmürlər, onlar nə sizin üstünlüklərinizi, nə də çatışmazlıqlarınızı bilirlər, heç kəsi sizin ictimai mövqeyiniz maraqlandırmır. Bəzən virtual ünsiyyət zamanı həmsöhbətlərdən kimsə öz davranışına görə heç bir cəza alma yacağını bilərək, başqalarını təhqir edə, özündən çıxara, yaxud, sadəcə, zəhləsini tökə bilər. Buna görə də,şəbəkədə iş zamanı ümumi qəbul olunmuş müəyyən qaydalara – ünsiyyət etikasına riayət etmək lazımdır. Hər bir şəbəkə ünsiyyət üsulunun öz etik qaydaları var.

Bu gün sosial şəbəkələrdə onlayn yazışma, onlayn videogörüntü, şəkil paylaşmaq və s. aktualdır.



Bu səbəbdən sosial şəbəkələrdə etiket qaydaları çox vacibdir. Bu qaydalarla tanış olaq:

  • Sosial şəbəkələrdə öz profilində başqasının şəklini yerləşdirmək: Bunu həmin şəxsin Icazəsi olmadan yerləşdirmək düzgün deyil. Əgər o, bunları kiməsə göstərməyi lazım bilərsə, yəqin ki, özü yerləşdirərdi.

  • Sizə açıq, lakın başqaları üçün qapalı olan profildən informasiya və fotoların digər şəxslərə ünvanlanması: Dostlarınız bu materialları kimin görəcəyini özləri müəyyənləşdirməlidirlər.

  • Başqa insanların şəxsi məlumatlarına əsasən qeydiyyatdan keçmək: Əgər internet istifadəçiləri öz adını yazmaq istəmirsə, şərti adlardan istifadə etməlidirlər. Ən yaxşı halda foto yeri boş saxlanmalıdır, başqalarına aid fotolardan istifadə edilməməlidir. Şəklin yüklənməsi tələb edilir və zəruridirsə, məşhur insanların fotolarından istifadə etmək mümkündür.

  • Profildə ali təhsil və ya iş yeri haqqında qeyri-dəqiq məlumatların göstərilməsi: Tanış və həmkarlarınız sizin barənizdə axtarış verəndə narahatlıq hiss edə bilərlər. İş yerinizi yaxud ali təhsil aldığınız yeri yazmaq istəmirsinizsə, boş saxlamaq mümkündür.

  • Ümumi istifadə üçün nəzərdə tutulmayan məlumatların yerləşdirilməsi: Şəxsi yazışmalar funksiyasından istifadə edilə bilər.

  • Şərti adlardan istifadə edərək yalan məlumat ünvanlanması: Nəzərə almaq lazımdır ki, şərti adlar şəxsi məlumatların müdafiəsi üçün yolveriləndir, həmsöhbətin aldadılması üçün nəzərdə tutulmamalıdır.

  • Dostluğa qəbul etməyən şəxslərə qarşı aqressivlik: Ola bilər ki, istifadəçi öz şəxsi məlumatlarının sizə açıq olmasını istəmir. Buna sakit münasibət bəsləmək lazımdır.

  • ən nəhayət, məzmun və xəbərlərlə bağlı etika problemləri: Aktuallıq, doğruluq, adekvatlıq, obyektivlik, tamlıq və s. xassələri ödəməyən, təhqir və təhdid xarakterli məzmun yolverilməzdir.

Elektron poçt və çat xidmətində etiket qaydaları

İndi elə bir ev, elə bir ailə yoxdur ki, orada internetdən, kompüterdən xəbərsiz insanlar olsun. Bir zamanlar necə ki, evimizi öncə radiosuz, sonra televizorsuz təsəvvür edə bilmirdik, müasir dövrdə də həyatı kompüter və bütövlükdə İKT-siz təsəvvür etmək mümkün deyil. Kompüterlə birlikdə sosial şəbəkələr, e-poçt, müxtəlif internet resurslarında müzakirə imkanları, köhnəlmiş də olsa forumlar az qala hər evə daxil olmuş yeni texnoloji vasitələrdir. İnternet həm də yeni bir jurnalistika növünü – onlayn jurnalistikanı ortaya çıxarmışdır. Yeni media mühiti adlandırdığımız bu məkanda etik davranış normalarının pozulması hallarına da sıx-sıx rast gəlirik. Etik davranış normalarının beynəlxalq səviyyədə qəbul olunmuş ifadələrindən istifadə etmək məqsədə uyğundur.



Elektron poçt vasitəsilə yazışma məktublaşanlar arasında münasibətdən asılı olaraq işgüzar, yaxud şəxsi ola bilər. Şəxsi məktublara etika baxımından ciddi tələblər qoyulmur. Yaxın dostunuza yazdığınız istər adi, istərsə də elektron məktubda özünüz üçün məqbul olan istənilən sözdən istifadə edə bilərsiniz. Şəxsi yazışmada məktubun üslubu və ifadə tərzi məktublaşan insanların tanışlıq səviyyəsindən asılı olur.


Yüklə 248,15 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə