ildir: şəhər ərazisində qadın respondentlərin 89%‐i
(kişilərin 93%‐i) və kənd ərazilərində qadınların 83%‐i
(kişilərin 89%‐i) əsas təhsili və yaxud daha yuxarı təh‐
sili bitirmişdir
11
.
Yuxarıdakı təhlil bizə hamını əhatə edən 11 illik
icbari təhsilin Azərbaycanda tam təmin olunmadığını
iddia etməyə imkan verir və qadınlar, xüsusilə yoxsul
ailələrdə və kənd yerlərində yaşayan qadınlar, bun‐
dan ən çox zərər çəkən təbəqədir. Digər bir deyimlə
Azərbaycandakı qadınlar “ikiqat zərərçəkən” sta‐
tusundadırlar
12
. Qeyri‐bərabərliyi göstərən rəqəmlər
həmçinin qızların təhsilinə olan münasibətlərə
baxdıqda da təsdiqini tapır. Kişilərin təqribən 2/3‐i
qeyd edib ki, əgər ailələri maliyyə çətinliyi ilə üzləşsə
və onlar seçim qarşısında qalsalar, qızlarını yox,
oğlanlarını məktəbə göndərməyə üstünlük verəcəklər.
Yanlız dörddə biri qızlara üstünlük verəcəyini qeyd
edib
13
. Təhsildən yayınma məsələsi “2008‐2015‐ci
illər üzrə Yoxsulluğun Azaldılması və Davamlı
İnkişaf üzrə Dövlət Proqramı”nda (YADİDP) da öz
əksini tapmışdır. Proqramda maliyyə problemlərinin
tam orta təhsil almaq üçün uşaqların imkanlarına
mənfi təsir göstərdiyi vurğulanaraq təhsildən
yayınma hallarının kənd yerlərində daha çox olduğu
qeyd edilmişdir. Bu fakt daha çox uşaqların kənd
təssərrüfatına və erkən nikahlara cəlb olunması ilə
bağlıdır. Uşaq nikahları son vaxtlarda daha çox
nəzərəçarpan haldır. Təxminən hər səkkiz qızdan biri
18 yaşından erkən ailə qurur
14
.
QADINLARIN TӘHSİL ALMASI
NӘ QӘDӘR VACİBDİR?
Faktiki baş verən halların yeni təhsil qanununun
qüvvəyə minməsi ilə qanuniləşməsinin qızların
təhsili nə mənfi təsir edəcəyi təxmin edilə bilər. Bu
səbəbdən, qəbul edilmiş qanunun ciddi əsaslara malik
olub‐olmadığını, yoxsa onbirillik təhsil saxlansa və
icbariliyi təmin edilsəydi, ölkəyə daha faydalı olub‐ol‐
mayacağını dəyərləndirmək vacibdir.
Mən burada reqressiv təhlil aparmıram, AzDSS‐in
məlumatları əsasında qadın və ana respondentlərin
təhsil səviyyəsi əsasında 13 seçilmiş göstəricilərin
nəticələrini müqayisə edirəm. Qeyd etmək lazımdır
ki, bu göstəricilər maddi rifah səviyyəsi və yaşayış
ərazisinin növü də daxil olmaqla bir çox bir‐biri ilə
bağlı olan faktorların nəticələridir və müstəsna olaraq
təhsilin nəticəsi kimi göstərilə bilməz.
İCTİMAİ SAĞLAMLIQ
Təhsilin sağlamlığa təsiri tam qəbul olunmuşdur.
Lakin bu təsirin necə baş verdiyi istiqamətində müxtəlif
nəzəriyyələr mövcuddur: daha çox təhsil yaxşı işə
malik olmaq və daha çox maliyyə vəsaitləri əldə etmək
imkanı verir; təhsil biliyi və qərar vermə qabiliyyətini
inkişaf etdirir ki, bu da sağlamlığa müsbət təsir edir;
təhsil digər davranışlara təsir edir ki, əvəzində sağlam‐
lıq ilə bağlı yaxşı nəticələrin
15
əldə olunmasına şərait
yaradır. İbtidai pillədən sonar təhsilin davam et‐
dirilməsi evlilik yaşı, kontraseptivlərdən istifadə,
hamilə qadınların antenatal qayğı alma və təhlükəsiz
doğuş həyata keçirmə və uşaq xəstələnən zaman
həkimə müraciət etmə ehtimalını artırır ki, bütün bun‐
lar uşaq və ana ölümlərini azaldır
16
. “Cədvəl 1”də təh‐
silin içtimai sağlamlığa təsirinin müxtəlif aspektləri
AzDSS‐in məlumatlarından istifadə olunaraq təsvir
edilmişdir.
5 yaşından aşağı uşaqlar arasında çəki azlığı
(mülayim
və kəskin səviyyədə) ‐ Tam orta təhsil almış anaların
uşaqları az çəkili olma ehtimalı əsas və ya bundan daha
az təhsil almış anaların uşaqlarına nisbətən 1.4 dəfə
azdır. Orta ixtisas təhsilindən (əsasən texnikumlardan)
məzun olan analar üçün fərq daha böyükdür: 3.6 dəfə.
5 yaşından aşağı uşaqlar arasında yaşa görə qısaboyluluq
(mülayim və kəskin səviyyədə) ‐ uşaqlar arasında
xroniki pis qidalanmanın göstəricisidir. Dəlillər göstərir
ki, qısaboylu uşaqlar məktəbə daha gec başlayır, mək‐
www.aaa.org.az
İCBARİ TӘHSİL MÜDDӘTİNDӘ EDİLMİŞ DӘYİŞİKLİYİN QADINLARIN VӘZİYYӘTİNӘ POTENSİAL TӘSİRİ
6
CӘDVӘL 1. QADINLARIN TӘHSİLİ VӘ İCTİMAİ SAĞLAMLIQ
Göstərici
Təhsil
Uşaqlar arasında
çəki azlığı
Uşaqlar arasında
qısaboyluluq
Peyvəndləmə
Antenatal qayğı
QİÇŞ haqqında
ətraflı biliklər
Vərəm haqqında
biliklər
15‐19 yaşlı qadın‐
lar arasında
hamiləlik
Әsas və ya
daha aşağı
təhsil
14.2
43.5
56.5
63.8
0.9
68.1
6.4
Tam orta
təhsil
10.3
42.7
60.2
75.7
2.6
77.8
3.0
İxtisaslaşmış
(peşə) orta təhsil
3.9
21.7
75.7
89.5
6.1
82.9
0.0
Ali təhsil
2.4
16.9
93.5
21.1
91.3
0.0
Mənbə: AzDSS
təbdə sinifdən‐sinifə daha çətin keçirlər və ümu‐
miyyətlə daha aşağı təhsil nailiyyətlərinə malik olurlar.
79 ölkədən toplanılan dəlillərin araşdırılması nəticəsinə
belə bir qənaətə gəlinib ki, “qısaboyluluqda hər bir 10
%‐lik artım, ibtidai təhsilin son sinfinə çatan uşaqların
nisbətini 7.9 % aşağı salır”
17
. Azərbaycanda, 5 yaşdan
aşağı hər dördüncü uşağın boyu öz yaşına görə qısadır.
9 və 11‐ci sinfi başa çatdıran anaların uşaqları arasında
alçaqboyluluğun səviyyəsi demək olar ki, eynidir.
Ancaq, orta ixtisas məktəblərindən və ya ali təhsildən
məzun olma bu göstərici baxımından böyük fərq
yaradır.
18‐19 aylıq uşaqların qızılca xəstəliyi əleyhinə peyvənd
olunması
uşaqlar arasında ölüm hallarının azaldılması
istiqamətindəki inkişafı ölçmək üçün əsas göstəri‐
cilərdən biridir. Tam orta təhsil almış anaların
uşaqlarının 60%‐i, əsas təhsil almış anaların uşaqlarının
57%‐i qızılcaya qarşı peyvənd olunmuşlar. Әgər biz
qəbul olunmuş bütün əsas peyvəndlərlə əhatəni
nəzərdən keçirsək, bu fərqin daha da artdığını görərik
(62% ‐ə qarşı 55%).
15‐49 yaşlı qadınlara antenatal (doğuşdan əvvəl) qayğı
–
bu göstərici digərlərindən daha çox maliyyə vəziyyəti,
xidmətlərin əlyetərliliyi, həmçinin məlumatlı
və bilikli
olmaqdan da asılıdır. Tam orta təhsil alan qadınların
3/4‐dən çoxu və ibtidai təhsil alan qadınların 2/3‐ndən
daha az qismi hamiləlik dövründə bu tip qayğıdan
yararlanıb.
15‐24 yaş qrupuna məxsus gənclər arasında QİÇŞ
haqqında ətraflı biliklər
18
‐ QİÇŞ haqqında bilikər ölkədə
hələ də məhduddur. Belə ki, 15‐24 yaş qrupu arasındakı
qadın və kişilərin yalnız 5%‐i bu epidemiya haqqında
məlumatlıdır. Әsas təhsil alan, yəni 9‐cu sinifi bitirmiş
qadınlar arasında bu göstərici 1% və tam orta təhsil
alanlar arasında isə bu rəqəm 2.6%‐dir.
Vərəm haqqında məlumatlılıq
‐ Yeni vərəm hallarının
Rüblük Jurnal
7
CӘDVӘL 2. QADIN TӘHSİLİ VӘ QADININ SӘLAHİYYӘTLӘNMӘSİ / AİLӘDӘ ZORAKILIQ
Göstərici
Təhsil
Məşğulluq
Kütləvi informasiya
vasitələrindən məh‐
dud istifadə
Qərar qəbul etmədə
iştirak etməmə
Həyat yoldaşının
döyülməsinə olan
münasibət
Әrin nəzarəti
Fiziki zorakılıq
Әsas və ya daha
aşağı təhsil
10.2
14.5
29.4
58.0
41.5
18.4
Tam orta təhsil
14.3
7.4
19.3
53.5
32.3
12.8
İxtisaslaşmış
(peşə) orta təhsil
34.8
2.7
11.1
42.8
30.4
11.2
Ali təhsil
39.9
0.5
7.9
22.5
26.7
8.9
Mənbə: AzDSS