Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə73/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   68   69   70   71   72   73   74   75   76

295
yuxarıda  qeyd  olunan,  onun  üçün  əlverişsiz  qərarların  qa-
nuniliyini  sual  altına  ala  biləcək  sənədlər  və  ya  dəlillər 
təqdim  etməmişdir.  Ərizəçinin  təsərrüfat  dövriyyəsində 
itkilərlə  qarşılaşacağının  gözlənilməsi  onun  yol  verdi-
yi  hüquq  pozuntusunun  nəticəsi  olduğundan  o,  bununla 
barış malıdır. 
Məhkəmə  kollegiyası  ərizənin  əsassızlığı  qəna ətinə 
gələrkən  mübahisələndirilən  inzibati  aktın  icra  olun ma-
ması  nəticəsində  yaranacaq  vəziyyətlə  müqayisədə  isteh-
lakçıların  hüquqlarının  qorunmasının  ərizəçinin  əks  bir 
mara ğından daha çox qəbul edilən olmasını da nəzərə alır. 
Yuxarıda  qeyd  olunan  səbəblərdən  ərizə  təmin 
olun   ma malıdır. 
Müvəqqəti xarakterli müdafiə üzrə icraata dair proses-
sual  xərclər  məsələsi  İPM-in  110.3-cü  maddəsinə  əsasən 
həll olunur.
Nəticəvi hissə:
Yuxarıda  göstərilənlərə  və  İPM-in  80,  87.6,  90.1, 
90.4, 110.3-cü maddələrinə əsasən, məhkəmə qərara aldı
V İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2013-cü il 
tarixli ... №-li qərardadı dəyişdirilmədən saxlanılır.
Apellyasiya  məhkəmə  icraatı  üzrə  prosessual  xərclər 
ərizəçi tərəfindən ödənilir. 
Qərardaddan,  onun  təqdim  olunduğu  gündən  10  gün 
müddətində  V Apellyasiya  Məhkəməsinin  İnzibati-İqtisadi 


296
Kollegiyası  (ünvan:...)  vasitəsilə Azərbaycan  Respublikası 
Ali  Məhkəməsinin  İnzibati-İqtisadi  Kollegiyasına  (ünvan: 
...) kassasiya şikayəti verilə bilər. 
Sədrlik edən:   
imza
Hakimlər:  
 
imzalar
 
3-cü kazus üzrə qərardadla bağlı qeyd: 
Burada  mübahisə  üzrə  iddia  və  müvəqqəti  xarak-
terli  müdafiə  barədə  ərizə  artıq  apellyasiya  instansiyası 
məhkəməsinin  icraatındadır.  Apellyasiya  şikayəti  verən 
şəxsin birinci instansiya məhkəməsinin iddia və müvəqqəti 
xarakterli  müdafiə  barədə  ərizəsi  barədə  eyni  vaxtda 
qərar  qəbul  etməsinin  yolverilməz  olduğuna  dair  qeydi, 
məhkəmənin  həmin  qeydi  mühüm  saymadığı  halda  da 
yoxlanılmalıdır. Bu zaman uğurluluq ehtimalına dair proq-
nozun  verilməsi  üçün  birinci  instansiya  məhkəməsinin 
qərarından  verilmiş  apellyasiya  şikayətinin  uğurluluq 
eh timalı  əsas  götürülür.  Çünki  birinci  instansiya  məhkə-
məsinin  qərarı  və  qərardadı  artıq  apellyasiya  instansiya 
məhkəməsinin icraatındadır. 


297
4-CÜ KAZUS 
REYESTRDƏ QEYDƏ ALINMIŞ TORPAĞA 
MÜLKİYYƏT HÜQUQU İLƏ  
BAĞLI MÜBAHİSƏ
İŞİN FAKTİKİ HALLARI
L  Bələdiyyəsinin  11  mart  2006-cı  il  tarixli  qərarına 
əsasən, L şəhəri B yaşayış massivində yerləşən 0,7 ha tor-
paq  sahəsi  bələdiyyə  ilə  bağlanmış  alğı-satqı  müqaviləsi 
əsasında  F  MMC-nin  mülkiyyətinə  verilir.  Bundan  sonra 
həmin  alğı-satqı  müqaviləsi  Azərbaycan  Respublikası 
Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsinin  L  şəhər 
şöbəsində  qeydə  alınır  və  bunun  əsasında  F  MMC  17 
mart 2006-cı il tarixdə «Torpağa mülkiyyət hüququna dair 
Dövlət aktı» alır. 
L  Bələdiyyəsi  ilə  həmsərhəd  olan  X  Rayonunun  H 
Bələdiyyəsi  yuxarıda  qeyd  olunan  torpaq  sahəsinin  onun 
ərazisinə  aid  olduğunu  güman  edərək,  2006-cı  ilin  avqust 
ayında  həmin  torpaq  sahəsi  ilə  bağlı  müxtəlif  qərarlar 
qəbul  edir  və  alğı-satqı  müqavilələri  bağlayır.  Nəticədə, 
sözügedən torpaq sahəsi müvafiq hissələrlə 3 şəxsin (V, J, 
N) mülkiyyətinə verilir. 
F MMC əldə etdiyi torpaq sahəsi ilə bağlı onun adına 
reyestrdən  çıxarış  verilməsi  üçün  ərizə  ilə  Azərbaycan 
Respublikası  Əmlak  Məsələləri  Dövlət  Komitəsi  yanında 
Daşınmaz  Əmlakın  Dövlət  Reyestri  Xidmətinin  (bundan 
sonra  mətndə  «DƏDRX»)  L  Ərazi  İdarəsinə  müraciət 
edir. Lakin İdarənin 21 sentyabr 2011-ci il tarixli məktubu 


298
ilə  F  MMC-nin  ərizəsi  rədd  olunur.  İmtina  cavabı  belə 
əsaslandırılır  ki,  F  MMC-nin  barəsində  müraciət  etdiyi 
torpaq  sahəsi  fərdi  yaşayış  evlərinin  tikintisi  üçün  artıq 
3 şəxsin (V, J, N) adına xüsusi mülkiyyət hüququ ilə qey-
diyyata  alınmış  və  onlara  dövlət  reyestrindən  çıxarışlar 
verilmişdir.
F  MMC  DƏDRX-nin L  Ərazi  İdarəsinin  üzərinə 
yuxarıda qeyd olunmuş 3 şəxsin adına verilmiş reyestrdən 
çıxarışların  ləğvi  və  ərizəçinin  adına  çıxarışın  verilməsi 
öhdəliyinin  qoyulması  tələbi  ilə  11  oktyabr  2011-ci  il 
tarixdə  L  İnzibati-İqtisadi  Məhkəməsində  iddia  qaldırır. 
Məhkəmə  15  oktyabr  2011-ci  il  tarixdə  qəbul  etdiyi  qə-
rardadla L və H Bələdiyyələrini, habelə V, J, N-ni üçüncü 
şəxslər qismində bu iddia üzrə məhkəmə icraatına cəlb edir. 
F  MMC  eyni  zamanda  L  İnzibati-İqtisadi  Məh kə-
məsinə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə 
müraciət edərək yekun qərar qəbul olunanadək mübahisəli 
torpaq sahəsi barəsində sərəncam verilməsi üçün sənədlərin 
verilməsinin və həmin torpaqla bağlı reyestrdə hüquqların 
qeydiyyatında  dəyişikliklərin  edilməsinin  qarşı  tərəf 
DƏDRX-nin L  Ərazi  İdarəsinə,  eləcə  də  mübahisəli  tor-
paq  sahəsində  hər  hansı  tikinti  işlərinin  aparılmasının  V
J  və  N-ə  qadağan  edilməsini  tələb  edir.  O,  tələbini  belə 
əsaslandırır ki, Azərbaycan Respublikası Dövlət Torpaq və 
Xəritəçəkmə  Komitəsinin  L  şəhər  şöbəsi  tərəfindən  onun 
adına  verilmiş  «Torpağa  mülkiyyət  hüququna  dair  Dövlət 
aktı»na  əsasən  ona  məxsus  olan  torpaq  sahəsi  barəsində 
sərəncam  verildiyi  (məsələn,  onun  özgəninkiləşdirildiyi) 
və  həmin  torpaq  sahəsində  yuxarıda  qeyd  olunan  3  nəfər 
tərəfindən  fərdi  yaşayış  evləri  tikiləcəyi  halda,  onun 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə