Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə70/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   66   67   68   69   70   71   72   73   ...   76

283
dair ərizənin təmin olunması barədə qərardad çıxarılmasını 
tələb edir. O, həmçinin 24 fevral 2013-cü il tarixdə birinci 
instansiya məhkəməsinin qərarından da apellyasiya şikayəti 
verərək onun ləğv olunmasını və iddianın təmin olunmasını 
tələb edir.
Müvəqqəti xarakterli müdafiə icraatı üzrə apellyasiya 
şikayəti  onunla  əsaslandırılır  ki,  birinci  instansiya  məh-
kəməsində  məhkəmə  baxışı  14  fevral  2013-cü  il  tarixə 
təyin edilmiş və heç bir araşdırma aparılmadan eyni vaxtda 
iddianın  və  ərizənin  rədd  edilməsi  barədə  müvafiq  olaraq 
qərar və qərardad qəbul olunmuşdur. Məhkəmənin qərarla 
eyni  anda  sözügedən  qərardadı  da  qəbul  etməsi  qanun-
suz  olub.  Belə  ki,  iddianın  mahiyyəti  üzrə  qərar  qəbul 
etməzdən  əvvəl  ərizəçinin  ərizəsinin  təmin  və  ya  rədd 
edilməsi barədə qərardad çıxarılmalı və qərardad ərizəçiyə 
təqdim  edilməli  idi  ki,  o,  həmin  qərardaddan  şikayət  verə 
bilsin.  Ərizənin  mahiyyəti  ilə  bağlı  ərizəçi  birinci  instan-
siya məhkəməsində bildirdiklərinə istinad edir. 
Qarşı  tərəf  ərizənin  rədd  olunmasını  və  birinci  ins-
tan siya  məhkəməsi  qərardadının  dəyişdirilmədən  sax la nıl-
masını tələb edir. 
Məhkəmənin  birinci  instansiya  məhkəməsinin  mü-
vəqqəti  xarakterli  müdafiə  icraatı  üzrə  qərardadından 
verilmiş apellyasiya şikayəti üzrə qərarı necə olacaq?


284
Hüquq normaları ilə bağlı:
“Haqsız rəqabət haqqında” Azərbaycan Res pub li-
ka sının Qanunu 
Maddə 4. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
Rəqibin  təsərrüfat  fəaliyyətini  təqlid  edən  aşağıdakı 
hərəkətlərə yol verilmir:
–  rəqibin  əmtəəsinin,  həmçinin  onun  əmtəə  for ma-
sının,  qablaşdırılmasının  və  xarici  tərtibatının,  əmtəənin 
texniki xassələrindən irəli gələn xarici görünüşü istisna ol-
maqla, özbaşına təqlid edilməsi;
–  digər  təsərrüfat  subyektinin  patent-lisenziya  hü-
qu    qunu  pozmaq  yolu  ilə  onun  məhsulunun  birbaşa  tək  -
rarlanması;
–  eyni  adlı  subyekt  tərəfindən  öz  adını  hər  hansı 
fərq ləndirici  nişanla  firma  adı  kimi  istifadə  etməsi  halları 
istisna  olmaqla,  digər  bazar  subyektinin  əmtəə  nişanının, 
coğrafi  göstəricilərinin,  firma  adının,  əmtəə  markasının, 
həmçinin adının qanunsuz istifadə edilməsi.
Maddə 9. İstehlakçıların çaşdırılması
Bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəl-
dilmiş aşağıdakı hərəkətlərinə yol verilmir:
–  əmtəənin  mənşəyi,  hazırlanması  üsulu,  istifadə 
üçün  yararlılığı,  keyfiyyəti  və  başqa  xassələri,  sahibkarın 
şəxsiyyəti  və  ya  onun  təsərrüfat  fəaliyyətinin  xüsusiyyəti 
barədə  istehlakçını  çaşdıra  bilən  hər  hansı  məlumatlardan 
istifadə edilməsi;
– əmtəənin alınması, yaxud sövdələşmə zamanı isteh-


285
lakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam 
üsullarından istifadə olunması;
– əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə 
edilməsi və onun reklam və ya informasiya materialı kimi 
açıqlanması;
–  əmtəənin  istehlak  və  digər  vacib  xassələri  barədə 
istehlakçını  çaşdırmaq  məqsədilə  uyğun  olmayan  fərq-
ləndirici nişanla və ya marka ilə təchiz edilməsi;
– əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə 
uyğun olmadığının gizlədilməsi.
Maddə  11.  Bu  Qanuna  riayət  olunması  sahəsində 
antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti 
orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri
1.  Azərbaycan  Respublikasında  antiinhisar  siya sə-
tini  həyata  keçirən  mərkəzi  icra  hakimiyyəti  orqanı  bu 
Qanunun pozulmasına görə:
–  müvafiq  icra  hakimiyyəti  orqanlarına,  bazar  sub-
yekt lərinə  və  onların  vəzifəli  şəxslərinə  qanun  pozuntu-
sunun  dayandırılması  və  onun  nəticələrinin  aradan  qal-
dırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər;
 – qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsas-
larla maliyyə sanksiyaları tətbiq edə bilər;
 ...
2. Bu  Qanunun  pozulmasına  görə  müvafiq  icra  ha-
ki miyyəti  orqanları,  bazar  subyektləri  və  onların  vəzifəli 
şəxsləri:
–  qanun  pozuntusunu  dayandırmaq  və  onun  nəti-
cələrini  aradan  qaldırmaq  haqqında  Azərbaycan  Respub-
likasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra 


286
hakimiyyəti  orqanının  icrası  məcburi  olan  göstərişlərini 
yerinə yetirməyə;
–  qanunsuz  əldə  olunan  mənfəəti  qanunvericilikdə 
nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə
vurulmuş zərəri ödəməyə;
–  tətbiq  edilmiş  maliyyə  sanksiyaları  ödəməyə 
borcludurlar.
Maddə 12. Maliyyə sanksiyaları
1.  Bu  Qanunun  tələblərinin  pozulmasına  görə  bazar 
subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:
–  bu  Qanunun  4-cü  maddəsində  qadağan  olunmuş 
hərəkətlərə yol verdikdə – haqsız rəqabətə yol verilməklə, 
satılmış  mallardan  (göstərilmiş  iş  və  xidmətlərdən)  əldə 
edilmiş  gəlirin  (əlavə  dəyər,  sadələşdirilmiş  və  aksiz 
vergiləri  çıxılmaqla)  bir  misli  həcmində,  bundan  sonrakı 
il  ərzində  bu  hərəkətə  təkrar  yol  verdikdə  –  iki  misli 
həcmində maliyyə sanksiyaları;
–  bu  Qanunun  5,  6,  7,  8,  9-cu  maddələrində  qada-
ğan  olunmuş  hərəkətlərə  yol  verdikdə  –  haqsız  rəqabətə 
yol  verilməklə,  satılmış  mallardan  (göstərilmiş  iş  və 
xidmətlərdən)  əldə  edilmiş  gəlirin  (əlavə  dəyər,  sadə ləş-
dirilmiş  və  aksiz  vergiləri  çıxılmaqla)  10  faizinədək,  bun-
dan  sonrakı  il  ərzində  bu  hərəkətə  təkrar  yol  verdikdə  20 
faizinədək maliyyə sanksiyası;
–  Azərbaycan  Respublikasında  antiinhisar  siyasətini 
həyata  keçirən  mərkəzi  icra  hakimiyyəti  orqanının  icrası 
məcburi  olan  göstərişlərini  yerinə  yetirməməyə  və  ya 
vaxtında  icra  etməməyə  görə  bütün  fəaliyyət  növləri  üzrə 
son  üç  ayda  əldə  edilmiş  ümumi  gəlirin  (əlavə  dəyər, 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə