Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə75/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   68   69   70   71   72   73   74   75   76
    Bu səhifədəki naviqasiya:
  • V, J, N

303
üçün aşağıdakılar əsas hesab olunur:
 …
8.0.4.  bu  Qanun  qüvvəyə  minənədək  müvafiq  icra 
hakimiyyəti  orqanları  tərəfindən  verilmiş  daşınmaz  əmlak 
üzərində, o  cümlədən torpaq  sahələri, binalar və  qurğular, 
yaşayış  və  qeyri-yaşayış  sahələri,  fərdi  yaşayış  və  bağ 
evləri,  yer  təki  sahələri,  sututarları,  meşələr  və  çoxil-
lik  əkmələr,  əmlak  kompleksi  kimi  müəssisələr  üzərində 
hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat 
vəsiqələri;
 …
Maddə  14.  Hüquqların  dövlət  qeydiyyatının 
dayan dırılması 
...
14.3. Hüquqların dövlət qeydiyyatına alınması hüquq 
əldə  edənin,  əqdin  tərəfinin  və  ya  onların  vəkil  etdikləri 
şəxsin  ərizəsi  əsasında  bir  aydan  artıq  olmayan  müddətə 
dayandırıla  bilər.  Ərizədə  hüquqların  dövlət  qeydiyyatının 
dayandırılmasının  səbəbləri  göstərilməlidir.  Belə  ərizənin 
verilməsi  hüquqların  dövlət  qeydiyyatı  üçün  nəzərdə 
tutulmuş  müddətin  axınını  dayandırır.  Ərizənin  forması 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
...
14.5.  Bu  qanunun  14.3-cü  maddəsində  nəzərdə 
tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, 
barəsində  əqdlərin  bağlanmasına  qadağan  qoyulması  və 
ya  qeydiyyata  alınmalı  olan  hüquq  barəsində  mübahisə 
edən  digər  maraqlı  şəxsdən  şikayətin  verilməsi  haqqında 
məhkəmədən  məlumat  daxil  olduqda  qeydiyyat  məh kə-
mədə iş həll olunanadək dayandırılır. 
 ...


304
İş № 
Azərbaycan Respublikası adından
Q Ə R A R D A D
L şəhəri  
01 dekabr 2011-ci il
L Apellyasiya Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyası
hakim Ü-nün sədrliyi və məruzəsi ilə,
hakimlər V və İ-dən ibarət tərkibdə
ərizəçi  F  MMC-nin  «qarşı  tərəf  Azərbaycan  Res-
publikası  Əmlak  Məsələləri  Dövlət  Komitəsi  yanında 
Daşınmaz  Əmlakın  Dövlət  Reyestri  Xidmətinin  L  Ərazi 
İdarəsinə  mübahisəli  torpaq  sahəsi  barəsində  sərəncam 
verilməsi  üçün  sənədlərin  verilməsinin  və  həmin  torpaqla 
bağlı  reyestrdə  hüquqların  qeydiyyatında  dəyişikliklərin 
edilməsinin  qadağan  edilməsinə  dair»  və  «mübahisəli 
torpaq  sahəsində  hər  hansı  tikinti  işlərinin  aparılmasının 
üçüncü  şəxslərə  qadağan  edilməsinə  dair»  müvəqqəti 
xarakterli  müdafiə  tədbirinin  tətbiqi  barədə  ərizəsi  üzrə  L 
İnzibati-İqtisadi Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli 
...  №-li  qərardadından  üçüncü  şəxs  J  tərəfindən  verilmiş 
apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. 
Təsviri hissə:
L  Bələdiyyəsinin  11  mart  2006-cı  il  tarixli  qərarına 
əsasən,  L  şəhəri  B  yaşayış  massivində  yerləşən  0,7  ha 


305
torpaq sahəsi bələdiyyə ilə bağlanmış alğı-satqı müqaviləsi 
əsasında  ərizəçinin  mülkiyyətinə  verilmiş,  müqavilə 
Azərbaycan  Respublikası  Dövlət  Torpaq  və  Xəritəçəkmə 
Komitəsinin  L  şəhər  şöbəsində  qeydə  alınmış,  17  mart 
2006-cı  il  tarixdə  ərizəçinin  adına  «Torpağa  mülkiyyət 
hüququna dair Dövlət aktı» verilmişdir. 
Eyni  torpaq  sahəsi  L  Bələdiyyəsi  ilə  həmsərhəd 
olan  X  Rayonunun  H  Bələdiyyəsinin  2006-cı  ilin  avqust 
ayında  qəbul  etdiyi  müxtəlif  qərarlar  və  həmin  Bələdiyyə 
ilə  bağlanmış  alğı-satqı  müqavilələri  əsasında  müvafiq 
hissələrlə  3  şəxsin  (V, J, N)  mülkiyyətinə  verilmişdir.  H 
Bələdiyyəsi  L  Bələdiyyəsi  kimi  bu  zaman  sözügedən  tor-
paq  sahəsinin  inzibati  baxımdan  onun  ərazisi  olması  gü-
manından çıxış etmişdir. 
Ərizəçi  hüquqların  dövlət  qeydiyyatı  haqqında 
daşınmaz  əmlakın  dövlət  reyestrindən  qeyd  olunan  torpaq 
sahəsi  ilə  bağlı  onun  adına  çıxarış  verilməsi  üçün  ərizə 
ilə  qarşı  tərəfə  müraciət  etmiş,  lakin  qarşı  tərəf  21  sen-
tyabr  2011-ci  il  tarixli  məktubunda  ərizəni  rədd  etmişdir. 
İmtinanı əsaslandırmaq üçün o, bildirmişdir ki, sözügedən 
torpaq  sahəsi  fərdi  yaşayış  evlərinin  tikintisi  üçün  artıq 
3 şəxsin (V, J, N) adına xüsusi mülkiyyət hüququ ilə qey-
diyyata  alınmış  və  onlara  dövlət  reyestrindən  çıxarışlar 
verilmişdir.
Ərizəçi  11  oktyabr  2011-ci  il  tarixdə  qarşı  tərəfə 
qarşı  iddia  ərizəsi  ilə  L  İnzibati-İqtisadi  Məhkəməsinə 
müraciət  edərək  qarşı  tərəfin  üzərinə  yuxarıda  qeyd 
olunmuş  3  şəxsin  adına  verilmiş  reyestrdən  çıxarışların 
ləğvi  və  ərizəçinin  adına  çıxarışın  verilməsi  öhdəliyinin 
qoyulmasını  tələb  etmişdir.  Məhkəmənin  15  oktyabr 


306
2011-ci il tarixli qərardadı əsasında L və H Bələdiyyələri, 
eləcə  də  V, J, N  üçüncü  şəxslər  qismində  bu  iddia  üzrə 
məhkəmə icraatına cəlb edilmişlər. 
Eyni  zamanda,  ərizəçi  L  İnzibati-İqtisadi  Məhkə-
məsinə  müvəqqəti  xarakterli  müdafiə  tədbirinə  dair  ərizə 
təqdim  edərək,  yekun  qərar  qəbul  olunanadək  mübahisəli 
torpaq sahəsi barəsində sərəncam verilməsi üçün sənədlərin 
verilməsinin və həmin torpaqla bağlı reyestrdə hüquqların 
qeydiyyatında dəyişikliklərin edilməsinin qarşı tərəfə, eləcə 
də  mübahisəli  torpaq  sahəsində  hər  hansı  tikinti  işlərinin 
aparılmasının  V,  J  və  N-ə  qadağan  edilməsini  tələb 
etmişdir. Ərizəçi ərizəsini əsaslandırmaq üçün bildirmişdir 
ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə 
Komitəsinin  L  şəhər  şöbəsi  tərəfindən  ərizəçinin  adına 
verilmiş «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»na 
əsasən ona məxsus olan torpaq sahəsi barəsində sərəncam 
verildiyi  (məsələn,  onun  özgəninkiləşdirildiyi)  və  həmin 
torpaq  sahəsində  yuxarıda  qeyd  olunan  3  nəfər  tərəfindən 
fərdi yaşayış evləri inşa olunduğu təqdirdə, onun mülkiyyət 
hüququnun  qorunması  xeyli  dərəcədə  çətinləşə  bilər,  bu 
səbəbdən  də  müvafiq  ilkin  təcili  tənzimləmənin  olması 
zəruridir. 
Birinci  instansiya  məhkəməsində  müvəqqəti  xarak-
terli  müdafiə  icraatı  zamanı  qarşı  tərəf  ərizənin  rədd 
olunmasını  tələb  etmişdir.  Tələbini  əsaslandırmaq  üçün 
o,  bildirmişdir  ki,  ərizədə  göstərilən  müdafiə  tədbirinin 
tətbiqinə zərurət yoxdur. Belə ki, «Daşınmaz əmlakın döv-
lət reyestri haqqında» Qanunun 14.5-ci maddəsinə əsasən, 
qeydiyyata  alınmalı  olan  hüquq  barəsində  mübahisə  edən 
maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə