Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə71/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   68   69   70   71   72   73   74   75   76

287
sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək 
maliyyə sanksiyaları; 
–  Azərbaycan  Respublikasında  antiinhisar  siyasətini 
həyata  keçirən  mərkəzi  icra  hakimiyyəti  orqanına  qəsdən 
düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı 
vermədikdə  bütün  fəaliyyət  növləri  üzrə  son  üç  ayda 
əldə  edilmiş  ümumi  gəlirin  (əlavə  dəyər,  sadələşdirilmiş 
və  aksiz  vergiləri  çıxılmaqla)  5  faizinə  qədər  maliyyə 
sanksiyaları.
2.  (Çıxarılıb).
3.  Maliyyə sanksiyaları bazar subyektləri və vəzifəli 
şəxs lər  tərəfindən  30  gün  ərzində  qanunvericilikdə  müəy-
yən  olunmuş  qaydada  dövlət  büdcəsinə  ödənilməlidir. 
Bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi 
və  ya  qismən  ödədiyi  halda  müvafiq  icra  hakimiyyəti 
orqanı  maliyyə  sanksiyasının,  yaxud  onun  ödənilməmiş 
hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya 
yönəldilməsi  haqqında  qərar  qəbul  edir  və  bu  qərarın 
məcburi  qaydada  icrası  “İcra  haqqında” Azərbaycan  Res-
publikasının  Qanununa  əsasən  icra  məmurları  tərəfindən 
həyata keçirilir.


288
İş № 
Azərbaycan Respublikası adından
Q Ə R A R D A D
V şəhəri  
09 aprel 2013-cü il
V Apellyasiya Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyası
hakim R-in sədrliyi və məruzəsi ilə
hakimlər A və G-dən ibarət tərkibdə
ərizəçi  E  MMC-nin  qarşı  tərəf  Azərbaycan  Res-
publikası  İqtisadi  İnkişaf  Nazirliyi  yanında  Antiinhisar 
Siyasəti  və  İstehlakçıların  Hüquqlarının  Müdafiəsi  Dövlət 
Xidmətinə  qarşı  qərarlardan  müvəqqəti  xarakterli  müdafiə 
barədə  ərizə  üzrə  V  İnzibati-İqtisadi  Məhkəməsinin  14 
fevral 2013-cü il tarixli ... №-li qərardadından ərizəçi tərə-
findən  verilmiş  apellyasiya  şikayətinə  baxaraq  aşağıdakı 
qərarı qəbul etdi. 
Təsviri hissə:
Ərizəçi  25  yanvar  2013-cü  il  tarixdə  qarşı  tərəfə 
qar şı  V  İnzibati-İqtisadi  Məhkəməsində  iddia  qaldıraraq 
onun  ərizəçiyə  dair  qəbul  etdiyi  «Antiinhisar  qanunve-
ri ciliyinin  pozulması  əlamətləri  üzrə  qaldırılmış  işə 
baxılmasının  nəticələri  haqqında»  14  yanvar  2013-cü  il 
tarixli  və  «Antiinhisar  qanunvericiliyinin  pozulmasının 


289
aradan  qaldırılması  və  maliyyə  sanksiyası  tətbiq  edilməsi 
haqqında»  17  yanvar  2013-cü  il  tarixli  qərarlarının  ləğv 
edilməsi  barədə  qərar  qəbul  olunmasını  tələb  etmişdir. 
Həmin qərarların qəbulu tarixi aşağıdakı kimi olmuşdur.
Ərizəçi  kimi  dam  örtüklərinin  satışı  ilə  məşğul 
olan  digər  bir  şirkət  O  MMC  qarşı  tərəfə  müraciət 
edərək  ərizəçinin  qanunsuz  olaraq  O  MMC-yə  məxsus 
«RT»  əmtəə  nişanından  istifadə  etdiyini  və  satdığı  dam 
örtüklərinin  üzərinə  bu  əmtəə  nişanını  yazdırdığını  bil-
dirmiş,  qarşı  tərəfdən  ərizəçi  ilə  bağlı  tədbirlər  görməyi 
və  hüquq  pozuntusunun  qarşısını  almağı  tələb  etmişdir. 
Qeyd  olunan  müraciət  əsasında  qarşı  tərəfin  ərizəçinin 
ofisində,  habelə  anbarında  keçirdiyi  yoxlama  zamanı 
üzərində həqiqətən «RT» sözləri yazılmış dam örtüklərinin 
satıldığı,  konkret  olaraq,  yoxlama  zamanı  810  ədəd 
belə  dam  örtüyünün  satışda  olduğu  aşkar  edilmişdir. 
Nəticədə,  qarşı  tərəf  ərizəçiyə  dair  «Antiinhisar  qanun-
vericiliyinin  pozulması  əlamətləri  üzrə  qaldırılmış  işə 
baxılmasının  nəticələri  haqqında»  14  yanvar  2013-cü  il 
tarixli  və  «Antiinhisar  qanunvericiliyinin  pozulmasının 
aradan  qaldırılması  və  maliyyə  sanksiyası  tətbiq  edilməsi 
haqqında»  17  yanvar  2013-cü  il  tarixli  qərarlar  qəbul 
etmişdir. Ərizəçiyə, aşkar edilmiş 810 ədəd dam örtüyünün 
satışına  yalnız  onların  üzərindən  «RT»  sözləri  silinmək 
şərti  ilə  icazə  verilmişdir.  Bu,  ərizəçinin  ona  aid  olma-
yan  əmtəə  nişanını  təqlid  etməklə  pozduğu  «Haqsız 
rəqabət  haqqında»  Azərbaycan  Respublikası  Qanununun 
4-cü  (Rəqibin  təsərrüfat  fəaliyyətinin  təqlidi)  və  9-cu 
(İstehlakçıların  çaşdırılması)  maddələrinin  tələbləri  ilə 
əsaslandırılmışdır.  Beləliklə,  qarşı  tərəfin  fikrincə,  ərizəçi 


290
istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol vermişdir. 
Ərizəçi,  həmçinin  yuxarıda  qeyd  olunan  tarixdə 
iddianın qaldırılması ilə eyni zamanda ərizə ilə məhkəməyə 
müraciət  edərək  qarşı  tərəfin  14  yanvar  2013-cü  il  tarix-
li  və  17  yanvar  2013-cü  il  tarixli  qərarlarının  icrasının 
dayandırılması barədə qərardad çıxarılmasını tələb etmişdir.
Ərizəni əsaslandırmaq üçün ərizəçi bildirmişdir ki, o, 
uzun müddətdir ki, dam örtüklərinin satışı üzrə ixtisaslaşıb 
və  yüksək  keyfiyyətli  xidmət  göstərdiyinə  görə  müştərilər 
ondan  daim  razıdırlar.  Eyni  zamanda,  o,  fəaliyyət  gös-
tərdiyi müddət ərzində qanunvericiliyin tələblərinə həmişə 
riayət  etmişdir.  Ərizəçinin  fikrincə,  qarşı  tərəfin  qərarları 
onun  işgüzar  nüfuzuna  xələl  gətirməklə  yanaşı,  onun 
iqtisadi  baxımdan  mövcudluğu  üçün  təhlükələr  yaradır. 
О,  həmçinin  hesab  edir  ki,  sözügedən  yoxlamanı  həyata 
keçirən və müvafiq qərarları qəbul edən zaman qarşı tərəf 
qanunvericiliyin müddəalarını hərfi və həddindən artıq sərt 
təfsir etmişdir. 
Birinci  instansiya  məhkəməsində  müvəqqəti  xarak-
terli  müdafiə  icraatı  zamanı  qarşı  tərəf  ərizənin  rədd 
olunmasını  tələb  etmişdir.  Tələbini  əsaslandırmaq  üçün 
o,  qeyd  etmişdir  ki,  ərizəçinin  mübahisələndirdiyi  və 
icrasının  dayandırılmasını  tələb  etdiyi  «Antiinhisar  qa-
nunvericiliyinin  pozulması  əlamətləri  üzrə  qaldırılmış 
işə  baxılmasının  nəticələri  haqqında»  14  yanvar  2013-
cü  il  tarixli  qərarın  və  «Antiinhisar  qanunvericiliyinin 
pozulmasının  aradan  qaldırılması  və  maliyyə  sanksiyası 
tətbiq  edilməsi  haqqında»  17  yanvar  2013-cü  il  tarixli 
qərarın  qəbulu  O  MMC-nin  müraciəti  ilə  bağlı  olmuş  və 
qanunvericiliyin  tələblərinin  ərizəçi  tərəfindən  pozulduğu 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə