Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə74/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   68   69   70   71   72   73   74   75   76

299
mül kiyyət  hüququnun  qorunması  xeyli  dərəcədə  çətinləşə 
bilər,  bu  səbəbdən  də  müvafiq  ilkin  təcili  tənzimləmənin 
olması zəruridir. 
Birinci  instansiya  məhkəməsində  müvəqqəti  xarak-
terli  müdafiə  icraatı  zamanı  qarşı  tərəf  ərizənin  rədd 
olunmasını tələb edir. Tələbini əsaslandırmaq üçün o, qeyd 
edir  ki,  ərizədə  göstərilən  müdafiə  tədbirinin  tətbiqinə  lü-
zum  yoxdur.  Belə  ki,  «Daşınmaz  əmlakın  dövlət  reyestri 
haqqında»  Qanunun  14.5-ci  maddəsinə  əsasən,  qey-
diyyata  alınmalı  olan  hüquq  barəsində  mübahisə  edən 
maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən 
məlumat  daxil  olduqda,  qeydiyyat  məhkəmədə  iş  həll 
olunanadək dayandırılır. Belə bir məlumat isə, artıq İdarəyə 
daxil  olmuşdur  və  həmin  əmlaka  dair  onsuz  da  hər  hansı 
qeydiyyat aparılmır. 
L İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2011-ci 
il tarixli qərardadına əsasən, L və H Bələdiyyələri, habelə 
V, J
,
 N  üçüncü  şəxslər  qismində  müvəqqəti  xarakterli 
müdafiə icraatına cəlb olunurlar. 
Məhkəmənin 10 noyabr 2011-ci il tarixli qərardadı ilə 
ərizə  qismən  təmin  olunur,  müvəqqəti  xarakterli  müdafiə 
tədbiri  olaraq  yekun  qərar  qəbul  olunanadək  mübahisəli 
torpaq  sahəsi  barəsində  sərəncam  verilməsi  üçün  zəruri 
olan  sənədlərin  verilməsi  qarşı  tərəfə,  habelə  mübahisəli 
torpaq  sahəsində  hər  hansı  tikinti  işlərinin  aparılması 
icraata  cəlb  olunmuş  üçüncü  şəxslərə  qadağan  edilir. 
Ərizə  qalan  hissədə  rədd  olunur.  Məhkəmənin  fikrincə, 
«Daşınmaz  əmlakın  dövlət  reyestri  haqqında»  Qanunun 
14.5-ci  maddəsində  nəzərdə  tutulmuş  əsasla  qeydiyyatın 
dayandırılması  artıq  reyestrdə  qeydə  alınmış  hüquq 


300
sahibinin müvafiq daşınmaz əmlakın özgəninkiləşdirilməsi 
üçün  zəruri  olan  sənədləri  (məsələn,  əmlakın  özgənin ki-
ləşdirilməsi  barədə  əqdin  notariatda  təsdiqi  üçün  zəruri 
olan  “əmlakın  yüklülüyünə  dair”  1  №-li  formada  arayışı) 
almasını istisna etmir. 
Müvəqqəti xarakterli müdafiə icraatına cəlb olunmuş 
üçüncü şəxs J birinci instansiya məhkəməsinin müvəqqəti 
xarakterli  müdafiə  barədə  bu  qərardadından  18  noyabr 
2011-ci  il  tarixdə  apellyasiya  şikayəti  verərək  həmin 
qərardadın ləğv olunmasını və ərizəçinin müvəqqəti xarak-
terli müdafiəyə dair ərizəsinin tam həcmdə rədd olunmasını 
tələb  edir.  O,  apellyasiya  şikayətini  əsaslandırmaq  üçün 
bildirir  ki,  qanunun  tələbinə  görə,  torpaq  sahəsi  üzərində 
hüquqlar  daşınmaz  əmlakın  dövlət  reyestrində  qeydə 
alınmalıdır. Lakin müvəqqəti xarakterli müdafiə icraatı üzrə 
ərizəçinin  torpaq  sahəsinə  hüququnun  daşınmaz  əmlakın 
dövlət  reyestrində  qeydə  alındığını  təsdiq  edən  hər  hansı 
sənədi  yoxdur.  Eyni  zamanda,  məhkəmənin  qərardadı 
onun  və  digər  üçüncü  şəxslərin  mülkiyyət  hüquqlarını 
məh dudlaşdırır. 
Müvəqqəti  xarakterli  müdafiə  icraatı  üzrə  ərizəçi 
birinci instansiya məhkəməsi qərardadının dəyişdirilmədən 
saxlanılmasını tələb edir.
Müvəqqəti  xarakterli  müdafiə  icraatı  üzrə  qarşı  tərəf 
apellyasiya şikayəti ilə bağlı münasibət bildirmir. 
Məhkəmənin  birinci  instansiya  məhkəməsinin  mü-
vəqqəti  xarakterli  müdafiə  icraatı  üzrə  qərardadından  ve-
rilmiş apellyasiya şikayəti üzrə qərarı necə olacaq?


301
Hüquq normaları ilə bağlı:
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 
(25 iyun 2006-cı il tarixədək qüvvədə olan redak siyada)
Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq 
edən sənədlər 
1.  Dövlət  və  bələdiyyə  mülkiyyətində  olan  torpaq 
sahələrinin  hər  hansı  hüquqda  hüquqi  və  fiziki  şəxslərə 
verilməsi  müvafiq  icra  hakimiyyəti  orqanının  və  ya 
bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə 
əsasında həyata keçirilir... 
2.  Torpaq  üzərində  mülkiyyət  hüququ  və  tor-
paqdan  daimi  istifadə  hüququ  müvafiq  icra  hakimiyyəti 
orqanının  və  ya  bələdiyyənin  qərarına  əsasən,  müvafiq 
icra  hakimiyyəti  orqanı  tərəfindən  verilən  dövlət  aktı 
(şəhadətnamə) ilə rəsmiləşdirilir. 
...
4.  Dövlət  aktının,  şəhadətnamənin,  alqı-satqı,  isti-
fadə  və  icarə  müqavilələrinin  nümunəvi  formaları  qanun-
vericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. 
5.  Torpaq  üzərində  hüquq  daşınmaz  əmlakın  dövlət 
reyestrində  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 
qeydə alınır. 
Qeyd:  21  aprel  2006-cı  il  tarixli  100-IIIQD  nömrəli 
Azərbaycan  Respublikasının  Qanunu  ilə  66-cı  maddənin 
2-ci  bənd  yeni  redaksiyada  verilmiş,  3-cü  və  5-ci  bəndlər 
çıxarılmış,  eləcə  də  4-cü  bənddə  “Dövlət  aktının,  şəha-
dətnamənin,” sözləri çıxarılmışdır.


302
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azər-
baycan Respublikasının Qanunu (mübahisənin yaran dığı 
2011-ci ildə qüvvədə olan redaksiyada)
Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 
4.1.  Bu  Qanun  qüvvəyə  mindiyi  günədək  daşınmaz 
əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən 
aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
4.2.  Bu  Qanun  qüvvəyə  mindikdən  sonra  daşınmaz 
əmlaka  hüquqların  məhdudlaşdırılmasının  (yüklülüyünün) 
dövlət  qeydiyyatı  üçün  həmin  daşınmaz  əmlak  üzərində 
mövcud  olan  hüquqlar  dövlət  reyestrində  qeydiyyata 
alınmalıdır.
4.3.  Bu  Qanun  qüvvəyə  mindiyi  günədək  daşınmaz 
əmlak  üzərində  hüquqların  dövlət  qeydiyyatını  aparmış 
müvafiq  icra  hakimiyyəti  orqanları  bu  Qanuna  əsasən 
dövlət  reyestrində  saxlanılmalı  olan  məlumatları  müvafiq 
icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  mərhələlər  və 
müddətlər  üzrə  qeydiyyat  orqanına  verməlidirlər.  Gös-
tərilən  qaydada  məlumatlar  verilənədək  həmin  müvafiq 
icra  hakimiyyəti  orqanları  bu  Qanuna  uyğun  olaraq  ayrı-
ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün 
zəruri  olan  məlumatları  hüquq  sahibinin  və  ya  qeydiyyat 
orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində on-
lara verməlidirlər.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət 
qeydiyyatı üçün əsaslar
8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəl-
məsinin,  başqasına  keçməsinin,  məhdudlaşdırılmasının 
(yüklülüyünün)  və  xitam  verilməsinin  dövlət  qeydiyyatı 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə