Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə68/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   64   65   66   67   68   69   70   71   ...   76

274
ilə bağlı məhkəmə araşdırmasının davam etdiyi bir şərait-
də  qarşı  tərəfin  qeyd  olunan  qərarın  icrasına  yönəlmiş 
qanunsuz  hərəkətləri  ərizəçinin  hüquq  və  mənafelərinin 
məhkəmədə  müdafiəsinə  təzyiq  kimi  qiymətlən diril  məli-
dir.  Müba hisə ləndirilən  qərara  əsasən  müəyyən  edilmiş 
ödənişin icra olunması nəticəsində ərizəçinin hüquqları po-
zula, habelə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə, 
çox  güman  ki,  əhəmiyyətli  maneələr  yarana  biləcəyindən, 
mübahisələndirilən  qərarın  icrasının  dayandırılması  üçün 
artıq yetərli qədər əsas vardır.
Qarşı  tərəf  ərizəçinin  izahatı  ilə  bağlı  fikir  bil  dir   mə-
mişdir. 
Ərizəçinin  vergi  məsuliyyətinə  cəlb  edilməsi  barədə 
iş materialları məhkəməyə təqdim olunmuşdur. Onlar məh-
kəmə araşdırmasının predmetini təşkil etmişlər. 
Əsaslandırma hissəsi:
Məhkəmə  ərizəni  və  iş  material larını  araşdırıb  hesab 
edir  ki,  ərizə  ərizəçinin  mübahisə  üzrə  qəbul  ediləcək 
yekun məh kəmə qərarı qanuni qüvvəyə minənədək «Vergi 
ödəyici si nin  vergi  qanunverici liyinin  pozulmasına  görə 
məsuliyyətə cəlb edilməsi haqqında» 16 sentyabr 2014-cü 
il  tarixli  qərarının  icrasının  dayandırıl masını  tələb  etdiyi 
hissədə  təmin  edilməlidir.  Müvafiq  qərar  əsasında  tərtib 
edilmiş  tələbnamənin  icrasının  dayandırılmasının  tələb 
edilməsi hissəsində isə ərizəçinin ərizəsi mümkün deyil. 
İlkin olaraq, tələbnamənin icrasının dayandırılmasına 
gə lincə,  məhkəmənin  fikrincə,  maliyyə  sanksiyasının 
ödə     nilməsi  barədə  həmin  tələbnamə  müstəqil  şəkildə 


275
mübahisələndirilə  bilən  inzibati  akt  deyil.  O,  ərizəçiyə 
yalnız  Vergi  Auditi  Departamentinin  «Vergi  ödəyici si nin 
vergi  qanunverici liyinin  pozulmasına  görə  məsuliyyətə 
cəlb  edilməsi  haqqında»  16  sentyabr  2014-cü  il  tarix-
li  qərarının  icrasını  praktiki  olaraq  təmin  etmək  üçün 
göndərilmişdir. Bu baxımdan, 16 sentyabr 2014-cü il tarix-
li  qərarın  icrasının  dayandırılmasına  dair  ərizə  ilə  yanaşı, 
əlavə  olaraq  bu  tələbnamə  ilə  bağlı  müvəqqəti  xarakterli 
müdafiə tədbirlərinin görülməsinə zərurət yoxdur. Ona görə 
ərizəçinin buna yönəlmiş tələbi mümkün sayılmamalıdır. 
Əksinə,  ərizəçinin  ərizəsi  onun  iddia  ilə  artıq  mü-
bahisələndirdiyi  16  sentyabr  2014-cü  il  tarixli  qərarın 
icrasının  dayandırıl masını  tələb  etdiyi  hissədə Azərbaycan 
Respublikasının  İnzibati  Prosessual  Məcəlləsinin  (bun-
dan  sonra  mətndə  İPM)  41.2-ci  maddəsinə  müvafiq  ola-
raq,  mümkün  və  əsaslıdır.  İddianın  uğurluluq  ehtimalı 
hazırda  aydın  olmasa  da  (İPM-in  41.2-ci  maddəsinin  2-ci 
cümləsi),  ərizəçinin  ən  azından  inzibati  aktın  icrasının 
dayandırılmasına  olan  marağının  üstün  qüvvəyə  malik 
olduğunu  qanunverici  VM-nin  63.2-ci  maddəsində  təsbit 
etmişdir. Həmin normanın tələbinə əsasən, vergi ödəyicisi 
ona  hesablanmış  verginin  məbləği  ilə  razı  olmadığı  hal-
da,  verginin  ödənilməsini  dayandır ma dan  bilavasitə  vergi 
nəzarətini  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti  or-
qanına  və  ya  məhkəməyə  şikayət  verə  bilər.  Vergi  ödə-
yicisinin  şikayətə  baxılan  müddət  ərzində  maliyyə  sank-
siyasını ödəməmək hüququ vardır.
İşdən  göründüyü  kimi,  “Vergi  ödəyici si nin  vergi 
qanunverici liyinin  pozulmasına  görə  məsuliyyətə  cəlb 
edilməsi  haqqında”  16  sentyabr  2014-cü  il  tarixli  qərara 


276
əsasən  ərizəçinin  ödəməli  olduğu  məbləğ  yalnız  onun 
barəsində tətbiq olunmuş maliyyə sankisiyasından ibarətdir. 
Onun iddiaya baxılan müddət ərzində maliyyə sanksiyasını 
ödəməmək hüququ vardır (VM-nin 63.2-ci maddəsinin 2-ci 
cümləsi). 
Ərizənin  əsaslı  olduğu,  həmçinin  VM-nin  65.2.1-
ci  maddəsindən  irəli  gəlir.  Həmin  normaya  əsasən,  vergi 
orqanı  aşağıdakı  hallarda  vergilər,  faizlər  və  maliyyə 
sanksiyaları  üzrə  borcların  vergi  ödəyicisinin  milli  və  ya 
xarici  valyutada  cari  və  ya  digər  hesablarından  dövlət 
büd cəsinə alınması haqqında kredit təşkilatına və ya bank 
əməliyyatları  aparan  şəxsə  icra  (ödəniş)  sənədi  olan  sə-
rəncam verir: 
–  vergi  ödəyicisi  tərəfindən  hesablanmış  və  bəyan 
edil miş  vergilər  bu  Məcəllənin  65.1-ci  maddəsi  nəzərə 
alınmaqla  müəyyən  edilmiş  müddətdə  ödənilmə dikdə 
(maddə 65.2.1.1); 
– ver gi orqanının hesabladığı vergilər, faizlər və tətbiq 
etdiyi  maliyyə  sanksiyaları  üzrə  vergi  ödəyicisi  tərəfindən 
bu  Məcəllənin  65.1-ci  maddə sində  göstərilən  bildirişin 
alındığı  tarix dən  30  təqvim  günü  müddətində  məhkəməyə 
şikayət verilmə dikdə (maddə 65.2.1.2); 
–  məhkəmənin  müvafiq  qərarı  olduqda  həmin  qərara 
uyğun olaraq (maddə 65.2.1.3); 
–  vergi  ödəyicisinin  yazılı  razılığı  olduqda  (maddə 
65.2.1.4).
İş  materiallarından  müəyyən  olunur  ki,  Vergi Auditi 
Depar tamentinin  “Vergi  ödəyici sinin  vergi  qanunverici-
li yinin  pozulmasına  görə  məsuliyyətə  cəlb  edilməsi 
haq qında”  16  sentyabr  2014-cü  il  tarixli  qərarı  ərizəçi 


277
tərə findən  məhkəmə  qaydasında  mübahisələndirilmiş  və 
hazırda iş üzrə məhkəmə araşdırması davam edir. 
Beləliklə,  ərizəçi  onun  şikayətinə  baxılan  müddət 
ərzində  maliyyə  sanksiyasını  ödəməmək  hüququna  malik 
olduğundan və ver gi orqanının hesabladığı vergilər, faizlər 
və  tətbiq  etdiyi  maliyyə  sanksiyaları  üzrə  onun  tərəfindən 
VM-nin  65.1-ci  maddə sində  göstərilən  bildirişin  alındığı 
tarix dən  30  təqvim  günü  müddətində  məhkəməyə  şikayət 
verildiyindən  (maddə  65.2.1.2)  mübahisələndirilən  qərar 
üzrə  hesablanmış  maliyyə  sanksiyasının  iddiaçıdan  tələb 
edilməsi  yuxarıda  şərh  edilən  normaların  tələblərinə  zid-
dir. Bu səbəbdən ərizə 16 sentyabr 2014-cü il tarixli qərarın 
icrasının dayandırıl ması hissəsində təmin edilməlidir.
Müvəqqəti xarakterli müdafiə üzrə icraata dair proses-
sual  xərclər  məsələsi  İPM-in  111.2-ci  maddəsinə  əsasən 
həll  olunur.  Belə  ki,  ərizəçi  ərizəni  yalnız  əhəmiyyətsiz 
hissədə uduzmuşdur. 
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 35.3, 40.1, 41, 80, 
81.1, 85.1, 111.2-ci maddələrinə əsasən, məhkəmə qərara 
aldı:
Ərizəçinin  ərizəsi  mübahisələndirilən  qərar  əsasında 
tətbiq  edilmiş  maliyyə  sanksiyasının  ödənilməsi  barədə 
tələbnamənin  icrasının  dayandırılmasının  tələb  edilməsi 
hissəsində mümkün sayılmır.
Ərizəçinin  «Vergi  ödəyici si nin  vergi  qanunverici-
li yinin  pozulmasına  görə  məsuliyyətə  cəlb  edilməsi 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə