Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə72/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   68   69   70   71   72   73   74   75   76

291
yoxlama zamanı öz təsdiqini tapmışdır. 
V  İnzibati-İqtisadi  Məhkəməsinin  14  fevral  2013-cü 
il  tarixli  qərardadı  ilə  ərizə  rədd  olunmuşdur.  Məhkəmə 
hesab etmişdir ki, onun 14 fevral 2013-cü il tarixli qərarı ilə 
bu işə dair iddia icraatı üzrə iddia tələbi rədd edildiyindən 
və  bununla  da  iddianın  uğurlu  olması  ehtimalı  birmənalı 
aradan  qalxdığından  ərizəçinin  qarşı  tərəfin  qəbul  etdiyi 
qərarların  icrasının  dayandırılmasına  dair  ərizəsi  təmin 
oluna bilməz. 
Ərizəçi  19  fevral  2013-cü  il  tarixdə  birinci  instan-
siya  məhkəməsinin  qərardadından  apellyasiya  şikayəti 
vermişdir.  O,  qərardadın  ləğv  edilməsini,  qərarların  icra-
sının dayandırılmasına dair ərizənin təmin olunması barədə 
qərardad  çıxarılmasını  tələb  edir.  Ərizəçi,  həmçinin  24 
fevral  2013-cü  il  tarixdə  birinci  instansiya  məhkəməsinin 
qərarından  da  apellyasiya  şikayəti  vermiş,  qərarın  ləğv 
olunmasını və iddianın təmin olunmasını tələb etmişdir.
Müvəqqəti xarakterli müdafiə icraatı üzrə apellyasiya 
şikayəti  onunla  əsaslandırılmışdır  ki,  birinci  instansiya 
məhkəməsində məhkəmə baxışı 14 fevral 2013-cü il tarixə 
təyin edilmiş və heç bir araşdırma aparılmadan eyni vaxtda 
iddianın  və  ərizənin  rədd  edilməsi  barədə  müvafiq  olaraq 
qərar və qərardad qəbul olunmuşdur. Məhkəmənin qərarla 
eyni  anda  sözügedən  qərardadı  da  qəbul  etməsi  qanun-
suz  olub.  Belə  ki,  iddianın  mahiyyəti  üzrə  qərar  qəbul 
etməzdən  əvvəl  ərizəçinin  ərizəsinin  təmin  və  ya  rədd 
edilməsi barədə qərardad çıxarılmalı və qərardad ərizəçiyə 
təqdim  edilməli  idi  ki,  o,  həmin  qərardaddan  şikayət  verə 
bilsin.  Ərizənin  mahiyyəti  ilə  bağlı  ərizəçi  birinci  instan-
siya məhkəməsində bildirdiklərinə istinad etmişdir. 


292
Qarşı tərəf ərizənin rədd olunmasını və birinci instan-
siya  məhkəməsinin  qərardadının  dəyişdirilmədən  saxla-
nılmasını tələb edir. 
İcraat  materialları  V  Apellyasiya  Məhkəməsinin  İn-
zi   bati-İqtisadi  Kollegiyasına  təqdim  olunmuşdur.  Onlar 
məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. 
Əsaslandırma hissəsi:
Ərizəçinin  apellyasiya  şikayəti  vaxtında,  yəni  birinci 
instansiya  məhkəməsinin  qərardadının  təqdim  olunduğu 
gündən  10  gün  müddətində  (Azərbaycan  Respublikasının 
İnzibati  Prosessual  Məcəlləsinin  (bundan  sonra  mətndə 
İPM)  85.1-ci  maddəsi)  verilmiş,  formal  baxımdan  lazımi 
qaydada  əsaslandırılmış  və  orada  şikayətçinin  tələbi  gös-
tərilmişdir  (İPM-in  85.2-ci  və  85.3-cü  maddələri).  Lakin 
apellyasiya  şikayəti  əsaslı  deyil.  V  İnzibati-İqtisadi  Məh-
kəməsi  ərizəçinin  müvəqqəti  xarakterli  müdafiə  barədə 
ərizəsini  haqlı  olaraq  rədd  etmişdir  və  ona  görə  də  onun 
14  fevral  2013-cü  il  tarixli  qərardadı  dəyişdirilmədən 
saxlanılmalıdır. 
Ərizəçi  tərəfindən  verilmiş  müvəqqəti  xarakterli  mü-
dafiə barədə ərizə İPM-in 41-ci maddəsinə əsasən inzibati 
aktın  icrasının  dayandırılması  barədə  qərardadın  qəbulu 
üçün  verilmiş  ərizə  qismində  mümkündür.  Qarşı  tərəfin 
ən  azı  17  yanvar  2013-cü  il  tarixli  qərarı  (antiinhisar  qa-
nunvericiliyinin  pozuntusunun  aradan  qaldırılması  və 
maliyyə  sanksiyasının  tətbiq  edilməsi  haqqında)  “İnzibati 
icraat  haqqında”  Qanunun  2.0.2-ci  və  İPM-in  32.1-ci 
maddələrində  nəzərdə  tutulmuş  mənada  inzibati-iqtisadi 


293
məhkəmələr  qarşısında  mübahisələndirilə  bilən  inzibati 
akt  sayılır.  Bu  baxımdan,  qarşı  tərəfin  14  yanvar  2013-
cü  il  tarix li  qərarının  da  mübahisələndirilə  bilən  inzibati 
akt  olub-olmaması  məsələsi  açıq  saxlanıla  bilər.  Çünki 
bu  məsələnin  icraatın  nəticəsinə  təsiri  yoxdur.  Ərizəçinin 
ərizəsi  bütövlükdə,  həmçinin  İPM-in  40.1-ci  maddəsində 
nəzərdə  tutulmuş  mənada  iddia  ilə  təqib  edilən  və 
müvəqqəti  xarakterli  müdafiə  icraatında  kifayət  qədər 
əsaslı və inandırıcı surətdə təsvir olunan hüquqların təmin 
edilməsinə  yönəlmiş  tədbirlərin  görülməsi  məqsədinə 
xidmət  edir.  Nəhayət,  ərizə  İPM-in  40.2-ci  maddəsində 
nəzərdə tutulmuş zaman kəsimində verilmişdir. 
V  İnzibati-İqtisadi  Məhkəməsi  ərizəni  haqlı  ola-
raq  rədd  etmişdir,  çünki  müvəqqəti  xarakterli  müdafiə 
icraatında ərizənin uğurlu olması üçün zəruri olan iddianın 
uğurluluq  ehtimalı  (İPM-in  41.2-ci  maddəsi)  apellyasiya 
məhkəməsinin fikrincə də mövcud deyil. 
Belə ki, V İnzibati-İqtisadi Məhkəməsinin müvəqqəti 
xarakterli  müdafiə  haqqında  qərardadı  prosessual-hü quqi 
baxımdan  mübahisələndirilməməlidir.  Xüsusilə  məh kə-
mənin  müvəqqəti  xarakterli  müdafiə  icraatı  üzrə  qərar-
dadını  iddiaya  dair  qərarla  eyni  zamanda  qəbul  etməsi 
İPM-ə zidd olmamışdır. Düzdür, İPM müvəqqəti xarakterli 
müdafiə icraatında qərardadın iddianın uğurluluq proqnozu 
əsasında  və  iddia  icraatı  üzrə  qərarın  qəbulundan  əvvəl 
çıxarılmasına yol verir və ola bilsin ki, bu, hətta müntəzəm 
olaraq rast gəlinən haldır. Bununla belə, prosessual hüquq 
hər iki icraat üzrə qərarın eyni zamanda qəbulunu qadağan 
etmir.  İşin  faktiki  və  hüquqi  halları  müvəqqəti  xarakterli 
müdafiə icraatı üzrə qərardadın qəbulu üçün xarakterik olan 


294
zaman  kəsimində  məhkəmənin  iddia  icraatı  üzrə  də  qərar 
qəbul  edə  bilməsinə  imkan  verə  biləcək  qədər  sadədirsə, 
deməli, müvəqqəti xarakterli müdafiə icraatında zəruri olan 
iddianın  uğurluluq  proqnozu,  hətta  əvvəlcə  bu  icraat  və 
yalnız  bundan  sonra  iddia  icraatı  üzrə  qərarın  qəbulunda 
olduğundan  daha  çox  əsaslıdır.  Beləliklə,  məhkəmənin 
prosessual-hüquqi  davranışı  ilə  ərizəçinin  effektiv  hüquqi 
müdafiə hüququ pozulmur. 
Birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticə 
mahiyyət  üzrə  də  qüsursuzdur.  Belə  ki,  apellyasiya  in-
stan siyası  məhkəməsi  də  işin  faktiki  və  hüquqi  hallarının 
ilkin  araşdırılması  nəticəsində  iddianın  böyük  ehtimalla 
uğurlu  olmayacağı  qənaətinə  gəlir. Yəni  birinci  instansiya 
məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti çox 
güman  ki,  uğurlu  olmayacaqdır.  Həmin  şikayət  mümkün 
olsa  da  (İPM-in  81.1,  83.1  və  85-ci  maddələri),  mahiyyət 
etibarilə əsassızdır. Bu, aşağıdakı mülahizələrdən irəli gəlir:
Ərizəçi  ona  məxsus  olmayan  əmtəə  nişanından 
isti fadə  etməklə  “Haqsız  rəqabət  haqqında”  Qanunun 
4-cü  (Rəqibin  təsərrüfat  fəaliyyətinin  təqlidi)  və  9-cu 
(İs teh lakçıların  çaşdırılması)  maddələrinin  tələblərini 
poz  muşdur.  Bu  isə  qarşı  tərəfin  həmin  Qanunun  11-ci 
(Bu  Qanuna  riayət  olunması  sahəsində  antiinhisar  siya-
sətini  həyata  keçirən  mərkəzi  icra  hakimiyyəti  orqanının 
səlahiyyətləri  və  bazar  subyektlərinin  vəzifələri)  və 
12-ci  (Maliyyə  sanksiyaları)  maddələrinə  müvafiq  ola-
raq,  mübahisələndirilən  qərarları  qəbul  etməsi  ilə  nəti-
cə lənmişdir.  Bu  isə  onu  deməyə  əsas  verir  ki,  ərizəçinin 
həyata keçirdiyi fəaliyyət qanunsuz olmuşdur. O, həmçinin 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə