Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə25/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   21   22   23   24   25   26   27   28   ...   76

95
qanunvericiliyindən irəli gələn nəticələrə görə cavabdehlik 
daşımalıdır. Eyni zamanda, cavabdehin nümayəndəsi bildi-
rir ki, 12 iyun 2013-cü il tarixli aktla bağlı fikrini bildirməsi 
üçün  iddiaçıya  vergi  orqanı  tərəfindən  imkan  yaradılmış 
və  18  iyun  2013-cü  il  tarixdə  vergi  orqanında  həmin  akt-
la bağlı materiallara onun iştirakı ilə baxılmışdır. Nəhayət, 
cavabdeh hesab edir ki, iddia, hər bir halda iddia müddəti 
keçdikdən sonra qaldırılmışdır. 
Məhkəmənin bu işlə bağlı qərarı necə olacaq?
Hüquq normaları ilə bağlı:
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
Maddə  39.  Səyyar  vergi  yoxlamasının  nəticələrinin 
rəsmiləşdirilməsi 
39.1.  Səyyar  vergi  yoxlamasının  nəticələri  üzrə  ver-
gi  orqanlarının  səlahiyyətli  vəzifəli  şəxsləri  tərəfindən 
müəyyən  edilmiş  formada  vergi  yoxlaması  aktı  tərtib 
edilir  və  həmin  şəxslər  və  yoxlanılan  vergi  ödəyicisinin 
rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən 
imzalanır.  Vergi  ödəyicisi  yoxlama  aktında  öz  qeydlərini 
edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə 
həmin aktda müvafiq qeyd aparılır.
39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar 
olunmuş  və  sənədlərlə  təsdiq  edilmiş  vergi  qanunveri-
ciliyinin  pozulması  halları  və  həmin  pozuntulara  görə 
məsuliyyət  nəzərdə  tutan  bu  Məcəllənin  və  digər  qanun-
ların  konkret  maddələri,  yaxud  vergi  qanunvericiliyinin 
pozulması hallarının olmaması göstərilməlidir.


96
39.3. Vergi  yoxlaması  aktının  forması  və  onun  tərtib 
edilməsinə  dair  tələblər  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən müəyyən edilir.
39.4.  Vergi  yoxlaması  aktının  bir  nüsxəsi  vergi  ödə-
yicisinə  (onun  səlahiyyətli  nümayəndəsinə)  verilmə  ta ri-
xini  təsdiq  edən  üsulla  aktın  tərtib  edildiyi  tarixdən  sonra  
5 gündən gec olmayaraq verilir və ya göndərilir.
39.5.  Vergi  ödəyicisi  vergi  yoxlaması  aktı  ilə  və 
ya  onun  hər  hansı  bir  hissəsi  ilə  razılaşmadıqda,  vergi 
yoxlaması aktının verilməsi günündən 30 gün müddətində 
müvafiq  vergi  orqanına  aktı  imzalamamasının  səbəblərini 
izah  edə,  yaxud  akta  və  ya  onun  ayrı-ayrı  hissələrinə 
öz  etirazını  yazılı  surətdə  bildirə  bilər.  Bu  halda  vergi 
ödəyicisi  yoxlama  aktını  imzalamamasını  və  ya  etirazını 
ona  öz  yazılı  izahatını  (etirazını)  təsdiq  edən  sənədlərin 
surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ 
vardır.
39.6.  Bu  Məcəllənin  39.5-ci  maddəsində  müəyyən 
edilən  müddət  bitdikdən  sonra  15  gündən  çox  olmayan 
müddətdə  vergi  orqanının  rəhbəri  (onun  müavini)  vergi 
ödəyicisindən  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  qaydada 
götürülmüş,  habelə  vergi  ödəyicisi  tərəfindən  təqdim 
edilmiş  sənədlərə  və  vergi  yoxlaması  aktına,  vergi  qa-
nunvericiliyinin  pozulması  hallarına  və  onların  aradan 
qaldırılması  və  müvafiq  sanksiyaların  (cərimələrin)  tətbiq 
edilməsi məsələsinə baxır.
39.7.  Vergi  ödəyicisi  tərəfindən  vergi  yoxlaması  aktı 
üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yox-
lamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin 
və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin 


97
iştirakı  ilə  baxılır.  Vergi  orqanı  vergi  yoxlamasının 
materiallarına  baxılmanın  yeri  və  vaxtı  haqqında  vergi 
ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona 
əvvəlcədən  məlumat  verilməsinə  baxmayaraq  üzrlü  səbəb 
olmadan  gəlməyibsə,  yoxlamanın  materiallarına,  vergi 
ödəyicisi  tərəfindən  təqdim  edilən  etirazlara,  izahatlara, 
digər sənəd və materiallara onun iştirakı olmadan baxılır.
Maddə  49.  Vergi  yoxlamasının  materiallarına  baxıl-
manın nəticələri üzrə qərarın çıxarılması 
49.1. Səyyar vergi yoxlamasının materiallarına baxıl-
manın  nəticələri  üzrə  vergi  orqanının  rəhbəri  (rəhbərin 
müa vini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan 
birini çıxarır:
49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin po-
zul masına görə məsuliyyətə cəlb edilməsi;
49.1.2.  vergi  ödəyicisinin  vergi  qanunvericiliyinin 
po zulmasına  görə  məsuliyyətə  cəlb  edilməsindən  imtina 
olunması;
49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi 
haqqında.
49.2.  Vergi  ödəyicisinin  vergi  qanunvericiliyinin 
po  zul  masına  görə  məsuliyyətə  cəlb  edilməsi  haqqında 
qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanun-
vericiliyinin  pozulmasının  şəraiti,  həmin  şəraiti  təsdiq 
edən  sənədlər  və  digər  məlumatlar,  vergi  ödəyicisinin 
özünün  müdafiəsi  üçün  gətirdiyi  dəlillər  və  bu  dəlillərin 
yoxlanılmasının  nəticələri,  vergi  qanunvericiliyinin  pozul-
masına  görə  və  tətbiq  olunan  məsuliyyət  tədbirlərini  nə-
zərdə  tutan  müvafiq  qanunların  maddələri  göstərilməklə 


98
vergi  ödəyicisinin  vergi  qanunvericiliyinin  konkret  hansı 
tələblərinin  pozulmasına  görə  məsuliyyətə  cəlb  olunması 
ona izah olunur.
49.3.  Vergi  ödəyicisinin  vergi  qanunvericiliyinin  po-
zul ma sına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış 
qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə 
vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məb ləğ-
lərinin,  inzibati  cərimələrin,  habelə  aşkar  edilmiş  pozun-
tuların aradan qaldırılması barədə tələbnamə göndərilir.
49.4.  Vergi  orqanının  qərarının  surəti  və  tələbnamə 
vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tari-
xini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya 
onun  nümayəndəsinin  bilərəkdən  hərəkətləri  nəticəsində 
vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona 
təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) 
sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab 
edilir.
49.5.  Vergi  orqanının  vəzifəli  şəxsləri  tərəfindən  bu 
mad dənin  tələblərinin  gözlənilməməsi  vergi  orqanının 
qəra rının  yuxarı  vergi  orqanı  və  məhkəmə  tərəfindən  ləğv 
edilməsi üçün əsasdır.
49.6.  Vergi  orqanı  tərəfindən  aşkar  edilmiş  vergi 
qanunvericiliyinin  pozulmasına  görə  vergi  ödəyicisi  inzi-
bati  məsuliyyətə  cəlb  edilməli  olduqda,  vergi  yoxlamasını 
keçirən  vergi  orqanının  səlahiyyətli  vəzifəli  şəxsi  inzi-
bati hüquq pozuntusu haqqında ayrıca protokol tərtib edir. 
Bu  hüquq  pozuntuları  haqqında  işlərə  baxılma  və  inzi-
bati  tənbeh  tədbirlərinin  həmin  pozuntuların  edilməsində 
günahkar olan vergi ödəyicisinin vəzifəli şəxslərinə və ver-
gi ödəyicisi – fərdi sahibkara münasibətdə tətbiq edilməsi 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə