Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə15/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   121

Bəxtiyar bir həyat başladı yerdə 

Bu günəş anadan doğan səhərdə. 

Altında ağ ah keçsə hər yerdən. 

Ayağı dəydiyi yer olur gülşən.

Hansı bir qələdə parlatmış yüyən, 

Düyümü açmışdır pərgar xəttindən. 

Hər şəhrə hünərlə qələbə çalmış, 

Qamn sərvətim əlinə almış

72

.

Bayrağı qələyə sancdığı zaman 

Bəyinin başım asmış qaladan. 

Hamıda insanlıq bir təbiətdir,

Bu başqa insandır, başqa xilqətdir. 

Bildiyim ən adlı, şanlı kimsələr 

Bu insanlığına təşəkkür edər.

Geniş ehsanı var, uca şövkəti, 

Aldanmış dünyamn vəlineməti, 

Dirilsə bir ölü, qalxsa məzardan, 

Şəhəri, bazan tutar həyəcan.

Min: ölü dirilsə ədalətilə,

Düşmənin ürəyi düzəlməz hələ. 

Isatək nə qədər ölü diıiltdi,

Bu gözəl əxlaqla xalqı qul etdi. 

Gövhər mədənitək dağılan dünya 

Bu günəşlə tapdı həyat və ziya.

Yer cəhənnəm idi - nə iş, nə tarla, 

Bir cənnət olmuşdu bu gənc baharla. 

Hər yeni nemətdən dağıdır xalqa, 

Neməti çay kimi axıdır xalqa. 

Yaxşılıq ardınca getsə hər zaman 

Yaxşımn adım unutmaz cahan. 

Demirəm dənizdir uca şövkətin,

Bir mədən qədər var ağır qiymətin. 

Şahın da sarayı günəş kimidir, 

Məşriqdən məğribə uzatmış kəndir. 

Cənnəti tutmuşsa tuba ağacı,

Hər budaq olmuşsa bir qəsrin tacı, 

Ehsam Şərq ilə Qərbə kök salmış,

52


Hər ev süfrəsindən bir nemət almış.

Adı Keyxosrovla olmuş bərabər,

Nəsəbi ucadır Keyqubad qədər.

Atım hansı bir səhraya çapmış,

Hər qanqal ətəyi əşrəfi tapmış.

Yer, xəzinəsindən bir çuval tikmiş,

Xeyri zər toplamış, yasəmən gümüş

73

. 

Hansı xəzinəm açıb axtarsan,

Onun sikkəsindən tapılar nişan.

Tac ilə başım ucaltmış fələk,

Başında bu tacı olsun mübarək.

Dünyamn Xıznsan, İskəndərisən,

Həm mülkün, həm həyat suyun var, əhsən. 

Fəth etdin İskəndər kimi dünyam,

Xızrtək doğrultdun yoldan azam.

Hər şeyin ucadır uca adıntək,

Yalnız bir şeyin yox - tayın yox demək. 

Aslanlar ovuna çıxdığın zaman 

Bir oxla edərsən iki ov nişan.

Fillərlə döyüşdə aünca kəmənd,

Qənnucun şahım edərsən filbənd

74

.

Şir gur ovlayanda sən olsan orda,

Nə ki şir, ovlarsan Bəhram Guru da.

Kim əyməz başım, əmr etsən: "Əyil!" 

Hansı dövlətdir ki, əlində deyil?

Sən at oynadarkən, məğrur boyunlar - 

Yəhər qayışıtək yumşalar onlar, 

iki şəxs əmindir, sən qəhr edərkən:

Bir sənə qul olan, bir boyun əyən.

Düşmən üzr istəsə sən bağışlarsan,

Bu mətin əhdinə qul olmuş dövran. 

Dünyamn başına döndü ruzigar,

Alü şahdan qalmış alü yadigar.

Kəyümərs padşahdan tacıdır nişan, 

Cəmşiddən bir qılınc, taxt Firidundan, 

Camı Keyxosrovdan qalmış yadigar, 

Ulduzlar sirrim edər aşikar.

53


Ən parlaq bir güzgü, şəffaf bir gövhər 

Quraraq, yadigar qoymuş İskəndər. 

Ləldən düzülən o parlaq üzük, 

Süleyman möhrüylə çil-çıraq üzük. 

Saydığım alü şey məxsusdur sana, 

Adında alü hərf şahiddir buna

75

. 

Səndə bundan başqa alü xislət var. 

Bunlarla olarsan daim bəxtiyar: 

Birinci - açıqdır xəzinən hər an, 

istəməsələr də edərsən ehsan, 

ikinci - kərəmin hesaba gəlməz, 

Haqqım biləndən almazsan əvəz. 

Üçüncü - şəfqətiə alarsan ürək,

Hər zaman məzluma edərsən kömək. 

Dördüncü - taxmısan göylərə bayraq, 

Bir ordu yenərsən təklikdə ancaq. 

Beşinci - günahkar olsa peşiman. 

Suçundan keçərsən onun hər zaman. 

Alüncı - mətindir verdiyin qərar, 

Unudan deyilsən, gözəl vəfan var. 

Bəzəyindir sənin bu alü cəhət,

Səndən ayrılmasın bu altı xislət, 

iki tərlan gərək ölkə qurmaqda, 

Xəzinə yığmaqda, şikar vurmaqda, 

iki ilan gərək sənə, onlardan:

Biri dövlət, biri xəznə qoruyan.

PADŞAHA XİTAB

Yeddi göy altında, ey dünya şahı, 

Beşinci ölkənin sənsən pənahı

76

. 

Əmrində bu qədər ölkə, şəhər var, 

Qapında sütundur saraylı şahlar. 

Hər gecə göylərdə dolanar qəmər, 

Sənin çırağına gəlib yağ tökər. 

Günəş də başında tacı, hər səhər

54


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə