Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


I> tann, dünyaya sənsən padşah



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə5/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   121

17


I> tann, dünyaya sənsən padşah.

Biz kiçik bəndəyik, sən böyük allah.

Tək sənə sığınır hər yüksək, alçaq.

Hər varlıq yoxluqdur, sən varsan ancaq. 

Yuxan, aşağı - hər gözə çarpan 

Nə varsa, onlan sənsən yaradan.

Sənsən hər biliyi bizə öyrədən.

Torpağın köksündə qələm işlədən.

Sənin varlığına tapınca bürhan.

Ağıl ilk inandı sənə, yaradan.

Sən ağlın gözünü işıqlandırdın.

Sən doğru yollarda çıraq yandırdın. 

Göyləri sən qurdun, ucaltdın, allah.

Ona yer üzünü etdin güzərgah

1

.

Sənsən bu aləmdə bir damcı sudan 

Günəşdən işıqlı gövhər yaradan

2

.

Gövhəri lütfünlə etdin aşikar.

Sərrafın əlinə sən verdin açar.

Daşlann bağnna düzdün gövhəri. 

Rənglərlə boyadın hər bir cövhəri. 

Buludlar yağdırmaz, sən deməsən: "Yağ!" 

Sən "bitir!" deməsən, bitinnəz torpaq. 

Özün də kimsədən kömək almadan 

Yaratdın nə gözəl, səfalı cahan, 

istidən, soyuqdan, qumdan, yaşdan 

Yoğurub yaratdın gözəl bir cahan.

Nə gözəl naxışlar vurdun xilqətə.

Ağıllar heyrandır bu məharətə.

Bu sirri mühəndis axtanr hər an.

Bilməyir ən əvvəl başladın hardan.

Uca sənətim seyr edirik biz.

Yeməkdir, yatmaqdır yalmz işimiz.

Hər nəyi bəzədin, var etdin yoxdan 

Onlara ehtiyac duymadın bir an.

18


Sən elə qurdun ki, yerin işini,

Göyün, ulduzlann bu gərdişini,

Göyə ucalsa da düşüncə, fikir,

Bu kəmənddən başı çıxa bilməyir.

Sən vardın varlıqlar olmayan zaman, 

Onlar yox olacaq, sən qalacaqsan.

Sən düzdün göylərə şux ulduzları, 

insanla bəzədin hər bir diyan.

Fələyi uca bir hasara aldın,

O yerdə idrakı kəməndə saldın

3

.

Elə bir tağ vurdun daşsız, dirəksiz, 

Düşüncə o yerə yol tapmaz, şəksiz. 

Zaüna düşüncə, ağıl əl atmaz,

Böyük qüdrətinə qüdrəti çatmaz. 

Sənin varlığındır o laməkandan 

idrak elçisim hər an daşlayan

4

. 

Dağımq deyilsən ki, birləşəsən,

Artıq da deyilsən, əskiləsən sən.

Xəyal da, nəzər də yolunda məhrum, 

Nə qədər axtarsa deyilsən məlum.

Ey tann, sən hansı başı ucaltsan,

Əyə bilməyəcək onu bir insan. 

Qəhrinlə hər kimin əysən boynunu, 

Kimsənin köməyi dikəltməz onu.

Biz sənə bəndəyik, sənindir fərman, 

Hər kömək səndədir, sənsən əl tutan. 

Fildə, qarışqada zəiflik, qüvvət 

Sənin əmrindədir, ey ulu qüdrət. 

Sənin qüdrətindən qüvvət alınca 

İlahi məhv edər zəif qannca. 

Yollardan tüstünü qaldırsan əgər,

Bir çibin Nəmrudun beynini yeyər

5

, 

istəsən əzilsin düşmənin beli,

Quşlarla qırarsan əshabi-fıli

6

.

Gah kiçik nütfəyə qoydun qızıl tac, 

Gah xırda çərdəkdən yaratdın ağac

7

. 

Gah Xəlil alırsan bütxanələrdən,

19


Gah dost yaradırsan biganələrdən

8

. 

Qiymətli cəvahir doğan bir evdən 

Əbutalibi də çıxaran sənsən

9

.

Kimdə var cəsarət, qorxundan sənin 

Təslimdən başqa bir kəlam söyləsin? 

Yamna yol tapmaz məxluqun əli, 

Gizlin bir xəzinə sevməz məşəli. 

Əsrann hər zaman qalmaqçın gizlin 

Bağlarsan dilini əsrar bilənin.

Sən məni yaratdın qara torpaqdan, 

Sən verdin işıqlı ürək, təmiz can. 

Aludə olsam da məndə yox təqsir, 

Torpağın peşəsi aludəlikdir. 

Günahdan qaçsaydı bu üzüqara,

Bəs kim yol tapardı bağışlanmağa? 

Olmasaydı mənim günahım hərgah, 

Sənə kim deyərdi: "Ey qəfur allah!” 

Gecələr, gündüzlər, hər axşam, səhər 

Qəlbimdə, dilimdə bir sənsən əzbər. 

Yuxuya getməzdən əvvəl, hər gecə 

Mübarək adım çəkərəm öncə. 

Gecələr yuxudan qalxınca başım, 

Anaram səni, hey axar göz yaşım. 

Sənə üz çevirrəm hər səhər erkən, 

Gecə də, gündüz də pənahım sənsən. 

Hər zaman köməyə çağırram səni, 

Qapından ümidsiz qaytarma məni. 

Ey tann, dərdimə sən eylə əlac,

Bu möhtac kəslərə olmayım möhtac. 

Hər zaman bəndəlik yoluyla gedən, 

Zaüna könüldən pərəstiş edən 

Olsun bu dünyada xəzinənlə şad, 

Qiyamət günündə əzabdan azad, 

insanı dünyaya sənsən gətirən, 

Öldürən də sənsən, dirildən də sən. 

Əldə nə hesabım, nə kitabım var,

20


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə