Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə28/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   121

Boynundan həmayıl bir qılınc taxdı, 

Şəfəqi günəşdən daha parlaqdı. 

Başında dəbilqə Çin poladından, 

Gövhərlər ondakı gövhərə heyran. 

Belinə asdı bir zəhərli kəsər,

Ilantək sancaraq tökərdi zəhər.

Bir ata oturdu, nə at, bir dağtək, 

Görüşü sevimli, yerişi qəşəng.

Aüm çaparaq hərbə yüyürdü, 

Düşmən söz verdiyi yerə at sürdü. 

Qarşıya çıxmadı miskin pələnglər, 

Fikir dənizinə salmışdı ləngər. 

Hiyləylə göndərdi başqa iyrənci,

Şah gövhərlərim qapsın o zənci.

Şah böldü xəncərlə onu tən yan, 

Zəncinin qınldı həyat daman.

Dağ kimi bir qara div oynatdı at, 

Baxanın gözündən çəkildi həyat.

Bu div də o zənci yeyəndən yedi, 

Çoxunun başım torpaq çeynədi. 

Müdhiş bir qara div ona yönəldi, 

Qıvnlmış ilantək cünbüşə gəldi.

O divə Rum şahı vurdu bir xəncər. 

Tüstüsü ucaldı göylərə qədər.

Aüldı ondan da müdhiş həbəşi,

Qan içən aslandan o daha vəhşi. 

Ona da içirdi ölüm suyunu,

Zəmanə oynadı keçmiş oyunu.

O qızmış aslandan hamı qorxaraq 

Heç biri meydana basmadı ayaq. 

Rum şahı at sürdü, kinlə bağırdı,

O qaçan düşməm hərbə çağırdı. 

Pələngər görüncə bu cəsarəti 

Bir yara almadan söndü qüvvəti. 

Atım oynatdı istər-istəməz, 

Meydana atıldı dinməz-söyləməz.

At sürdü o igid şahlığa doğru,

97


Bəxt onu çəkirdi xarlığa doğru.

Çox qılınc endirdi girincə hərbə, 

Qeysərə bir əsər etmədi zərbə.

Aslan qüwətiylə coşdu hökmüran, 

Sanki bir ceyrana sanldı aslan. 

Dünyamn pənahı tanrım andı,

Şanlı bir zəfərə artıq inandı.

Dəhşətlə hücuma keçdi şəhriyar, 

Mərkəzi nöqtədə sıxıldı pərgar.

Atəşli kin ilə hey vurdu ata,

Güldü şimşək kimi qara buluda.

On düyüm mızrağı elə bərk çaxdı,

Qan onun döşündən su kimi axdı. 

Düşmənin gəmisi dağıldı yeksər, 

Pələngər məhv oldu, qaldı tək lobər. 

Atından əmr etdi igid hökmüran: 

Əskərlər hücuma keçsin durmadan. 

Ordu hər tərəfdən bürüdü düzü.

Qatdı bir-birinə gecə-gündüzü.

Oxlann inləyən qorxunc səsindən 

Ipəkli geyimlər kəsildi kəfən.

Qılıncın, qalxanın şaqqıltısından 

Aya baş vururdu buxarla duman. 

Qızdıqca günəşdən qalxırdı şölə. 

Təndirtək yaxırdı öz atəşilə.

Döyüş dəhşətindən sərsəmdi başlar, 

işıqdan dünya da qaçırdı naçar. 

Baxdıqca zəncidir düşmüş yollara, 

Olmuş göy yanında yer üzü qara. 

Əqiqlər şəvədən qalamış ocaq, 

Zəncilər od tutub, kül qalmış ancaq

119

. 

Şəvə yüngül oldu, ağırdı gövhər, 

Gövhərə sərraf da çox qiymət verər. 

Yasəmən bidmişkə etmişdi təsir, 

Qarğalar ağ şahin əlində əsir

120

. 

Heyrət baxışlara, ürəyə axmış,

Əqlin mərkəzim bombaş buraxmış.

98


Çovuşlar verdikcə ürək arxadan 

Ceyranlar qorxmadan ovladı aslan. 

Yer-göy titrəyirdi hay-küy səsindən. 

Göylər də "ho" deyə səslər fələkdən. 

Getdikcə coşurdu hər iki yağı, 

Yazıldı birinə ölüm yarpağı.

Biləyi güclüyə zəfər oldu yar, 

Zəncilər məcburən məğlub oldular. 

Hər yana at çapdı müzəffər əskər, 

Zənci öldürməyə bağladı kəmər. 

Qılınc oynatdıqca böyük şəhriyar 

Zəncinin bazan oldu tarimar. 

Zəncilər çalınca təslim bomsu 

Şənliyə başladı zəfər ordusu. 

Göylərə ucaldı şahın bayrağı, 

Yollardan büsbütün çəkildi yağı. 

Mərhəmət buludu qopardı tufan, 

Zəncinin pasım sildi qılıncdan. 

Bayrağın altında durmuş hökmdar 

Əynində bənövşə rəngində paltar, 

Boynunda bir noxta, ayaqda zəncir, 

Hər aslan çəkirdi bir nəhəng əsir. 

Bayrağın altına yığdılar nə var, 

İskəndər əmr etdi kəsilsin başlar.

Bir zənci qalmadı, boşaldı çöl, dağ, 

Qalanlar quzğunlar yemiydi ancaq. 

Barama qurdutək divbədən fillər 

Qannca ayağı altında inlər, 

insanın yükünü çəkən hər hammal 

Ya çıraq daşıyır, yaxud ipək mal

121

. 

Zillətə düşüncə amansız düşman, 

Həbəşlər padşahdan dilədi aman. 

Həbəşə nisbəti olanlar o gün 

Padşahın əmriylə qurtuldu bütün. 

Zəhərli qılıncdan tapdılar aman,

Şah bağışlayaraq vermədi ziyan, 

Əmr etdi həbəşə vuruldu damğa,

99


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə