Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   79   80   81   82   83   84   85   86   87

 
253 
edir, müəyyən qərara gəlir. Heç təsadüfi deyildir ki, bu cür daxili nitq süzgəcindən 
keçməyən  fikirlər,  mülahizələr  haqda  dinləyici  bəzən  ”yaxşı-yaxşı  düşün,  sonra 
danış”,  “sözü ağzında bişir sonra çıxar” və ifadələrlə etirazını bildirir. 
Daxili  nitqdə  natiq  qarşısında  fikrən  dinləyicisini  görür,  onunla  gizli 
dialoqa  girir,  onun  mümkün  iradları  və  təriflərini  sanki  əvvəlcədən  duyur, 
mühazirəyə  hazırlaşarkən bunları nəzərə alır. 
Natiq  danışığını  bitirdikdən  sonra  da  öz  daxili  nitqinə  qayıdır.  O,  ani 
olaraq  danışdıqlarını  xatırlayır,  hansı  məsələnin,  hadisənin  şərhində  dinləyiciləri 
qane  etdiyini,  nitqinə  necə  başladığını,  səthiliyə,  məlum  olanların  təkrarən 
deyilməsinə  yol  verdiyini,  müvafiq  sözlər,  ifadələrdən  istifadə  edə  bildiyini, 
cümlələri qurmağı bacardığını, sözləri düzgün tələffüz etdiyini, söhbətin sonunda 
ümumiləşdirmə  aparıb,  nəticəyə  gələ  bildiyini,  nitqinin  intonasiyasını,  müraciət 
məqsədilə  işlətdiyi  sözləri  və  sairəni  fikrən  öz-özünə  təhlil  yolu  ilə  müəyyən-
ləşdirir, danışığına, nitqinə qiymət verir. 
Mühazirə,  giriş,  məzmun  və  sonluqdan  (nəticədən)  ibarət  olur.  Bunlar 
məna,  həcm  və  məqsədinə  görə  fərqlənir.  Söhbətin  giriş  hissəsi  fikir  və  dil 
sadəliyi,  ahəng  və  intonasiyası,  mövzunun  dinləyiciyə  çatdırılması  baxımından 
cəlbedici  olmalıdır.  Yığcam  və  cəlbedici  giriş  verməklə  bütün  dinləyicilərin 
diqqətini  əsas  məsələyə  yönəltmək  olar.    Mərhum  professor  A.Abdullayev  elmi 
əsərlərin,  dissertasiyaların  müzakirəsi  zamanı  giriş  hissəsinin  üzərində  xüsusi 
dayanardı. O, əsərin girişini “Koroğlu” operasının uvertürasına oxşadar və deyərdi 
ki, uvertüra səslənəndə  adam sanki operanı bütövlükdə  dinləyir, oradakı hadisə-
lər, qəhrəmanlıq səhnələri bir an göz önünə gəlir, tamaşaya maraq və həvəs artır. 
Giriş  hissəsində  şərh  olunacaq  məsələnin  əsas  mahiyyəti,  əhəmiyyəti,  başlıca 
müddəaları, aktuallığı göstərilməli, təhlil olunmalıdır.  
Mühazirənin  nəticə  hissəsində  deyilənlərə  xülasə  verilir,  onlar  yekun-
laşdırılır,  ümumiləşdirmələr  aparılır,  nəticə  çıxarılır,  təkliflər  söylənilir,  əməli 
vəzifələr göstərilir. Bu zaman natiq xüsusilə ehtiyatlı olmalı, özündən əvvəl söy-
lənilən  fikirlərə  hörmətlə  yanaşmalı,  onlara  obyektiv  münasibət  bildirməli,  kon-
kret  faktlara,  sübutlara,  təhlillərə  əsaslanmalı,  “Bunları  ilk  dəfə  olaraq  mən 


 
254 
demişəm”,  “Bu  barədə    hamıdan  əvvəl  mən  yazmışam”,  “Bu  sahədəki  fikirlər 
bəsitdir,  boş  cəfəngiyatdır”  və  s.  kimi  ifadələrə  yol  verməməlidir.  Natiq    bütün 
hallarda təvazökar olmalı, qulaq asanlar onun səmimiliyindən razı qalmalıdırlar. 
Mühazirə prosesində auditoriyanı “silkələmək”, diqqəti “itiləmək” məqsə-
dilə  suallar  verilir  ki,  belə  suallar  fikir,  təcrübə,  müşahidə  mübadiləsinin  stimul-
laşdırılmasında  mühüm  əhəmiyyətə  malikdir.  Dinləyicini  düşünməyə,  qoyulmuş 
problemi  təhlil  etməyə  sövq  edən  bu  cür  “açıq”  suallardan  (cavabı  birmənalı 
olmayan suallardan) bir neçəsini nümunə göstərək: 
1.
 
Hipotetik  (fərziyyəyə əsaslanan, təxmini) suallar. Məs.:  “Əgər belə 
bir  vəziyyətə  düşsəydiniz,  siz  nə  edərdiniz?”.  Bu  cür  suallar  əqli  prosesi  fəal-
laşdırır. Dinləyici bu və ya digər  situasiyanı təsəvvür edir, müvafiq çıxış yolunu 
müəyyənləşdirir. 
2.
 
DüĢünməyə təhrik edən suallar  - Məs.: “Belə bir  problemlə qarşı-
laşsaydınız, onun həllinə necə  kömək edə bilərdiniz?”. 
3.
 
Həvəsləndirici  suallar  –  Məs.:  “Hadisə  nə  ilə  qurtara  bilərdi?”, 
“Sonra nə oldu?”. Belə suallara dinləyici şəxsi təcrübələri əsasında cavab tapmağa 
çalışır. 
4.
 
Rəy söyləmək məqsədini qarĢıya qoyan suallar – Məs.: “Bu haqda 
sizin fikriniz?,  “Deyilənlərlə razısınızmı?”. Belə suallar dinləyicilərin söylənilən 
fikrə maraq və diqqətini artırır. 
5.
 
Yoxlama xarakterli suallar – Məs.: “Siz niyə belə düşünürsünüz?”, 
“Məsələni başqa cür həll etmək olmazmı?”,  “Siz səhv etmirsinizmi?”. 
Bu suallar dinləyiciləri dərindən düşünməyə və öz fikrini bir daha götür-
qoy  etməyə,diskussiyaya  təhrik  edir,  onlar  belə  bir  idrak  fəaliyyəti  nəticəsində 
aldıqları bilik  və  məlumatlar  uzun  müddət  yadda saxlayır,  yeri  gəldikdə  istifadə 
edirlər.  Hələ  qədim  Çində  bu  məqam  (dinləyicilərin  tədqiqat  xarakterli  xüsusi 
təşkil  olunmuş  idrak  fəaliyyəti)  məşhur  filosof  Konfisi  tərəfindən  belə  ifadə 
olunmuşdur:  “Qulaq  asıram  –  unuduram,  görürəm  –  yadda  saxlayıram,  özüm 
edirəm  –  anlayıram  (dərk  edirəm)”.  Mühazirənin  passiv  dinlənməsi  ona  gətirib 
çıxarır ki, alınan biliklər  tez bir vaxtda unudulur. Lap yaxşı ənənəvi mühazirəni 


 
255 
dinləyən  üç  saatdan  sonra  materialın  70%-ni,  üç  gündən  sonra  isə  10%-ni  bərpa 
edə bilir. 
Deyilənlərdən  bu  nəticəyə  gəlirik  ki,  natiq  öz  mühazirə,  çıxış  və 
söhbətlərində öyrədən və öyrənənin qarşılıqlı fəaliyyətinə, əks əlaqəsinə əsaslanan 
interaktiv  şərhetmə  metodlarına  daha  geniş  yer  verməli,  eşidilənlərdə  marağın 
yaranmasına nail olmalıdır. 
Hər  bir  şəxs  gözəl  danışığa,    yüksək  nitq  mədəniyyətinə  sahib  ola  bilər. 
Lakin  burada  təkcə  arzu    kifayət  deyildir.  Bu  cür  çətin  işin  öhdəsindən  gəlmək 
möhkəm iradə, böyük həvəs, müvafik bilik və bacarıqlar tələb edir. Gözəl səslə, 
fikrə  müvafiq  intonasiya  seçməklə,  normativ  tələffüzlə  danışmaq  üçün  hər  bir 
şəxsin  keçdiyi  yol  idmançının  keçdiyi  inkişafın  dinamikası  ilə  müqayisə  edilə 
bilər.  Bu  və  ya  başqa  şəxs  hər  iki  halda  yeni  keyfiyyət  qazanır,  lakin  bu 
keyfiyyətlərin  bir-birinə  heç  bir  oxşarlığı  yoxdur.  Yaxşı  idmançı  pis  natiq  ola 
bildiyi  kimi, yaxşı natiq də pis idmançı ola bilər. Oxşarlıq ancaq onların seçdiyi 
inkişaf  yolunun  xüsusiyyətlərindəndir.  Mahir  idmançının  keçdiyi  həyat  yolunu 
xatırlayaq.    Məlumdur  ki,  idmançının  böyük  müvəffəqiyyətlər  əldə  etmək  üçün 
lap  kiçik  yaşlardan  məşqə  başlamağı  vacib  hesab  edilir.  İllər  keçdikcə    həmin 
məşqlərin  forma  və  məzmunu  dəyişə  bilər,  ancaq  fasilələrə  yol  verilə  bilməz. 
Məşqçilər öz xatirələrində şagirdləri necə yetişdirdiklərindən bəhs edərkən bəzən 
ayrı-ayrı günlərdə əldə edilən nailiyyətləri belə qeyd edirlər. Tədricən qazanılmış 
belə nailiyyətlərin toplusundan mahir idmançı meydana çıxır. Mahir  natiq də belə 
yaranır. O, kiçik yaşlarından öz səsinin, tələffüzünün məşqinə başlayır.  Tədricən 
nitqini  təkmilləşdirir,  yeni  keyfiyyətlər  əldə  edir.,  nəhayət,  mahir  natiqə  çevrilir. 
Mahir idmançı bir-iki ildə yaranmadığı kimi, mahir natiq də birdən-birə yetişmir. 
Mahir  idmançı  olmaq  üçün  məşqsiz  keçinmək  mümkün  olmadığı  kimi,  mahir 
natiq  olmaq  üçün  də  müntəzəm  şəkildə  məşqin  aparılması  lazımdır.  Bütün  bu 
xüsusiyyətlərinə  görə  idmançı  ilə  natiqin  keçdiyi  inkişaf  yollarının    xüsusiyyət-
lərini  tutuşdurmaq  olar.  Belə  bir  əməliyyatı  icra  etsək,    zahirən  tamamilə  bir-
birinə  oxşayan  həmin  keyfiyyətlərin    yaranması  üçün  keçilən  yolun  inkişaf 
dinamikası  əksər  hallarda  bir-birinin  eyni  olacaqdır.  Hər  iki  keyfiyyət  fasiləsiz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə