Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə85/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   79   80   81   82   83   84   85   86   87

 
256 
aparılan  məşq  nəticəsində  əldə  edilir.  Nitq  qüsurları  olan  adamın  tələffüzünü 
təshih  etmək  üçün  aparılan  məşqlərin  fəqərə  sütununu,  yaxud  da  əyri  ağacı 
cilalamaq,  düzəltmək  üçün    aparılan  məşqlərə  nə  qədər  bənzədiyini  (metodik 
baxımdan)  təsəvvür  etmək  çətin  deyil.  Müsiqiçilər  məşq  yolu  ilə  təkcə  mahir 
pianoçu,  ya  da  tarçı  hazırlamırlar,  onlar  həmin  yolla  xanəndənin  də  səsini 
cilalayır, onun mahir ifaçı kimi yetişməsinə nail olurlar. 
Buraya  qədər  biz  “mahir  natiq”  ifadəsini  tez-tez  işlətdik.  Natiqlik 
sənətində gözəl danışıq qabiliyyətinə yiyələnmək, şifahi və yazılı nitq texnikasını 
mənimsəmək  həmişə  qarşıda  duran  vəzifələrdən  biri  olmuşdur.  Bununla  belə, 
natiqlərin də hamısı bu mühüm vəzifənin öhdəsindən günün tələbləri səviyyəsində 
gələ bilməmişdir. Onların nitqi, xüsusən şifahi nitqi çox zaman qüsurlu olmuşdur. 
Nitq  mədəniyyəti  üzrə  aparılan  işlərdə  ciddi  dönüş  yaradılmalıdır.  Belə 
dönüş  ancaq  müasir  təlim  texnikasından,  xüsusən  elektro-akustik  texnikadan 
bacarıqla istifadə etməklə yarana bilər. 
Müasir  texniki  vasitələr  natiqin  öz  nitqini  dinləyə  bilmək  imkanlarını 
xeyli  genişləndirmişdir.  Natiq öz  mühazirəsini,  məruzəsini,  nitqini,  müəyyən  bir 
bədii  parçanın  ifadəli  oxusunu  və  s.  maqnitofon  lentinə  köçürüb  istədiyi  qədər 
təkrar-təkrar  dinləyə,  sözlərin  tələffüzünə,  cümlələrin  düzgün  qurulmasına, 
intonasiyasına  və  sairəyə  nitq  mədəniyyəti  baxımından  qiymət  verə  bilər.  Radio 
və  televiziya  verilişləri  etalon  səviyyəli  nitqi,  ifadəli  oxunu,  ədəbi  tələffüzü 
dinləmək  üçün əvəzsiz vasitələrdir. “...ədəbi dilin orfoepiya normalarına, eləcə də 
digər  normalarına,  ədəbi  tələffüzə  televiziya  verilişləri  qədər  qayğı  və 
tələbkarlıqla  yanaşan  ikinci  bir  şifahi  nitq  tribunası  təsəvvür  etmək  çətindir. 
Teleekran  ədəbi  dilin,  onun  normalarının,  o  cümlədən  ədəbi  tələffüz  və  vurğu 
qaydalarının  təbliğatçısı,  yayıcısı  və  öyrədicisidir”  (45,  30).  Natiqlik  məharətini 
təkmilləşdirmək arzusunda olan hər bir kəs bu verilişləri, xüsusilə məşhur aktyor, 
diktor,  söz  ustası,  maarif,  mədəniyyət,  elm  adamları  və  b.  çıxışlarını  dinləməli, 
danışanların öz nitqlərini necə qurmalarına, fikrin dəqiq ifadəsi üçün hansı sözləri 
işlətmələrinə,  yığcam,  qısa,  aydın,  mənalı  danışmalarına,  dilin  ifadəlilik  vasitə-


 
257 
lərindən istifadə edə bilmək bacarığına və s. diqqət verməli, lazım gələrsə, qeydlər 
aparmalıdır. 
Ulu  öndərimiz  H.Əliyev  cənablarının  çıxışları  bu  baxımdan  ən  yaxşı 
nümunədir.  Onun  nitqlərində  natiqlik  sənəti  özünün  ən  yüksək  zirvələrinə  ucala 
bilmişdir.  H.Əliyevin  ağıllara,  düşüncələrə  asanlıqla  yol  tapa  bilən  çıxışları, 
nitqləri, məruzələri adamları vətəndaşlıq həmrəyliyinə, mənəvi-siyasi birliyə, milli 
dövlətçiliyimizin  möhkəmləndirilməsinə,  suverenliyimizin    qorunub  saxlanılma-
sına səsləyir, vətən övladlarını ana yurda məhəbbət ruhunda tərbiyə edir. 
Natiq  nitqinin  ədəbi  dil  normalarının  gözlənilməsi  baxımından  lazımi 
səviyyəyə qaldırılması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi tövsiyə 
olunur: 
1.  Natiqlik  sənəti,  onun  təkmilləşdirilməsi  məqsədilə  xüsusi  kurslar 
yaratmaq,  həmin  kurslara  natiqlik  sənətinin  mütəxəssisləri  –  tanınmış  natiq, 
diktor, söz ustaları, aktyorlar, müəllimlər və başqaları cəlb etmək. 
2.  Radio  və  televiziya  vasitəsilə  “Mühazirəçiyə  kömək”  verilişi  təşkil 
etmək,  orada  natiqlik  məharəti,  nitq  mədəniyyəti  ilə  bağlı  söhbətlər  aparmaq, 
seminarlar, dəyirmi  masalar,  konfranslar  təşkil  etmək,    müəyyən  ixtisas  və  sənət 
sahiblərinin:  yazıçıların,  dilçi  alimlərin,  jurnalistlərin,  mətbuat,  radio  və  televi-
ziyanın  yaradıcı  əməkdaşlarının,  teatr,  mədəniyyət  xadimlərinin  çıxışlarını, 
söhbətlərini  vermək,    canlı  nitqdən  nümunələr,  etalonlar  səsləndirmək.  Bunun 
üçün  birinci  növbədə    kütləvi  informasiya  sahəsində  çalışan  mütəxəssislərin    - 
xüsusilə  diktor  və  aparıcıların  dil  hazırlığının  yüksəldilməsi,  onun  qloballaşma 
dövrünün tələblərinə uyğunlaşdırılmasını təmin etmək 
3.  Nitq  mədəniyyəti  ilə  bağlı  müasir  tələblərə  cavab  verə  bilən  dərslik, 
dərs vəsaiti hazırlamaq. Nitq mədəniyyəti haqqında natiqlərin, müəllimlərin, eləcə 
də tələbələrin əlində sanballı bir vəsait, demək olar ki, yoxdur. Mövcud  olanlarda 
da  natiqlik  sənəti,  mədəni  nitqin  daha  çox  ümumi  məsələlərindən  bəhs  olunur. 
İkinci  bir  tərəfdən,  onlar  birbaşa  və  ya  dolayı  yolla  tərcümədir,  oradakı  şərhlər, 
mülahizələr dilimizin təbiəti ilə istənilən dərəcədə bağlana bilmir. Nitq mədəniy-
yəti hal-hazırda ali məktəblərin bir çoxunda ayrıca fənn kimi tədris olunur. Lakin 


 
258 
həmin fənnin dərsliyi yoxdur. Natiqlik sənəti, ölkəmizdə bu sənətin yaranması və 
tarixi inkişaf mərhələləri, nəzəri qaynaqları, nitq mədəniyyəti, mədəni və savadlı 
nitqə yiyələnməyin vacibliyi və s. haqqında  ədəbiyyat, dərslik və digər vəsait bu 
sahə ilə məşğul olanlara, natiqlərə, müəllimlərə, tələbələrə və b. böyük fayda verə 
bilər. 
4.  Nitq  mədəniyyəti,  natiqlik  məharəti  ilə  bağlı  respublika  miqyasında 
yığıncaqlar,  konfranslar  keçirmək.  Orada  nitq  mədəniyyətinin  aktual  məsələləri 
geniş şəkildə müzakirə etmək. 
5.  Bugünkü  tələbə  sabahın  müəllimi,  həkimi,  mühəndisi,  alimi,  xalq 
təsərrüfatının  müxtəlif  sahələri  üzrə  mütəxəssisidir.  Respublika  prezidenti 
İ.Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun 
istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair  Dövlət  proqramı”nın  təsdiq 
edilməsi  haqqında  sərəncamından  irəli  gələn  tələblər  nitq  mədəniyyəti  fənninin 
bütün ali məktəblərdə ayrıca fənn kimi tədris olunmasını vacib  bir məsələ kimi 
qarşıya qoyur. Ali məktəbdə oxuyan, təhsil alan gənc ana dilinə sevgi və hörmət 
ruhunda  tərbiyə  olunmalı,  ədəbi  dilin  normalarını  mənimsəməli,  onlara  ciddi 
şəkildə  riayət  etməyi  bacarmalı,  başqa  sözlə,  o,  ixtisası  ilə  yanaşı,  həm  də  söz 
ustası, natiq kimi yetişməlidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə