Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   76   77   78   79   80   81   82   83   ...   87

 
241 
Dediklərimizdən  aydın  olur  ki,  nitqin  normal  tempi  ictimai  ünsiyyətdə 
olduqca əhəmiyyətli bir məsələdir. Hər bir mədəni və savadlı adam, xüsusilə kütlə 
ilə ünsiyyətdə olan natiq bu keyfiyyətə yüksək dərəcədə yiyələnməlidirlər. 
Mədəni nitqin etiketləri 
Adamlar  onları  əhatə  edənlərlə  ünsiyyətdə  müxtəlif    məqsədlərlə 
əksəriyyətin  işlətdiyi  bir  sıra  ifadələrdən  istifadə  edirlər  ki,  onların  böyük  bir 
qismini mədəni  danışığın etiketləri təşkil edir. Etiket fransızca etiquette sözündən  
olub mənası mərasim, təsrifat deməkdir. Vaxtilə monarx saraylarında, diplomatik 
dairələrdə  və  s.  davranış  qaydaları  etiket  adlanırdı.  Hal-hazırda  hər  hansı  bir 
cəmiyyətdə  qəbul    edilmiş  davranış  və  nəzakət  formalarına  da  etiket  deyilir. 
Xalqımızın  milli  təfəkkürünə,  etnoqrafiyasına,  ənənələrinə  uyğun  işlənilən  bu 
ifadələr, hazır nitq modelləri bütün hallarda adamları razı salır, onlarda xoş ovqat 
yaradır,  müsahibin  fəaliyyətini  istiqamətləndirir,  qarşılıqlı  anlaşmanı  təmin  edir. 
Dilimiz  belə  ifadələrlə  zəngindir.  Adamların  gündəlik  nitq  fəaliyyətində  onların 
dünyagörüşü,  savad  dərəcəsi,  dilə  şüurlu  münasibətindən  irəli  gələn  rəngarəng 
ifadələr tez-tez işlədilir. 
Müxtəlif  nitq  situasiyalarında,    ünsiyyətin  bütün  formalarında(məsələn, 
müraciət,  görüşmə,  ayrılma,  yolasalma,  təbrik,  alqış,  telefon  danışığı  və  s.) 
işlədilən  belə  söz,  ifadə  və  cümlələrdən,  formullardan  bir  neçəsini  nümunə 
göstərək. 
1.
 
Kömək etmək, qulluq göstərmək məqsədilə: İcazə verin kömək edim; 
Siz  əziyyət  çəkməyin,  bunu  mən  edərəm;  Qulluğunda  olum;  Sizə  kömək  etmək 
lazımdır?;  Köməyə  ehtiyacınız  varmı?;  Mən  sizi  eşidirəm;  Cavab  verməyə 
tələsməyin,  bir  qədər  fikirləşin;  Sizi  narahat  edən  nədir?;  Sizə  nə  kömək  edə 
bilərəm?; Nə buyurursunuz? və s. 
2.
 
İş  gördürmək,  soruşmaq,  üzrxahlıq  etmək  məqsədilə:  İnciməyin, 
sizə zəhmət verəcəyəm; əgər mümkünsə; zəhmət olmasa; Buyruq olmasın; vaxtınız 
varsa;  imkanınız  olsa;  Sizə  əziyyət  olacaq;  Sizi  yormayım;  Rica  edirəm  danışın;  
Lütfən söyləyin; Üzr istəyirəm; Əvvəlcədən minnətdarlığımı bildirirəm və s.  


 
242 
3.
 
Məmnun  olmaq  məqamında:  Razıyam;  Etiraz  etmirəm;  Sizinlə 
şərikəm; Xoşuma gəlir; Çox şadam; Minnətdaram; Məmnuniyyətlə; Xoşdur; baş 
üstə; göz üstə; Arxayın olun; Sizi unutmaram; Sizinlə işləmək mənim üçün böyük 
şərəfdir; Nə qədər bədənimdə canım var, sizin şəfqətinizi unutmayacağam; Allah 
köməyin olsun; Tanrı sənə yar olsun. 
4.
 
Etiraz  etmək,  razılıq  verməmək  məqamında:  Bu  məni  təmin  etmir; 
Etirazımı bildirirəm; Etiraz edirəm; Sizin fikrinizlə şərik deyiləm; Mən başqa cür 
düşünürəm;  Bağışlayın,  bu  məsələdə  sizinlə  razı  deyiləm;  Bu  mənim  xoşuma 
gəlmir; Belə etməyin; Bu ürəyimcə deyil və s.  
5.
 
Təskinlik  vermək,  razı  salmaq  məqamında:  Bir  qədər  ətraflı 
düşünün;  Əsəbiləşməyin;  Darıxmayın;  İcazə  verin  danışım;  İmkan  verin  fikrimi 
izah  edim;  Özünüzü  ələ  alın;  Səbr  edin;  Bir  qədər  səbrli  olun;  Nə  etmək  olar, 
qismət belə imiş və s.  
6.
 
İntizama  dəvət,  məzəmmət  etmə:  Sizdən  bu  hərəkəti  gözləməzdim; 
Belə  hərəkət  sizə  yaraşmaz;  Siz  adınıza  layiq  hərəkət  etməlisiniz;  Danışığınıza 
fikir  verin;  Allah  xatirinə  razı  olun;  Nəzakətli  olun;  Çalışın  ki,  başqaları  sizdən 
razı qalsın; Bir qədər səmimi olun, səhvinizi etiraf etməkdən çəkinməyin və s.  
7.
 
Qarşılama  məqamında:  Xoş  gördük;  Nə  gözəl  təsadüf;  Xoş 
gəlmişsiz; Lap vaxtında gəlmişsiniz; Həmişə siz gələsiniz; Göz üstə gəldin; Sizin 
gəlişinizə  şadam;  Sizi  arzulayırıq;  Səni  çoxdan  gözləyirdim;  Gələn  qədəmləriniz 
var olsun; Buyurun, buyurun əyləşin, qurbandı sənə və s. 
8.
 
Dəvət  etmək  məqsədilə:  Xoş  gəlmisiniz;  Buyurun  qonağımız  olun; 
Qal  qurbanın  olum;  Qapımız  həmişə  üzünüzə  açıqdır;  Siz  bizim  üçün  həmişə 
əzizsiniz və s.  
9.  Vidalaşma  məqamında:    Sizi  səbirsizliklə  gözləyirik;  Salamat  qalın; 
Zəhmət  çəkdiniz;  Sizə  əziyyət  verdik;  Gecəniz  xeyrə qalsın; Yuxunuz  şirin  olsun; 
Allah  amanında;  Eviniz  abad  olsun;  Həmişə  şadlığa  gələk;  Sizləri  bir  daha 
evimizdə  görsək  şad  olarıq;  İnşallah  qismət  olsa,  biz  yenə  görüşərik;  Allah 
yolunuzu açıq eləsin, işinizi xeyrə calasın və s.  


 
243 
10.  Görülən  işin  müqabilində  razılıq,  rəğbətləndirmə:  Afərin;  Əhsən; 
Minnətdaram; Hər şey üçün minnətdaram; Təşəkkür edirəm; Sizə zəhmət verdim; 
Sizə  borcluyam;  Zəhmət  çəkmə;  Narahat  olma;  Sağ  olun;  Qadan  alım;  Allah 
sizdən  razı  olsun;  Allah  köməyin  olsun;  Sizin  bu  işdə  gözəl  səriştəniz  var;  Biz 
bundan məmnun olduq; Sizin əl qabiliyyətinizə heyranam; Sizə qibtə edirəm; Çox 
sağ olun; Afərin, mərhaba; Qismət olsa, əvəzini çıxaram; Allah səni dərd-bəladan 
uzaq eləsin; Allah ürəyinizə görə versin; Allah sizi bizə çox görməsin; Qəm, kədər 
sizdən uzaq olsun; Səni Allah saxlasın və s.  
11.
 
İcrası hər hansı bir səbəbdən mümkün olmayan işin müqabilində:  
Çox    sağ  olun;  Sizə  zəhmət  verdim;  Əziyyət  çəkdiniz;  Nə  etmək  olar,  siz 
bacardığınızı etdiniz və s. 
12.
 
Arzu-istək  və  təbrik  etmək  məqamında:  Yaxşı  yol;  Sağlıqla  qalın; 
Uğur  olsun;  Xoşbəxt  olun;  İşiniz  avand  olsun;  Allah  işinizə  fərəc  versin;  Allah 
sənə  yar  olsun;  Ürəyincə  ömür  sürəsən;  Min  bir  budaq  olun;  Var  olasan; 
Gözünüz  aydın  olsun;  Yolunuz  uğurlu  olsun;  Bayramınız  mübarək;  Ad  gününüz 
mübarək; Yeni dərs iliniz mübarək; Həmişə şənlikdə; Halal olsun; Xeyirli olsun; 
Allah balalarını saxlasın; Allah köməyin olsun; Allah səni ümid yeri eləsin; Allah 
imdadına çatsın;  Ananın südü sənə halal olsun; Əlin-qolun var olsun; Üzün ağ, 
başın  uca  olsun;  Bərəkətli  olsun;  Göz  dəyməsin;  Ömrün  uzun  olsun;  Allah 
iltifatını artıq eləsin; İlahi, mərhəmətinə min şükür və s. 
13.
 
Hal-əhval 
tutma 
məqamında: 
Əhvalınız  necədir?;  Necə 
dolanırsınız?;Güzəranınız  necədir?;  Xanımınız  necədir?;  Həyat  yoldaşınız 
necədir?; Özünüzü necə hiss edirsiniz? və s. 
14.
 
Öyrənmək  məqsədilə  verilən  suala  cavab  məqamında:  Buyurun 
soruşun; Lütfən buyurun; Sizə məmnuniyyətlə cavab verməyə hazıram; Bu mənim 
üçün xoşdur; Bu mənim vəzifə borcumdur; Bu dəqiqə öyrənib sizə deyərəm; Bir 
dəqiqə  gözləyin,  öyrənim;  Cavabım  sizi  qane  etdimi?  Daha  nəyi  bilmək 
istəyirsiniz?; Bağışlayın,  bu barədə məlumatım azdır (yoxdur); Xeyr, tanımıram; 
Yaxşı tanımıram; Xeyr, bilmirəm. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə