Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   75   76   77   78   79   80   81   82   ...   87

 
238 
dialoq  müxtəlif  əqidələrə,  mədəniyyətlərə,  siyasi  görüşlərə,  düşüncələrə  mənsub 
insanların  bir  araya  gələrək,  mədəni  ölçülər  səviyyəsində  bir-biri  ilə  danışması, 
müəyyən məsələlərin müzakirə edilməsi yoludur. 
Dialoq, əsasən, iki şəraitdə aparılır: 
a)  ailədə,  küçədə,  bazarda,  iş  yerində,  nəqliyyatda,  məişət  məclislərində, 
çayxanalarda və s.; 
             b) ictimai yerlərdə, elmi konfranslarda, simpoziumlarda, iclaslarda, tədris 
auditoriyalarında, radio və televiziya verilişlərində və s. Hər bir şəraitdə adamların 
normal fikir mübadiləsi, bir-birini anlaması üçün müəyyən qaydalara, şərtlərə, etik 
normalara əməl olunmalıdır. Bunlardan ən başlıcası ünsiyyətin səmimiliyidir. Bu 
o  deməkdir  ki,  birinci  şəxs  danışarkən  digəri  (və  ya  digərləri)  onu  axıra  qədər  
dinləməli,  müsahibinə  fikrini  açıqlamağa  imkan  verməli,  sonra  söhbətə 
qoşulmalıdır. Müsahibi mətləbdən uzaqlaşdığı, lüzumsuz məsələlərdən danışdığı, 
təfərrüata yol verdiyi zaman dinləyən tərəf “İcazə verin”, “Üzr istəyirəm”, “Sizin 
bu fikrinizə kiçicik bir düzəliş vermək istəyirəm”, “İcazə verin fikrinizə bir qədər 
aydınlıq  gətirim”  və  s.  kimi  replikalarla  onun  danışığına  müdaxilə  edə  bilər. 
Diskussiyada  iştirak edənlər öz mövqeyini dəyişmək istəmədikdə belə deyilmə-
lidir:  “Mən  sənin  fikirlərini  qiymətləndirirəm.  Lakin  öz  fikirlərimə  daha  çox 
əminəm”.  Danışan  həmkarının  fikirləri  ilə  razı  olmaya  bilər,  lakin  bununla  belə 
ortaq məxrəcə gəlmək üçün yolların axtarılmasından imtina etməməlidir. Fikirlər 
qarşılıqlı  anlama  şəraitində,  etik  normalar  çərçivəsində  müzakirə  edilməli, 
problemin həlli yolu tapılmalıdır. 
Dialoq “Qurani–Kərim”də öz əksini tapmışdır. Orada səmmiyyət dialoqun 
vacib  məqamlarından  biri  kimi  qiymətləndirilir  və  göstərilir  ki,  fikri  müxtəlif 
insanlar  arasında  münasibətlər  qarşılıqlı  etimad  əsasında  qurulduqda  səmərəli 
nəticə  verə  bilər.  “Qurani-Kərim”  əhli-kitabla  hikmət  və  gözəl  öyüdlə  mübahisə 
etməyi  tapşırır:  “(Ya  Rəsulum),    insanları  hikmətlə  (Quranla,  tutarlı  dəlillərlə), 
gözəl öyüd-nəsihət (möizə) ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə 
(şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et”. 


 
239 
Rəsmi yerlərdə vacib məsələlərlə bağlı aparılan dialoqlarda tərəflər səbrli 
və təmkinli olmalı, danışığın etik qaydalarına əməl etməlidirlər. Lakin bəzən belə 
olmur.  Tərəflər  mümkün  qədər  daha  çox  danışmağa,  haqq-nahaq  müsahibini 
susdurmağa,  öz  dediyini  sübut  etməyə  çalışır,  ucadan,  qışqıra-qışqıra  danışırlar. 
Çox təəssüf ki, televiziya ekranında bəzən belə dialoqa tamaşa etməli oluruq. Belə 
verilişlərin  birində  iqtidaryönlü  partiyalardan  birinin  nümayəndəsi  ilə 
müxalifətdən olan partiyanın nümayəndəsi dialoqa cəlb olunmuşdu. Hər iki tərəf 
aparıcının  sualı  ətrafında  öz  partiyasının  mövqeyini  izah    etməyə  çalışırdı. 
Mübahisə  qızışmışdı.  Onların  biri  digərinə  danışmaq  üçün  imkan  vermirdi,  hər 
ikisi eyni zamanda danışırdı. Aparıcı onları sakitləşdirə bilmirdi. Tamaşaçılar bu 
dialoqdan  heç  bir  şey  anlamadılar,  yalnız  təəssüfləndilər.  Bu  cür  situasiyalarda 
dialoqa girən tərəflər müsahibinin məqsədsiz, əhəmiyyətsiz hərəkətlərinin, qərəzli, 
tendensiyalı  fikirlərinin,  uzun-uzadı  danışığının  qarşısını  ehtiyatla  və  yüksək 
təvazökarlıqla  almaq  bacarığına  yiyələnməlidir.  Dialoq  nəsə  öyrənmək,  inkişaf 
etmək, yeniləşmək məqsədlərini qarşıya qoymalıdır. 
Diskussiya zamanı dialoqun tələb olunan qaydada səmərəli keçməsi üçün 
aşağıdakılar nəzərə alınmalıdır: 
1.
 
Müzakirəyə çıxarılan məsələnin mahiyyəti düzgün anlaşılmalıdır. 
2.
 
Müzakirədə  müdafiə  olunacaq  mövqe  və  ideyalar  dəqiq  müəyyən-
ləşdirilməlidir. Müzakirə olunan məsələdən yayınmaya yol verilməməlidir. 
3.
 
Diskussiyaya hazırlaşarkən bütün mümkün məlumat mənbələri (ilkin 
mənbələr, statistik məlumatlar, ədəbiyyat və s.) nəzərdən keçirilməlidir. 
4.
 
Fikir  ayrılığının  yaranacağı  gözlənilərsə  tərəflər  öz  mövqeyinin 
müdafiəsi  üçün  dəlillər,  sübutlar  hazırlamalıdır.  Sübutlar  məntiqi  təfəkkürə 
əsaslanmalı, inandırıcı olub qarşı tərəfi qane etməlidir. Dəqiq və aydın faktlar ən 
yaxşı təkzib üsuludur. Əsaslandırma dəqiq faktlar üzərində qurulmalıdır. 
5.
 
Rəqib opponentini diqqətlə dinləməli, onun fikrinin doğru məqamları 
ilə razılaşmalıdır. 
6.
 
Mövqeyinin  səhv  olduğu  sübut  edilmiş  tərəf  opponentinin  haqlı 
olduğunu etiraf etməyi bacarmalıdır. 


 
240 
7.
 
Adamlar deyil, yalnız onların ideyaları tənqid olunmalıdır. 
8.
 
Tənqid  zamanı  emosiyaya  qapılmamalı,  qəzəblənməməli,  təhqir  və 
istehzaya yol verilməməlidir. 
9.
 
Diskussiyanın məqsədi qalibi müəyyən etmək  deyil, ümumi razılığa 
nail olmaqdır. 
10.
 
Çıxışların sonunda yekun nəticələr qeyd edilməlidir. 
İstər  adi  danışıq,  istərsə  də  diskussiya  prosesində  normal  nitq  tonuna  da 
riayət  olunmalıdır.  Normal  nitq  tonu  mədəni  danışığın  başlıca  şərtlərindəndir. 
Yerindən  və  məqamından  asılı  olaraq  nitqin  yüksək,  adi  və  alçaq  tonundan 
istifadə olunur. Əgər söhbət auditoriya qarşısında gedirsə, natiq bir qədər yüksək 
tonla danışmalıdır ki, fikrini eşidənlərə yaxşı çatdıra bilsin. Belə nitq tonu təbiidir, 
dinləyiciləri  tam  şəkildə  razı  salır.Digər  situasiyada  –  dəhlizdə,  yeməkxanada, 
ictimai  nəqliyyat  vasitələrində,  mağazada,  məclisdə  və  s.  yerlərdə  yüksək  tonla 
danışmaq, mübahisə etmək, ucadan gülmək ədəbsizlik və nəzakətsizlik kimi qəbul 
olunur.  Belə  danışıq  tərzi  digərlərini  əsəbiləşdirir,  onların  dincliyini,  istirahətini 
pozur.  
Uşaqlar  normal  danışıq  tonuna  hələ  kiçik  yaşlarından  alışmalıdırlar. 
Valideyn onlarla mülayim bir tonda danışmalıdır. Tədris prosesində də şagird və 
tələbələrlə  ünsiyyətdə  müəllim  öz  nitqinə  xüsusi  fikir  verməli,  müsahibini  razı 
salacaq  bir  tonda  danışmağı  bacarmalıdır.  Natiqin  danışıq  tonu  digərləri  üçün 
nümunə  olmalıdır.  Eşidənlər  onun  nitq  tonunu  imitasiya  etməli,  öz  danışıqlarını 
həmin  səviyyəyə  uyğunlaşdırmalıdırlar.  Çox  təəssüf  ki,  bəzən  nitqin  bu 
keyfiyyətinə  istənilən  səviyyədə  riayət  olunmur.  Şahidi  olduğum  bir  əhvalat  heç 
vaxt yaddan çıxmır. Məktəbin dəhlizində bir müəllim valideynlə şikayət tərzində 
ucadan  söhbət  edirdi.  Onun  qışqıra-qışqıra  danışması  yan-yörədəkilərin  də 
diqqətini cəlb etmişdi. Müəllim sözünü qurtardıqdan sonra valideyn narazı halda 
dedi: “Niyə belə yüksəkdən danışırsınız? Axı siz müəllimsiniz? Biz belə danışsaq, 
bəlkə  də,  dözərlər.  Sizə  isə  o  cür  yüksəkdən  danışmaq  yaraşmaz”.  Danışıq 
zəminində  baş  verən  narazılıq  əksər  hallarda  nitq  tonunun  pozulması,  həddindən 
yüksək danışmaq, qışqırmaqla bağlı olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə