Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   79   80   81   82   83   84   85   86   87

 
247 
ədəbiyyatından mühazirələr oxumuşdu. Tələbələr bu mühazirələri xüsusi maraqla 
dinləyirdilər.   Sonrakı  illərdə  Xəlil  Rza  Ulutürk  özünün  daha  geniş  audito-
riyalarda,  meydanlardakı  odlu  çıxışları,  yüksək  temperamentli  zəngin  və  parlaq 
nitqləri  ilə  xalqın  azadlıq    və  müstəqillik  uğrundakı  mübarizəsinə  güclü  təkan 
vermişdir.  Çox  təəssüf  olsun  ki,  belə  adamların  danışıq  tərzi,  natiqlik  məharəti 
barədə  hələ  indiyə  kimi  müəyyən  bir  vəsait  hazırlanıb  nəşr  olunmamışdır.  Bu  
vəsait  yenicə  fəaliyyətə  başlayan  cavan  natiqlərə  və  bu  sənətə  yiyələnmək 
arzusunda olan digərlərinə böyük fayda verə bilər. 
Yaxşı nitqin məziyyətlərindən biri onun rabitəli olmasıdır. Bu o deməkdir 
ki,  mövzudakı  fikirlər  müəyyən  ardıcıllıqla  şərh  olunmalı,  onların  arasında 
məntiqi  bağlılıq  gözlənilməlidir.  İkinci  fikir  birinci,  üçüncü  ikinci,  dördüncü  
üçüncüdən  doğmalı,  onu  davam  etdirməli,  tamamlamalı,  genişləndirməli  və 
dəqiqləşdirməlidir.  Hər  bir  mövzuda  dinləyiciyə  çatdırılmalı  bir  əsas  fikir,  ideya 
olur.  Digər  fikirlər  həmin  fikrin,  ideyanın  bitkin  bir  şəkildə  ifadə  olunmasına 
xidmət  edir.  Bu  cəhəti  nəzərə  almayan  mühazirəçi  daha  çox  ikinci  dərəcəli 
məsələni  şərh  edir,  lazım  olmayan  təfərrüata  yol  verir  ki,  bunun  nəticəsində  də 
fikir  istənilən  səviyyədə  dinləyiciyə  çata  bilmir.  Bəzən  danışan  bir  fikri 
tamamlamadan  başqa  bir  məsələnin  şərhinə  keçir.  Fikir  qırılır,  deyilənlər  tam 
şəkildə qavranılmır, diqqət zəifləyir, maraq azalır, ünsiyyət pozulur. Belə bir hala 
yol verməmək üçün natiq nitqin elementlərini yaxşı bilməli, onlara riayət etməyi 
bacarmalıdır. Bunlar aşağıdakılardır: 
            1. Məzmun. Bu əsas element sayılır. Natiqin biliyi və söz ehtiyatı nitqin 
bu elementi ilə müəyyənləşir. 
            2. Təbiilik. Özünə inam dinləyicilərin nitq təcrübəsinə uyğun danışmaq, 
sərbəst hərəkət (əl, qol, baş hərəkəti). 
           3.  Aydınlıq.  Prioritet  element  fikrin  dəqiq  verilməsi,  bir  qədər  ucadan 
danışmaq,  aydın  diksiya.  Normal  temp.  Bir  dəqiqədə  100-150,  orta  hesabla  125 
söz  işlətmək.  Xüsusi  termin,  abreviaturların,  xarici  sözlərin  izahı,  dinləyicilərin 
diqqətini  səfərbər  etmək,  nitqi  anlamağı  asanlaşdırmaq  məqsədilə  müvafiq 
intonasiya çalarlarından istifadə. 


 
248 
            4. İfadə edənin  səsində və sifətində emosional rənglərin, çalarların nəzərə 
çarpması. 
            5.  Natiqin eşidənlər ilə görmə kontaktı. 
6. Jest. Artıq jestə yol verilməməli, jestlər məna ilə sinxron  olmalı, sözü, 
fikri tamamlanmalı, nəzərə çarpdırılmalıdır. 
7.
 
Kompozisiya.  Mövzunun  əsas  məqsədini    bilmək,  suallara  konkret 
cavab vermək. 
8.
 
Yığcamlıq. Geniş fikri az sözlə ifadə etmək. 
9.
 
Tüfeyli sözlərə yol verməmək. 
           10.  Səsin  yüksəkliyi.  Bu  yüksəklik  arxa  cərgələrdə  oturanların    eşidə 
biləcəyi bir ölçüdə olmalıdır. Natiq özü üçün rahat bir tərzdə deyil, eşidənin qəbul 
edə biləcəyi bir formada danışmalıdır. 
Natiq  dildən    məharətlə  istifadə  edə  bilmək  üçün  münasib  söz  seçməyi, 
sözün  mənasına  fikir  verməyi,  onu  düzgün  səsləndirməyi  bacarmalı,    işlətdiyi 
sözlər  ifadə  edəcəyi  fikrə  uyğun  olmalıdır.  Xalq  şairimiz  B.Vahabzadə  haqlı 
olaraq yazır ki, fikrə görə söz tapılır, sözə görə fikir yox! 
Nitq  praktikasında  mənaya,  məzmuna  üstünlük    vermək  ona  görə  vacib 
sayılır  ki,  sözlərin  düzgün  tələffüzü,  intonasiyası  da  məzmundan  asılı  olur.  Adi 
işlər haqqında sadə, böyük işlər haqqında əzəmətli, orta səviyyəli işlər barədə orta 
mövqeli bir üslubla danışmaq nitqə gözəllik verir. 
Mühazirəçi faktların təhrif olunmasına, rəqəmlərin şişirdilməsinə, reallığa 
əsaslanmayan  subyektiv  fikirlərə,  mülahizələrə  yol  verməməlidir.  Gətirdiyi 
faktlar, dəlillər, sübutlar dinləyicini inandırmalı, onu fəaliyyətə sövq etməlidir. 
Mühazirəçinin nitqi bütün hallarda canlı olmalıdır. O, danışdığı hadisəyə, 
əhvalata,  əşyaya  və  sairəyə  münasibətini  bildirməli,  lazım    gələrsə  bu  işdə  öz 
həyat  təcrübəsi,  müşahidələri,  xatirələri,  təəssüratlarından  da  istifadə  etməlidir. 
Lakin bu məsələdə ifrata yol verilməməlidir. 
Səsin  tonu,  danışığın  intonasiyası,  diksiya,  sözlərin  düzgün  tələffüzü 
natiqlik fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Natiqin səsi auditoriyanın hər 
yerində eşidilməlidir. Həddindən artıq yüksək və ya alçaq tonla danışmaq natiqlik 


 
249 
sənətində normal hal sayılmır. Yüksək tonla danışmaq, çığırmaq dinləyicini yorur, 
onun əhval-ruhiyyəsinə mənfi təsir edir. Eləcə də aşağı tonla danışmaq, intonasiya 
ölüvaylığı  məzmunun  dinləyiciyə  lazımi  səviyyədə  çata  bilməsini  çətinləşdirir. 
Nitq prosesində sözlərin düzgün tələffüz olunmasına  da fikir  verilməlidir. Təsəv-
vür etmək çətin deyildir ki, mühazirəsinə ciddi bir şəkildə hazırlaşan, auditoriyada 
inamla  danışan  natiq  (müəllim)  İngiltərə  sözünü  İngiltə`rə,  pedaqoq  sözünü 
peda`qoq, Pifaqor sözünü Pifa`qor,  kamera sözünü kame`ra kimi qüsurlu şəkildə 
tələffüz  edir.  Bir  sözün  tələffüzündəki  naqislik  hər  şeyi  korlayır,  auditoriyada 
gülüşmə, səs-küy baş verir. Mühazirəçinin nitqi sona çatmır. Çatsa da bu istənilən 
effekti yarada bilmir. 
Mühazirəçinin  müvəffəqiyyətinin  bir  şərti  də  auditoriyanı  daima  diqqət 
mərkəzində saxlaya bilməsidir. Bunun üçün, hər şeydən əvvəl, dinləyicilərin sayı, 
marağı və qavrama səviyyəsi natiqə (müəllimə) aydın olmalıdır. O, kimlərin qar-
şısında  çıxış  edəcəyini,  dinləyicilərinin  orta  və  ya  yüksək  səviyyədə  olduğunu 
əvvəlcədən müəyyənləşdirməli, nitqini auditoriyaya uyğun qurmağa çalışmalıdır. 
Əgər auditoriya orta səviyyəlidirsə, mühazirə bir qədər q ısa  olmalı,  faktlara,  mi-
sallara,  nümunələrə  daha  çox  yer  verilməlidir.  Natiq,  həmçinin,  məsələnin  şərhi 
üçün  lazım  olan  vaxt  bölgüsü,  mövzunun  yerli  şəraitlə,  dinləyiciləri  maraq-
landıran  məsələlərlə  əlaqələndirmək  imkanları,  auditoriyanın  verə  biləcəyi 
reaksiya,  qarşıya  çıxacaq  çətinliklər  və  s.  haqqında  əvvəlcədən  aydın  təsəvvürə 
malik olmalıdır. 
Natiq  mühazirə  prosesində  dinləyicilərin  “nəbzini  tutmalı”,  bütün  psixi 
proseslərini  izləməli,  deyilənlərin  necə  “həzm  olunduğunu”  müəyyənləş-
dirməlidir.  Auditoriya  qarşısında  çıxış  edən,  dinləyənin  mimika,  jest  və  digər 
hərəkətləri  ilə  fikrini  oxumalı,  emosional  əhvali-ruhiyyəsini,  istəyini,  nəyi 
xoşlayıb, nəyi xoşlamadığını və s. təyin etməyi, dinləyicinin  qəlbini ələ almağı, 
onda  hiss-həyəcan  yaratmağı  bacarmalıdır.  Empatiya  adlanan  bu  keyfiyyət  
natiqlik  fəaliyyətində  çox  böyük  əhəmiyyət  kəsb  edir.  Belə  müşahidə  mühazirə 
prosesində  müəyyən  taktiki  gedişlər  etmək  baxımından  (söhbəti  bir  qədər 
qısaltmaq,  maraqlı  nümunələr,  həyati  faktlar  gətirmək,  diqqəti  səfərbəredici 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə