Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   77   78   79   80   81   82   83   84   ...   87

 
244 
15.
 
Əzizləmə,  yalvarış  məqsədilə:  “Canım  qurban”,  “baş  üstə”,  “Göz 
üstə  yerin  var”,  “qurban  olum”,  “quzum”,  “sonam”,  “dilbərim”,  “gözünü 
yeyim”, “ağrın alım”, “canım qurban”, “başına dönüm” və s. 
16.
 
Danışmağa başlamaq məqamında: İcazənizlə fikrimi bildirim. Mənə 
söz verdiyiniz üçün minnətdaram. Məni  dinlədiyiniz üçün təşəkkür edirəm və s.  
17.
 
Deyilənlərlə  razılaşmaq,  mübahisədən  imtina  etmək  məqamında: 
Bu  məsələyə  hazır  deyiləm.  Sizin  fikrinizə  şərikəm.  Məsələ  mənə  aydındır.  Bu 
barədə söhbət açmağa ehtiyac duymuram. 
18.
 
Məsləhət vermək  məqamında: Bunları nəzərə alsanız yaxşı olar. Bu 
sizin  xeyrinizədir.  Bu  sizə  başucalığı  gətirər.  Çalışın  müsahibinizi  axıra  qədər 
dinləyə biləsiniz və s. 
            19.  Məsləhəti  qəbul  etmək    məqamında:  Dediklərinizlə  razıyam.  Bunlar 
mənim  xeyrimədir.  Faydalı  məsləhətiniz  üçün  çox  sağ  olun.  Sizin  bu  xeyirxah 
məsləhətinizi heç vaxt unutmaram. Sizin təklifinizi qəbul edirəm. Çalışacağam ki, 
dediklərinizə əməl edim. Sizin üçün bu işi etməyə çox şad olardım və s.  
20.  Telefonla  danışanda;  Zəng  edəndə:  Alo,  sabahınız  (axşamınız,  hər 
vaxtınız)  xeyir  olsun.  Bağışlayın,  mən  kiminlə  danışıram?  Sizi  narahat  edən 
Kamilədir.  Bilmək  istəyirəm...  Fikrimi  sizə  çatdıra  bildimmi?  Çox  sağ  olun. 
Bağışlayın, vaxtınızı aldım. Deyəsən, sizi yordum. Təşəkkür edirəm. Minnətdaram. 
Zəngə cavab verəndə: Alo, salam, eşidirəm sizi. Buyurun. Zəhmət olmasa 
bir  qədər  ucadan  danışın.  Bağışlayın,  zəng  edən  kimdir?  Xoşdur.  Bu  saat 
çağıraram. Mütləq yetirərəm. Arxayın olun! Sağ olun! 
21.  Süfrə etiketləri:  “Bismillah”, “Bərəkətli olsun”, “Allah bol eləsin”, 
“Afiyət olsun”, “Nuş olsun”, “Buyurun”, “Çox sağ olun”. 
Şübhəsiz,  mədəni  nitqin  etiketləri  dediklərimizlə  məhdudlaşmır.  Dilimiz 
bu baxımdan olduqca zəngindir. 
Yuxarıda deyilənlərə yekun olaraq qeyd etməliyik ki, insanın etik, əxlaqi 
baxışları  qısa  zaman  daxilində  yaranıb  formalaşmır.  Bu,  uzun  sürən  bir  proses 
olub,  ömrün  bütün  dövrlərini  əhatə  edir.  Mədəni  nitq,  danışıq  etikası,  nəzakətli  
hərəkətlər hələ ibtidai siniflərdən  şagirdlərə öyrədilməlidir. Bəzi xarici ölkələrin 


 
245 
məktəblərində  bu  məqsədlə  “Ünsiyyət  mədəniyyəti”  adlı  xüsusi  fənn  tədris 
olunur.  Bizim  məktəblərdə  də  bu  sahədə  bütün  təhsil  müddətində  iş  aparılmalı, 
gələcəyin  mühəndisi,  həkimi,  jurnalisti,  hüquqşünası...  öz  fikrini  düzgün,  aydın, 
məntiqi,  yığcam,  səlis,  ahəngdar,  təsirli  bir  şəkildə,  ən  başlıcası,  etik  qaydaları 
gözləməklə ifadə  etməyi  bacarmalıdır. Bu baxımdan nitq mədəniyyətinin bütün 
ali məktəblərdə ayrıca fənn kimi tədris edilməsi məqsədəuyğun sayılmalıdır. Bu, 
ali təhsilli gənclərin həyata hazırlanmasının başlıca şərtlərindəndir. 
Kütlələrin  nitq  mədəniyyətinə,  nəzakətli  davranışa  yiyələnməsinə  təsir 
göstərməkdə  radio-televiziya  verilişlərinin  imkanları  daha  genişdir.  Bu  verilişlər 
mədəni  nitqin    mənimsədilməsində  nümunə  rolunu  oynamalıdır.  Dinlə-yicilər 
diktorların,  aparıcıların,  verilişə  dəvət  olunan  ziyalıların  etik  normalara  uyğun 
səslənən nitqini dinləyərək onun məziyyətlərini mənimsəyər, eşitdiklərini öz nitq 
təcrübəsinə  tətbiq  edər,  lazımi  məqamda  işlədə  bilirlər.  Mətbuatda  “Nitq 
mədəniyyəti”, “Nitq mədəniyyəti və mətbuat dili”, “Mədəni danışığa yiyələnək”, 
“Danışıq  etikası”,  “Biz  düzmü  danışırıq?”  və  s.  mövzularda  söhbətlərin, 
müzakirələrin aparılması, buraya görkəmli filoloqların, yazıçıların, pedaqoqların, 
səhnə  ustalarının  və  başqalarının  dəvət  olunub  onların  mülahizə  və  təkliflərinin 
nəzərə alınması bu sahədəki qüsurların aradan qaldırılmasında faydalı ola bilər. 
Biz  tək-tək  fərdlərin,  ziyalıların,  o  cümlədən  vəzifə  sahiblərinin  deyil, 
bütövlükdə  cəmiyyətin  etik  mədəniyyətinin  yüksəldilməsinə  nail  olmalıyıq. 
Nəzakət  qaydalarının  gözlənilməsi  insanların  cəmiyyətdə  qarşılıqlı  anlaşmasının, 
müsbət əhvali-ruhiyyə yaradılmasının ən mühüm  şərtlərindəndir. 
 
 
 
 
 
 
 
 


 
246 
VII  F Ə S Ġ L 
NATĠQĠN NĠTQ MƏDƏNĠYYƏTĠ BARƏDƏ 
BƏZĠ TÖVSĠYƏLƏR 
 
Nitq  mədəniyyəti  dilin  qrammatik  qaydaları  əsasında  danışmaq,  fikri 
məntiqi,  aydın,  yığcam,  parlaq,  təsirli  ifadə  edə  bilmək  üçün  münasib  sözlər 
seçmək  və  onlardan  cümlələr  qurmaq,  sözlərin  tələffüzündə  orfoepik  normaları 
gözləmək,  dilin  üslubi  imkanlarından,  rəngarəng  ifadəlilik  vasitələrindən 
bacarıqla istifadə edə bilməkdir. 
Natiqin bu keyfiyyətə - yüksək nitq mədəniyyətinə yiyələnməsi vacibdir, 
zəruridir.  Nitq  natiqin  ümumi  mədəni  səviyyəsinin  başlıca  göstəricilərindəndir. 
Auditoriya qarşısında çıxış edənin dərin biliyə, geniş məlumata sahib olması heç 
də  kifayət  deyil,  həmin  bilik  və  məlumatı  dinləyiciyə  çatdırmaq  da  lazımdır. 
Bunun  üçün  başlıca  vasitə  sadə,  aydın,  zəngin,  orijinal,  təsirli  nitqdir.  Natiqin 
məruzəsi, mühazirəsi, çıxışı, nitqi, şərhi, izahı, suallara verdiyi  cavablar  və  hətta 
adi  danışığı  öz  kamilliyi,  düzgünlüyü,  emosionallığı,  estetik  gözəlliyi  və  s. 
baxımından  başqalarından  seçilməlidir.  Eşidənlər  onun  danışığına  maraq 
göstərməli, ondan xüsusi zövq almalıdırlar. Maarifimizin, məktəbimizin tarixində 
dərin  məzmunlu,  təsirli  çıxışları  ilə  dinləyicilərin  rəğbətini  qazanmış  natiqlər 
(müəllimlər)  çox olmuşdur.  Natiqlik  sənətinin  tarixindən  danışılarkən  vaxtilə  ali 
məktəblərimizdə  fəaliyyət  göstərən  B.Çobanzadə,  Əli  Sultanlı,  M.Rəfili, 
Ə.Dəmirçizadə,  Ş.Qurbanov,  İ.Şıxlı,  Xəlil  Rza  Ulutürk,  B.Nəbiyev,  X.Məmmə-
dov,  Əhəd  Əhmədov  və  başqalarının  adı  çəkilir,  hörmətlə  yad  edilirlər.  Onlar 
həqiqətən,  gözəl  müəllim,  məharətli  natiq  idilər.  M.Rəfilinin  mühazirə  oxuduğu 
auditoriyanın qapıları taybatay açıq olardı. Adamlar dəhlizə toplaşıb, onun aydın, 
qəti  və  inamlı  nitqini  dinləyər,  faydalanardılar.  M.Rəfilini  bircə  kərə  dinləyənlər 
onun mühazirəsini uzun müddət unuda bilmirdilər. 
Azərbaycan  natiqlik  məktəbinin  görkəmli  nümayəndələrindən  biri  də 
Xəlil Rza Ulutürk olmuşdur. O, istedadlı alim, gözəl şair olmaqla yanaşı, həm də 
məşhur  söz  ustası  idi.  Xəlil  Rza  Ulutürk  bir  müddət  ali  məktəbdə  Azərbaycan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə