Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   79   80   81   82   83   84   85   86   87

 
250 
suallar  vermək  və  s.)  faydalıdır.    Yüksək  səviyyəli  yığıncaqda  çıxış  edənlərdən 
biri  olduqca  maraqsız  danışırdı.  Özündən  əvvəl  deyilənləri  bir  də  təkrar  edir,  
mövzu ilə əlaqəsi olmayan  məsələlərə toxunur, dolaşıq cümlələr, qəliz terminlər 
işlədirdi. Auditoriyada böyük səs-küy vardı. İclasa sədrlik edən “natiq”i saxladı və 
dedi ki, danışarkən diqqətin zalda olsun. Hiss etdin ki, dediklərin eşidənlər üçün 
maraqsızdır,  sən  dərhal  nitqini  bitirməlisən.  Siseron  “Три  практата  об  оратор-
ском  искусстве”  adlı  əsərində  dinləyiciyə  münasibətə  görə  natiqin  qarşısına  üç 
vəzifə qoyur: a) auditoriyanı ələ almaq, diqqəti özünə cəlb edə bilmək; b) diqqəti 
söhbətin  məzmununa,  oradakı  məsələnin  mahiyyətinə  yönəldə  bilmək;  c)  dinlə-
yicilərə təsir etmək, həyəcanlandırmaq, onlarda qəzəb, kədər, mərhəmət, nifrət və 
s. hisslərini oyatmaq (65, 155). 
Mühazirənin keyfiyyətini aşağı salan səbəblərdən biri də mətnin üzündən 
oxunmasıdır. Belə mühazirə quru, təsirsiz və cansıxıcı olur. Mühazirəçi sanki heç 
bir  fikri  fəaliyyət  göstərmir.  Bu  cür  mühazirə  oxuyanlar  dinləyicilərin  əhval-
ruhiyyəsini  izləyə  bilmir,  auditoriya  nəzarətdən  kənarda  qalır.  Ali  məktəb 
praktikasında təsadüf olunan başqa bir mühazirə forması ilə - materialı sözbəsöz 
diktə  edib  tələbələrə  yazdırmaqla  da  heç  cür  razılaşmaq  olmaz.  Bu,  mühazirəyə 
zəif  hazırlaşan  müəllimin  bilərəkdən  vaxt  itirməsidir.  Belə  məşğələ  formasında 
tələbənin  sadəcə  olaraq  əli  hərəkət  edir,  düşüncəsi  isə  işləmir.  Mühazirə 
prosesində yalnız zəruri hallarda: müəyyən istiqamət götürmək, fikrin ardıcıllığını 
gözləmək,  sitatları,  dəqiq  faktları  və  s.  vermək  məqsədilə    yazılı  mətnə  baxmaq 
olar. 
Mühazirəçi dinləyicilərin fikri fəallığına daima  diqqət yetirməlidir. Onun 
hər  bir  sözü,  fikri  dinləyicinin  şüuruna  çata  biləcək  qədər  aydın,  sadə,  başa 
düşülən və eyni zamanda maraqlı olmalıdır. Bəzən  hay-küylü, təmtəraqlı, ucadan 
danışanlara,  çıxış  edənlərə  təsadüf  olunur.  Belə  nitq  bütün  hallarla  elə  bir  real 
nəticə  vermir.  Dinləyicilər  belələrinə  sadəcə  olaraq,  tamaşa  edirlər,məzmun 
diqqətdən  yayınır.  Söz  yox  ki,  dinləyicilərlə  təmasda  olan  hər  kəs  onlara  təsir 
etmək,  diqqəti  özünə  yönəltmək  məqsədilə  dilin  ifadəlilik  vasitələrindən  istifadə 
etməlidir.  Ancaq  bu  müəyyən  ölçüdə  olmalı,  diqqəti  məzmundan  yayındırma-


 
251 
malıdır.  Mühazirəçi  diqqəti  cəlb    etmək,  onun  yayınmasına  yol  verməmək 
məqsədilə  söhbətin  gedişində  bəzi  priyomlardan  istifadə  edə  bilər.Bu  məqsədlə 
auditoriyaya  belə  müraciət  etmək  olar:  “Bu  barədə  sizin  fikriniz  necədir?”, 
“Fikrim  sizə  çatırmı?”,  “Bu  fikirlə  (və  ya  mənimlə)  razısınızmı?”,  “Buna  oxşar 
ayrı bir fakt göstərə bilərsinizmi?” və s. Məktəb praktikasında çox zaman müəllim 
diqqəti  tarım  saxlamaq  məqsədilə  şərhinin  münasib  yerində  auditoriyaya  sualla 
müraciət edib  nəzərdə tutduğu tələbədən cavab  verməyi tələb edir. Belə suallar 
bəzən bütün auditoriyaya aid olur. Auditoriyanı, necə deyərlər, silkələmək, diqqəti 
itiləmək  məqsədilə  problem  suallar  qoyulur.  Dİnləyicilər  cavab    vermək  üçün 
fikirləşməli  olurlar.  Bir  neçə  cavab  dinlənilir,  təhlil  olunur,  sonra  mühazirəçi 
deyilənləri dürüstləşdirir. 
Dinləyicilərin  fikri  fəallığını  yaratmaq  məqsədilə  natiq  çox  zaman 
səfərbəredici  suallar  qoyur,  özü  də  cavab  verir.  Deyilənlərdən  heç  də  belə  bir 
nəticə  çıxarmamalıdır  ki,  mühazirə  və  ya  digər  məşğələ  növü  başdan-başa  sual-
cavaba  çevrilməlidir.  Əlbəttə,  belə  olmamalıdır.  Lakin  hər  halda  auditoriyada 
natiqin  birbaşa  danışması,  monoloji  nitqi  dinləyicinin  diqqətini  cəlb  etmək 
baxımından istənilən faydanı verə bilməz. 
Mədəni  nitqin  məziyyətlərindən  biri  də  onun  təmizliyidir. Mühazirəçinin 
danışığında  qondarma  söz  və  ifadələrə,  süni  pafosa  yol  verilməməlidir.  O, 
nitqində  tüfeyli,  loru,  jarqon,  yerli  dialektə  məxsus  sözləri  işlətməkdən 
çəkinməlidir.  Natiqin  nitqi  onu  dinləyənlər  üçün  nümunə,  etalon  olmalıdır. 
Natiqlik  məharətinə  birtərəfli  yanaşmaq,  onu  təkcə  danışanın  dil  quruluşu  ilə 
məhdudlaşdırmaq heç də düzgün olmaz. Öz nitqini ədəbi dilin normaları əsasında 
qurmağı  bacaran  natiq  yalnız  o  zaman  uğur  qazana  bilər  ki,  onun  şərh  etdikləri 
aydın, dürüst və dəqiq olsun, irəli sürülən fikirlər, mülahizələr faktlara, sübutlara 
əsaslansın, əşya, hadisə, mahiyyət elmi cəhətdən dərin və hərtərəfli təhlil edilsin, 
danışıqda uzun və dolaşıq cümlələrə, mənası çətin anlaşılan söz və terminlərə yol 
verilməsin,  işlədilməsi  zəruri  sayılan  terminlərin  mənası  aydınlaşdırılsın.                
Natiqlik  məharəti,  nümunəvi  danışıq  qabiliyyəti  öz-özünə  yaranmır,  belə  bir 
keyfiyyətə  yiyələnmə gərgin əmək, öz üzərində müəyyən sistemlə, müntəzəm və 


 
252 
ardıcıl  şəkildə  işləmək  tələb  edir.  Bunun    üçün  natiq,  hər  şeydən  əvvəl, 
mükəmməl  nəzəri  biliyə  malik  olmalı,  tədris  etdiyi  fənni,  oxuduğu  mühazirənin 
mövzusunu  dərindən  bilməlidir.  Natiq  müntəzəm  olaraq  bədii,  elmi-kütləvi, 
publisistik və s. üslubda yazılan əsərləri, qəzet və jurnalları mütaliə etməli, yazıçı, 
alim  və  digər  yaradıcı  adamların  dilinə  diqqət  verməli,  oradakı  natiqlik  sənəti 
baxımından  səciyyəvi  olan  sərrast  sözləri,  parlaq  ifadələri,  canlı  sözün  gücünü 
artıran digər vasitələri (frazeoloji, idiomatik ifadələri, zərb-məsəlləri, atalar sözü, 
aforizmləri, lətifələri və s.) əxz etməli, onları nitqində işlətməyə səy göstərməlidir. 
Natiq  yeri gəldikdə öz həyat təcrübəsinə də müraciət etməli, oradan gətir-
diyi nümunələrə, dəlillərə əsaslanıb fikir və mülahizələrini söyləməlidir. 
“Mühazirə  üçün  ən  geniş,  ən  faydalı  ədəbiyyat  –  həyatın  özü  və 
insanlardır. Hər bir mühazirəçi isə həyat kitabını oxuya bilməli və bütün mühazi-
rələrində ondan geniş istifadə etməlidir” (23, s.92).  
Düzgün,  səlis,  mənalı,  rəvan  və  gözəl  danışıq  bacarığının  yaradılması 
işində natiqin öz nitqi üzərində müşahidə aparması, onu təhlil edərək qüsurlarını 
və  məziyyətlərini  müəyyənləşdirə  bilməsi  olduqca  faydalıdır.  Yalnız  bu  yolla 
nitqə  nəzarət edə bilmək kimi natiqlik sənətində çox mühüm  əhəmiyyət daşıyan 
keyfiyyət  yaranır,    inkişaf  edir.  Nitq  prosesində  özünənəzarət  iki  şəkildə  həyata 
keçirilir. Birincidə danışan öz nitqini nəzarətdə saxlayır, onun ədəbi dil normaları 
əsasında qurulmasına, məzmunun  əhatə olunmasına, fikrin ardıcıllığına, münasib 
sözlərin,  ifadələrin  işlənməsinə,  cümlələrin  qurulmasına  diqqət  yetirir,  nitqdəki 
çatışmazlıqları mümkün olduqca proses ərzində aradan qaldırmağa çalışır. Nitqdə 
nəzarətin  ikinci  tərəfini  müsahibi  dinləmək,  anlamaq  təşkil  edir.  Danışan 
müsahibin  nitqini  anlamaq  üçün  diqqətini  səfərbərliyə  alır,  eşitdiklərini  daxili 
nitqində təhlil edib mənimsəyir, lazım gələrsə cavab verməyə hazırlaşır. 
Yeri  gəlmişkən  mühazirəçinin  daxili  nitqi  haqda  da  bir  neçə  kəlmə 
deməyi lazım bilirik. Burada danışan ünsiyyəti öz-özü ilə aparır, səsini ancaq özü 
eşidir, özü dinləyir. İnsan bu prosesdə öz-özünə sevinir, təsəlli tapır, peşman olur, 
qəmlənir  və  s.  Natiq  hər  hansı  bir  hadisəni,  məsələni  başqasına  danışmazdan 
əvvəl,  necə  deyərlər,  öz-özünə  danışır,  nəyi  necə,  harada  deyəcəyini  götür-qoy 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə