Nəsr əsərləri



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə3/151
tarix01.07.2018
ölçüsü2,65 Mb.
#52557
1   2   3   4   5   6   7   8   9   ...   151

                                                                                      

Seçilmiş əsərləri 

 

 

9



–  onun  əsərlərini  dərindən  öyrənmək  ola  bilər.  Yazılmış  tari-

xindən asılı olmayaraq bütün bu yeni şerlər üçün sevimli şairə 

dönə-dönə  təşəkkür  etməliyik.  Əziz  müəllim,  yeni  əsərlərinizi 

gözləyirik, səbrsizliklə gözləyirik! 

 

 

ŞAİR 

 

O  vaxt  balaca  uşaqdım.  Sinifdə  Mayakovskinin  «Yaxşı 



nədir,  pis  nədir?»  əsərini  keçirdik.  Biz  hələ  tərcümənin  nə  ol-

duğunu bilmirdik. Müəllim deyəndə ki, bu əsəri Rəsul Rza tər-

cümə etmişdir, hamımız təəccübləndik. Çünki bizə elə gəlirdi ki, 

Mayakovski  hər  dildə,  o  cümlədən,  bizim  dildə  də  yaza  bilir. 

Məncə  bu  hissin  səbəbi  məhz  əsərin  gözəl  tərcümə  olunması 

idi.  Bundan  sonra  biz  Rəsul  Rzanın  öz  əsərlərilə  tanış  olmağa 

başladıq. İndi bizim  sinfin uşaqları, yəni Rəsul Rzanın o vaxtkı 

balaca oxucuları şairin  yaradıcılığı kimi  boy atıb böyümüşdür. 

Aralarında mühəndis də, həkim də müəllim, də aspirant da var. 

Bu  uzun  illərdə  onların  heç  biri  öz  şairlərindən  ayrı  olmamış-

dır. Onlar indi Rəsul Rzanın kamilləşmiş yaradıcılığını əsərbə-

əsər  izləyirlər. Rəsul Rza  məhz  belə  şairdir. Onun kitablarının 

hamısını  birdəfəlik  oxuyub  kənara  qoya  bilmirsən.  Dəfələrlə 

onlara  qayıtmalı  olursan  və  hər  dəfə  oxuyanda,  sənə  elə  gəlir 

ki, əsər daha dərinləşmiş, mükəmməlləşmişdir, elə bil şair onu 

yenidən yazmışdır. 

Hətta  bəzən  şairin  əzbər  bildiyin  şeirini  də  sənə  məlum 

olmayan sirli bir hisslə yenidən oxuyursan. 

İndi onun bəzi şeirləri kimi, «Lenin» poemasından heç ol-

masa bir qədər əzbər bilməyən adamı təsəvvürə gətirmək çətin-

dir. 

«Lenin»  poemasının  «Azərbaycan»  jurnalında  çap  olun-



duğu  vaxt  yaxşı  yadımdadır.  Bu,  biz  tələbələr  arasında  böyük 


                                                                                      

Seçilmiş əsərləri 

 

 

10



bir hadisəyə çevrilmişdi. Oxucu çoxdan gözlədiyi monumental 

bir əsərə yiyələnmişdi. 

Bu  əsər  ona  görə  təsirli  idi  ki,  Mayakovski  kimi  nəhəng 

bir  şairin  eyni  mövzuya  həsr  olunmuş  əsərindən  sonra  yazıl-

mışdı. Bu fədakarlığı ilk dəfə edən Rəsul Rza idi. Rusiyanın ən 

görkəmli  alimləri  belə  dönə-dönə  söyləmişlər  ki,  Leninə  həsr 

olunmuş  poemaların  hamısından  daha  çox  Rəsul  Rzanın 

poemasından zövq alırlar. 

Bu, böyük və layiqli qiymətdir. 

Lenin kimi  misilsiz  bir dahi  haqqında  əsər  yazmaq dərin 

ilhamla, təxəyyüllə yanaşı, böyük intellekt, dünya mədəniyyəti-

ni, xalq həyatını dərindən öyrənməyi tələb edirdi. 

Rəsul Rza yaradıcılığının bütün mürəkkəbliyi bu əsərində 

özünü  tam  mənasilə  göstərə  bilmişdir.  Ümumiyyətlə,  Rəsul 

Rza  mürəkkəb  yaradıcılığa  malik  şairdir.  Çox  sadə,  ürəyə  ya-

tımlı,  tez  qavranılan  şeirlərdən  tutmuş,  hazırlıq  tələb  edən  bö-

yük  polifonik  əsərlər  müəllifinin  yaradıcılıq  rəngarəngliyini, 

«Lenin» poemasında daha aydın  görə bilərik. Poemanın  əvvə-

linci  fəsillərində  şair  özü  danışır.  Get-gedə  rənglər,  səslər  ço-

xalır, şair obrazı ilə xalq obrazının necə birləşdiyini hiss etmir-

sən. Sənə elə gəlir ki, Lenin haqqında bütün xalq danışır. Şairin 

xalq qəlbini nə qədər dərindən bildiyini get-gedə daha çox hiss 

edirsən. Xüsusən, axırıncı fəsillərdə Leninin vəfatı ilə əlaqədar 

yerlərdə  xalq  ağılarının  tamamilə  yeni  səpkidə  və  necə  gözəl 

səsləndiyinə heyran olursan. 

Poemada şairin ən böyük müvəffəqiyyəti Leninin nəhəng 

və  canlı  obrazını  yarada  bilməsidir.  Burada  Lenin  musiqini, 

rəsmi,  ədəbiyyatı,  bir  sözlə,  insan  idrakının  bütün  nailiyyətlə-

rini  sevən sadə  və  böyük bir  insan kimi görünür. «Apposiona-

ta» fəsli buna parlaq misaldır. Burada şair dərin musiqi biliyilə 

səslərin  təsviri  kimi  çətin  bir  məsələnin  öhdəsindən  gəlir.  O, 

Bethoven dühasının yaratdığı musiqinin bütün dönüşlərini, gu-

şələrnni, səslərin çılğın üsyanını, sakitləşib donmasını, hisslərin 



                                                                                      

Seçilmiş əsərləri 

 

 

11



bir-birini əvəz etməsini dərindən duyaraq bədii şəkildə göstərə 

bilmişdir.  Biz  bu  fəsildə  Lenini  dahi  rəhbər,  həm  də  təbir 

caizsə, dahi bir dinləyici kimi görürük. Şair «Lenin» poemasın-

dan  sonra  «Füzuli»  poemasından  gözəl  parçalar  çap  etdirmiş, 

Mikayıl Müşfiqin ehtiraslı təbiətini təsvir edən poema yazmış-

dır.  Onun  beynəlxalq  mövzuya,  müasir  həyatımıza,  addımbaşı 

insanı  düşündürən  ən  vacib  məsələlərə  həsr  olunmuş  yeni 

şeirləri  xüsusi  bir  sənətkarlıqla  yazılmışdır.  Rəsul  Rza,  eyni 

zamanda, nasir, tənqidçi, dramaturq və ssenaristdir. 

Rəsul  Rza  yaradıcılığının  biz  gənc  ədəbi  nəslə  təsiri  bö-

yükdür. Onun yaradıcılığı gözəl təcrübə məktəbidir. 

Söz  üstündə  əsmək,  obrazlı  formada  demək,  vəzni  fikrə 

tabe etdirmək, onu ölçü çərçivəsində sıxılmağa qoymamaq ki-

mi məsələləri biz məhz Rəsul Rzadan eyrənməliyik. 



«Ədəbiyyat və incəsənət» qəzeti 

 21 may 1960  

 

 



BİR GÜN QAPIM DÖYÜLDÜ... 

 

İçəri çox utancaq bir oğlan daxil oldu. Onu ruhunca tanı-



dım. Bildim ki, belə adam şair ola bilər. Əlbəttə, şairlər müxtə-

lifdir:  Mayakovski  kimi  ipə-sapa  yatmayanlar  da  var.  Əhməd 

Cəmil kimi gözə görünmək istəməyənlər də. 

Vaqif  İbrahimov  şeirlərini  mənə  verdi.  Oxudum,  onun 

bütün şeirləri özünə oxşayır. Ona avtobioqrafiya yazmaq lazım 

deyil.  Onun  bütün  gənclik  temperamentini,  fikir  emosiyasını 

isə  biz  Vaqifin  şeirlərində  görürük.  Bir  sözlə  Vaqifi  tanımaq 

üçün  onun  özündən  çox  şeirlərinə  baxmaq  lazımdır.  Burada 

onun daxili bioqrafiyası, yaşı, meyli, zövqü, həyata, ədəbiyyata 

münasibəti vardır. 

Vaqifin  bir  sıra  şeirləri  oxuculara  tanışdır.  Amma  şairin 

ilk  baharını  –  ən  sevimli,  təsirli,  yaddan  çıxmaz  baharını  gör-




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə