Azərbaycan təqribən doqquz milyon əhalisi və prezident üsuli-idarəsi olan respublikadır. Qanunvericilik səlahiyyəti Milli Məclisə həvalə edilmişdir



Yüklə 303,76 Kb.
səhifə1/5
tarix06.05.2018
ölçüsü303,76 Kb.
#42714
  1   2   3   4   5

AZƏRBAYCAN

Azərbaycan təqribən doqquz milyon əhalisi və prezident üsuli-idarəsi olan respublikadır. Qanunvericilik səlahiyyəti Milli Məclisə həvalə edilmişdir. Faktiki olaraq prezident hakimiyyəti hökumətin icra, qanunvericilik və məhkəmə qolları üzərində üstünlük təşkil etmişdir. 7 noyabr parlament seçkiləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) demokratik seçkilərlə bağlı bir sıra əsas standartlarına cavab verməyib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) yekun hesabatına görə, seçki çatışmazlıqlarına namizədlərin qeydə alınma prosesindəki qüsurlar, sərbəst toplaşma və ifadə azadlıqlarına qoyulan məhdudiyyətlər, məhdudlaşdırıcı siyasi mühit, namizədlərin mediada qeyri-bərabər işıqlandırılması və səslərin sayılması, eləcə də protokolların tərtib edilməsində problemlər daxildir. Eks-prezident Heydər Əliyevin oğlu, Prezident Ilham Əliyev 2008-ci ildə qüsurlu seçkilərdə 2-ci müddətə seçilib; konstitusiya ilə mandatlaşdırılmış prezidentlik müddətinə qoyulmuş limit ciddi qüsurlar olan 2009-ci il referendumu vasitəsilə ləğv edilib. Ölkədə 50-dən çox siyasi partiya olsa da, prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası siyasi arenada dominantlıq edir. Ermənistanın dəstəyi ilə etnik erməni separatçıları ölkənin Dağlıq Qarabağ bölgəsinin əksər hissəsinə və yeddi ətraf Azərbaycan ərazisinə nəzarət etməyə davam edib. Dövlət həmin ərazilərdə baş verən hallara heç bir nəzarət həyata keçirməmişdir. Təhlükəsizlik qüvvələri üzərində nəzarət mülki qurumların səlahiyyətində olmuşdur.

İfadə, toplaşma və birləşmə azadlıqlarına qoyulan məhdudiyyətlər siyasi partiyaların fəaliyyətini pisləşdirmiş və vətəndaşların sülh seçkiləri yolu ilə hökuməti dəyişmək hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Polisdə və hərbi orqanlarda insanların döyülməsi və işgəncələr nəticəsində ən azı yeddi nəfərin ölümü və hüquq-mühafizə orqanlarının cəzasız qalması ilə bağlı məlumat vardır. Həbsxana şəraiti ümumiyyətlə sərt, bəzi hallarda isə insan həyatı üçün təhlükəli olmuşdur. Xüsusilə hakimiyyətə siyasi müxalif hesab edilən şəxslərə münasibətdə həyata keçirilən əsassız həbs və saxlamalar və məhkəmədən öncəki uzun müddətli saxlamalar davam etmişdir. Səlahiyyətli orqanlar həmin şəxslərdən bəzilərini il ərzində azad etsə də, dövlət siyasi motivlər səbəbindən insanları həbs etməyə davam etmişdir. Hüquq-mühafizə və məhkəmə orqanları da daxil olmaqla, geniş yayılmış korrupsiya halları davam etmişdir. Kütləvi informasiya vasitələrinə təzyiq və məhdudiyyətlər və siyasi iştiraka məhdudiyyətlər daha da pisləşmişdir. Bəzi hallarda dövlət dini azadlığı məhdudlaşdırmağa davam etmişdir. Qadınlara qarşı zorakılıq halları barədə məlumat verilmişdir. İnsan alveri problem olaraq qalmışdır.

İNSAN HÜQUQLARINA HÖRMƏT

AZƏRBAYCAN 2

Bölmə 1 İnsan toxunulmazlığına hörmət, o cümlədən:

a. Həyatdan əsassız yaxud qeyri-qanuni məhrumetmədən azadlıq

Hökumət yaxud onun nümayəndələrinin il ərzində əsassız yaxud qanunsuz qətl törətməsi ilə bağlı məlumat daxil olmamışdı, amma insan hüquqlarının monitorinqini həyata keçirən şəxslər məlumat vermişlər ki, polis yaxud hərbi orqanlar tərəfindən nəzarət olunan təcridxanalarda ən azı yeddi nəfər vəfat etmişdir.

Ceyhun Zərbəliyev martın 25-də Nəsimi rayon 19-cu polis bölməsində ölüb. Polis onu martın 23-də saxlamışdı. Rəsmilər Zərbəliyevin intihar etdiyini iddia edib. Daxili İşlər Nazirliyi bildirib ki, daxili tədqiqat aparıb, nəticədə üç nəfər daxili işlər orqanlarından xaric edilib və altı əməkdaş nizam-intizam komitəsi tərəfindən cəzalandırılıb. Nazirlikdən həmçinin bildirilib ki, Nəsimi rayon prokurorluğunun cinayət araşdırması polis tərəfindən vəzifə cinayətini aşkar edib.

43 yaşlı Vüqar Əzizov aprelin 14-də Salyan rayon polis təcridxanasında vəfat edib. O, narkotikdən istifadə ittihamı ilə saxlanılıb. Rəsmi olaraq ölümün səbəbi kimi narkotik aludəçiliyi və arterial qanaxma olduğu göstərilib.

21 yaşlı Urxan Məmmədov iyulun 14-də Şəki rayonunda yerləşən hərbi bölmədə vəfat edib. Hökumət qurbanın respirator çatışmazlıq, kəskin koronar çatışmazlıq və beyin şişi səbəbindən əzab çəkdiyi barədə məlumat verib. Ailəsi Məmmədovun bədənində kiçik qançırların olduğunu iddia edərək hökuməti məhkəməyə verib. İlin sonunda həmin iş Gəncə şəhər Apelyasiya məhkəməsində həllini gözləyirdi.

Məlumata görə, sentyabrın 28-də Nadir Abdullayev polisin suallarına kobud cavab verdiyinə görə Ucar rayon Polis idarəsində döyülərək öldürülüb. Abdullayevin qohumları bildirib ki, çoxsaylı bədən xəsarətləri ona işgəncə verildiyini sübut edir.

Namir Pirməmmədov sentyabrın 31-də Goranboy rayonunda yerləşən 157 saylı hərbi hissədə vəfat edib, onun başı və üzünə dəyən zərbələrdən vəfat etdiyi bildirilir.

Rauf Hüseynov noyabrın 17-də Şirvan şəhər polis şöbəsində vəfat edib. Rəsmilər saxlanma zamanı Hüseynovun ürək tutmasının olduğunu bildirib. Hüseynov Zərdab rayon hərbi komissarlığının rəisi olub. Fiziki işgəncə əlamətlərinə dair məlumat daxil olmayıb.

Dekabrın 11-də Cəlilabadda polisin Qəzənfər Seydanovu döydüyü iddia edilir. O, həmin gün aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

AZƏRBAYCAN

Vaqif Süleymanov, Toğrul Məmmədzadə, Rüstəm Əliyev yaxud Ağa Turabovun işlərinə dair hər hansı yenilik barədə məlumat olmamışdır. Onların hamısı 2009-cu ildə polis yaxud Ədliyyə Nazirliyinin təcridxanasında vəfat edib.

Rəşad Həziyev, Məhəmməd Rəhimov və ya Zaur Məmmədovun işlərinə dair hər hansı yenilik barədə məlumat olmamışdır. Onların hamısının cəsədi 2008-ci ildə polis şöbələrinin içərisində və ya ətrafında tapılmışdır.

Orduda pis rəftar halları geniş yayılıb (bax Bölmə I.e.) və bəzən ölümlə nəticələnib.

Hökumət 2009-cu ildə orduya çağırılmış 6 əsgərin vəfatı barədə məlumat vermiş və bunları ermənilərlə təmas xəttində baş vermiş hadisələrə aid etmişdir.

Ermənistanın dəstəyi ilə etnik erməni separatçıları ölkənin Dağlıq Qarabağ bölgəsinin əksər hissəsinə və ətrafda olan yeddi rayona nəzarəti davam etdirmişdir. Dağlıq Qarabağ münaqişəsi nəticəsində hər iki tərəfi ayıran hərbiləşdirilmiş təmas xəttində il ərzində baş vermiş atışmalar yenə də hər iki tərəfə aid çox saylı tələfatlarla nəticələnmişdir. Xarici İşlər Nazirliyi 2009-cu ildə təmas xəttində iki mülki şəxsin həlak olması barədə məlumat vermişdir. 2010-cu il üçün rəqəmlər olmamışdır.

Ərazilərin minalardan təmizlənməsinə dair milli agentliyin verdiyi məlumata əsasən, minaların partlaması nəticəsində bir əsgər həlak olmuş və dörd nəfər yaralanmışdır (iki əsgər və iki mülki şəxs). Ərazilərin minalardan təmizlənməsinə dair Azərbaycan Milli Agentliyinə görə, 64 448 vahid partlayıcı qurğu məhv edilmişdir.

b. İtkin düşmə

İl ərzində siyasi motivlər səbəbindən itkin düşmə hallarına dair heç bir məlumat olmamışdır. Lakin hökumət Dağlıq Qarabağ münaqişəsi nəticəsində Dövlət Komitəsində 4049 nəfərin itkin şəxs kimi qeydiyyatda olması barədə məlumat vermişdir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərlə bağlı işləri araşdırmağa davam etmiş və itkin düşmüş şəxslərin vahid siyahısının hazırlanması üçün hökumətlə birgə işləmişdir. BQXK-yə görə, il ərzində münaqişənin hər iki tərəfinin itkin düşənlərinin təsdiq edilən sayı 4558-dən 4571 nəfərədək artmışdır. 2008-ci ildə hökumətlə




AZƏRBAYCAN

4

imzalanmış çərçivə sazişinin nəticəsi olaraq, BQXK 2008-ci ildə toplanmadan bəri 3189 ailədən vəfata qədər olan vəziyyət barədə məlumat toplamışdır. Təmas xəttində hər iki münaqişə tərəfindən olan ailələrdən, eləcə də Ermənistanda toplanmış məlumatlar insan qalıqlarının tanınmasında dövlət komissiyasına yardım etmək üçün nəzərdə tutulmuşdur. Dekabrda BQXK hökumətlə lisenziya müqaviləsi imzalamışdır, məqsəd vəfata qədər/vəfatdan sonra məlumatlar bazasını təhvil verməkdən ibarətdir, bu, itkin düşmüş şəxslərin ailələrindən toplanmış məlumatın gələcək ekzqumasiyalar zamanı (vəfatdan sonra) toplanacaq məlumatlarla müqayisə edilməsinə imkan verəcəkdir.


BQXK hərbi və mülki əsirlərə (H/MƏ) xüsusi diqqət yetirməyə davam etmiş və onların beynəlxalq humanitar hüquq çərçivəsində mühafizə olunmalarına əmin olmaq üçün il ərzində səfərlər etmişdir. BQXK əlaqələrin yenidən qurulması və saxlanması məqsədilə H/MƏ və onların ailəsi arasında Qırmızı Xaç mesajlarının mübadiləsinə müntəzəm rəvac vermişdir. Hökumət bildirmişdir ki, BQXK bir hərbi əsirin və bir mülki əsirin repatriasiyasına, habelə dörd Azərbaycanlının (iki hərbi və iki mülki şəxs) qalıqlarının Azərbaycana qaytarılmasına/ötürülməsinə yardım etmişdir, əvəzində iki şəxsin qalıqları Ermənistana qaytarılmışdır.

c. İşgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan davranış yaxud cəza

Konstitusiya və cinayət məcəlləsi bu cür əməlləri qadağan edir və 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur; lakin etibarlı hesabatlara əsasən, təhlükəsizlik orqanları saxlanan şəxsləri etirafa vadar etmək məqsədilə döymüş və hərbçilər tabeçiliyində olan şəxsləri fiziki təzyiqə məruz qoymuşlar. İl ərzində yerli insan hüquqları müdafiəçiləri məlumat vermişdir ki, təhlükəsizlik orqanları tərəfindən 169 nəfər təcridxanada işgəncəyə məruz qalmışdır. Sonradan bu şəxslərdən ən azı yeddi nəfərin vəfat etməsi ilə bağlı məlumat daxil olmuşdur. Cəzasızlıq problem olaraq qalmışdır. Azərbaycanın İnsan Hüquqları Mərkəzinin (AİHM) və Beynəlxalq İnsan Hüquqları Federasiyasının (BİHF) 2009-cu ildə BMT-nin İşgəncələrə qarşı Komitəsinə təqdim etdiyi hesabata əsasən, rəsmilər habelə pis rəftar edildiklərini iddia edən saxlananların müstəqil ekspertizasının təmin edilməsinə de fakto qadağa qoymuş və vəkillə təmin edilməsini gecikdirmişdir.

Hərbi Prokurorluq yanvarın 28-də baş vermiş cinayətlərlə, o cümlədən rüşvət, hərbi şəxsin təhqir edilməsi, xəsarət yetirilməsi yaxud işgəncə verilməsi, səlahiyyətlərdən sui-istifadə, səlahiyyətləri aşmaq yaxud etinasızlıqla bağlı ordunun beş üzvünü həbs etmiş və onlara qarşı cinayət işi başlanmışdır.



AZƏRBAYCAN

5

İyunun 12-də Ali Hərbi Dənizçilik Məktəbinin üç kadeti yoldaşları Röyal Musayevi döymüş, nəticədə Musayev xəstəxanaya düşmüşdür. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova işin araşdırılması və qanun pozuntusuna yol vermiş şəxslərin ədalətə cəlb edilməsi üçün həm Baş Prokurorun müavininə, həm də hərbi prokurora müraciət etmişdir. İlin sonun bu şəxslərdən heç biri araşdırmaya başlamamışdı.



Avqustun 6-da Naxçıvanda insan hüquqları müdafiəçiləri bildirmişdir ki, səlahiyyətli orqanlar məlumatlara əsasən küçə ticarəti ilə bağlı qadağanı pozduğuna görə qanunsuz olaraq Cənnət Bağırovanı dövlət psixiatrik dispanserinə yerləşdirmişlər. Səlahiyyətli orqanlar çoxsaylı şikayətlərdən sonra həmin gün Bağırovanı azad etmişlər.

İl ərzində yerli qeyri-hökumət təşkilatı (QHT) insanların cinsi orientasiyaya görə polis tərəfindən döyülməsi ilə bağlı məlumat vermişdir (bax Bölmə 6).

Mirzə Zahidovun 2008-ci ildə döyülməsinə qarşı hər hansı məsuliyyətə cəlb edilmə barədə məlumat olmamışdır.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, il ərzində dövlət 247 əməkdaşı insan hüquqlarını pozduğuna görə cəzalandırmış və 20 nəfəri vəzifəsindən azad etmişdir.

Həbsxana və saxlanma mərkəzlərinin şəraiti

Həbsxana insfrastrukturunun davamlı olaraq təkmilləşdirilməsinə baxmayaraq, həbsxanalarda şərait sərt və həyat üçün təhlükəli olaraq qalır.

Cox sayda məhbusun bir yerda saxlanılması, qeyri-adekvat qidalanma, istilik və ventilyasiyanın az olması və zəif tibbi xidmət kimi amillər birlikdə yoluxucu xəstəliklərin yayılmasını ciddi problemə çevirmişdir. Son zamanlar həbsxana infrastrukturunda aparılmış təkmilləşdirmə işlərinə baxmayaraq, əsasən, Sovet dovründən qalmış müəssisələr beynəlxalq standartlara cavab verməmişdir. Qapalı cəzaçəkmə müəssisələrində rəhbərlik məhbusların fiziki hərəkətlər etmələrinə, vəkilləri və ailə üzvlərinin onlara baş çəkmələrinə məhdudiyyət qoymuşlar. Məhbusların işləməsi və təlim alması üçün bəzi imkanlar olmuşdur. İstintaq təcridxanasında yerləşdirilmiş bəzi saxlanılan şəxslər onlara edilmiş fiziki zorakılıq hallarının gizlədilməsi məqsədi ilə bir çox hallarda zirzəmilərdə yerləşən "təcrid olunma kameralarında" saxlanılmışlar. İfadə alınması məqsədi ilə belə kameralarda saxlanılan şəxslərin qidalanmasına və yatmasına imkan verilməmişdir.

Yerli və beynəlxalq müşahidəçilər Qobustan qapalı həbsxanasında şəraitin pis olması barədə məlumat təqdim etməyə davam etmişlər. İl ərzində rəsmilər yeni binanın inşasına başlamışlar. Noyabr 2009-cu il hesabatında İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi (İQAAK) qeyd etmişdir ki, 2008-ci ildə Qobustana



AZƏRBAYCAN

6

edilən səfər zamanı həbsxana rəsmisi məhbusu İQAAK-dan gələn nümayəndə heyəti ilə danışmaması üçün hədələməyə cəhd göstərmişdir və rəhbərliyin bəzi məhbuslara nümayəndə heyətinə şikayət etməmələrinə dair xəbərdarlıq etməsi aydın idi. Bunlara baxmayaraq, nümayəndə heyəti məhbuslardan onlara qarşı həbsxana əməkdaşları tərəfindən qəsdən törədilmiş fiziki zorakılıq və gücdən həddən artıq istifadə halları barəda mötəbər məlumat almışdır.



Daxili İşlər Nazirliyindən xəbər verilmişdir ki, il ərzində aşağıdakı cəzaçəkmə müəssisələrində təmir-bərpa işləri həyata keçirilmişdir: Qaçaqmalçılıqla Mübarizə Şöbəsi və Bakının Xəzər, Səbail, Nəsimi rayonlarının və Qusar, Göygöl və Lerik rayonlarının polis şöbələri. Nazirlikdən həmçinin bildiriblər ki, əlavə 20 saxlama müəssisəsində təmir-bərpa işləri həyata keçirilmişdir.

Sərt həbsxana şəraiti il ərzində çoxsaylı ölüm halı ilə nəticələnmişdir; Ədliyyə Nazirliyi məlumat vermişdir ki, il ərzində həbsxanada 106 nəfər vəfat etmişdir, 2009-cu illə müqayisədə bu, 19% azdır. Nazirlik ölüm hallarının əksəriyyətinin müxtəlif xəstəliklər nəticəsində baş verdiyini qeyd etmiş, lakin vərəmdən vəfat edənlərin sayının digər xəstəliklərdən ölənlərin sayından çox olmasına baxmayaraq, vərəmdən ölüm hallarının sayının əhəmiyyətli dərəcədə azalması faktını vurğulamışdır. Daxili Işlər Nazirliyi nəzdində olan cəzaçəkmə müəssisələrində intihar nəticəsində baş vermiş bir ölüm faktını qeyd etmişdir. Bu ölüm faktı ilə əlaqədar olaraq etinasızlığa görə rəhbərlik bir polis əməkdaşını işdən azad etmiş, digər iki əməkdaşı isə intizam məsuliyyətinə cəlb etmişdir.

2009-cu ilin avqust ayında etnik azlıq olan Talış qrupunun tanınmış alimi və Tolışi Sədo qəzetinin sabiq baş redaktoru Novruzəli Məmmədov Ədliyyə Nazirliyinin tibb müəssisəsində vəfat etmişdir. Nazirlik bu ölümün ürək çatışmazlığı nəticəsində baş verdiyini qeyd etsə də, ailə üzvləri və yerli hüquq müdafiəçiləri ona müvafiq tibbi xidmətin gostərilməməsinə əmin olmuşlar. Məmmədovun dul qalmış həyat yoldaşı Ədliyyə Nazirliyini məhkəməyə vermiş və il ərzində Məmmədovun işini Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) təqdim etmişdir. Bəzi yerli QHT-lər hesab edir ki, Məmmədovun həbsi onun etnik mənsubiyyəti və mədəni fəaliyyəti ilə bağlı olmuşdur.

Il ərzində Ədliyyə Nazirliyinin təcridxanasında saxlanılan Arif Aslanovun 2008-ci ildə baş vermiş ölümü ilə əlaqədar olaraq heç bir istintaq aparılmamışdır.

Ədliyyə Nazirliyi vərəmə yoluxmuş 497 məhbusun müalicə olunması barədə məlumat vermişdir. Hökumət bildirmişdir ki, məhbuslar və saxlanılan şəxslər arasında ölümün digər əsas səbəbləri xərçəng, miokard infarktı, hepatik sirroz və ürək çatışmazlığı olmuşdur.

Hökumət və insan hüquqları müdafiəçilərindən ibarət həbsxanalar üzrə birgə monitorinq qrupu həbsxanalara giriş icazəsini yalnız Penitensiar



AZERBAIJAN 7

Xidməti əvvəlcədən xəbərdar etməklə əldə etmişdir. Məlumat verilir ki, il ərzində qrup əvvəlcədən xəbərdarlıq verilsə də müəssisələrə giriş icazəsinin əldə edilməsində çətinliklərlə qarşılaşmışdır. Qrup 2009-cu ildə çoxsaylı cəzaçəkmə müəssisələrinə səfərlər etmiş, həbsxanalarda daha yaxşı tibbi şərait üçün müvəkkillik etmiş, həbsxanalarda daha çox telefon quraşdırılmasını təşkil etmiş, həbsxanalara kitab bağışlamış və 47 məhbusa hüquqi yardım göstərmişdir.

Qadın və kişilər istintaq təcridxanalarında bir yerdə saxlanılmış, lakin məhkum olunduqdan sonra qadınlar ayrıca həbsxanaya yerləşdirilmişlər. Azyaşlıların ayrı saxlanılması müəyyən edilsə də, beynəlxalq müşahidəçilər bəzi azyaşlıların böyüklərlə bir yerdə saxlandığını qeyd etmişdir.

Hökumət BQXK, İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi (İQAAK), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və İşgəncələrə Qarşı Azərbaycan Komitəsi də daxil olmaqla bəzi beynəlxalq və yerli humanitar və insan hüquqları qruplarının habsxanalara bir sıra səfərlər etməsinə icazə vermişdir.

2009-cu ilin iyul ayından etibarən Ədliyyə Nazirliyinə əvvəlcədən məlumat vermədan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə Nazirliyin müəssisələrinə səfər etməyə icazə verilməmişdir. Daxili İşlər Nazirliyinin nəzdində olan istintaq təcridxanalarına Komitənin hələ da maneəsiz çıxışı vardır. BQXK-nın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq saxlanılan hərbi və mülki əsirlərə, habelə Ədliyyə, Daxili İşlər və Milli Təhlikəsizlik Nazirliklərinin səlahiyyətində olan müəssisələrdə saxlanılan şəxslərə maneəsiz çıxışı olmuşdur. Penitensiar Xidmət konsulluq tərəfindən edilən səfərlərdən başqa xarici ölkə səfirliklərinə həbsxanalara giriş icazəsi verməmişdir. Bəzi beynəlxalq təşkilatların missiyalarına həbsxanalara monitorinq məqsədilə səfər etməyə icazə verilirdi.

d. Əsassız həbs yaxud saxlama

Qanun əssasız həbs və saxlamanı qadağan etsə də, hökumət ümumilikdə praktikada bu qadağalara riayət etməmiş və cəzasızlıq problem olaraq qalmışdır.

Polis və təhlükəsizlik orqanlarının rolu

Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi daxili təhlükəsizliyə görə məsuliyyət daşıyır va birbaşa Prezidentə hesabat verir. Daxili İşlər Nazirliyi yerli polis qüvvələrinə nəzarət edir və daxili mülki müdafiə qoşunlarını saxlayır. Milli Təhlükəsizlik Nazirliyinin ayrı daxili təhlükəsizlik qüvvələri var.

Təhlükəsizlik qüvvələri ümumən cəzasız hərəkət edə bilsə də, hökumət il ərzində insan haqlarının pozulması ilə bağlı 174 şikayətə görə 276 polis işçisinə qarşı tədbirlər görüldüyünü bildirmişdir. Hökumət cinayət məsuliyyəti barədə məlumat verməmiş, amma bildirmişdir ki, o, 20 polis işçisini Daxili İşlər Nazirliyinin sıralarından çıxarmış, 18 polis işçisini tutduğu vəzifədən azad etmiş və 238 nəfəri intizam məsuliyyətinə cəlb etmişdir.



AZƏRBAYCAN 8

Həbs prosedurları və saxlama yerində rəftar

Qanunda nəzərdə tutulub ki, cinayətdə təqsirli bilinərək saxlanılmış, həbs edilmiş və ya ittiham edilmiş şəxslərə onların hüquqları, həbsin səbəbləri dərhal izah edilməli və müvafiq hüquqi proses təmin olunmalıdır. Bununla belə, təcrübədə hökumət bu müddəalara riayət etməmişdir. Çox vaxt polisə müqavimət kimi saxta ittihamlarla əsassız həbslər il ərzində problem olaraq qalmışdır.

Qanun polislərə şəxsləri həbs-qətimkan tədbiri olmadan 48 saat saxlamağa və sorğu-sual etməyə icazə verir. Təcrübədə polis işçiləri həbs-qətimkan tədbiri olmadan şəxsləri bir neçə gün, bəzən həftələrlə saxlamışdır. Digər hallarda hakimlər həbs qərarını həbs faktından sonra çıxarmışlar.

Baş Prokurorluq və ya digər icraedici orqanların məmurlarının təlimatına əsasən fəaliyyət göstərən hakimlər saxlanılan şəxsləri vəkillə təmin etmədən bir neçə saat ərzində həbs cəzası vermişlər.

Qanun saxlanılan andan vəkil tutmaq hüququnu nəzərdə tutur; təcrübədə, xüsusilə Bakı şəhərindən kənarda vəkillə təmin olunma aşağı səviyyədə olmuşdur. Qanunda nəzərdə tutulmasına baxmayaraq, imkansız məhbuslar vəkildən yararlana bilməmişlər. Səlahiyyətli şəxslər ailə üzvlərinin baş çəkməsini məhdudlaşdırmış və saxlanılanlar barədə məlumat verməmişlər və çox vaxt ailələr həbs olunmuş qohumları ilə bağlı hər hansı məlumat əldə etmək üçün günlərlə gözləməli olmuşlar. Rəsmi qaydada fəaliyyət göstərən zamindurma sistemi olmasa da, şəxslərə bəzən saxlanılanları zaminə götürərək onların məhkəmədən əvvəl istintaq zamanı şərti azadlığa buraxılmasına imkan verilmişdir. Siyasi baxımdan şübhəli şəxslər polis şöbəsində bəzən bir neçə saat, hətta günlərlə yazışma hüququ olmadan təkadamlıq kamerada saxlanılmışlar.

İl ərzində həbs və saxlama prosedurların çoxsaylı pozulma halları olub.

Noyabrın 12-də Şərur rayon polis idarəsi ittiham irəli sürmədən Sabit Əliyevi noyabrın 21-dək saxlamışdır. Sabit Əliyev 7 noyabr parlament seçkilərində namizəd olmuş qardaşı Səxavət Əliyevin seçki müşahidəçisi olmuşdur; qanunla ittiham 48 saat ərzində irəli sürülməlidir. Azad edilməzdən qabaq Sabit Əliyevdən kəndi tərk etməmək haqqında bəyanata qol çəkmək tələb edilmişdir (bax bölmə 3).

Noyabrın 9-da Bəxtiyar Hacıyev bildirib ki, 24 saat ərzaq və susuz saxlandıqdan sonra o, azad edilib. 7 noyabr parlament seçkilərində namizəd olmuş Haclyev həmçinin Azadlıq Radiosuna bildirib ki, rəsmilər saxlama zamanı onu hədələmiş və ailəsinə onunla görüşməyə icazə verməmişlər (bax bölmə 2.d).

AZƏRBAYCAN 9

İl ərzində polis tərəfindən dinc siyasi nümayiş keçirməyə cəhd göstərən müxalifət partiyalarının nümayəndələrinin çoxsaylı saxlanması halları olmuşdur (bax bölmə 2.b).

Məhkəmə öncəsi 18 aylıq uzunmüddətli saxlama ciddi problem olmuşdur. Baş prokuror dövlət istintaqı başa çatana kimi icazə verilən ilkin üç aylıq məhkəmə öncəsi saxlama müddətini bir neçə aylıq ardıcıl uzatma ilə müntəzəm qaydada artırmışdır.

Amnistiya

Martın 17-də Prezident Əliyev 62 məhbusu əfv etmişdir. Əfv edilənlər arasında Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid (Zahidov) da olmuşdur, o, bir çox beynəlxalq və daxili müşahidəçilərin saxta və siyasi motivli xarakterizə etdikləri ittihamlara görə məsuliyyətə cəlb edilmişdi (bax bölmə 2.a.).

e. Ədalətli və açıq məhkəmə prosesinin aparılmasından imtina


Qanun məhkəmələrin müstəqil olmasını nəzərdə tutsa da, təcrübə göstərir ki, hakimlər icra orqanlarından müstəqil fəaliyyət göstərməmişdir. Məhkəmə sistemi korrupsiyaya uğramış və səmərəsiz fəaliyyət göstərmişdir. Hökmlər çox vaxt məhkəmənin gedişatı ərzində təqdim edilmiş sübutlarla bağlı olmamışdır.

İcra orqanları məhkəmə hakimiyyətinə güclü təsir göstərməyə davam etmişdir. Namizədlərin hakimliyə imtahanını həyata keçirən Məhkəmə-Hüquq Şurasına Ədliyyə Nazirliyi nəzarət edir.

Mötəbər mənbələrdən verilən məlumatlara görə, hakim və prokurorlar Prezident Administrasiyası və Ədliyyə Nazirliyindən xüsusilə beynəlxalq müşahidəçilərin marağını cəlb edən hallarla bağlı göstərişlər almışlar. Hakimlərin əmək haqqları 2008-ci ilə qədərki bir neçə il ərzində davamlı şəkildə artırılsa da, hakimlərin vaxtaşırı qaydada rüşvət aldıqlarına dair etibarlı məlumatlar vardır. Ədliyyə Nazirliyi il ərzində 21 hakimin Ədliyyə Şurası tərəfindən inzibati məsuliyyətə cəlb edildiyini bildirmişdir. Nazirlik 11 nəfər əməkdaşının inzibati məsuliyyətə cəlb edildiyini bildirmişdir; bu işlərdən ikisi Baş Prokurorluğa göndərilmiş, bunlardan biri cinayət məsuliyyəti ilə nəticələnmişdir.

AZƏRBAYCAN 10

2009-cu ilin fevral ayında prezident 2009 – 2013-cü illərdə ədliyyə sisteminin inkişafı üzrə Dövlət Proqramını nəzərdə tutan sərəncam imzalamışdır. Proqramın hədəflərinə qanunvericiliyin təkmilləşdirilməsi və kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılması daxildir.

Fevralın 26-da Ali Məhkəmə Hüquq Təhsil Cəmiyyətinin (HTC) rəhbəri İntiqam Əliyev tərəfindən verilmiş appelyasiyanı rədd etmişdir; appelyasiya aşağı instansiya məhkəməsində Əliyevin hakimlər əleyhinə inzibati məsuliyyətə dair kitabında Hakim Qəzənfər Kərimovun “şərəf və ləyaqətinin alçaldılması” ilə bağlı çıxarılmış qərarla bağlı olmuşdur. 2009-cu ilin iyun ayında Əliyev apelyasiya şikayəti ilə ECFİR-ə müraciət etmişdir.

Konstitusiya bir şəxsin eyni cinayətə götə iki dəfə məsuliyyətə cəlb edilməsini və/yaxud ittiham edilməsini qadağan edir. Sentyabrın 29-da 2009-cu ilin aprelində şərti cəza almış Səyyarə Heydərova - ilkin olaraq 2005-ci ildə həbs edilmişdi – milli instansiya məhkəmələrinin hamısına müraciət etdikdən sonra apelyasiya şikayəti ilə ECFİR-ə müraciət etmişdir. İlin sonunda iş həllini gözləyirdi.

Hakimlərə təlimlərin keçirilməsi məqsədilə Məhkəmə-Hüquq Şurası beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirmişdir.

Fevralın 4-də Məhkəmə-Hüquq Şurası etinasızlığa görə Bakı məhkəmələrində çalışan üç hakimi işdən azad etmişdir. Hakimlərdən bir, Südabə Məmmədova 2007-ci ildə Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahidi beynəlxalq müşahidəçilərin saxta hesab etdikləri ittihamlar üzrə dörd il həbs cəzasına məhkum etmişdi. (bax bölmə 2.a.).

Məhkəmə prosedurları

Dövlət, kommersiya və ya peşə sirləri yaxud məxfi, özəl və ya ailə məsələlərini nəzərdə tutan işlər istisna olmaqla qanun açıq məhkəmə işlərinin keçirilməsini təmin edir. Amma il ərzində beynəlxalq müşahidəçilər bu qanunun təcrübədə dəfələrlə pozulduğunu aşkar ediblər.

Qanun cinayət işlərində təqsirsizlik prezumpsiyasını təmin etsə də, sübutlara baxılması, məhkəmədə müttəhimlərin şahidlərlə üzləşdirilməsi və məhkəmədə sübutların təqdim edilməsi, imkansız müttəhimlər üçün məhkəmənin təsdiq etdiyi vəkillərin tutulması, müttəhim və prokurorlar üçün apelyasiya hüquqlarına təcrübədə riayət edilməmişdir.


Yüklə 303,76 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə