Neft-qaz quyularinin tamamlanmasi


MÖVZU-10. QORUYUCU KƏMƏRLƏRIN VƏ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə15/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   11   12   13   14   15   16   17   18   ...   50
Quyularin tamamlanmasi leak by 1337

MÖVZU-10.
QORUYUCU KƏMƏRLƏRIN VƏ
BALTALARIN SEÇILMƏSI
Qoruyucu kəmər və baltaların diametrlərinin seçilməsinə
aşağıdan yuxarıya – istismar kəmərindən başlanılır. Adətən
istismar kəmərinin diametri Neftçıxarma müəssisəsinin sifarişi
ilə verilir. İstismar kəmərinin diametri qazılan quyudan gözləni-
lən maye (neft, su) və qaz hasilatından, quyunun istismar
üsulundan (fontan-kompressor) və istismar avadanlığının ölçü-
sündən, quyuda tutma və təmir işləri aparılmasının mümkün
olmasından asılı olaraq seçilir.
İstismar kəməri üçün xarici diametri 114mm, 127mm, 139,7-
146mm və 168,3mm borular, çoxməhsuldarlı qaz quyuları üçün
isə 178mm, 219 və 273mm olan borular işlədilir. Orta-dərin
quyular üçün istismar kəməri iki – 114x127mm;
139,7x168,3mm diametrdən ibarət və bəzən də üç –
114x127x139,7mm; 127x139,7x168,3mm; 114x139,7x168,3mm
diametrdən ibarət qoruyucu borulardan komplektləşdirilə bilər.
Aşağıda istismar kəmərinin seçilməsi üçün təcrübə əsasında
qurulmuş borular verilmişdir.
Məlumdur ki,istismar kəməri quyu lüləsinin yerini qazıyan
balatnın diametri aşağıdakı ifadədən tapılır:


D
b
=D
m
+2 Δ 
Burada,
D
m
- istismar kəmərinin boru muftasının diametri,
mm;Bu diametr ГОСТ-dan tapılır.
Δ
– qoruyucu boru muftasının
xarici ilə quyu divarı arasındakı halqavari (ara) səthdir , mm.
Həmin ara qoruyucu borunun diametrindən, birləşdirilmə
tipindən, quyunun profilindən, geoloji şəraitin çətinliyindən və
əvvəlki kəmərin başmağından aşağı çıxışdan (açıq qalan
divardan) asılı olaraq götürülür.
Şaquli quyu üçün 
Δ
-nın qiməti aşağıda göstərilib:
Ø 114-127m boru üçün 7-10mm
Ø 140-168m boru üçün 10-15mm
Ø 178-194m boru üçün 15-20mm
Ø 219-245m boru üçün 20-25mm
Ø 273-299m boru üçün 25-35mm
Ø 324-350m boru üçün 30-40mm
Ø 377> 40-50mm
Şaroşkalı baltaların tipindən və quruluşundan asılı olmayaraq
onların normal sıradakı diametrləri: 146,151, 161, 172, 190,
214, 243, 269, 295, 320, 346, 370, 394, 445 və 490mm olur. 
İstismar kəmərinin yerini qazıyan baltanın diametrini seçdikdən
sonra, ondan sonra gələn qoruyucu aralıq kəmərin diametrini
seçirik.
Həmin kəmərin daxili diametri (
D
dax
) aşağıdakı kimi təyin edilir:
D
dax
=D
b
+2∆
Burada, ∆- baltanın yuxarıdakı kəmər daxılındən sərbəst
keçməsi üçün buraxılan aradır: 

=3-5mm;
Borunun daxılı diametrini
(D
dax
) bildikdən sonra onun xarici
diametri (
D
xar
) aşağıdakı ifadədən tapılır:
D
xar
=D
dax
+2δ
max
Burada, 
δ
max
– boru divarının maksimum qalınlığıdır.


Alınan 
D
xar 
qiymətinə uyğun ГОСТ (standart) qiyməti cədvəldən
tapırıq. Beləliklə, bu qayda ilə yuxarıdakı aralıq, konduktor
kəmərlərinin və baltaların diametrlərini hesablayıb seçirik.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə