TəHSİl sektorunun iNKİŞafi üZRƏ İKİNCİ layiHƏ kredit nö 4394AZ



Yüklə 86,5 Kb.
tarix20.09.2018
ölçüsü86,5 Kb.
#70093


TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ

KREDİT Nö 4394AZ
MƏKTƏBƏQƏDƏR TƏHSİL KURİKULUMUNUN HAZIRLANMASI MƏQSƏDİLƏ MƏSLƏHƏTÇİLƏRİN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
Xidmətlərin məqsədi: Milli kontekstə uyğunlaşdırılmış beynəlxalq təcrübəni inteqrasiya edərək məktəbəqədər kurikulumun hazırlanmasına və tətbiqi prosesinə dəstək verməkdir.
Təhsil Nazirliyi bu layihə çərçivəsində aşağıdakı ixtisaslar üzrə məsləhətçiləri müsabiqədə iştirak etməyə dəvət edir:
Namizədlər üçün ixtisas tələbləri:
1. Məktəbəqədər təhsil kurikulumu üzrə psixoloq

  • Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı;

  • Kurikulum və proqramların hazırlanması üzrə layihələrdə əvvəllər iştirak edənlərə üstünlük veriləcək;

  • İngilis dilini bilənlərə üstünlük veriləcək.


2. Məktəbəqədər təhsil metodologiyası üzrə mütəxəssis

  • Sosial elmlər və ya müvafiq sahə üzrə ali təhsil;

  • Məktəbəqədər təhsil kurikulumu üzrə səmərəli metodologiya əsas olmaqla məktəbəqədər təhsil kurikulumunun hazırlanması sahəsində ən azı 2 illik iş təcrübəsinə malik olmaq;

  • Xüsusi qayğıya ehtiyacı olan uşaqlara istiqamətlənən məktəbəqədər təhsil proqramları sahəsində təcrübəyə malik olmaq;

  • Tərbiyəçilərin təlimləndirilməsi, spesifik olaraq yaşlıların təlimi ilə bağlı metodologiya sahəsində təcrübəyə malik olmaq;

  • Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı;

  • Kurikulum və proqramların hazırlanması üzrə layihələrdə əvvəllər iştirak edənlərə üstünlük veriləcək;

  • İngilis dilini bilənlərə üstünlük veriləcək.


3. Məktəbəqədər təhsil kurikulumu üzrə dil və kommunikasiya mütəxəssisi

  • Sosial elmlər və ya müvafiq sahə üzrə ali təhsil;

  • Dil və savadlılığın inkişafına diqqət verməklə məktəbə qədər təhsil kurikulumuna inteqrativ yanaşma sahəsində təcrübəyə və bununla bağlı biliyə malik olmaq;

  • Xüsusi qayğıya ehtiyacı olan uşaqlara istiqamətlənən beynəlxalq məktəbəqədər təhsil kurikulumu modelləri ilə bağlı biliyə malik olmaq;

  • Məktəbəqədər təhsil sahəsində təcrübəyə malik olmaq;

  • Tərbiyəçilərin təlimində, xüsusilə də yaşlı öyrənənlərlə bağlı metodologiya sahəsində təcrübəyə malik olmaq;

  • Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı;

  • Kurikulum və proqramların hazırlanması üzrə layihələrdə əvvəllər iştirak edənlərə üstünlük veriləcək;

  • İngilis dilini bilənlərə üstünlük veriləcək.


4. Məktəbəqədər təhsil kurikulumu üzrə mütəxəssis

  • Sosial elmlər və ya müvafiq sahə üzrə ali təhsil;

  • Məktəbəqədər təhsil kurikulumunun hazırlanması sahəsində ən azı 2 illik iş təcrübəsinə malik olmaq;

  • Beynəlxalq qurumlarla spesifik əlaqəli məktəbəqədər təhsil kurikulumu modelləri ilə tanışlıq və biliyə malik olmaq;

  • Beynəlxalq məktəbəqədər təhsil standartları xüsusilə də erkən yaş dövrü üzrə kurikulumla tanışlıq və biliyə malik olmaq;

  • Xüsusi məktəbəqədər təhsil sahəsində beynəlxalq standartlarla tanışlıq və biliyə malik olmaq;

  • İnklüsiv məktəbəqədər təhsil sahəsində təcrübəyə malik olmaq;

  • Tərbiyəçilərin təlimində, xüsusilə də yaşlı öyrənənlərlə bağlı metodologiya sahəsində təcrübəyə malik olmaq;

  • Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı;

  • İngilis dilini bilənlərə üstünlük veriləcək.


5. Məktəbəqədər təhsil üzrə qiymətləndirmə mütəxəssisi

  • Sosial elmlər və ya müvafiq sahə üzrə ali təhsil;

  • Qiymətləndirməyə diqqət verilməklə məktəbəqədər təhsil kurikulumunun hazırlanması sahəsində ən azı 2 illik iş təcrübəsinə malik olmaq;

  • Beynəlxalq qurumların məktəbəqədər təhsilin qiymətləndirməsi ilə tanışlıq və bu haqda biliklərə malik olmaq;

  • Kurikulum tərtibatı, eləcə də tipik və xüsusi qayğıya ehtiyacı olan məktəbəqədər yaşlı uşaqlar ilə bağlı beynəlxalq qiymətləndirmə standartları ilə tanışlıq və biliyə malik olmaq;

  • Tərbiyəçilərin təlimində, xüsusilə də yaşlı öyrənənlərlə bağlı metodologiya sahəsində təcrübəyə malik olmaq;

  • Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı;

  • İngilis dilini bilənlərə üstünlük veriləcək.


İcra müddəti: aprel 2011- oktyabr 2013
Müsabiqə Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan Fərdi Məsləhətçilərin Seçim metodu əsasında keçiriləcəkdir.
Namizədlər yuxarıda göstərilən tələblərə cavab verdiklərini əks etdirən tərcümeyi-halın (CV) elektron və/və ya çap variantını Azərbaycan dilində 2011-ci il, martın 17-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
Xahiş olunur, müraciət etdiyiniz vakansiyanın adını dəqiqliklə qeyd edəsiniz.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,

Layihənin Əlaqələndirmə Qrupu,

AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.



Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.

Email: smasimova@ultel.net
Yüklə 86,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə