Neft-qaz quyularinin tamamlanmasi


MÖVZU-15. QORUYUCU KƏMƏRLƏRIN IŞ



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə21/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   17   18   19   20   21   22   23   24   ...   50
Quyularin tamamlanmasi leak by 1337

MÖVZU-15.
QORUYUCU KƏMƏRLƏRIN IŞ
ŞƏRAITI HAQDA
Quyuda qoruyucu kəmərə çoxlu sayda qüvvələr təsir edir. Bu
qüvvələrin qiyməti həm kəmərin uzunluğu boyu, həm də
zamandan asılı olaraq dəyişir. Kəmər quyuya buraxılan zaman
aşağıdakı qüvvələr təsir edir:
1-kəmərə boruların və onların içərisindəki qazıma məhlullarının
ağırlığından yaranan dartıcı qüvvə; 
2-kəmərin və qazıma məhlulunun ətalət qüvvəsi;


3- quyudakı məhlulun Arximed qüvvəsi, yəni mühitin təsir
qüvvəsi; 
4-qazıma məhlulunun sıxışdırılıb çıxarılması zamanı yaranan
hidrodinamik təzyiq;
5- qazıma məhlulunun yaratdığı hidrostatik təzyiq;
6- yeraltı və əsaslı təmir zamanı metalın yeyilməsi hesabına
kəmərin divarının qalınlığının azalması və s.
Neft və qaz quyularında olan qoruyucu kəmərlərə quyunun
qazılmasından
başlayaraq,
onun
sementlənməsi,
mənimsənilməsi və sonrakı istismar zamanında uzun müddət
işləyən inşaat tikintisi kimi baxmaq olar. İstər aralıq, istərsə də
istismar kəmərləri göstərilən zamanlarda gedən texnoloji
proseslərdən asılı olaraq müxtəlif yüklərin (qüvvələrin) təsirinə
uğrayır. Həmin yüklərə qarşı qoruyucu kəmər müqavimətli
olmaq üçün, layihələndirmə zamanı təsir edən yüklərin təbiətini
(əmələ gəlmə və təsir etmə şəraitini) və qiymətinin dəyişilməsi
xarakterini öyrənmək lazımdır. 
Məlumdur ki, hər bir qazılan dərin quyuya ardıcıl olaraq bir-
birinin içərisindən keçən konduktor, aralıq və istismar kəmərləri
buraxılır. Əgər istismar kəməri layihə dərinliyinə buraxılıb
sementlədikdən qısa müddət sonra istismara verilirsə, aralıq
kəmərlər sementləndikdən sonra onların içərisilə uzun müddət
endirmə-qaldırma işləri və qazıma prosesi aparılır və bu müddət
ərzində qoruyucu kəmər başmaqdan aşağı açıq qalan quyu divarı
şəraitində daxili və xarici təzyiq qüvvələrinin təsirinə uğrayır.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə