Neft firtinasi


Neft vəsiqəsi necə oğurlandı



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə9/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   5   6   7   8   9   10   11   12   ...   63

Neft vəsiqəsi necə oğurlandı
 
Neft, Rusiya ilə İngiltərə arasında 1906-cı ildən etibarən İran​da ağla gəlməyəcək daxili mübarizələrə
və qətllərə səbəb oldu.
D’Arcy bu möhtəşəm və qiymətsiz vəsiqəni aldıqdan sonra dər​hal yol hazırlıqlarına başladı və
dərhal Misirə yola düş​dü. Ka​nadalı mühəndisin niyyəti Qahirədə bir müddət qalmaq, din​cəlmək və
oradan Londona- vətəninə getmək idi.
Villiam Knot D’Arcy həyatından, əlindəki vəsiqəyə sahib ol​maqdan məmnun halda, Qahirənin
görməli yerlərini gəzir, sonra da günün yorğunluğunu çıxartmaqdan ötrü otelə dönür, kimsə ilə
təmasda olmadan otağında oturur və ibadətlə məşğul olurdu .
Yenə belə günlərdən birində Qahirənin görməli yerlərini gəz​məyə çıxmışdı.Otelə döndüyü vaxt
otağının axtarılmış olduğunu gördü. Otağını axtaranların Müzəffərəddin şəhdan aldığı vəsiqəni əldə
etmək istəyənlərin ola biləcəyini düşündü. Halbuki, bu vəsi​qənin onda olduğunu şahdan başqa heç
kimsə bilmirdi. Bunları düşünsə də daha bu hadisənin üstündə çox dayanmadı. Hətta otelin
sahiblərinə belə xəbər vermədi. Lakin elə o an Qahirədən ayrılmaq üçün hazırlıqlara başladı.
Otel otağının axtarılması hadisəsinin üzərindən iki gün keç​miş​di ki, onu ziyarətə gələn iki şəxs, 28
May 1901-ci il tarixli və İran şahı Müzəffərəddinin imzasını daşıyan və ona İran əra​zilə​rində
hüdudsuz imtiyazlar bəxş edən vəsiqəni satın almaq istədik​lərini söylədilər. Bu iki şəxs açıq-aydın
bazarlığa gəlmiş​di​lər. La​kin D’Arcy, nəinki belə bir təklifi qəbul etmək, hətta belə bir sözü eşitmək
istəmirdi.Vəsiqəni verə bilməyəcəyini, hətta vəsiqənin ya​nın​da olmadığını bu iki şəxsə söylədi və
təkliflərini qəbul etmə​yəcəyini aydın şəkildə bildirdi. Bu şəxslər isə onun söz​lərinə əhə​miyyət belə
vermirdilər. D’Arcy hər dəfə etiraz etdikdə, onlar vəsiqənin qiymətini bir az də qaldırırdılar. Bu
adamların özlərini aparmalarından belə görünürdü ki, onlar nə olursa olsun vəsiqəni almaqda qərarlı
idilər və onun üçün də vəsiqənin qiymə​tini dur​madan artırırdılar... Nəhayət qoca kanadalıya bir
sərvət tək​lif olun​du. Bu sərvətin miqdarı altı milyon sterlinq idi. Lakin D’Arcy vəsi​qəni satmamaqda
qərarlı idi və beləcə iki məchul şəxs əlləri boş çıxıb getdilər.
D’Arcyin otelində bu iki məchul şəxs ilə etdiyi söhbətin üs​tün​dən iki gün keçdi. Onu Londona
aparacaq olan gəminin gecik​məsi səbəbindən, Qahirəni gəzməyə çıxdı. Avtomobillə gəzmək​dən otelə
dönərkən, mindiyi maşına bomba atılmış, lakin möcüzə nəticəsində ona bir şey olmamışdı. D’Arcy,
sui-qəsddən qurtulma​sının səbəbini etdiyi ibadətlərdə görürdü. Bu düşüncə onun beyninə elə
yerləşmişdir ki, bundan sonrakı həyat yolunu da bu xətt üzərinə davam edəcəyinə qərar vermişdir.
Bundan sonrakı həyatı kilsəyə yardımla keçəcək və həyatının qalan hissəsini də ibadətlə sona
vuracaqdır. Bu düşüncə ilə otelə dönər dönməz, Londona gedəcək ilk gəmi ilə hərəkət etmək üçün
hazırlıqlqarını tamamladı və ertəsi günü Port Səiddən keçən bir ingilis yük gəmisi ilə yola düşdü.
Villiam Knot D’Arcy gəmiyə mindiyi andan etibarən ona ayrılan kiçik kayutasına qapandı və
günlərini tamamilə ibadətdə keçirdi. Gəmidə onun kimi əlində İncil tutaraq mütəmadi olaraq oxuyan
bir rahib də vardır. Gəminin gediş jurnalında bu rahibin İngilis Somalisindən mindiyi yazılırdı.
D’Arcy, bu gənc anqilikan rahibi ilə dostluq əlaqələri qurdu.
Artıq dindar iki insan, D’Arcy və anqilikan rahibi hər an bə​ra​bər olurdular. Birlikdə etdikləri göyərtə
gəzintiləri zamanı gənc ra​hib, mütəmadi olaraq Həzrəti İsadan, xristianlığın inkişafı üçün sərf edilən
əziyyətlərdən, qatlanılan məşəqqətlərdən, bu məşəq​qət​lə​ri dəf etmək üçün insanların göstərdikləri
səylərdən bəhs etmək​lə, bir növ moizələr oxumaqda idi. D’Arcy, bu moi​zələri diqqətlə din​ləyirdi. Bir


gün D’Arcy gənc rahibə həyatının ən böyük sirrini ver​di.
Bəli, tam altı milyonluq sterlinqə, həyatını məhv etmək üçün girişilən süi-qəsdlərə baxmayaraq,
vermədiyi imtiyaz işini bu iman​lı gənc rahibə anlatdı. Başına gələnləri bir-bir ona danışmaqla
kifayətlənmədi, eyni zamanda vəsiqəni də rahibə verdi. D’Arcy saf niyyətlə vəsiqəni kilsənin
tabeliyinə verdiyini, bu vəsiqə va​sitəsilə İranda çalışacaq olan missionerlərin İran xalqını sürətlə
xristianlaşdıracaqlarına ümid edirdi. Villiam Knot D’Arcy artıq məsut və arxayın idi. Vəsiqəni gənc
rahibə verdikdən sonra birlik​də gəminin kilsəsinə enərək, ibadətlərini etdilər və D’Arcy orada gənc
rahibə bütün həyat hekayəsini danışdı. Bilərəkdən və bilmə​yə​rək​dən işlətdiyi günahlarınin
bağışlanması üçün Allaha yalvardı. Beləcə zavallı D’Arcy, bütün günahlarının təmizlən​di​yinə
inanmış halda rahat nəfəs aldı.
Gənc rahib D’Arcyin vəsiqəni ona verdiyi anda, qocaya bu və​si​qə​ni Londona çatan kimi kilsənin
tabeliyinə verəcəyini bildirir.
Günlər beləcə keçdi. Onların yolçuluqları artıq son mərhələyə gəlib çatmışdır... D’Arcy, əlində
çamadanları qayıqdan körpüyə enərkən, gözləri ilə gənc rahibi axtardı. Onu görmədi. Gözlə​di... “Bəl​-
kə taparam” deyə düşündü... Elə bil yer yarılıb gənc rahib içi​nə girmişdi. Beləcə, D’Arcy üçün gənc
rahib də, qiymətli vəsi​qə də qeyb olmuşdu... Zavallı qoca, saf niyyəti ucbatından qiymətli bir sərvəti
əlindən qaçırmışdı.
Kimdir bu gənc rahib?...
Bu qiymətli vəsiqəni anqilikan kilsəsinə təslim etmək üçün D’Arcyin əlindən alan rahib əslində nəçi
idi?.. İndi bilirik ki, bu gənc rahib, İngiltərə Entellijans Servisinin ən çox güvənilən əmək​daşlarından
biri idi. Əsl adı Roznblum olan bu yəhudi əsilli şəxs 1921-ci ildə Petroqradda bolşevik lideri Leninə
bir fransız casusu ilə birlikdə uğursuzluqla nəticələnən sui-qəsd planlaşdırdığı üçün yaxalanıb
güllələnən Sidney Reyi idi.
Beləliklə Entellijans Servis Misirdə D’Arcyi öldürməyə təşəb​büs göstərdiyi, böyük bir sərvət verib
ala bilmədiyi vəsiqəni Sid​ney Reyi vasitəsiylə həm də bir sent belə ödəmədən ələ keçirmiş​di...
Entellijans Servis, bu vəsiqə ilə əlinə ağlagəlməz bir imtiyaz ke​çirmiş oldu. Mazandaran, Xorasan və
Astarabad xaricində qalan bü​tün İranın yeraltı və yerüstü sərvətləri qeyri-şərtsiz bu servisin əli​nə
keçdi.
 
 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə