Neft firtinasi


VİLLİAM KNOT D’ARCYİN MACƏRASI



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə8/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   4   5   6   7   8   9   10   11   ...   63

VİLLİAM KNOT D’ARCYİN MACƏRASI
 
 
D’Arcy Iranın hər tərəfində durmadan nefti axtardı. Onu bu araşdırmalarda ingilislərin qurduğu və
həmin dövrdə Orta Şərqin ən mühüm şirkətlərindən olan «Burmah Oyl» dəstəkləyirdi. Hər cür maddi
fədakarlıqdan qaçmayan şirkətin tək istədiyi yalnız nefti tapmaq idi. D’Arcy də durmadan,
dincəlmədən İranın dərinlik​lə​rində neft axtarırdı. Bu axtarışlar uzun müddət davam etdi, lakin heç bir
nəticə vermədi. «Burmah Oyl» şirkətinin idarəçiləri artıq İrandan ümüdlərini kəsdilər. Şirkət bu
qənaətə gəldikdən sonra D’Arcyə verdiyi krediti kəsmək qərarına gəldı. D’Arcy isə buna
baxmayaraq, ümidini kəsməmişdi. O, İranda neft tapacağına çox inanırdı. “Burmah Oyl” krediti
kəsdikdən sonra D’Arcy nəfəs dər​mədən Londona getdi və şirkət idarəçiləri ilə görüşdü. Lon​donda,
qaranlıq və alaqaranlıq otaqlarda ingilis bankirlərindən​ gələcək axtarışlar üçün yenidən pul almağa
nail oldu. Böyük bir əzm və inadla İrandakı neft axtarışlarını davam etdirən D’Arcy isdədiyinə nail
ola bilmirdi. Neft sanki İrandan qeyb olmuş, Atəş məlakəsinin məmləkətini nura qərq edən qüdrət
sirrə dönmüşdür.
D’Arcy, tarixdən oxuduqlarından, öyrəndiklərindən bilirdi ki, İran torpağında neft var. Bu tarixi
məlumatlardan əlavə, geoloji tədqiqatlar və hesabatlar da bunu təsdiqləyirdi. İrandakı hər şey bu
məmləkətdə kifayət qədər neftin olduğunu göstərirdi. Lakin bu neft harada idi? Bu suala cavab verilə
bilmirdi. Beləliklə,Villiam Knot D’Arcyin bütün əməkləri boşa çıxdı. Londondakı bankirlər də artıq
ona pul vermək istəmədilər və krediti kəsdılər.
Buна görə də «Burmah Oyl» da İran neft sahələrindən ümi​dini kəsməli oldu. «Burmah Oyl» İranda
neft tapmaq üçün tam altı milyon sterlinq xərcləmişdir.
Villiam Knot D’Arcy Londona etdiyi səyahətdən sanki arxa​sınca qovurmuşlar kimi İrana geri döndü.
İranda çalışdığı vaxtlar​da bir mühəndis olaraq əvvəllər Nəsrəddin şaha, sonra da Müzəf​fər​ddin şaha
xidmət etdi. Hər iki şahla yaxın dostluq onun İran sarayında teknika üzrə müşavir olaraq yüksək
mövqeyə çat​masına səbəb oldu. Londondan İrana döndüyü vaxt pulsuz, bütün ümidləri qırılmış,
əhval​-ruhiyyəsi olmayan bir insan idi. Lakin İran sarayın​dakı teknika üzrə müşavir vəzifəsinə təkrar
başlayınca iş dəyişdi. Artıq D’Arcyin əli pulla oynayırdı. Elə bu vaxtlar Müzəffərəddin şah İranda
dəmiryol çəkilməsinə qərar verdi və dəmiryolunun inşa​sında D’Arcyə də vəzifə tapşırdı. Xəttin bir
qisminin çəkil​məsinə D’Arcy rəhbərlik edəcəkdir. Xeyli yaşlı olan D’Arcy, bu inşaatdan çoxлу pul
qazandı. Ümidini itirdiyi üçün neft onu artiq ma​raqlandırmırdı. Çoxlu pulu olmasına baxmayaraq, neft
işinə təkrar dönmədi. Onun həyatda artıq istəyəcəyi bir şey qalmamış​dır. Kənara çəkilib, əlindəki bol
pulla rahat bir həyat sürə bilərdi. D’Arcy artıq bunu düşünürdü. Ömürü boyu xristian olduğu üçün,
indi dinə tamamən qapanmağı, tərki-dünya olmağı qərara almış​dır. D’Arcy bu qərarı verdikdən sonra
tam bir missioner kimi, dünyə​vi olan hər bir işi buraxdı, yalnız axirəti fikirləşməyə başladı. Beləcə,
aylar keçdi. Günlərin bir günü Müzəffərəddin şaha gələn hesa​batlar içərisində bir dənəsi şahın
fövqəladə sevincinə səbəb oldu. Hesabat, İranın cənubunda Xuzistan əyalətində açıqlıqda axan və
odla dərhal alışan xam neftin mövcudluğundan bəhs edir​di. Müzəffərəddin şah vəziyyəti öyrənməyi
D’Arcyə tapşırdı. İranda neft tapılmışdır. Ancaq D’Arcyin neftə qarşı heç bir mara​ğı qal​ma​mışdı.
Lakin getməyə də bilməzdi, verilən əmri verinə yetir​məyə borclu idi. Neftin tapıldığı Xuzistan
əyalərinə getdi, nef​ti yaxından gördü və müəyyən tədqiqatlar apardıqdan sonra, hazır​la​dığı hesabatı
şaha təqdim etdi. Bu hesabatda Xuzistan əyalətində zəngin neft yataqlarının tapıldığını və bu neftin


açıqdan axdığı bildirilirdi. Şah, bu hesabatda verilən müjdəyə çox şad oldu və D’Arcyi
mükafatlandırdısa da buna baxmayaraq, nefti işlətmək və ya ondan istifadə etmək qərarına gəlmədi.
Lakin ingilislər Xuzis​tan əyalətində neftin tapılması xəbərini almış, artıq hazırlıqlara başlamışdılar.
İngilislərin məsələni bildiklərindən xəbərsiz olan şah, bu işin üstünü beləcə ört-basdır etdiyini
düşündü və həqiqətən də uzun müddət neftdən heç bəhs edilmədi.
Qoca D’Arcy isə, bu son vəzifəsindən sonra özünü tamamilə dinə həsr etdi. Hətta çağrılmadıqca,
şahın hüzuruna belə getmirdi. Belə hərəkət etməklə o özünün yaddan çıxarılacağını zənn edirdi. Artıq
həddən artıq qocalmış D’Arcy, birdən-birə məmləkətinə get​məyi qərara aldı. Bu arzusunu şaha ərz
etdiyi vaxt, Müzəffə​rəd​din şah ciddi şəkildə mütəəsir oldu. Onu İranda yubandırmaq üçün nə
mümkünsə etdi, lakin qoca D’Arcy yaşının xeyli keçdi​yini, öz vətəninə gedib orada ölmək arzusunda
olduğunu bildirin​cə, şah onun getməsinə icazə verdi.
Müzəffərəddin şah çox sevdiyi D’Arcyi məmnun etmək üçün ona hədiyyə ərməğan etmək istədi.
D’Arcy sərvətdə gözü olmadığını bildirsə də onun özünün də bəzi gizli niyyətləri olduğu anlaşıldı.
Beləliklə D’Arcy pul və cəvahirat kimi qiymətli şeyləri rədd edərək, şahdan İranda torpağın həm
altında, həm də üstündə araşdırmalar aparmaq üçün icazə verməsini xahiş etdi və bu ica​zəni də aldı.
Müzəffərəddin şah sevimli müşavirinin bu arzusunu necə rədd edə bilərdi? O, bu icazəni verməkdə
bir qəbahət də gör​mürdü. Bax beləcə, kanadalı mühəndis Villiam Knot D’Arcy bu gün ətrafında
qorxunc mübarizələrin cərəyan etdiyi İran neftinin imti​ya​zını əldə etdi. Müzzəffərəddin şahın özünün
verdiyi fər​man​da eynilə bunlar yazılırdı:
“Kanada hökuməti ilə İran şahənşahlığı arasında mövcud olan çox səmimi münasibətlərə əsaslanaraq
Kanada hökuməti təbəəsindən Villiam Knot D’Arcyə, əqrəbalarına, dostlarına və yaxınlarına 60 il
müddətinə İran Şahənşahının tabeliyində olan torpaqların dərinliklərində istədikləri şəkildə sərbəst
araşdır​ma və tədqiqat aparmaq səlahiyyəti verilsin. Göstərilən bu sə​lahiyyətdən və sərbəstlikdən
yararlanan Kanada höküməti tə​bəəsindən olan Villiam Knot D’Arcy və ya əqrabalarının, yaxın
dostlarının təsbit edərək işlədəcəkləri bütün yeraltı və yerüstü sərvətlər onların şəxsi qanuni malı
olacaqdir.”
Müzəffərəddin şah D’Arcyə bu geniş imtiyaz vəsiqəsini ver​dikdən beş il sonra 1906-cı ildə vəfat
etdi. Yerinə oğlu Mə​həm​mədəli İran şahı oldu və İran üçün əsl fəlakətli dövr də elə bu ta​rix​dən sonra
başladı.
 
 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə