Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə11/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

sahələrində və xüsusilə Osmanlı İmperiyasının torpaqlarında geniş fəaliyyət göstərmişdir. 1911-ci
ildə Rusiya və Rumıniyada və​zifə başına keçirdilən bu iblis zəkalı adam, 1921-ci ilə qədər Ru​siyada
çalışdığı və bu tarixdə yuxarıda da bildirdiyimiz kimi Leni​nə Petroqradda bir sui-qəsd hazırladığı
üçün yaxalanıb güllələnə qədər müxtəlif tapşırıqları həyata keçirmişdir. Ancaq, Sidney Reyi
Rusiyaya getməmiş​dən əvvəl, Rumıniyada ingilislərin mübarizə apardığı ruslar və almanlarla çətin
bir döyüşə girərək müəyyən işlər görə bilmişdir. O, bu məsələni ingilislərin xeyrinə həll etdik​dən
sonra da Rusiyaya gedir və orada məsləkini də, həyatını da sona çatdırır.
 
 


RUMINİYADA NEFT SAHƏLƏRİ
 
 
XX əsrin əvvəllərindən etibarən Avropa qitəsinin neft sahələri​nə sahib olan məmləkətlərdən
Avstriyada, Macarıstanda, Polşada, Çexoslavakiyada və Rumıniyada alman-ingilis-rus-amerikan və
fran​sız sərmayəçiləri ilə bərabər gizli kəşfiyyat orqanları da müba​rizəyə başladılar. Lakin Fransa ilə
Amerika bu mübarizəyə girmiş olmalarına baxmayaraq, əsas mübarizə İngiltərə-Almaniya-Rusiya
üçlüyü ətrafında cərəyan etmişdir. Dünyanın o zaman böyük döv​lətləri olan bu üç dövlət arasındakı
mübarizənin ilk raundunu ingi​lislər və almanlar qazanaraq Rusiyanı aradan götürdülər. Orduları​nın
əzəməti və hər keçən gün qüdrətı artan donanması sayəsində Almaniya 1890-cı ildən etibarən hər
yerdə və hər sahədə ingilislər​lə rəqabət aparırdılar. Lakin Rumıniyaya nisbətən çox zəif neft
ehtiyatlarına malik olan digər Avropa dövlətlərindəki mübarizəni tərk edən almanlar, bütün
qüvvələrini Avropanın, hətta dünyanın sayılan neft ehtiyatlarına sahib olan Rumıniyaya yönəltdilər.
Təbii ki, bu mübarizə tərzi pərdə arxasında qalırdı və mübarizə banklar və gizli casuslar vasitəsiylə
aparılırdı.
Hər iki böyük dövləti Rumıniyada qarşı-qarşıya gətirən ünsür, hər səfərində olduğu kimi yenə də neft
sahibkarları idilər. Al​man​lar bu mübarizəyə “Deutsche Orient Bank”ın maliyyələşdir​di​yi “Union
Petrolifere Europenne” neft şirkəti ilə girdilər. Al​man​la​ra qarşı ingilislər isə, “Royyal Datç-Şell
Qrup” ilə mü​ba​rizəyə qa​tıldılar. Beləcə Deterdinq Rumıniyada da səhnəyə çıx​dı.
Almanların qurduğu “Union Petrolifere Europenne” şirkəti, “Deutsch Orient Bank”ın da dəstəyi ilə
Rumıni​ya​da qısa zaman​da müvəffəqiyyəti təmin etdi. Almanlar bu uğur​larında Rumıniya kralının
əslən german olmasından geniş şəkildə istifadə etmişlər və ingilislərin bəzən sərt, bəzən yumşaq,
lakin daima hədəfə çatan siyasətlərinə baxmayaraq, keçici də olsa bir müvəffəqiyyət təmin etdilər. Bu
müvəffəqiyyət Rumıniya neft sahələrində almanların aldıqları imtiyazla təzahür etmiş oldu.
“Deutsch Orient Bank” Rumıniyada ingilis casuslarının və Deterdinqin adamlarının bütün səylərinə
baxmayaraq, fövqəladə qiymətli bir casus olduqları aldıqları nəticə ilə özlərini doğrultmuş üç şəxsə
borcludur. Bu üç adam, xüsusilə Balkan yarımadasında alman iqtisadi mənfəətlərinin təminatı üçün
çalışan France, Pre​user və Erasmusdu. Bu üç qüdrətli casusun böyük səylərinin nəticəsidir ki,
almanlar uzun illər Rumıniyanın neft sahələrindən istifadə etdikləri kimi Balkan siyasətində də
müvafiq bir yol təqib etmək imkanlarını əldə edə bilmişlər.
Lakin ingilislər də bu mübarizədə boş durmamışlar. Başda Sid​ney Reyi olmaqla Entellijans Servisin
və Deterdinqin özü ca​sus ordusunun ən seçilmiş üzvlərini səfərbər etdilər. Bu casus​ların gördükləri
işləri dəyərləndirən Deterdinq də İngiltərə hö​ku​mətinin geniş yardımı ilə Rumıniya neft sahələrində
imtiyaz sahibi oldu. İngilislərin Rumıniya neft sahələrinə girdikləri və imtiyaz aldıq​larını görüncə,
“Deutsch Orient Bank” bir tərəfdən, alman ordu​sunu bir əjdaha kimi rumın hökumətinin qar​şı​sı​na
dikən alman hökuməti də digər tərəfdən etdikləri müştərək təzyiq sonunda ingilisləri 1907-1918 illər
arasındakı 11 illik dövr içərisində demək olar ki, tamamilə Rumıniyadan uzaqlaşdırmağa nail oldular.
Almaniya, dünya hakimiyyəti yolunda hər hansı bir qaçılımaz hadisəni qəbul etmiş və mübarizələrinin
mərkəzini bu fikir üzərin​də qurmuşdur. Gələcəkdə baş verə biləcək hərbdə neftin qiymətini qətiyətlə
təqdir və təsbit də etmişdir. Əsasən alman zavodları hərb ləvazimatları emal edərkən, gələcəkdə baş
verəcək hərbdə neft ilə iş​lə​yəcək təyyarə və yeni silah növü olan tankları da gizli silah ola​raq istehsal
edirdilər. Tanklar da, təyyarələr də neft ilə işlədik​lərinə görə, alman sərkərdələri üçün neft vaz


keçilməz bir maddə olurdu. Almanların Rumıniyada və Orta Şərqdə apardıqları mübarizənin əsas
səbəbi də bu idi. Bu baxımdan da almanlar ingilislərin Ru​mı​ni​yaya girmələrini əsla xoş qarşılamamış
və onları rumın neft sahələrindən heç olmasa bir müddət uzaqlaşdırmağa müvəffəq ol​muş​dular.
1907-ci ildə Rumıniyada məğlub olacaqlarını anlayan ingilis​lər həmin ildə Rusiya-İngiltərə-Fransa
arasında bir anlaşma aktına təşəbbüs göstərmişdir. Sonradan Birinci Dünya müharibəsinin qa​lib
dövlətləri olacaq bu ittifaqa “İtilaf-ı Müsəlləs” (Üçlər İttifaqı) adı​ veriləcək və Almaniya məğlub
ediləcəkdir. Beləliklə, Rumı​ni​ya və Orta Şərqdə ingilis-rus-alman-fransız neft mücadiləsi bir dünya
müharibəsinin ilk toxumlarını atır.
İngiltərə, “İtilaf-ı Müsəlləs”i qurduqdan sonra, Almaniyaya qarşı daha ciddi və təsirli bir siyasət
tətbiq etməyə başladı.
Alman imperatoru Vilhelm İngiltərənin təhrik və israrı ilə im​zalanan “İtilaf-ı Müsəlləs”in Almaniyaya
qarşı bir ittifaq ol​du​ğunu yaxşı bilirdi. İngilisləri olduqca yaxından tanıdığı üçün də qəfil ovlanmaq
istəmir və mütamadi olaraq silahlanırdı. Bu silah​lanma isə alman ordularını yenilməz bir qüdrət
halına gətirir və hər keçən gün bu qüdrət artırdı. Vilhelm, alman diplomatiyasını “İti​laf-ı Müsəlləs”
üzərinə hərəkətə keçirdi və bu ittifaqa qarşı bir it​ti​faq olan “İttifaq-ı Müsəlləs”i qurdu. “İttifaqı-
Müsəlləs” (Üçlü İt​ti​faq) Almaniya-Avstriya-Macarıstan İmperiyası və İtalya arasın​da qurulmuşdur.
Dünya bu iki ittifaqın bir-biriləri ilə rəqabət aparmaları nəticə​sində sürətlə bir müharibəyə doğru
gedirdi. Alman imperatoru Vil​helm bu nəticəni hamıdan dəqiq olaraq müşahidə edir, bunun üçün də
bütün imkanlarını səfərbər edərək qəfil hücuma məruz qalma​maq üçün müharibəyə hazırlaşırdı.
Bu hazırlıq, qaçınılması imkansız bir dünya müharibəsində al​man ordu və donanmasının hərəkət
gücünü artırmağa yönəlmişdi. Əlbəttə ki, bu hərəkətin gücünü artırmaq üçün də neftə ehtiyac ol​du​-
ğunu Almaniya çox gözəl bilirdi. Bu səbəblə almanlar, Rumıni​ya neft sahələrini ələ keçirdikdən sonra
dönüşlü bir fəaliyyətə başladılar. Vaxt itirmədən qazıntılara başladılar və dörd yerdə neft tapdılar.
Quyular yaxşı neft verirdi. Onlar neft tapdıqları sahələri istehsalı artırmaq üçün dörd ayrı məntəqəyə
ayırdılar. Birinci mən​təqə Prahova idi. Bu məntəqənin başlıca neft sahələri də Ploeş​ti, Bustenavi,
Camina, Baiconi, Moreni və Tintea idi.
İkinci məntəqə Dambovitsza idi. Bu məntəqənin başlıca neft sahəsi Tarqorista idi.
Üçüncü məntəqə Buzao idi. Əsas neft sahəsi Policiori ilə Sara​ta idi.
Dördüncü məntəqəni təşkil edən Bucau isə başlıca olaraq iki neft sahəsinə ayrılmışdır. Bu neft
sahələri də Semes ilə Moinesti idi.
Almanlar Rumıniyanın neft sahələrini beləcə dörd məntəqəyə ayırdıqdan sonra dərhal və ən geniş
şəkildə istehsala başladılar. Almanların Rumıniya neft sahələrindəki parolu bu idi: “Çox... daha çox
neft istehsal etmək... Durmadan, dincəlmədən çalış​maq və qüdrətli alman hərb mexanizminin hərəkət
qabiliy​yətini artırmaq...”
Ancaq belə bir çalışma sonunda qorxunc alman mexanizmini hərəkətə gətirərək alman dövlətinin
təsbit etdiyi dünya hakimiyyəti siyasətinin həyata keçmə şansını artırdı. 1910-cu ilə qədər həqiqə​tən
bu sürətlə çalışan almanlar, mütamadi olaraq dünya hərbi üçün böyük tədarüklər gördülər. Birinci
Dünya müharibəsi başlamazdan əvvəl Rumıniya neft sahələri üzərindəki hissələr bu şəkildə təsbit
edilmişdir: Almaniya 120 milyon rumın pulu ilə başda, onu 95 mil​yon ley ilə İngiltərə təqib edirdi.
Digər hissələr isə bu şəkildə bölünmüşdülər: Hollandiya 60 milyon ley, Fransa 30 milyon ley,
Amerika Birləşmiş Ştatları 25 milyon ley, Rumıniya 17 milyon ley, Belçika 15 milyon ley, İtaliya 6
milyon ley və Avstraliya 5 milyon ley.
Rumıniya neft sahələri üzərindəki hissələr Birinci Dünya mü​ha​ribəsinin başlanğıcına qədər eyni ilə


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə