Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə6/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   2   3   4   5   6   7   8   9   ...   63

qarşı mübarizəni davam etdirdi.
 
 
 


DETERDİNQİN ORTA ŞƏRQƏ ƏL ATMASI
 
 
Deterdinq Amerikada neft uğrunda mübarizə apardığı sıralar​da Orta Şərq və Avropada da
dayanmadan neft axtarırdı. Bu məm​ləkətlərdən, xüsusilə, Orta Şərqdə İranda neft çıxartmaq səlahiy​-
yətlərini əldə etmək üçün çalışırdı. Bir başqa ingilis neft şirkəti olan “Burmah Oyl” da Deterdinqin
bu fəaliyyətinin mərkəzi olaraq Orta Şərqdə çalışırdı.
XIX əsrin sonlarında, bütün Avropa dövlətləri Orta Şərqdə Osmanlı İmperiyası hüdudları içərisində
tapılan yeraltı sərvətlərə və həm də İrandakı çox zəngin neft ehtiyatlarına göz dikmişdilər.
XIX əsrin sonlarında, dünyanın dörd böyük dövləti- İngiltərə, Almaniya, Rusiya və Fransa bu
mübarizəyə atılmışdılar. Tarix ki​tab​larının “Şərq siyasəti” adını verdikləri bu mübarizənin mərkə​zini
neft təşkil edirdi. 1854-cü ildə ilk öncə Qaliçyada tapılan neft​dən sonra, Avropanın gözləri bu yeni və
kirli rəngli yeraltı sərvətə dikilmişdi. İbtidai vasitələrlə qazılan neft quyuları üçün böyük mü​ba​rizələr
cərəyan etməkdə idi. Bu dörd dövlət yer altından püskü​rən neftin dəyərini bilir və onu əldə etmək
üçün durmadan bir-biri ilə mübarizə edirdilər. İngiltərə Hollandiya Hindistanında (İndone​ziya) bir
Hollandiya şirkəti ilə müştərək neft axtarışlarına başla​mış​dı. Bununla bərabər bir neçə şirkət də Orta
Şərqdə eyni məq​səd üçün çalışırdılar. İngilislərin Uzaq Şərqdə iki mühüm şirkəti vardı. Bunlardan
biri, Kessler adında bir şəxsin rəhbərlik etdiyi neft şirkəti (İngilis sərmayəsi ilə birləşdikdən sonra
“Royyal-Datç” adını almış şirkətdən söhbət gedir), ikincisi isə, “Burmah Oyl” adlı ingilis şirkəti idi.
Bu şirkətin sərmayəsinin İngilis Entellijans Servisi ilə Dəniz Birinci Lordluğuna aid olduğu haqqında
olduqca geniş qənaətlər vardır. “Burmah Oyl” Osmanlı İmperiyasının hüdudları daxilində olan İraq
və Ərəbistanın neft sahələri ilə İran neft sahələrində çalışır və bütün fəaliyyətini bu məntəqələrdə
cəmləşdirirdi. Bu sı​ralarda, Osmanlı İmperiyası ilə Almanya arasında bəzi ticarət mü​qa​vilələri
imzalandı. 1886-cı ildən etibarən almanlar “Deutsche Ori​ent Bank” ilə birlikdə, Almaniya və
Avropanın bir çox məm​lə​kət​lərində, Orta Şərqdə, Misir, İran və Osmanlı İmperiyası hü​dud​ları
daxilində müxtəlif şöbələr açmış olan Fələstin Bankı vasi​təsilə bu məntəqələrə və xüsusilə, Osmanlı
dövlətinə sərmayə ya​tırt​mağa başladılar. Bu banklardan “Deutsche Orient Bank” inşa​sını üzərinə
götürdüyü Anadolu və Bağdad dəmir yolları vasitəsilə Os​manlı İmperiyasına böyük sərmayə qoydu.
Beləliklə Bağdad xət​tinin inşası başlandı. Əslində almanlar bu xətti, Mosul neft sahələrini əldə etmək
üçün inşa edirdilər.
Beləcə, almanlar bu xətti inşa edərkən, İranda kanadalı bir mü​həndis səssiz-sədasız çalışmalara
başlayır və Atəş məlakəsi Hör​mü​zün məbədini tapmaq üçün tələb olunan icazəni alır.
 
 
 


İRANIN NEFT SAHƏLƏRİNİN ƏLDƏN
ÇIXMASI
 
 
Villiam Knot D’Arcy adlı kanadalı mühəndis London şəhə​rinin müəyyən dairələrindən maliyyə
yardımı əldə etdikdən sonra Nəsrəddin şahdan İranda arxeoloji araşdırmalar aparmaq üçün icazə
almışdır.
Villiam Knot D’Arcy tarixdə “Atəş məlakəsi” kimi tanınan Hörmüzün öz qüvvət və qüdrətini neftdən
aldığını bilirdi. Ar​xeoloji tətqiqatlar adı altında aparılan bu araşdırmalarda əsas məq​səd İranda nefti
tapmaq idi. Əslində bu arxeoloji tədqiqatlar onu zərrəcə maraqlandırmırdı.
Kanadalı mühəndis Villiam Knot D’Arcy İranda neft axtardı​ğı zaman, İranın daxili vəziyyəti də gərgin
idi. “Atəş məlakəsi”nin yurdu olan İranda, istər ingilislər, istərsə də ruslar və almanlar qiyməti hər
gün bir az artan nefti tapmaq və istismar etmək üçün amansız bir mübarizə aparırdılar.
Nəsrəddin şahın mütləq hakimiyyətinin davam etdiyi İranda isə Fransanın da qatılması ilə sayı dördə
qədər yüksəlmiş olan dünyanın böyük dövlətləri arasındakı mübarizə, hər gün artan bir sürətlə davam
edir və bu talesiz məmləkət bir cahan mübarizəsinin mərkəzinə çevrilirdi.
Rusiya İranda çox qüvvətli və qüdrətli bir təşkilat quraraq bir çox imtiyazlar əldə etmişdir.
İranın baş vəziri Əliəsfər xan qatı ruspərəst idi. Ruslar Əliəs​fər xan sayəsində, İrana hərbi qüvvə
gətirmiş, İran, ordu​sunun təlim və tərbiyəsini əllərinə almışdılar. Bu rus zabit heyəti içəri​sində,
xüsusilə, İran zabitlərini yetişdirmək vəzifəsini üzərinə götü​rən polkovnik Lyaxov, İran tarixində
məşum rolunu oyna​mağa başladı.
İranda mövcudluğu sabit olan neft, hələ yer üzünə çıxarılma​dan bu məmləkətdə dəhşətli rolunu
oynamağa başlamışdır...
Nəsrəddin şah və Əliəsfər xanın ruspərəstliyi günü-gündən xalqın onlara düşmən münasibət
bəsləmələrinə səbəb olurdu.
Şahın və baş vəzirin bu hərəkətləri İranda böyük mənfəətləri olan ingilisləri zorla mücadiləyə sövq
edirdi. Elə ingilislərin də istədiyi bu idi. Onlar üçün bundan münasib bir zaman tapıla bil​məzdi.
İngiltərə Entellijans Servisi və neft sahibkarlarının casusları dərhal fəaliyyətə keçdilər və hər bir
vasitəyə müraciət edərək şah və baş vəzirin əleyhinə kəskin bir təşviqata başlayaraq və müvəf​fə​-
qiyyətə nail oldular.
Şah və baş vəzir əleyhinə aparılan təşviqatları İngiltərədə təh​sil görmüş və ya görməkdə olan
ziyalılar idarə edirdi və geniş xalq kütlələrini şaha qarşı qaldırırdılar. Döv​rün ən böyük alimlərindən
olan Şeyx Cəmaləddin Əfqani də bu hərəkatı dəstəkləyənlər arasında idi. Hətta, hərəkatın bir növ
lideri hesab edilirdi. Əliəsfər xanın, bütün bu hadisələr qarşısında çarəsiz qaldığı və daha sərt
tədbirlərə əl atdığı ingilislərin xeyrinə idi. Əliəsfər xanın gördüyü ən şiddətli tədbir, İranda xalqın
çox sevdiyi, elminə hörmət etdiyi Şeyx Cəmaləddin Əfqanini ölkədən sürgün etdirməsi olmuşdur.
Lakin, bu tədbir də fayda verməmiş və şeyxin sür​gün edilməsi xalqın ona olan düşmənçiliyini daha da
artırmış​dır. İranda höku​mət tamamilə çarəsiz vəziyyətdə idi. Şeyxin sür​gün hadisəsi, on​suz da
qəzəblənmiş xalqın daha da coşmasına sə​bəb oldu. İndi İranda hər an qarşısı alınmaz iğtişaş baş verə
bilərdi.
Hökumət bütün bunları bilir, görür, lakin xalqın üzərinə daha çox getməyə ehtiyat edirdi. Əliəsfər xan,


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə