Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə12/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   8   9   10   11   12   13   14   15   ...   63

mühafizə edilmişdir. O ta​rix​dən sonra və Türkiyənin Birinci Dünya müharibəsində iştirakı ilə
Rumıniyanın işğalına qədər Rumıniya neft sahələrinin rumınlar işlətdilər. Ancaq üzdə belə
görünməsinə baxmayaraq ingilislər Rumıni​ya hökuməti ilə gizlicə anlaşaraq Rumıniya neft sahələrinə
müttə​fiq​lərindən xəbərsiz sahib olmuşlar.
Birinci Dünya müharibəsi Almaniya və müttəfiqləri olan Os​man​lı İmperiyası və Avstriya-Macarıstan
İmperiyasının məğlubiy​yə​ti ilə başa çatdıqdan sonra, Rumıniyanın neft sahələri də yeni bir statusa
malik oldu.
Hissələr ortaya çıxdığı zaman, bütün dünya müharibəsi döv​rün​də ingilislərin, dünyanın digər
tərəflərində olduğu kimi, Rumı​ni​ya neft sahələrinə də hakim olduğu həqiqəti ortaya çıxmış oldu.
Birinci Dünya müharibəsi sonunda imza edilən və Almaniya​nın məğlubiyyətini ortaya qoyan “Versal
müqaviləsi”, bütün Av​ropa və Orta Şərq neft sahələrində olduğu kimi Rumıniyadan da “Deutsche
Orient Bank”ın fəaliyyətini dayandırdı və bu bankın Rumıniya neft sahələri üzərindəki hissələrini də
ingilislərə verdi. Həqiqətən də 1928-ci ildə nəşr edilən rəsmi statistika məlumatları​na görə,
Rumıniya neft sahələri üzərindəki xarici hissələrin mənzə​rəsi aşağıdakı kimi idi:
1 milyard 250 milyon ley ilə İngiltərə başta, 670 milyon ley ilə Fransa və Rumıniya ikinci yerdə
idilər. Təqribən 380 milyon ley ilə Hollandiya, 120 milyon ley ilə İtalya, 80 milyon ley ilə Ameri​ka,
20 milyon ley ilə Belçika hissə sahibi olurdu.
Diqqət edilərsə, Birinci Dünya müharibəsinin başlanğıcında Rumıniya neft sahələrində ən çox hissə
payları olan dövlət Alma​ni​ya idi. Bu neft sahələrinə yatırtdığı sərmayə isə 120 milyon ley idi.
Halbuki, Birinci Dünya müharibəsindən sonra elan edilən his​sələr birinciyə nisbətən tam 10 dəfə
artmışdır. Bu artımın isə nef​tin Birinci Dünya müharibəsində yenidən icad edilən və neftlə işləyən
vasitələrin böyük bir sürətlə artmasından meydana gəldiyi açıq-aydındır. Ordular artıq təyyarə, tank
və mazutla işləyən nə​həng hərb gəmilərinə sahib idilər. Ayrıca hərbi qazanmaq üçün isti​fadə edilən
texniki vasitələr bu sahədə ağlasığmaz dərəcədə irə​lilədilər. Avtomobillər hər kəsə sərfəli bir
vasitədir və bütün bu va​sitələr, şəhərlərin elektriklərini təmin edən generatorlar və qovşaq​lar neft​lə
işləyirdi. Həqiqətən də neft bugünkü qədər çox sahədə is​ti​fadə olunmurdu. Lakin Birinci Dünya
müharibəsi nefti cahan​şü​mül bir qüdrət olaraq ortaya çıxartmışdır. Rumıniyada ingilis neft sahib​kar​-
larının bitmək bilməyən hikkələri və ingilis diplomatiyası​nın da yardımı ilə əldə edilən bu nəticə
böyük olmaqla birlikdə in​gilisləri əsla qane etmirdi. Çünki Birinci Dünya müharibəsinin qalibi,
dövrünün ən qüdrətli ordusuna sahib olan Fransa Rumıniya​da ingi​lis​ləri məmun etməyən bir hissəyə
sahib olmuşdur. İngilis​lər bu his​səni sanki istəmədən zorla vermişdilər. Çünki Fransa bu hissəni əldə
etməkdə israrlı idi. Lakin Fransa istər zor gücünə, istərsə də başqa yollarla olsun, özünə la​zım olan
nefti hələlik əldə etmişdir.
Artıq insanlara iztirab verən hərb bitmiş, sülh imzalanmışdır. Hər kəs Rumıniyadakı neft sahələrindən
payını almış, hüzur qa​zan​mışdır. Hər kəs razı idi. Hamı yeni bir dünya düzəni qurmaq istəyi arzusu
ilə təhlükəsizliyə qovuşmuşdur. Lakin əslində in​sanlıq üçün rahatlıq israrla aranan və əsla tapılmayan
bir şey idi. Həqiqətən də hərb bitmişdir. Lakin insanlar rahatlıq tapmışdı​lar​​mı? Hadisələr göstərirdi
ki, rahatlıq insanlıq üçün ilğımdan başqa bir şey deyildir. Dövlətləri idarə edənlər rahat və hüzur içə​-
ri​sində yaşayacaqlarına, millətlərinin irəliləməsi üçün çalışma im​kan​larını əldə etdiklərinə
inandıqları bu dövrdə, işlər yenidən qı​zışdı. Sülh aktı ilə birlikdə İngiltərə Entellijans Servisin və
Deter​din​qin casusları birgə fəaliyyətə başladılar. Əslində belə bir ayrı-sec​kilik etmək də doğru
deyildir. Çünki bu mübarizədə bütün bir casus ordusu yalnız nefti ingilislərə vermək üçün çalışmışı.
Rumıniyada fəaliyyətə keçən casus ordusu, bu məmləkətdə gə​lə​cəkdə törədiləcək bir neçə yeni


hadisələrin planını hazırladı. On​lar müxtəlif kanallardan hərəkətə keçərək rumın mətbuatını ələ
keçirdilər və ondan sonra da neftin milliləşdirilməsi fikri ətrafında geniş şəkildə təbliğat apardılar.
Aparılan təbliğat nəticəsində xalq mətbuatın bu fikri ətrafında toplandı. Deterdinq istədiyi nəticəni
əldə etmişdi. Xalq hazır idi və milliləşdirmə fikrini mənimsəmiş​dir. Geridə, rumın hökumətinə bunu
elan etdirmək qalırdı. Deter​dinq, heç bir məsələni təsadüflərin ixtiyarına buraxan bir adam deyildir.
O Ruminyadakı fəaliyyətini planlaşdı​rar​kən əlbəttə rumın hökumətini də nəzərə almaya bilməzdi. Bu
xüsusi təmin etmək üçün böyük səylər sərf etməyə lüzum qalmadı. Rumın hökuməti onların istədiyini
etməyə hazır idi. Beləcə in​gilislər, istədikləri hə​dəfə çatdılar.
1921-ci ildə rumın hökuməti yeni bir neft qanunu çıxartdı. Bu qanuna görə, Rumıniyada neft imtiyazı
və işlətmə haqqı alacaq olan şirkətlərin sərmayələrinin ən azı 60%-i Rumıniya sərmayəsi olacaqdır.
İngilislərin Rumıniyada uzun illərdən bəri çalışan şirkətləri var​dır. Ayrıca ingilislər rumınlarla da
ortaq iş qurmuşdular. Bu qanunun çıxdığı gün, Rumıniyada neft imtiyazı almış olan dövlət​lərin
mərkəzlərində bir bomba təsiri yaradarkən, Londonda sakitlik hökm sürürdü. Fransızlar,
hollandiyalılar və digərləri bu qanunu sərt bir şəkildə protest etdilər. Təbii ki, ingilis hökuməti də
buna qoşuldu. Onsuz da protest etməsə də, digər hissədar dövlətlərin nə​zəri-diqqətini cəlb edəcəyini
bilirdi. Buna imkan verməmək üçün də bu protestlərə daha əvvəl başladı. Lakin bütün bu protestləri
Rumıniya hökuməti eşitmir, sanki qulaqları tıxanmışdır. Verdiyi mə​​nasız cavablarla, bu protestlərə
əhəmiyyət vermədiyini və öz hüdudları daxilində istədiyi kimi hərəkət edə biləcəyini elan etdi.
Bu qanunu protestə etməyən və qanunun çıxarıldığı vaxt hər hansı bir təzyiq göstərməyən tək bir
insan, tək müəssisə, Rumıniya neft sahələrinin yarıdan çoxuna sahib olan “Royyal Datç-Şell Qrup” ilə
bu qrupun İdarə Heyətinin sədri Deterdinq idi. O, bütün bu təlaşlı çıxışlara, dövlətlərin etirazlarına
seyirçi qalmış və sadəcə gülmüşdür. Deterdinq insanların nələrdən xoş​lan​dığını, onları yola
gətirmənin necə mümkün olduğunu, hansı vasitələrlə müraciət ediləcəyini hər kəsdən daha yaxşı
bilirdi. Latın Ame​ri​kasında Amerika Birləşmiş Ştatlarının beynəlxalq miqyaslı böyük neft tresti
“Standard Oyl”ı bitərəfləşdirmək üçün tətbiq etdiyi üsul və metodlar ona bu sahədə çox geniş
təcrübələr qazandır​mışdı. İndi isə, o təcrübələrdən istifadə etmənin tam za​manı idi. O da bunu etdi.
Rumıniyada yeni neft qanununun qəbulu ilə birlikdə kisənin ağzını açdı. Rumıniya neft sahələrindəki
ha​kimiyyətini davam etdirmək üçün kimlərə və haralara nələr verdiyi bilinməz, la​kin ingilis
qızıllarının da cazibəsi təsirsiz qala bil​məz​di. Həqiqə​tən də digər dövlətlərə tətbiq edilən qanun,
Rumıni​ya​dakı ingilis-rumın iş adamlarının ortaq fəaliyyət göstərmələri səbəbindən De​terdinqin
başında durduğu trestə tətbiq edilmədi.
Beləcə bu tarixdən etibarən, Deterdinqin yük qatarları və gə​miləri Orta Avropanın və Aralıq
dənizinin ətrafında yerləşən məm​lə​kətlərin hər tərəfinə neft daşımağa başladılar. Nəticədə Steau
Romen nefti bütün Avropa bazarlarına hakim oldu.
Deterdinqin Rumınya neft sahələri üzərindəki hakimiyyəti 1924-cü ildən İkinci Dünya müharibəsinin
başladığı tarixə qədər bütün əzəməti ilə davam etdi. Ancaq, İkinci Dünya müharibəsi za​manı
Rumıniyanın neft sahələrinə əvvəlcə almanlar, sonra da kommunist bloku yiyələndi.
 
 
 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə