Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə63/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   55   56   57   58   59   60   61   62   63

lərini mübaliğəsiz deyə bilərik.
Rusiyanın daxilindəki hakimiyyət dəyişikliyindən sonra xarici siyasətində də bir neçə manevrlər baş
verdi. Rusiya hər şeydən əvvəl Türkiyəyə qarşı siyasətində dəyişikliklər etməyin vacibliyini anladı.
Bu məqsədlə mayın 30-da Rusiya tərəfindən Türkiyəyə ve​rilən notanın mətni Moskvada açıqlandı.
Burada ruslar Türkiyəyə sülh təklifi edirdilər.
1953-cü il mayın 30-da Moskvadakı türk səfirinə təqdim olu​nan notanın məzmunu aşağıdakı kimi idi:
«Boğazlar məsələsində Sovet hökuməti əvvəlki nöqteyi-nəzərini yenidən gözdən keçir​miş və
Türkiyənin də münasibətini qəbul etmişdir. Bu səbəb​dən də sovet hökuməti SSRİ-nin Türkiyəyə qarşı
heç bir tor​paq iddiasında olmadığını bəyan edir».
Ruslar bu nota ilə Türkiyədən torpaq tələbləri olmadığını söyləyərkən Stalin üsul-idarəsinin
Türkiyəyə mövqelərini də qəbul etmədiklərini ifadə etmək istəyirdilər. Bu Türkiyəyə Rusiyanın bir
sülh təklifindən daşqa bir məna ifadə etmirdi. Ruslar bu siyasətləri ilə İran neft ixtilafında açıqca
qərb dövlətlərini tutan və bu arada İran ilə İngiltərə arasında vasitəçilik edən Türkiyəni
müttəfiqlərin​dən ayırmağı düşünürdülər. Ancaq Rusiyanın yeni rəhbərliyinin bilmədiyi bir həqiqət
vardı. Türkiyəyə verilən nota bu xüsusu açıq​ca ortaya qoymuşdu. Onlar bilmirdilər ki, Türkiyə
hökuməti ilə bir​likdə türk ictimaiyyəti rus diplomatiyasına dünyada başqa heç bir dövlətin
anlamayacağı qədər agah idilər. Türk millətinin və hö​kumətlərinin rus siyasətinə bu münasibəti 350
ildə 12 dəfə ölüm-qalım mücadiləsi aparan bir millətin nifrətindən doğmaqda​dır.
Yeni rus notası Türkiyəyə verildikdən bir neçə gün sonra dörd qərb dövləti İranın neft
anlaşılmazlığını həll etmək üçün bir araya gələrək müqavilə imzalamağı qərara aldılar. Rusiya da bu
konfran​sa dəvət edilsə də yeni rus rəhbərliyi Qərb dövlətlərindən gələn bu təklifi rədd etmişdi.
Rusiyanın Bermuda konfransını rədd etməsi bu dövlətin İran neft ixtilafını sülh yolu ilə həll etmək
niyyətində olmadığını göstərmişdi.
Rusların Bermuda konfransını tanımadıqlarından sonra İstan​bul limanına doqquz gəmidən ibarət
qüdrətli bir Amerika donan​ma​sı gəlir və Dolmabaxça sarayının önündə lövbər salır.
Admiral Cassadynın komandanlığındakı bu donanmanın İs​tan​bula gəlmələri ilə birlikdə ingilis hərbi
gəmilərinin müxtəlif tarix​lərdə Türkiyəyə gəlmələri Rusiyanı yeni təşəbbüslərə əl atma​ğa sövq edir.
Rusiyanın yeni təşəbbüslərini Türkiyəyə siyasi təca​vüz kimi qəbul etmək olar.
Ruslar donanmaların gəlişi ilə əlaqədar olaraq Türkiyəyə yeni bir nota təqdim etmişdir. Ruslar bu
notada Türkiyə hökumətindən bu donanmaların gəlməsinin səbəblərini və məqsədlərini bilmək
istəyirdilər. Eyni zamanda uzun müddət Moskvada olan Rusiyanın Türkiyədəki səfiri Lavrişev dərhal
Ankaraya gələrək vəzifəsinə başlamışdır.
İstanbula qüdrətli bir Amerika donanmasının gəlməsi, Rusiya​nın türk hökumətinə bununla bağlı
verdiyi notalar da göstərir ki, Rusiya İran nefti haqqında güddükləri niyyətlərindən əl çəkməmiş​dir.
Hər an İrana müdaxilə etmək üçün fürsət gözləyən Rusiya İran nefti ixtilafında mühüm rol oynayan
Türkiyəyə gələn donanmala​rın ona təhlükə törətdiyini görürdü. Türkiyə sanki İran nefti ix​tilafının yeni
mərkəzi halına gəlmişdi.
Dünya narahat bir anlar yaşayırdı. İran nefti yenə dünya sülhü​nü hədələməyə başlamışdı. Görəsən
İran nefti yeni bir ixtilafa, silahlı bir mücadiləyə səbəb olacaqdırmı? Neftin olduğu hər yerdə, hər şey
düşünülə bilər və ona görə də qərarlar qəbul olunur​du. Əgər Qərb dövlətləri müəyyən tədbirlər
görməsələr idi, Rusiya çoxdan İrana girərək nəinki neftli ərazilərə, həmçinin isti dənizlərə də sahib
olardı.
İstanbul limanlarında lövbər salan Amerika donanması bir-ne​çə gündən sonra Türkiyə sularını tərk


etdilər. Bir müddət sonra da İngiltərənin Commenwealthinə daxil olan Hindistan donanması Tür​​-
kiyənin məhəlli sularında lövbər salmışdır. Vitse-admiral N.V.Dis​​kinsonun komandanlığı altında olan
bu donanma “Dehli” kreyseri ilə birlikdə dörd esminosdan ibarətdi.
Bismarkın təbiri ilə Rusiyadakı sarayın qapısı olan boğazların sahibi Türkiyə müttəfiqləri tərəfindən
daima xatırlanır və türk su​ları güclü donanmaların daima manevrlərinə səhnə olurdu.
Donanmaların Türkiyə sularına daxil olduqları günlərdə «Stan​dard Oyl» şirkəti ilə «Royyal Datç-
Şell Qrup» arasında bir müqavilə imzalamış və neft qiymətlərinə əlavələr edilmişdir. Bun​dan sonra
«Anglo İranian» ilə «Golf Oyl» neft şirkəti arasında da müqavilə bağlanmış və neftin qiyməti çəllək
başına 25 sent artı​rılmışdır. Şirkətlərinin neftə etdikləri əlavələr Küveytdə isteh​sal ediləcək neftə
şamil olunacaqdı.
Şirkətlərin neftin qiymətinə əlavələr etdikləri və donanmaların İstanbul limanlarında lövbər
saldıqları bu günlərdə Koreyada atəş​kəs müqaviləsi imzalandı. Bu atəşkəs müqaviləsi ilə əlaqədar
ola​raq Amerika prezidenti Eyzenhauer bir bəyanat verir və «Tək bir müharibə sahəsindəki atəşkəs
müqaviləsi dünya sülhü demək deyildir» deyir. Eyzenhauerin bu bəyanatının məzmunu aydındır. Bu
bəyanat Rusiyaya bir xəbərdarlıq idi. Çünki Koreya​da sülh müqaviləsi imzalanmış, ancaq Orta Şərq
qaynayırdı. Hər an İran nef​ti ixtilafı üzündən müharibə baş verə bilərdi. Ruslar Çexos​lovakiya,
Macarıstan və Polşada baş verənlərdən şübhələn​mişdi​lər. İndi növbə onlara gəlib çatmışdı. Ruslar
hərəkətə keçmə​yə qərar vermişdilər. Avropanın ölkələrində fəaliyyət göstərən Kom​​munist Partiyaları
Rusiyanın nəzarətində idi. Rusiya bu par​tiya​lardan vasi​tə olaraq istifadə edərək həmin ölkələrdə
qarışıq​lıq​lar törətməyə cəhd etdi. Fransada İhorezin sədrliyi altında təşkil olunmuş tətillər Fransada
böyük hərc-mərclik yaratdı. İtaliyada isə Tolyattinin kom​munist yoldaşları bir hökumət böhranı
yaratmağa nail oldular. Ancaq müttəfiq dövlətlər də boş durmurdular. Onlar, Rusiyanın Avropadakı
kommunist partiyalarının törətdikləri hadi​sə​lə​rin əsas səbəbini bilir və buna görə də əks-tədbirlər
görürdülər.
Tətillər və hökumət böhranları Fransa və İtaliyanı sarsıtdığı za​man İngiltərənin Ağ dənizdəki
donanmasının komandanı lord Luis Montbattenin tabeçiliyindəki 22 gəmidən ibarət çox güclü bir
ingilis donanması da İstanbulun limanlarına daxil olurdu.
İngilis donanması İstanbula gəldikdən iki gün sonra donanma komandanı Luis Montbatten Türkiyənin
rəhbərləri ilə görüşlər ke​çir​mək üçün Ankaraya gedir. İngilis admiralı Ankarada baş nazir Adnan
Mendereslə və digər səlahiyyətli şəxslərlə görüş​müş​dür.
İngilis donanmasının İstanbul sularına daxil olmasını bəhanə edən Rusiya dərhal hərəkətə keçdi və
Moskvadakı türk səfiri Ru​siyanın xarici işlər nazirinin müavini Zorinin yanına dəvət edildi.
Zorin Türkiyənin Moskva səfirindən İngiltərə və Amerika do​nanmalarının tez-tez Türkiyənin
limanlarında lövbər salmala​rı​nın səbəbini soruşdu və bir nota təqdim etdi.
Təbii ki, bu rus notası da əvvəlkilər kimi Türkiyəyə o qədər də təsir etmədi və Rusiyaya
donanmaların Montreaux müqaviləsinin maddələrinə görə və 15 gün əvvəldən xəbər vermək şərti ilə
Tür​kiyəyə dostanə səfərlər etdiklərini bildirdi.
Ruslar heç bir fürsəti gözdən qaçırmırdılar. Onlar Tehrandakı səfirlərini dəyişdirərək yerinə üsyan və
inqilablar törətməkdə bö​yük təcrübəsi olan Lavrentsevi təyin etdilər. Bu şəxs sonralar Tür​kiyədə də
səfir olmuşdur. Bu təyinatdan rusların İranda gələcəkdə hərəkətə keçəcəklərindən xəbər verirdi. Yeni
rus səfiri Tehrana gələr-gəlməz dərhal fəaliyyətə başladı. Elə gün olurdu ki, o gündə iki dəfə baş
nazir Müsəddiqin yanına gedərək ona nəyi necə et​məyi bildirirdi. Bu görüşlərdən də anlaşılırdı ki,
ruslar Müsəddiqi bir məmur kimi idarə edir, istədiklərini ona qəbul etdirirdilər.


Artıq Moskvanın rəhbərləri səviyyəsində İrana daxil olmaq qə​rarını qəbul etmək üçün bir iclasa
yığışdıqları zaman Ege dəni​zin​də müştərək türk-ingilis donanması da manevrlərə başladı. Bütün
bunlar neft məsələsinin ortada olmasından irəli gəlirdi. Rus​lar İra​na müdaxilə etməkdə qərarlı idilər,
ancaq bunu rus ordusu ilə hə​yata keçirməkdən artıq vaz keçmişdilər. Ruslar yeni səfirin köməyi və
rəhbərliyi altında Tehranda tudəçilərə həm maddi, həm də mə​nəvi baxımdan yardım edərək onlara
hakimiyyə​ti ələ al​maq​da şərait yaradacaqdılar.
Hakimiyyəti ələ alan tudəçilər dərhal rus ordusunu İrana dəvət edəcəkdilər. Səfir Lavrentsev Tehrana
gələr-gəlməz Müsəddiq​dən Rusiya-İran görüşmələrinə nəsə deyib-deməyəcəyini soruşur və müsbət
cavab alan kimi müzakirələrə başlayır.
İran-Rusiya müzakirələri əsasən üç istiqamətdə aparılırdı. Xü​susilə üçüncü maddə fövqəladə
əhəmiyyətə malik idi. Bu müzaki​rələrin əsas maddələri aşağıdakılar idi:
Çar Rusiyası zamanından bəri İran ilə Rusiya arasında davam edən sərhəd ixtilafının həlli.
İkinci Dünya müharibəsi zamanı və rus ordusunun İra​nı mü​vəqqəti işğal etdiyi müddətdə rus
qüvvələrinə edilən yar​​dımlar üçün Rusiyanın İrana verməyi düşündüyü 11 ton qızıl.
İrana Rusiya tərəfindən gözlənilən təcavüzün hər an ger​çəkləşdiyi təqdirdə İranı Rusiyanın işğal
etməsinə imkan ve​rən 1907-ci ildə imzalanmış və 1921-ci ildə tədil edilmiş an​laşmanın yenidən
gözdən keçirilməsi.
Rusiyanın niyyəti aydındır. Rusiya İrana vermək istədiyi 11 ton qızıl məsələsi Müsəddiqi və İranın
ictimaiyyətini qane etmək üçün müzakirələrə əlavə olunmuşdur.
Tehranda ruslarla Müsəddiq arasında müzakirələr davam etdiyi zaman İranda ikinci dəfə dövlət
çevrilişinə təşəbbüs edilsə də baş tutmamışdır. Avqustun 16-da baş verən bu dövlət çevrilişi şəx​sən
şahın mühafizəçiləri tərəfindən planlaşdırılsa da nəticəsiz başa çatmışdır. Müsəddiq ikinci dəfə
özünə qarşı edilən dövlət çev​rilişindən sonra ciddi təhlükəsizlik tədbirləri görmüşdür. O, çev​riliş
etmək istəyənlərin şahın mühafizəçiləri olduğunu öyrən​dik​dən sonra dərhal onunla görüşmək
istəmişdir. Ancaq artıq gec idi. Çünki şah dövlət çevrilişinin baş tutmadığı günün səhərisi, yəni
avqustun 17-də həyat yoldaşı Sürəyya ilə birlikdə təyyarəyə minərək İranı tərk etmişdir.
Tehranda vəziyyət yenidən gərginləşmişdi. Bir tərəfdən hö​ku​mət çevrilişinin uğursuz olması, digər
tərəfdən də şahın ölkəni tərk etməsi xəbəri İranın əhalisi arasında dedi-qoduların ya​ran​ma​sı​na səbəb
olmuşdur. Müsəddiq şahın ölkədən qaçmasından isti​fa​də edərək dərhal Milli Məclisi buraxmış və
İran xalqına verdiyi bir bə​yanatında Rza şah Pəhləvini vətən xaini elan etmişdi.
Müsəddiq hökumətinin ən nüfuzlu adamı, tipik bir kom​mu​nist olan Hüseyn Fatimi hökumətin şahı
ittiham edən qərarını yer​li və xarici mətbuat orqanlarına bildirmişdi. Bu barədə çıxış edən Hü​seyn
Fatimi sözünü bu cümlələrlə bitirmişdir: «Şah bu sui-qəsdi bilirdi. Özünün isə vətənini tərk etməklə
vətən xaini olduğuna sübutdur».
Şah hələ İranı tərk etməmişdən əvvəl bir nəfərə Müsəd​di​qin haki​miyyətdən endirilməsindən sonra baş
vəzir ola biləcəyini bil​di​rən bir fərman da imzalamışdı.
Rza şah Pəhləvinin etimad etdiyi şəxs birinci dövlət çev​ri​li​şini də etmək istəyən general Zahidi idi.
Ancaq o, Əyanlar Şu​ra​sının üzvü olduğu üçün Müsəddiq tərəfindən həbs olunmamışdı.
General Zahidi çevrilişin edildiyi 16 avqustda bir mətbuat toplantısı keçirmiş və əlindəki 13 avqust
1953-cü il tarixli şah fər​manını onlara göstərir. O fərmanda Müsəddiqin baş nazir vəzi​fəsindən azad
edildiyni və özünün baş nazir təyin olunduğunu bildirmişdi. Bununla İranda hər ikisi də özünün
qanuni baş nazir olduğunu iddia etməyə başladı.
Müsəddiq artıq şahı tanımır, onun İrandan qaçmış olmasını şah üsul-idarəsinin də ləğvi kimi qəbul


edir. Buna cavab olaraq general Zahidi də əlindəki 13 avqust tarixli fərmanı ilə şahın onu baş nazir
təyin etdiyini, Müsəddiqin vəzifəsindən azad edildiyini və şahın İrandan qaçmadığını, ancaq səyahətə
çıxdığını söyləyir.
İranda xalqın bir hissəsi şahı, bir hissəsi isə Müsəddiqi ölkəni fəlakətə sürükləməkdə ittiham edirdi.
Şah onu aparan təyyarənin Bağdadın hava limanına enən za​man bir mətbuat konfransı keçirdi. Şah
taxtından əsla vaz keç​mədiyini, ölkəsindən qaçmadığını, ancaq İranı məhvə sürükləyən bir insanın
onu öldürmək istədiyini elan etdi. Şah Rusiyanın Mü​səd​diqin arxasında durmasını birbaşa söyləməsə
də, sözlərindən bunu aydın görmək olurdu.
İran belə bir atmosferin içərisində boğularkən o günə qədər Mü​səddiqi dəstəkləmiş olan İranın ən
nüfuzlu şəxslərindən Ayə​tullah Kaşaninin də səsi çıxmış və Müsəddiqi tənqid etməyə baş​lamışdı.
İranda hər şey Müsəddiqin əleyhinə çevrilmişdi.
Şahın fərmanı ilə rəsmi baş nazir olan general Zahidini Mü​səddiq axtarıb həbs etdirmək istəsə də onu
tapa bilmirdi. Sanki ge​neral Zahidi yerin altına girmişdir. Ruslar da bu son hadisədən ən​dişiyə
düşərək Tudə Partiyasını yeni nümayişlər keçirməyə təhrik etdilər. Artıq, avqustun 18-də tudəçilərin
nüma​yişləri bütün ölkəni bürüdü. Bu nümayişlərdə Tudə Partiyasının liderləri İranda şahlıq üsuli-
idarəsinin ləğv edilməsini və İran Xalq Cümhuriy​yəti​nin qu​rul​masını, yəni rəsmi kommunist üsuli-
idarə​sinin bərqərar olma​sını dilə gətirdilər. Qərb dövlətləri İranda gedən hadisələri diqqətlə
izləyirdilər.
Tudəçilərin İranda qanlı nümayişlər təşkil edərək İran Xalq Cümhuriyyətinin qurulmasını tələb
edərkən Londonda da siyasi vəziyyət dəyişmişdir. Uzun illər hökumətin iclaslarında iştirak et​məyən
və yerini Edenə vermiş ser Vinston Çörçill avqustun 18-də rəsmən vəzifəsinə başlayır və o günü
keçirilən fövqəladə iclasa sədrlik edir. Onun fövqəladə iclasa sədrlik etməsi radiolar vasitə​silə
dünyaya elan olunmuşdu.
Bütün dövlətlər İran hadisələrinin hansı istiqamətdə cərəyan edəcəyini səbrsizliklə gözləyirdilər.
Avqustun 18-dən 19-a keçən gecə İranda baş verən möcüzə İranı da, dünyanı da xilas edəcəkdi.
Rusiyanın Tehrandakı səfiri Lavrentsev təcili Moskvaya get​mişdi. O, da avqustun 18-dən 19-a keçən
gecə Tehrana qayıda​caq​dırmı! Bu xüsus İranda bir çox şəxsə məlum idi. İranda kommu​nistlərin
liderləri də, rus cəsusları da, hətta Moskva da hər şeylə​rini, bütün müvəffəqiyyət ehtimallarını səfirin
Tehrana qayıtması​na bağlamışdılar. Ancaq nə rusların, nə rusofillərin, nə də kom​munist partiyası
olmaları bir həqiqət olan tudəçilərin gözlədik​ləri müvəffəqiyyət olmayacaqdı.
General Zahidinin sonradan açıqladığına görə ruslar avqustun 18-dən 19-a keçən gecə Rusiyadan
qayıdacaq səfir Lavrentsevin direktivi ilə bir hökumət çevrilişi edərək İran Sovet Xalq Cümhu​riy​-
yətini quracaqdılar.
Rusiyanın səfiri Tehrana doğrudan da avqustun 18-dən 19-a keçən gecə gəlmiş və dərhal səfirliyə
getmişdir. Çünki onu burada İran Sovet Xalq Cümhuriyyəti qurmaq istəyən bir neçə tudəçi lider
gözləyirdi. Səfir və bu tudəçi liderlər arasında gedən bir saatlıq müzakirədə də İran Xalq
Cümhuriyyəti qurulması və Rusiyanın da bu yeni hökumətə hamilik etməsi qərara alınmışdı.
Çevrilişin vaxtı gecə saat üçə təyin olunmuşdu. Tudəçilər axırıncı təlimatlarını rus səfirindən alaraq
vəzifələrini yerinə yetirmək üçün dağılışmışdılar. Ancaq gecə saat birdə İranda gözlənilən möcuzə
baş verdi, yəni İranın ordu birlikləri və polislər Tudə Partiyasının çevrilişi həyata keçirmək istəyən
şəxslərini və silahlı qüvvələrini qəflətən yaxala​yaraq həbs etdilər. Bu hərəkət o qədər ani olmuşdur
ki, heç kimsə müqavimət göstərməyə macal tapmamış və beləliklə qan tökülmə​dən vəziyyət nəzarətə
götürülmüşdür.


Beləliklə, İran Kommunist Partiyasının gizli təşkilatının üzvlə​rinin hamısı həbs olunmuşdu. Bütün bu
əməliyyatlar şəxsən gene​ral Zahidinin rəhbərliyi altında baş vermişdir. Bəli general Zahidi
kommunistlərdən sadəcə iki saat əvvəl hərəkət etmiş və müvəffə​qiyyət qazanmışdır.
Rusların uzun müddət reallaşdırmaq istədikləri dövlət çevrilişi baş tutmamış və general Zahidi
iqtidarı ələ almışdır. Ruslar baş vermiş hökumət çevrilişi zamanı İranda çox şey itirmişdilər. Tudə
Partiyası yeni baş nazir general Zahidi tərəfindən qanundankənar elan edilmiş və tudəçilərin kütləvi
həbsləri keçirilmişdir.
General Zahidinin gördüyü işlər həqiqətən də ağla sığmayan bir hərəkət hesab oluna bilərdi. Ancaq
hadisəni təfərrüatı ilə incə​ləyənlər bu cür soyuqqanlılığın ingilislərin əsəri olması qənaətinə
gəlmişdilər. Onlar bu hadisənin planının İngiltərənin Entelijans Ser​visi tərəfindən tərtib olunması
fikrini irəli sürürdülər.
Artıq İranda vəziyyət normallaşmağa başlamışdır. Ancaq bu​na baxmayaraq yeni hökumət bəlkə də
İran tarixində ən böyük in​sanın həbs olunması dövrünü yaşayırdı. General Zahidi İrandakı bütün
kommunistləri tamamilə həbs etdirməyi qərara almışdır. Mü​səddiq həbs olunmuş, evi xalq tərəfindən
dağıdılaraq talan edilmişdir.
Neft yenə də öz hökmünü diqtə edirdi. General Zahidi dərhal Romada olan Rza şah Pəhləvini İrana
dəvət etdi. Altı günlük ayrılıqdan sonra, yəni 1953-cü il avqustun 22-də o arvadı ilə bir​likdə Tehrana
gəldi. Şah və arvadı böyük bir təntənəli mərasimlə qarşılandı. Yeni hökumət ilə neft şirkətləri
arasındakı müzakirələr dərhal başlamış və müəyyən nəticələr əldə edilmişdir.
1953-cü ilin sonlarında dörd ölkənin – İngiltərə, Amerika, Fran​sa və Hollandiya –
nümayəndələrindən ibarət bir konsorsiyum qurulmuşdur.
İngiltərə, dolayısilə Entelijans Servis yenə İran neftinin hakimi idi. Ancaq bu səfər Amerikaya 40%
verməyə məcbur olmuşdur.
«Standard Oyl» dünya sülhü bahasına İngiltərədən bu səfər İran neftinin xeyli hissəsini ala bilmişdi.
 
 
 
 
 

Document Outline

  • NEFT FIRTINASI
  • ÖN SÖZ
  • NEFT MÜBARİZƏSİNİN BAŞLANMASI
  • BİR ÖLKƏ BAŞÇISININ ÖLDÜRÜLMƏSİ
  • “ROYYAL DATÇ – ŞELL QRUP” NECƏ QURULDU?
  • İNGİLİS TİCARƏT İMPERİYASI
  • İNGİLİSLƏR VƏ AMERİKALILAR QARŞI-QARŞIYA
  • “ROYYAL – DATÇ” ORTA ŞƏRQDƏ
  • DETERDİNQİN ORTA ŞƏRQƏ ƏL ATMASI
  • İRANIN NEFT SAHƏLƏRİNİN ƏLDƏN ÇIXMASI
  • RUSLARIN İRANDA FƏALİYYƏTİ
  • VİLLİAM KNOT D’ARCYİN MACƏRASI
  • Neft vəsiqəsi necə oğurlandı
  • Almanların İranda fəaliyyəti
  • TALEYİN İRANA CIZDIĞI YOL
  • RUMINİYADA NEFT SAHƏLƏRİ
  • NEFT VƏ OSMANLI İMPERİYASININ TALEYİ
  • YAXIN ŞƏRQİN NEFT SAHƏLƏRİ UĞRUNDA MÜCADİLƏ
  • İNGİLİS-ALMAN RƏQABƏTİ
  • TÜRKLƏRİN NEFT UĞRUNDA MÜCADİLƏSİ
  • OSMANLI İMPERİYASININ NEFTƏ QURBAN EDİLMƏSİ
  • CAVİD BƏYİN LONDON SƏYAHƏTİ VƏ ƏLDƏN ÇIXAN NEFT SAHƏLƏRİ
  • YUNAN ORDUSUNUN ANADOLUNU İSTİLA ETMƏSİ
  • Səudİyyə ƏrəbİstanınIN neft sahələrİ
  • VƏHHABİ ÜSYANLARI
  • VENESUELADAKI MÜCADİLƏ
  • ROKFELLER – C.P.MORQAN MÜCADİLƏSİ
  • PANAMA KANALI ƏTRAFINDAKI MÜCADİLƏ VƏ NEFT
  • MEKSİKA NEFTİ
  • BAKI NEFTİ VƏ MƏHV EDİLƏN BİR TÜRK DÖVLƏTİ
  • NEFT İSTEHSALÇILARININ İSPANİYAYA VERDİKLƏRİ DƏRS
  • İspaniya neft istehsalçılarına qarşı hərəkət edir
  • BİR XAİN DÖVLƏT XADİMİ OLUR
  • Mosula gedən ordu
  • İraq kralı Feysəlin sirli ölümü
  • Orta Şərqdə böhranlı illər və İran nefti ətrafında mücadilə
  • Bir baş nazir öldürüldü
  • TÜRKİYƏ İRAN MƏSƏLƏSİNƏ MÜDAXİLƏ EDİR
  • İRANIN FƏLAKƏTLİ DÖVRÜ. MÜSƏDDİQ HÖKUMƏTİ
  • İNGİLTƏRƏ VƏ RUSİYANIN KƏŞFİYYAT ORQANLARININ MÜBARİZƏSİ


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə