masının mühüm bir hissəsini itirmiş olan Rusiya da boş durmurdu.
İngiltərə və Almaniya donanmaları Aralıq dənizində qarşı-qarşıya gəldikləri zaman ruslar bu
vəziyyətdən istifadə etmək fürsətini əldən vermədilər. Rusiya Osmanlı İmperiyasının Şərq vilayətini
təhlükə altına alan böyük dövlətlərə rəsmi nota ilə etirazını bildirdi. Ruslar böyük neft sahələrini
əhatə edən və neft istehsalçılarının üzünə bağlı olan imperiyanın Şərq vilayətləri üzərində onların da
haqqı olduğu iddiasını irəli sürməyə başladılar. Ruslar Şərqi Anadolunu da kəsib kecən və
İskəndəruna enən ayrılmış bir xəttin şərqindəki ərazilərdə status-kvonu qoruyub saxlamağa məcbur
olduqlarına dair ikinci notanı da böyük dövlətlərə verdilər. Əslində sərt bir dildə yazılmış hər iki
notada böyük dövlətlərin bu xəttin şərqindəki ərazilərdə hər necə olursa olsun status-kvoya riayət
etmələrini, əgər status-kvo bu dövlətlər tərəfindən pozularsa Rusiyanın da gələcəkdə bəzi tədbirlər
görəcəyi bildirilirdi.
Rusların Ermənistan planı Ərzurum da daxil olmaqla İskəndəruna enən ayrıca xəttin şərq hissəsi idi.
Xəttin şərqində qalan ərazi bu gün türk neftinin istehsal edildiyi yerlərdir...Ruslar böyük dövlətlərə
verdikləri notalarla etirazlarını almanların Bağdad dəmir yolu imtiyazını almış olduğuna görə
bildirirdi. Əslində Bağdad dəmir yolu tamamilə neft sahələrini əhatə edən bir keçid idi. İstər ruslar,
istərsə də ingilislər bundan çox narahat olmuşdular. Nəhayət, ruslar, bu sərt notaların faydasını
gördülər. Almanlar ingilislərlə Orta Şərq neftinə görə qarşı-qarşıya qaldıqları bir vəziyyətdə Rusiya
ilə toqquşmaq istəmədiklərindən Bağdad xəttinin keçəcəyi yeri dəyişdirdilər. Rusiyanın xarici siyasə-
tini yönəldənlər dövrün ən qüdrətli dövləti olan Almaniyanı güzəştə getməyə məcbur etdikdən sonra,
əzəli və əbədi rus xəyalı olan isti dənizlərə enmək, boğazlar üzərində haqq iddia etmək, Bismarkın
dediyi kimi “Aralıq dənizinin açarlarını” əllərinə keçirmək üçün aktiv bir siyasət yürütməyə
başladılar. Rusların bu siyasətini Parisdə nəşr olunan “Petit Journal” qəzetinin İstanbul müxbiri Ojen
Osvani Peterburq Teleqraf Agentliyinin İstanbul müxbiri Dokotovski ilə ingilis-alman donanmalarının
Aralıq dənizində qarşılıqlı toplaşmaları və boğazlar barədə etdiyi söhbəti mətbuata ötürür. O,
Dokotovskinin ona söylədiklərini 1912-ci il yanvarın 25-də belə bildirirdi:
“Rusiya İstanbulun ətraf əraziləri də daxil olmaqla Qara dəniz boğazının əllərində qalmasını yox,
Rusiyanın əlinə keçməsini istəməkdədir. Əslində mənfəətlərini qorumaq haqqında Rusiya, türklər ilə
daima dil tapa biləcəkdir. Rusiya digər hər hansı bir hərəkəti rədd edəcək və İstanbulun beynəlmiləl
bir şəhər halına gəlməsini qətiyyən qəbul etməyəcəkdir.
Ordusu və dəniz qüvvələri hər nə vəziyyətdə olursa olsun, Rusiya bu nöqteyi-nəzəri müdafiə etmək
üçün hətta lazım gələrsə müharibə etməyə də razıdır. Bu, onun üçün bir həyati məsələ idi. İqtidarda
hansı hökumət olursa olsun, Rusiyanın bu qərarı qətidir. Çünki bu məsələ bir partiyanın fikri olma-
yaraq tamamilə milli bir arzuya istinad etməkdədir”.
Bu sözlər açıqca olaraq göstərir ki, Rusiya özünün təhlükəsizliyini qorumaq istəyindən başqa,
boğazlardan çıxışı təmin etmək və İran məsələsində də söz sahibi olmaq arzusundadır. Rusiyanın
İranda söz sahibi olması və Aralıq dənizinə enməsi, neftə müdaxilə etməsi, yəni neft mövzusunda söz
sahibi olması deməkdir. Rusiya bununla, onu İranın neft sahələrindən uzaqlaşdıran 1907-ci ildə
bağlanmış İngiltərə-Rusiya anlaşmasını da ləğv etməklə İngiltərəni bitərəflaşdirmək niyyətində idi.
Rusiya, Dokotovskinin bu bəyanatı verməsindən qısa bir müddət əvvəl, yəni 1912-ci il yanvarın 6-da
boğazlar məsələsi haqqında Osmanlı İmperiyasına bir nota vermişdi. “Le Temps” qəzetinin İstanbul
müxbiri İstanbuldan nota haqqında qəzetə göndərdiyi teleqrafda yazırdı:
“Rusiya hökuməti, Türkiyəyə verdiyi bir notada Qara dəniz və Çanaqqala boğazlarının Rusiyanın
Qara dənizdə olan donanmasının üzünə açılmasını və eyni zamanda digər dövlətlərin hərb gəmilərinin
üzünə bağlanmasını tələb etmişdir. Rusiyanın bu təşəbbüsünün Qars sərhədində geniş miqyasda əsgər
toplaması şayiələri ilə əlaqədar olduğu zənn edilirdi. Lakin hər nə olursa olsun, heç bir Osmanlı
hökumətinin, Türkiyəni rus himayəsi altında bəsit bir vilayət dərəcəsinə endirən belə bir təklifi qəbul
etməsi ağlasığmaz idi”.
Bu xəbərdən anlaşıldığı kimi, Rusiya Aralıq dənizindəki ingilis və alman donanmaları arasında
mövcud olan düşmən münasibətdən ürkməkdə idi. Lakin, bu qorxusunu izhar edərkən, özünün də
Aralıq dənizində hərəkətini təmin edəcək boğazlara çıxış haqqı istəməkdə idi.
“Le Temps” qəzetində bu xəbər çıxdıqdan 11 gün sonra, yəni 1912-ci il yanvarın 17-də Peterburq
şəhərində nəşr olunan “Le Gazette Peterburg” qəzeti Orta Şərq məsələsinin həllində Rusiyanın da öz
mənfəətlərini nəzəri-diqqətə alacağını bildirir və Qara dəniz ilə Aralıq dənizində hərbi bazaların
qurulmasını tələb edirdi.
Rusların irəli sürdükləri Orta Şərq məsələsi nə idi? Bu məsələ Rusiyanın təhlükəsizliyi məsələsi idi
mi? Yoxsa Rusiya Aralıq dənizinin ingilis və alman donanmaları tərəfindən tutulmasını özü üçün
ciddi bir təhlükəmi qəbul edirdi? Bu nöqteyi-nəzər siyasət baxımından müəyyən dərəcədə doğru idi.
Lakin, əslində məsələnin iç-üzü ingilisləri də, almanları da birinci dərəcədə maraqlandıran Orta
Şərqdə yerləşən və ətrafında münaqişələr cərəyan edən xam neft sahələri idi. Bu sahələr Türkiyənin
əlində idi və dünyanın ən zəngin neft ehtiyatları hesab olunurdu. Neftin, cahanşümul dəyərinin
dünyaya aşkar olması Osmanlı İmperiyasına çox baha başa gəlmişdi.
Rusiyanın bütün siyasi manevrləri tək bu nöqtə üzərində cəmləşirdi. Hətta, ruslar daha da uzaqgörən
bir düşüncə ilə Şərqi Aralıq dənizinə və Orta Şərqə hakim olduqları təqdirdə, ingilisləri İranın neft
sahələrindən də uzaqlaşdıra biləcəkdilər. Əsasən Rusiyanın da, Ermənistan sərhədindən başlayaraq
İskəndəruna qədər uzanan bir xəyalı xəttin şərq tərəfini istəməsi bu istəyi gücləndirməkdə idi. Bu
sahə tamamən neft sahəsidir. Rusiyanın bu xəyali layihəsi həqiqətə çevrildiyi gün, Mosul və ətrafı
onun olacaqdır. Bu sahələr isə yalnız və yalnız neftdən ibarət idi.
Rusiya bu sahələri istəyirdi... Lakin ingilislər də, almanlar da bu sahələrə göz dikmişdilər. Bu yolda
donanmalarını, ordularını hərəkətə keçirməkdən belə çəkinmirdilər. Əslində Orta Şərqdəki mübarizə
də buradan doğurdu. Hadisələrin ümumi inkişafı Rusiyanın lehinə heç nə göstərmirdi. Digər iki
dövlət, yəni İngiltərə ilə Almaniya Rusiyaya nisbətən daha şanslı idilər. İngilislər Abadan və Bəsrə
körfəzinə tamamən hakim olmuşdular. Dolayısıyla Mosula bir neçə addım məsafədə idilər.
Almanların isə Bağdad dəmiryolu imtiyazı ilə bu geniş neft sahələrinə qəfil girməsi də reallığa yaxın
idi. Bu vəziyyətdə Rusiya üçüncü dövlət kimi görünürdü. Türkiyədə iqtidarda olan İttihad və Tərəqqi
Partiyası (onlar almanlara xüsusi rəğbət bəsləyirdilər) almanlara qarşı müttəfiq və qardaş dövlət
münasibəti göstərirdilər. Almanların məqsədlərinə çatmaq üçün belə sürətlə getmələrinə cavab
olaraq İngiltərə zaman-zaman arzuladığı bir şeyi - Osmanlı İmperiyasının ingilis himayəsinə
qatılmasını istəyirdi. İngilislər Suriya və İraqa geoloqlarla bərabər ərazini və əhalinin milli
xüsusiyyətlərini, hətta ayrı-ayrı ərəb ləhcələrində sərbəst danışan sosioloq və iqtisadçılar da göndər-
mişdilər. Belə bir vəziyyətə başda Fransa olmaqla, Almaniya da, Rusiya da qarşı idilər. Xüsusilə,
Fransa Suriyaya əsrlərdir göstərdiyi hamiliyini qurban verməyə razı olmazdı. Fransa yalnız katolik
məzhəbinin himayəçisi deyildir. Fransa siyasətinin dini cəbhəsini yürütməyi XX əsrin neft siyasətinin
yanında arxa plana keçirtmişdir. İndi onlar da başda neft olmaqla Orta Şərqin xam maddə
qaynaqlarına maraq göstərməyə başlamış və bu iqtisadi hərbə girməyə qərar vermişdilər. Fransanı
yalnız neft deyil, Anadolunun digər zəngin təbii ehtiyatları da maraqlandırmağa başlamışdır. Bunlar,
Diyarbəkr ətrafındakı mis mədənləri idi. Bu iki səbəbdən, Fransa İngiltərənin Orta Şərqdəki
Dostları ilə paylaş: |