Neft firtinasi


Almanların İranda fəaliyyəti



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə10/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   6   7   8   9   10   11   12   13   ...   63

Almanların İranda fəaliyyəti
 
Entelijans Servis bu vəsiqəni əlinə keçirməmişdən çox əvvəl, yəni 1884-cü ildə, D’Arcy kimi İranda
Hörmüzün qüdrətini təmsil edən nefti tapmaq üçün A.Holtz adlı bir alman da imtiyaz almışdır. Lakin
onun axtarışları bir nəticə verməmişdi. O, da nefti tapa bilməmişdi. Bu tarixdən beş il sonra yenə bir
başqa alman, baron Julius D.Reuter də İranda, bütün mədənlərdə neft axtarma və işlətmə imtiyazı
almışdı. Baron Julius D.Reuter də bu imtiyaza əsaslanaraq daha geniş şəkildə fəaliyyətə başladı və
“İmperial Bank Of Persian”ı qurdu. İki il müddətində İranın hər tərəfində neft axtardı. Lakin onun
bütün axtarışları boşa çıxdı. Ümidsizlik içərisində qalan baron Reuter, nəhayət İranda daha çox
pulunu zay etməmək üçün öz xahişi və İran hökumətinin də razılığı ilə 1901- ci ildə imzaladığı
anlaşmanı ləğv etdi. Bir müddət sonra isə əslində dəmiryol mühəndisi olan Villiam Knot D’Arcy bir
təsadüf nəticəsində İranda neftin mövcudiyyətindən xəbərdar oldu və yuxarıda söhbət gedən imtiyazı
aldı.
 
 
 


TALEYİN İRANA CIZDIĞI YOL
 
 
Tale, İran tarixinə də, İran millətinə də əzablı dövrlər nəsib etmişdir... Entellijans Servis bu vəsiqəni
əlinə keçirdikdən sonra İranın taleyində böyük dəyişikliklər oldu. Məmləkət iğtişaşlar, qətl​lər və
anarxiya içinə yuvarlanırdı. Lakin nə etmək olardı ki, İranın taleyi bu idi və neft cahanşümül bir
qüdrətə yüksəldiyi anda, İngiltərə Entellijans Servisin əlinə keçmişdir. Əllərindəki bu imtiyaz
vəsiqəsi ilə ingilislər dərhal fəaliyyətə başladılar. Artıq İranın hər tərəfində neft axtarılır, tapılır və
quyular qazılırdı. İran torpaqlarının dərinliklərindən bu sərvəti çıxartmaq üçün neft buruqları
yüksəlirdi və hər gün bunların sayı sürətlə artırdı. Hər gün artmaqda olan neft istehsalı ingilisləri,
axtarma və istehsal sahəsində ciddi bir təşkilat yaratmağa vadar edirdi. Bu məqsədlə ilk dəfə 1904-ci
ildə “Consensius” adı altında bir təşkilat quruldu. Əslində sindikat adını alan “Consensius” 1909-cu
ilə qədər fəaliyyətini davam etdirdi və həqiqətən də İrandakı neft istehsalını tam və məhsuldar bir
hala gətirərək 1909-cu ildə işini bitirdiyini “bəyan etdi”. “Consensius”un ləğvi ilə birlikdə İranda iki
milyon sterlinq sərmayəli “Anglo-Persian Oyl Co.” quruldu.
Yeni şirkətin qurulması ilə birlikdə hissə paylarının 100%-i İngiltərə Entellijans Servis tərəfindən
satın alındı. Bu o deməkdir ki, İran neft sahələri ingilislər tərəfindən inhisara alınırdı. “Anglo-Persian
Oyl Co.” İranda fəaliyyətə başladığı vaxtlarda isə Rusiya​nın gizli kəşfiyyatı İrandakı fəaliyyətlərini
sürətləndirdi. Çünki, İran​dakı neft sahələrinə ruslar da ən azı ingilislər qədər maraqlı idi​lər. Ruslar
İran şahlarının razılığı ilə İrana göndərdikləri bir çox mütəxəssislərin sayəsində öz siyasətlərini
davam etdirirdilər.
Ruslar başqa və mühüm bir üstünlüyə də sahib idilər.Bu üstün​lük İran ordusunu yenidən qurmaq
məqsədi ilə mühüm miqdarda rus zabitinin İran ordusunu əllərinə keçirmiş olmaları idi. Ruslar
bunları nəzərə alaraq ingilislərdən daha üstün bir durumda olduq​larını və İranda istədiklərini əllərinə
keçirə biləcəklərini zənn edirdilər. Bax elə bu üstünlüklərinə güvənərək, mübarizəni qazan​maq üçün,
açıq və gizli bütün vasitələri hərəkətə gətirdilər. Rusla​rın bu fəaliyyəti qısa zamanda səmərə verdi.
İranın hər tərəfində ingilislər əleyhinə nümayişlər başladı. Hökumət bu nümayişləri sanki
dəstəkləyirdi. Əvvəllər nümayiş halında başlayan hərəkat son​ralar bir üsyana çevrildi. Hökumət artıq
vəziyyətə nəzarət edə bil​mirdi. Bəli... İranda baş vermiş üsyan neft üzün​dən, neft ətrafında ruslarla
ingilislər arasında cərəyan edən ölçüyə​gəlməz bir mücadilədən doğmuşdur. İran, başdan başa üsyana
bü​rün​müşdür...
Etiraf etmək lazımdır ki, Rusiyanin gizli kəşfiyyat orqanı İran​da ingilislər əleyhinə başladığı
hərəkatda ilk planına müvəffəq ol​du. Müzəffərəddin şahın yerinə İran taxtına oturan Məhəmmədə​li
şah, ingilislərə verilən imtiyazların ləğv edildiyini elan etdi. Mə​həmmədəli şahın bu əmri ingilislərin
İrandakı bütün iqtisadi mə​na​felərinin sonu demək idi. Belə bir son isə, hər baxımdan ingilis
siyasətinə zidd idi. İngilislərin yarım əsrdən bəri təqib etdikləri bu si​yasət üzünü XX əsrin
əvvəllərindən bəri neft istiqamətinə çe​virmişdi. Bu səbəbdən də, Tehrandakı ingilis səfiri,
hökumətdən aldığı bir tapşırıqla şah ilə görüşdü. Səfirin bu ziyarəti bəlkə də İran tarixində heç vaxt
rast gəlinməyəcək sərt bir görüş oldu. İn​gilislər İranı rəsmən tehdit etdilər. Lakin arxasını ruslara
söykəyən Məhəmmədəli şah, ingilislərin bu hədələrinə qulaq asmadı. İngi​lislərin girişdikləri bütün
diplomatik təşəbbüslər nəticəsiz qal​dı. Be​ləcə qiyamət o vaxt qopdu. Buna görə də İngiltərə İrandakı
neft mə​nafelərini qorumaq üçün sərt tədbirlərə əl atdı.


Bir ingilis donanması Bəsrə körfəzində dayandı və Abadan sahilində lövbər atdı. İngilislər qərarlı
olduqlarını hər hərəkətləri ilə sübut edirdilər. Donanmadan quruya əsgər çıxartdılar və bütün strateji
nöqtələri işğal etdilər. Silahlı qüvvələr bütün neft sahələrini nəzarət altına almaq məqsədi ilə
Xuzistan əyalətinin içərilərinə doğru hərəkət etməyə başladılar və İranın da bir qismini faktiki ola​raq
işğal etdilər. Artıq danışıqlar aparmaq yersiz idi. İş zorakar​lığa qalmışdır. Donanmalar, ordular və
hər növ gizli, açıq xid​mət​lər neft üçün hərəkətə gətirilmişdir...
Zavallı İran! Torpaqlarının dərinliklərində tapılan, özünün qiy​mə​t​ləndirə bilmədiyi kirli və pis
qoxulu bir maye üzündən, Avro​pa​nın iki nəhəng imperiyasınin mücadilə meydanına çevrilir və tor​-
paqları iki dövlət tərəfindən istila edilirdi. Bu hərəkət həqiqi bir zo​rakılıq idi. Yenə də bu zorakılığa
dövlətlərarası neft mübarizəsi səbəb olurdu.
İngilis əsgərlərinin İranın bir qismini istila etmələri üzündən ruslar da, İran ilə Rusiya arasında 1907-
ci il avqustun 31-də imza​lan​mış anlaşmaya əsasən şimaldan cənuba doğru İran tor​paq​larını işğal
etməyə başladılar. İran ilə Rusiya arasındakı bu anlaş​maya görə, İran bir başqa dövlət tərəfindən
işğal edilərsə və ya tə​cavüzə uğrayarsa, Rusiya İran torpaqlarına daxil ola bilərdi. İndi ruslar da bu
anlaşmaya əsaslanaraq İranın ingilislər tərəfindən işğal edilmə​yən bütün şimal hissəsini nəzarətləri
altına keçirdilər.
İran bir neçə gün içərisində şimaldan ruslar, cənubdan da bü​tün neft sahələri daxil olmaqla ingilislər
tərəfindən istila edilərək bö​lün​dü. Şübhəsiz bu bölmə hərəkəti, İrana çox baha başa gəldi. Rus​lar zəbt
etdikləri yerlərdən asanlıqla çıxmaq niyyətində deyil​di​lər.
İranın bu fəlakəti haqqında ingilis professorlarından Braun bunları yazırdı:
“1909-cu ilin iyun ayında tabeliyindəki İran kazak alayı ilə Tehrana gedən polkovnik Lyaxov bu
şəhərdə qorxunc bir ta​lan və təxribat yaratmışdır.” Bu sözlərdən sonra Braun əlavə etmişdir:
“Tehran, polxonik Lyaxovun zabitlərinin dəmir dabanlı ayaqqabıları altında darmadağın olmuşdur.”
1909-cu il iğtişaşı İran tarixində müstəsna və qorxunc bir yer tutmaqdadır. Çünki bu iğtişaş, İran
tarixində ilk neft iğtişaşı idi və İran​da törətdiyi ağır təxribat üzündən məmləkətə çox baha başa gəl​-
miş​dir. Beləcə İran, ilk neft qurbanlarını bu iğtişaş vasitəsiylə ve​rir​di.
Tarixdən öyrənirik ki, bu iğtişaşdan sonra da İranda neft üçün insanlar öləcək və iğtişaşlar bir-birini
əvəz edəcək, taxtlar yıxı​lacaq, əsrlərdən bəri davam edən sülalələr yox olacaq, sürgün edi​lə​cək və
bunların yerinə ingilislərin arzusuna uyğun siyasət yürü​dü​ləcək, yeni xanəndanın ailələri meydana
gətiriləcəkdir.
İranın iki böyük dövlət arasında bölünməsi və işğalı uzunnüd​dət davam etmədi. Dünyanın iki nəhəng
imperiyası, yenə öz məna​feləri üçün aralarında razılığa gəlmək məcburiyətində qaldılar və İrandan
qoşunlarını çıxartdılar.
İngilislər ilə ruslar arasında başlayan diplomatik danışıqlar nəticəsində ingilislər əllərində
saxladıqları və İran şahı Məhəm​mədə​li şah tərəfindən onlara verilən bütün imtiyazları təkrar əldə
etdilər, ruslar isə Şimalı İranda bir neçə imtiyazlar və mənfəətlərlə təmin olundular. Beləliklə, İran bu
ilk bölünmədən, Şimalı İranda ruslara verdiyi kiçik bir ərazi parçası ilə birlikdə bəxş etdiyi yeni bir
neçə imtiyazlar müqabilində xilas ola bilmişdir.
Rusiyanın gizli kəşfiyyat orqanı rus diplomatiyasına İranda mükəmməl bir mənfəət təmin etmiş və
həqiqətən də ciddi bir işi bacarmışdır. İngilislər isə, arzu etdikləri neft sahələrinə təkrar qo​vuş​-
muşdular.
Sidney Reyi (yəhudi Roznblum) Ingiltərə Entellijans Servisi​nə və İngilis Dəniz Birinci Lordluğuna
hədiyyə etdiyi İran neft sahələrinin vəsiqəsini əlinə keçirdiyi tarixdən sonra, Orta Şərqin neft


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə