Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə7/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   2   3   4   5   6   7   8   9   10   ...   63

çox gözəl bilirdi ki, təd​birləri bir az da sərtləşdirsə, çevriliş qaçılmaz olacaqdır. Onun üçün, Əliəsfər
xan, bir başqa yolu, xalqı sakitləşdirmək yolunu sı​na​mağı qarşısına məqsəd qoydu.
İran hökuməti, 1894-cü ilin may ayında şahın padşahlığının 50 illik ildönümü münasibəti ilə
keçiriləcək möhtəşəm şənliklərin hazırlığını görürdü. Baş vəzir xalqın bu şənliklərlə sakitləşəcəyini
ümid edir​di. Nəsrəddin şah da bu mərasimin təmtəraqlı keçməsini arzu edir​di. Bu səbəbdən də şah,
hazırlıqların hər bir xırdalığı ilə şəxsən özü məşğul olurdu. Artıq hər şey, bütün hazırlıqlar tamam​lan​​-
mış​dır. Nəsrəddin şah da, baş vəzir Əliəsfər xan da hazır​lıqlardan çox razı idilər və tədbir gününün
gəlməsini gözləyirdilər.
Mərasimin keçirildiyi günə təsadüf edən bazar günündən əv​vəlki cümə günü şah adəti üzrə cümə
namazını qılmaq üçün Əb​dü​l​​əzim məscidinə getmişdir. Yanında dövlətin məsul vəzifə sa​hib​​lə​ri və
həmişəkindən çox sayda mühafizəçiləri var idi. Bütün yollar kəsilmiş, fövqəladə tədbirlər
görülmüşdür. Şah da, baş vəzir də bir sui-qəsddən qorxurdular. Şah, cümə namazını belə bir ab-
havada qıldıqdan sonra məsciddən çıxıb saraya gedirdi. Nəsrəddin şahı görmək üçün məscidin
önündə toplaşmış xalq arasından gözlənil​mədən bir adam çıxıb şahın üzərinə hücum etdi. Bu çıxış o
qədər anidən oldu ki, mühafizəçilər yerlərindən belə tərpənə bilmədilər. Adam dəli​cə​sinə şahın
üzərinə cumdu və əlində tutduğu bir xən​cər​lə şahın harasına gəldi vurmağa başladı. Şah, bu gözlənil​-
məyən təcavüzün sonunda elə yerindəcə öldü. Beləcə türk olan Qacar xanədanına məxsus bir şah sui-
qəsdin qurbanı oldu. Qatil qaçmağa fürsət tapa bilmədi və dərhal həbs edil​di.
Molla Rza adlı qatil beləcə İran tarixinə adını yazdırdı. Molla Rzanın işlətdiyi cinayət, müasir İran
tarixində, neft uğrunda işlən​miş ilk sui-qəsd olaraq təsdiqlənmiş və tarixə də belə düşəcəkdir.
Bəli, Nəsrəddin şah, İranın neft üçün verdiyi ilk qurban idi. La​kin, irəlidə görəcəyik ki, bu heç də
sonuncu qurban olma​ya​caq​dır.
 
 
 


RUSLARIN İRANDA FƏALİYYƏTİ
 
 
Nəsrəddin şahın şəxsində İrana endirilən bu mənfur və vəhşi zərbədən sonra, hökumət hürkmüş və
şiddətli tədbirlər görməyə məcbur olmuşdur. Əsasən də bir hökumət çevrilişi gözləyən Baş və​zir
Əliəsfər xan, buna imkan verməmək üçün dərhal fövqəladə vəziyyət elan etdi. İranda yerləşən rus
hərbi qüvvəsinin komandanı polkovnik Lyaxova çox geniş səlahiyyətlərlə Tehranda asayişi təmin
etmək əmri verildi. Polkovnik Lyaxov da bu işi öz üsulları ilə icra etməyi bacardı. Lyaxov, geniş
şəkildə həbslərə başladı və vəziyyət bu şiddətli tədbirlər sayəsində qısa zamanda tənzimləndi. Baş
vəzir Əliəsfər xan isə İran dövlətinin paytaxtı Tehranda Lya​xovun axıtdığı qanlar qurumamış, uzun
illər İran Azərbaycanında valilik edən və qətlə yetirilmiş şahın varisi Muzəffərəddin xanı İranın şahı
elan etdi. Qətlə yetirilmiş Nəsrəddin şahın cənazəsi dəfn edilənə qədər Muzəffərəddin xan Tehrana
gəldi.
Ruslar İranın taleyinə o dərəcə hakim olmuş, bu hakimiyyət​lərini o dərəcədə möhkəmlətmişdilər ki,
yeni şah rusların bu duru​mun​dan hürkdü və bir müddət sonra o da sələfi Nəsrəddin şah ki​mi rusların
toruna düşdü. Ruslar, Muzəffərəddin şaha Fransanın İrana 1901-ci ildə 8% ilə verdiyi istiqrazın
yerinə 5% ilə daha geniş kreditlər verərək yeni imtiyazlar əldə etdilər. Rusların Mu​zəf​fərəddin
şahdan aldıqları yeni imtiyazlar​dan ən mühümü İra​nın şimalındakı neft sahələri idi. Ruslar bu dövrdə
ingilislərdən da​ha cəld tərpənmiş və İranın şimal bölgələri​ni tamamən öz haki​miyyətləri altına
almışdılar.
İstiqraz müqaviləsinin imzalandığı tarixdən bir il sonra, yəni 1902-ci ilin sonlarında, ilk istiqraz
müqaviləsinə əlavə olaraq, rus​lar 35 milyon rubl yenə verdilər. Beləcə İran ruslar ilə 1901-ci ilin
sonlarında müqavilə bağladıqları 60 milyon rublluq istiqrazı 95 mil​yon rubla çatdırdı və buna
qarşılıq olaraq Rusiyaya böyük imti​yazlar verdi.
İran ilə Rusiya arasındakı bu anlaşmalar və rusların istiqraz yolu ilə İrana yerləşmələri İngiltərəni
narahat etməyə bilməzdi. İllər boyunca İranın içərisində açıq və ya gizli apardığı neft axta​rış​larının
bir nəticə verməməsi bu narahatçılığı daha da artırır​dı. Bu səbəbdən də ingilislər, nefti bir an əvvəl
tapmaq üçün geniş surətdə tədbirlər görməyə başladılar. Bu tədbirlər təbii ki, gözlə görülən, əllə
tutulan deyildi. Deterdinqin adamları müxtəlif adlar​la və müxtəlif peşə sahibləri kimi, xüsusilə,
“arxeologiya mütəxəs​sisləri” adı ilə İrana gəlməyə başladılar. Bu adamlar İranın hər tə​rəfini ələk-
vələk etdilər, lakin nefti tapa bilmədilər. Deterdinq İranda neftin olduğunu dəqiq bilirdi. Elə bil öz əli
ilə qoymuşdur. Lakin aldığı cavablar mənfi idi. Ayrıca, atəş məlakəsi Hörmüzün tarixi varlığı da
burada nef​tin olduğunu deməyə təminat verirdi. Ona görə də “neftə rast gəlmədik” sözü əlindəki
dəlillərə uyğun gəlmirdi. Beləcə, bu sə​bəb​dən də Deterdinq, İrana göndərdiyi adam​larına fasiləsiz
olaraq neft axtarışlarını davam etdirmələrini və necə olursa-olsun nefti tapmalarını əmr etdi.
Deterdinqin adam​ları bir tərəfdən bütün İranı alt-üst edərkən, o biri tərəfdə isə, Villiam Knot D’Arcy
deyilən bir adam, London şəhərindəki bankirlərin bir hissəsinin təmsilçisi kimi İranı başdan-başa
dolaşır və atəş məlakəsi Hörmü​zün enerji mənbəyi olan nefti axtarırdı. Villiam Knot D’Arcy
həqiqətən də bir çox yerlərdə neftə təsadüf etdi, lakin bu neft, torpaqla qarışmış kirli və qiymət
etibarı ilə bir şey ifadə etməyən çamurdan ibarət idi. Uzun müddət davam etdir​diyi bu araşdırmalar
onu qorxutmadı. Əksinə onu axtarışları daha inadla davam etdirməyə sövq etdi.
 


 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə