Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə30/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   26   27   28   29   30   31   32   33   ...   116

89
www.aliyevheritage.org
və  məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham  Əliyev də 
respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm 
verir. Azərbaycan Prezidenti İlham  Əliyevin NATO rəhbərliyi ilə keçirdiyi 
müxtəlif səviyyəli görüşlər də bunu sübut edir.
2004-cü ildə Azərbaycan Prezidenti Brüsseldə Azərbaycanın ilk Fərdi 
Tərəfdaşlıq üzrə Əməliyyat Planını (FTƏP) NATO rəhbərliyinə təqdim edib. 
Əməkdaşlıq fəaliyyətləri, islahat planları və siyasi dialoq prosesləri FTƏP-də öz 
əksini tapıb. Silahlı qüvvələr üzərində tam demokratik nəzarətin yaradılması, 
müdafi ə  tədbirlərinin formalaşdırılması, o cümlədən, NATO-nun norma və 
standartlarına uyğun olaraq bütün silahlı qüvvələrin təşkilati strukturunun 
yaradılması əməkdaşlığın əsas sahələridir.   
2004-cü ilin iyununda Azərbaycan Prezidenti İlham  Əliyev NATO-nun 
İstanbul sammitində çıxış edib. Prezident İlham Əliyevin NATO-nun İstanbul 
zirvə toplantısında iştirakı, sammit çərçivəsində aparılan müzakirə  və 
danışıqlar ölkəmizin Şimali Atlantika İtt ifaqı ilə tərəfdaşlıq münasibətlərində 
keyfi yyətcə yeni mərhələnin başlandığını göstərib. Azərbaycan Prezidenti Av-
ropaya və Avro-atlantik strukturlara inteqrasiya siyasətinin davam edəcəyini 
qeyd etməklə yanaşı, ölkəsinin üzləşdiyi aqressiv separatizmlə mübarizədə 
Avro-atlantika alyansından dəstək gözlədiyini də nəzərə çatdırıb.
"Kooperativ Best Eff ort-2004" səhra təlimlərinin, 23 iyun 2005-ci il tarixdə 
NATO ilə "Fərdi əməkdaşlıq üzrə əməliyyat planı"na uyğun "İnteqrasiya edilmiş 
sərhəd idarəçiliyinin islahatı: Avro-atlantik Tərəfdaşlıq  Şurası  çərçivəsində 
birgə sərhəd təhlükəsizliyi standartlarının yaradılması" mövzusunda seminarın 
Bakıda keçirilməsi təşkilatın Azərbaycanla əməkdaşlığa necə böyük əhəmiyyət 
verilməsinin sübutudur.
2006-cı ilin mayında Azərbaycan Prezidenti İlham  Əliyev Parisdə, NATO 
Parlament Assambleyasının yaz sessiyasında iştirak edib. Sessiyadakı çıxışında 
prezident Azərbaycanın NATO ilə  əlaqələrinin  əhəmiyyətindən danışıb və 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə  iştirakçılara 
məlumat verib.    
2006-cı ilin noyabrında Azərbaycan Prezidenti İlham  Əliyev Brüsseldə, 
NATO-nun mənzil-qərargahında təşkilatın Baş katibi Yaap de Hoop Sxeff erlə 
görüşüb. Görüşdən sonra birgə mətbuat konfransında NATO Baş katibi bildi-
rib: "Azərbaycanın  Əfqanıstan və Kosovadakı vacib əməliyyatlarda iştirakı 
NATO və onun tərəfdaşları üçün böyük əhəmiyyət kəsb edir. Mən bunu 
yaddan çıxara bilmərəm, çünki bu addım Azərbaycanı  təhlükəsizliyin vacib 
təminatçısına çevirir".  
2006-cı ildə Bakıda NATO-nun məlumat mərkəzi fəaliyyətə başlayıb. 
Ümumiyyətlə, Azərbaycan-NATO münasibətlərini qısa olaraq belə xarakterizə 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


90
www.aliyevheritage.org
etmək olar: Azərbaycan Respublikası Avropa və Avroatlantik məkanda qeyri-
sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə 
işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi  və siyasi ayrı-
seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin 
qurulması yükünü bölüşmək  əzmindədir. Azərbaycan Respublikası Avroat-
lantik Tərəfdaşlıq  Şurası  və NATO-nun "Sülh naminə  tərəfdaşlıq" Proqramı 
çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü 
ilə istifadə edir. FTƏP bu baxımdan NATO ilə  əməkdaşlığın yaxın və orta 
perspektivdə  daha da gücləndirilməsi yolunda mühüm bir vasitədir.   
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


91
www.aliyevheritage.org
Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi "Sülh Naminə Tərəfdaşlıq" 
proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan 
Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər.
"Sülh Naminə Tərəfdaşlıq" ("PARTNERSNIP FOR PEACE") proqramı Şimali 
Atlantika İtt ifaqının 1994-cü il yanvarın 10-11-də keçirilən Brüssel görüşündə 
irəli sürülmüş mühüm təşəbbüsüdür. 
Azərbaycan "Sülh Naminə  Tərəfdaşlıq" proqramına 1994-cü ildə qoşulub. 
Belə ki, həmin il mayın 4-də prezident Heydər Əliyev "Sülh naminə tərəfdaşlıq" 
proqramının çərçivə sənədini imzalayıb.
SNT proqramında müxtəlif dövlətlərin hərbi planlaşdırma prosesinin və müdafi ə 
büdcələrinin formalaşdırılmasının açıqlığına nail olunması əsas məqsədlərdəndir. 
Mütəmadi olaraq Azərbaycana səfər edən NATO ekspertləri rəsmi Bakıya 
sözügedən istiqamətdə texniki yardım göstərəcəklərini bəyan ediblər.
SNT proqramının ən vacib məqsədlərindən biri Silahlı Qüvvələr üzərində 
demokratik nəzarətin tətbiq edilməsidir. Bir müddət öncə Bakıda səfərdə olmuş 
NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi 
Robert Simmons Azərbaycanda ordu üzərində demokratik nəzarət mex-
anizminin yaradılmasının ən vacib addımlardan biri olacağını vurğulayaraq, 
bu çərçivədə Azərbaycana istənilən yardımın göstəriləcəyini bəyan edib.
"Sülh Naminə  Tərəfdaşlıq" proqramı  çərçivəsində  əsas məqsədlərdən biri 
də beynəlxalq  əməliyyatların aparılmasını  təmin etməkdir. Belə ki, BMT-nin 
himayəsi və ya ATƏT-in sanksiyası ilə aparılan  əməliyyatların keçirilməsinə 
kömək üçün vacib qüvvə, vasitə və hazırlıq səviyyəsinin saxlanılması da SNT-
nin məqsədlərinə daxildir.
SNT təlim və  məşğələlərində mütəmadi iştirak nəticəsində Azrbaycan 
NATO-nun rəhbərliyi altında aparılan sülhməramlı  əməliyyatlara qoşularaq 
Avro-atlantik təhlükəsizliyin təmin olunmasına fəal töhvə verməyə qadir 
olmuşdur. Azərbaycan silahlı qüvvələrinin hərbi bölmələri (taqım  şəklində) 
Türkiyə  hərbi kontingenti tərkibində Kosovo Qüvvələri və  Əfqanıstandakı 
Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində NATO Silahlı Qüvvələri ilə 
birgə xidmət ediblər. 
Eyni zamanda, sülhməramlı, xilasetmə  və humanitar əməliyyatların, o 
cümlədən digər sahələrdə  əməliyyatların keçirilməsindən ötrü iştirakçı 
dövlətlərin müvafi q bilik və bacarıqlarının artırılması diqqətdə saxlanılır. Bunun 
üçün birgə planlaşdırma, hazırlıq və təlimlərin keçirilməsi məqsədi ilə NATO 
Azərbaycanın NATO ilə əməkdaşlıq istiqamətləri
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə