Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə12/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   8   9   10   11   12   13   14   15   ...   116

44
www.aliyevheritage.org
Heydər Əliyev: Hörmətli baş katib!
Hörmətli qonaqlar!
Azərbaycana xoş  gəlmisiniz. Mən sizi səmimi qəlbdən salamlayıram. 
Azərbaycan 1994-cü ildən NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramında 
iştirak edir. İlk dəfə Brüsseldə NATO-nun qərargahında görüşlərim və “Sülh 
naminə  tərəfdaşlıq” sənədinə imza atmağım mənim xatirimdədir. Ondan 
təxminən 6 il keçibdir və bu müddətdə, hesab edirəm, bizim əməkdaşlığımız 
üçün çox işlər görülübdür. Təbiidir ki, biz bunu yüksək qiymətləndiririk. He-
sab edirəm ki, biz gələcəkdə də yaxşı əməkdaşlıq etməliyik.
Hörmətli baş katib, güman edirəm ki, siz də bu məqsədlə bizim bölgəyə 
gəlmisiniz.  Şəxsi nöqteyi-nəzərdən sizinlə yenidən görüşməyimdən çox 
məmnunam. Mən Moskvadakı görüşlərimizi və xüsusən Londondakı 
ətrafl ı söhbətimizi xatırlayıram.  İndi isə siz, nəhayət Cənuba, Azərbaycana 
gəlmisiniz.
Bilirəm ki, siz bir müddət bundan əvvəl Gürcüstanda olmuşdunuz. Ancaq 
Azərbaycanda, Ermənistanda, yəni üç Cənubi Qafqaz ölkəsinin ikisində olma-
mışdınız. İndi Ermənistanda oldunuz və nəhayət, Azərbaycana gəldiniz. Çox 
məmnunam. Buyurun
Corc Robertson: Cənab prezident, buraya ilk dəfə gəlmək və Sizinlə görüşmək 
imkanı məni sevindirir. Sizə məktubda yazdığım kimi, qəlbən təəssüfl ənirəm 
ki, qabaqcadan planlaşdırıldığı kimi, buraya sentyabrda gəlməyə imkanım ol-
madı. O vaxt Yuqoslaviyada böhran yarandı və bununla əlaqədar səfər plan-
larımı ixtisar etməli və yalnız Gürcüstana getməli oldum. Lakin onda mən, 
əlbətt ə, çox dəqiq şəkildə bəyan etmişdim ki, bütün Qafqaz dövlətlərinə səfərsiz 
mənim vəzifəm mükəmməl ola bilməz. Odur ki, buraya gəlmək və Sizinlə ar-
tıq üçüncü dəfə görüşmək imkanı məni çox sevindirir.
Siz özünüz indicə dediniz ki, Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proq-
ramına üzv olmasından artıq altı il keçmişdir. Biz Azərbaycanın bu proqramda 
mühüm rol oynamasını çox yüksək qiymətləndiririk. Azərbaycan xarici işlər 
nazirini burada görmək mənə xoşdur, çünki onlar mən bu vəzifəyə başladığım 
vaxtdan bəri, xüsusən iclaslarda, mühüm rol oynayırlar.  Əlbətt ə, Siz mənim 
NATO-nun baş katibi olduğum vaxtdan xeyli əvvəl bu ölkənin prezidentisi-
Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyevin NATO-nun baş katibi Lord Corc 
Robertsonu və onu müşayiət edən şəxsləri qəbul 
edərkən söhbətindən
Prezident sarayı, 16 yanvar 2001-ci il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


45
www.aliyevheritage.org
niz. Ancaq mənə elə gəlir ki, bizim ümumi cəhətlərimiz çoxdur, o cümlədən 
“Sülh naminə  tərəfdaşlıq” proqramına, yəni dünyanın bu çox önəmli regio-
nunda sülh, təhlükəsizlik, sabitlik məsələlərinə  dərin, həqiqi marağımız var.  
Mən gözəl Bakı şəhərinin seyrinə çıxmağı səbirsizliklə gözləyirəm, mənə Xəzər 
dənizini ilk dəfə görməyə imkan verəcək sübh cağını səbirsizliklə gözləyirəm.
Yeri gəlmişkən, mən Atlantik okeanının 10 metrliyində doğulmuşam, buna 
görə  də dünyanın mühüm dənizlərindən daha birini görmək imkanı  məni 
xüsusilə sevindirir.
Heydər Əliyev: Şotlandiya ilə Azərbaycan arasında oxşarlıq var.
Corc Robertson: Mən tam əminəm ki, olduqca çox oxşarlıqlar mövcuddur 
və biz burada qalacağımız bir gün ərzində onları aşkara çıxaracağıq.
Heydər Əliyev: Cənab baş katib, təşəkkür edirəm. Bir daha məmnun olduğu-
mu bildirirəm ki, siz Azərbaycana gəlmisiniz. Ancaq bunun üçün az vaxt ayır-
mısınız. Təbiidir ki, mənimlə söhbət aparmaq üçün və başqa görüşlər üçün də 
vaxt kifayətdir. Ancaq Bakı ilə tanış olmaq, Xəzər dənizini yaxşı görmək – bu, 
daha da çox vaxt tələb edir. Güman edirəm, bizim məsul şəxslər çalışarlar ki, 
siz qısa bir zamanda çox şey görəsiniz. Amma bizim üçün ən əsası odur ki, biz  
1994-cü ildə “ Sülh naminə tərəfdaşlıq “ proqramına daxil olarkən dünyanın 
hər yerində, o cümlədən Qafqazda da sülhün bərqərar olmasını özümüz üçün 
məqsəd  kimi qəbul etmişik. Elə proqramın adı da bunu sübut edir  -  “Sülh 
naminə tərəfdaşlıq”. Amma bilirsiniz ki, indi Qafqazda, Cənubi Qafqazda sülh 
yoxdur. Doğrudur, müharibə də yoxdur, amma sülh də yoxdur.
Siz Ermənistandan buraya gəlmisiniz, güman edirəm orada da söhbətlər 
olubdur. Ancaq, təəssüfl ər olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinə 
görə biz indiyə qədər Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll 
edə bilməmişik.
NATO birinci növbədə hərbi təşkilatdır. Ona görə, o, daha yaxşı bilir ki, kim 
münaqişədə günahkardır və münaqişənin nəticəsinin günahkarı kimdir. Əgər 
bu məsələyə ədalətli yanaşılsa, onu demək lazımdır ki, bu münaqişəni başla-
yan da Ermənistandır. Hələ 1988-ci ildə o, Azərbaycanın ayrılmaz hissəsi olan 
Dağlıq Qarabağa iddia edərək münaqişəni başlamış, sonra bu, müharibəyə 
çevrilmişdir. Bir necə il gedən müharibə, doğrudur, həm o tərəfdən, həm də bu 
tərəfdən müharibə şəklində getməyibdir. Ancaq müharibə olubdur və müxtəlif 
səbəblərdən – ona görə yox ki, müharibədə Azərbaycan Ermənistandan güc-
süz olubdur, - Ermənistan silahlı qüvvələri Azərbaycan  ərazisinin 20 faizini 
işğal edibdir. İşğal olunmuş torpaqlardan bir milyon azərbaycanlı zorla çıxa-
rılıbdır və artıq 7-8 ildir ki, onlar ağır vəziyyətdə, əksər hissəsi isə çadırlarda 
yaşayırlar.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


46
www.aliyevheritage.org
Bu ədalətsizlik bütün dünyanın gözünün qarşısındadır. O cümlədən NATO-
nun. Yenə  də deyirəm, NATO-nun əsas məqsədi-biz bunu belə anlayırıq, 
baxmayaraq, kimsə hesab edir ki, guya NATO hansısa hegemonluq məqsədi 
daşıyır, - heç olmasa Avropada sülh yaratmaqdan ibarətdir. Mən dedim ki, he-
gemonluğu biz demirik, bəziləri deyirlər. Əksinə, biz hesab edirik ki, bu sülhü 
təmin edən bir təşkilatdır. Siz özünüzü Yuqoslaviyada göstərdiniz, ədalətsizliyə 
qarşı çıxdınız. Ancaq burada ədalətsizlik hələ də mövcuddur. Güman edirəm, 
bu barədə biz sizinlə hələ danışarıq.
Bir sözlə, Cənubi Qafqazda təhlükəsizlik biz çox məsələlərdən asılıdır. An-
caq birinci növbədə Cənubi Qafqaz ölkələrində münaqişələrə son qoymaq la-
zımdır. Bunların içərisində isə Ermənistan-Azərbaycan münaqişəsi xüsusi yer 
tutur. Yəni bu, hansısa ölkənin hansısa bir etnik qrupu, ya azlığı arasında olan 
münaqişə deyil, iki müstəqil dövlət arasında olan münaqişədir. Həm Birləşmiş 
Millətlər Təşkilatının üzvü, həm ATƏT-in üzvü olan, həm də “Sülh naminə 
tərəfdaşlıq” proqramında bir yerdə  fəaliyyət göstərən iki ölkənin arasında 
gedən münaqişədir. Ona görə biz hesab edirik ki, bütün beynəlxalq təşkilatlar, 
o cümlədən NATO da bu işə çox diqqətli yanaşmalıdır. Belə vəziyyət daim da-
vam edə bilməz və davam etməməlidir.
Ona görə, yenə  də deyirəm, biz bir çox məsələləri müzakirə edə bilərik. 
Ancaq bizim üçün ən  əsas məsələ budur. Ona görə  mən bu barədə sizə öz 
fi kirlərimi söyləyirəm.
Corc Robertson: Cənab prezident, sağ olun. Mən sadəcə olaraq, bir məqamı 
şərh etmək istərdim. Bir halda ki, biz burada camaat qarşısında  görüşü-
rük, mən Kosovada vəziyyətin sabitləşdirilməsi  proseslərində  iştirak edən 
sülhməramlı qüvvələrinizə görə Sizə, hökumətinizə, xalqınıza təşəkkürümü 
bildirmək istərdim. Bu yəqin dünyanın indiyədək gördüyü ən böyük sülhya-
ratma əməliyyatıdır.  Əlbətt ə. Bu qoşunlara nəinki NATO ölkələrinin, habelə 
Rusiyanın, NATO üzvü olmayan dövlətlərin, o cümlədən də Azərbaycanın 
hərbi qulluqçuları daxildirlər. Bu yardıma görə Sizə çox minnətdarıq.
Dağlıq Qarabağ məsələsi barədə mən, sadəcə bildirmək istərdim ki, NATO 
bu məsələ ilə məşğul olmur, bu böhranda müxtəlif tərəfl ərin təqsirkarlığının 
dərəcəsini dəqiqləşdirmək NATO-nun işi deyildir. Siz yəqin artıq bilirsiniz ki, 
bu gün Azərbaycana səfərimizdən əvvəl Ermənistan prezidenti Kocaryan ilə 
mənim çox mühüm görüşüm olmuşdur və Sizə söyləyəcəyim sözləri ona da 
demişəm.    
Burada çox ciddi və mühüm problem var və bu, təkcə Cənubi Qafqaza de-
yil, həm də bütün regiona təsir göstərir. Biz bu problemi hər vasitə ilə  həll 
etməliyik. Əgər problem münaqişə iştirakçılarının özləri tərəfi ndən həll olun-
mamış qalsa, onda belə uzunmüddətli münaqişəni müşayiət edən iqtisadi, so-
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə