məqsədilə yaradılmış birliyidir. Məsələn, Azərbaycan dili və
ədəbiyyat fənn birləşməsi, riyaziyyat müəllimlərinin fənn birləşməsi,
biologiya müəllimlərinin fənn birləşməsi, ibtidai sinif müəllimlərinin
fənn birləşməsi və s. Siniflərin sayından asılı olaraq fənn
metodbirləşmələrində təmsil olunan müəllimlərin sayı da müxtəlif
olur. İbtidai sinif müəllimlərindən təşkil olunmuş fənn
metodbirləşmələrində daha çox müəllim təmsil olunur. Ona görə də
qabaqcıl məktəblərdə belə fənn metodbirləşmələrini bir neçə formada
təşkil edirlər. Elə məktəblər olur ki, orada I-IV siniflərin hər birindən
10 və daha artıq sinif fəaliyyət göstərir. Yəni məktəbdə sinif
müəllimlərinin sayı 40-dan artıq olur. Bu zaman həmin məktəblərdə I
siniflərdə dərs deyənlərin fənn metodbirləşmələri, II sinifdə, yaxud III
sinifdə və ya IV sinifdə dərs deyənlərin ayrı-ayrılıqda fənn
metodbirləşmələri təşkil olunur. İbtidai siniflərdə tədris olunan
fənlərin ümumi problemlərini müzakirə etmək üçün ibtidai sinif
müəllimlərinin hamısının təmsil olunduğu geniş tərkibli fənn
metodbirləşməsi də təşkil olunur.
Vahid metodbirləşmə bütün fənn metodbirləşmələrinin də
fəaliyyətinə şamil edilir. Yəni onlar ildə bir dəfə və ya ildə iki dəfə
(tədris ilinin əvvəlində və tədris ilinin sonunda) olmaqla vahid
metodbirləşmədə ən zəruri metodik işlərin müzakirəsinə həsr olunmuş
yığıncaq keçirirlər. Fənn metodbirləşmələrinin iş planına əsasən
aşağıdakılar daxil edilir:
-fənn proqramlarının müzakirəsi və müəllimlərə paylanması;
-dərsliklərdəki yeniliklərlə müəllimlərin tanış edilməsi;
-yeni pedaqoji texnologiyalardan istifadənin müzakirəsi,
innovasiya yenilikləri ilə onları tanış etmək;
-təlimin keyfiyyətinin yaxşılaşdırılmasına dair məsələlərin
müzakirəsi;
-təlimin tərbiyəedici xarakterilə bağlı söhbətin təşkili; -fənnin
tədrisində şagirdlərin bilik, bacarıq və vərdişlər sisteminin
formalaşdırılmasma dair məsələlərin müzakirəsi; -təcrübə
mübadiləsinə dair məsələlərin müzakirəsi; -qabaqcıl təcrübənin
təbliğinə dair müzakirələrin aparılması;
587
-fənn kabinetlərinin günün aktual tələblərinə uyğunlaşdırıl-
masına dair müzakirələrin aparılması;
-yoxlama yazı işlərinin təşkili və qiymətləndirilməsi;
-açıq və binar dərslərin təşkili və müzakirəsi və s.
14.8.
Məktəbdaxili nəzarət
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 iyun
tarixli “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat
Proqramının təsdiqi haqqında” adlı fərmanına uyğun olaraq
ölkəmizdə həyata keçirilən təhsil islahatları məktəbşünaslığm nəzəri
əsaslarının yenidən işlənməsini, o cümlədən məktəbin idarə
olunmasının yeni modelinin hazırlanmasını, məktəbdaxili nəzarətin
beynəlxalq standartlara cavab verə biləcək bir məzmunda qurulması
kimi işlər qarşıda təxirəsalınmaz vəzifələr kimi qoyulur.
Bu
vəzifələrin
müvəffəqiyyətlə
yerinə
yetirilməsində
məktəbdaxili nəzarətin xüsusi yeri var. Çünki məktəbdaxili nəzarətin
düzgün qurulması Azərbaycan təhsilinin Avropa təhsil məkanına
inteqrasiyasının dinamikasını artıran, təlim- tərbiyə işlərinin
məzmununu yaxşılaşdıran başlıca amillərdəndir. Ona görə də
məktəbdaxili nəzarəti Təhsil islahatına dair dövlət direktivlərinin
tələblərinə müvafiq olaraq aparılması zəruri hesab olunur.
Məktəbdaxili nəzarətin təhsilin məzmununun yaxşılaşdırılması.
təlim fənlərinin tədrisinin keyfiyyətinin yüksəldilməsi və tərbivə
isinin davranışla əlaqədar olan mənəvi keyfiyyətlərinin şagirdlərdə
hərtərəfli formalaşdırılması kimi ən başlıca istiqamətlər üzrə
qurulması kimi basa düşülür.
Təhsilin məzununun yaxşılaşdırılmasına əsas nəzarəti Təhsil
Nazirliyi həyata keçirir. Nazirliyin müəyyənləşdirdiyi “Təhsil
Sistemində Monitorinq və Qiymətləndirmə” qaydalarına uyğun olaraq
statistik təhlillər aparmaqla pedaqoji proses və onun iştirakçılarının
bütün fəaliyyət məzmununun qiymətləndirilməsinin yeni metodlarını
(üsullarını), prinsip və yollarını, bir sözlə bu işə yeni elmi yanaşma
kontekstini müəyyənləşdirmişdir. Ona görə də məktəbdaxili nəzarət
588
mexanizmini elə qurmaq lazımdır ki, təhsil monitorinqinin aparılması
işinə nəinki mane olmasın, hətta onun düzgün tənzimlənməsini təmin
etmiş olsun. Əslində müasir məktəbdə məktəbdaxili nəzarətin həyata
keçirilməsində məktəb rəhbərliyi tərəfindən aparılan monitorinq və
qiymətləndirmə işi ən yeni pedaqoji texnologiyalardan hesab olunur.
Ona görə də hər bir məktəb rəhbəri pedaqoii kvalimetrivanın
gücündən istifadə etməklə daxili monitorinq apara bilər. Başqa sözlə
desək, direktor kvalimetrivadan məktəbdaxili nəzarətin əsas meyarı
kimi istifadə edə bilər. Kvalimetriya “kvali” və “metro” sözlərinin
birləşməsindən əmələ gəlmişdir. “Kvali” latın sözü olub “keyfiyyət”
mənasını, “metro” isə yunan sözü olub “ölçürəm” mənalarını bildirir.
Bu sözün pedaqoji yozumu təhsil müəssisəsinin idarə olunması
sisteminin məzmununu, pedaqoji prosesin keyfiyyətini öyrənən,
qiymətləndirən, bir sözlə ekspertizadan keçən bir üsul kimi anlaşılır.
Professor Abdulla Mehrabov yazır ki, təhsil müəssisəsinin
monitorinqi - onun fəaliyyətinin təmin edilməsi, vəziyyətinin
izlənməsi,
vaxtı-vaxtında
nizamlanması
və
inkişafın
proqnozlaşdırılması məqsədilə məlumatların toplanılması, təhlili və
saxlanılması sistemidir.
Deməli, məktəbdaxili nəzarəti həyata keçirmək üçün mütəmadi
olaraq monitorinqlərin aparılması daha faydalıdır. Bunun üçün
məktəb rəhbərlərinin aşağıdakılara əməl etmələri məqsədəmüvafıq
hesab olunur:
1.
Təhsil müəssisəsinin yerləşdiyi inzibati ərazinin, təhsil
standartlarına uyğunlaşdırılmasma və sosial-mədəni şəraitin
yaxşılaşdırılmasına nəzarət olunması;
2.
Təhsilin məzmununun yaxşılaşdırılmasına nəzarət;
-
fənlərin tədrisinin keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət;
-
müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına nəzarət;
-
tədris proqramlarının və dərsliklərdəki dəyişikliklərin
izlənilməsi;
-
metodiki işlərin düzgün qurulmasına nəzarət
3.
Şagirdlərin psixoloji inkişafının nəzarətdə saxlanılması;
589
Dostları ilə paylaş: |