göstərirlər. Bu rəqəmin üstünə 30 mindən artıq ali təhsilli gəncin
istehsalata yollanmasmı da gəlmiş olsaq qeyd etməliyik ki, hər il 100
mindən artıq gəncin istehsalata yollanmaq ehtimalı var. Onların da
demək olar ki, hamısı orta məktəbdən pərvazlanır. Onda belə qənaətə
gəlmək olar ki, orta ümumtəhsil məktəblərində hüquq sahələrinin
vətəndaşlıq hüququ, mənzil hüququ, ailə hüququ, əmək hüququ və
sairlə yanaşı yetişən nəslin nümayəndələrinə, onların hamısı üçün
zəruri sayılan vergi hüququ barədə məlumatların verilməsinə ehtiyac
var. Bu məlumatları isə onlar müzakirəsini tövsiyyə etdiyimiz “Vergi
hüququ” kitabının (dərsliyinin) müzakirəsi prosesindən əldə edə
bilərlər. Kitabın müzakirəsi zamanı məktəblilər vergi hüququnun
aşağıdakı məsələləri barədə ən yığcam məlumatları əxz edə bilərlər:
- Vergi hüququ anlayışı, predmeti və metodu. Bu zaman şagirdlər
üçün aydın olur ki, vergilərin qoyulması dövlət və bələdiyyələrin pul
(maliyyə) fondlarının formalaşması, bölgüsü və istifadəsindən ibarət
olan maliyyə fəaliyyətinin mühüm tərkib hissəsidir. Ölkənin
sosial-iqtisadi inkişafının, təhlükəsizliyi və müdafiə qabiliyyətinin
təmin olunması üçün tələb olunan maliyyə ehtiyyatlarınm vəziyyəti
birbaşa vergitutmadan asılıdır.... Vergi hüququnun predmeti hüquqi və
fiziki şəxslərə qanunların tələblərinə uyğun olaraq vergilərin
qoyulması, dəyişdirilməsi, onlardan tutulması və büdcə sisteminə,
habelə zəruri hallarda büdcədən kənar fondlara yönəldilməsi
prosesində dövlət (bələdiyyə) orqanları, vergi büdcələri və vergi
agentləri arasında yaranan ictimai münasibətlər (Bax. D.Vəliyev,
Y.Balakişiyeva, İ.Rəfibəyli, E.İmanov, E. Qarabalov. Vergi hüququ.
Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2003, səh. 18-19)
Deyilənləri yekunlaşdırarkən bir daha qeyd etmək vacibdir ki,
yetişən nəslin hüquq tərbiyəsinin hərtərəfli inkişaf etdirilməsi,
formalaşdırılması və təkmilləşdirilməsi qarşıda duran ən
təxirəsalınmaz vəzifələrdən hesab olunur.
575
B^ndl>№ın
XIV Fəsil: Məktəbşünashğın əsasları
14.1.
Məktəbin idarə olunması
Elmi pedaqoji ədəbiyyatda “İdarəetmə sistemi” deyilən anlayış
mövcuddur. “İdarəetmə sistemi”, “İdarəetmə sistemləri” şəklində
ifadə olunsa da mahiyyət etibarilə ikisi də eyni mənanı bildirirlər.
“Sistem” ifadəsi cəmlik mənasında işlədildiyi üçün bu sözə cəm
şəkilçisinin artırılması məntiqə uyğun deyildir. “İdarəetmə
sistemi”nin isə böyük bir şəbəkəsi vardır. Burada “Təhsil sistemi”
daha geniş iş sistemini özündə əks etdirir. “Təhsil sisteminin idarə
olunması anlayış olaraq “İdarəetmə sistemi” anlayışını da özündə
ehtiva edir. Buraya məktəbəqədər tərbiyə müəssisələrinin, orta
ümumtəhsil, orta ixtisas məktəblərinin (litsey-məktəb, gimnaziya,
kollec, texnikum və s.) və ali təhsil müəssisələrinin (institut,
universitet, akademiya və s.) idarə olunması daxildir. Orta
ümumtəhsil məktəblərinin idarə olunmasından bəhs edən sahəyə, yəni
pedaqoji elmin sahələrindən birinə “Məktəbşünaslıq” deyilir.
Məktəbşünaslıq keçmiş sovetlər məkanında məktəbin idarə
olunmasından bəhs edən metodik iş kimi məhdud bir çərçivədə
öyrənilirdi. Hazırda ölkəmizdə həyata keçirilən təhsil islahatlarının
tələblərinə uyğun olaraq məktəbin idarə olunması dünyəvi təhsilin,
Avropa Təhsil siteminin aparıcı ideyalarına istinad edilərək həyata
keçirilməsi məqsədəmüvafıq hesab olunur.
Amerikada, Avropa dövlətlərində, eləcə də Asiyada ümumtəhsil
məktəblərinin idarə olunmasında çoxçeşidli idarəetmə formaları
mövcuddur. Bu ölkələrdə mövcud olan orta ümumtəhsil
məktəblərinin növləri kimi fəaliyyət göstərən litseylər(lisey də
deyilir.), litsey-məktəblər, təmayül məktəbləri, gimnaziyalar, kilsə
məktəbləri, axşam məktəbləri, qiyabi məktəblər, distant məktəblər,
bazargünü məktəbləri, evdə
576
məktəblər, surdo-məktəblər, tiflo-məktəblər, aliqofren-mək- təblər və
s. müxtəlif idarəetmə formaları tətbiq edilməklə işləyir. Amerika və
Avropa məktəblərinin bir çoxunda məktəb “Kurrikulum”lar əsasında
idarə olunur.
Artıq Azərbaycan Respublikasında da, Avropa məkanına
inteqrasiya olunmağa başladığı hazırki şəraitdə orta ümumtəhsil
məktəblərinin yeni formaları yaranmağa başlayır. Hansı ki, həmin
məktəblərin hər biri yeni idarəetmə metodları tətbiq etməklə öz
işlərini Avropa və dünya standartlarına uyğun olaraq qurmağa
üstünlük verirlər. Ona görə də müasir məktəbşünaslığm strukturunda
aparılan dəyişikliyin dinamik vüsət alması və beləliklə beynəlxalq
standartlara uyğunlaşdırılması ən mühüm zərurətə çevrilmişdir.
Hazırki şəraitdə məktəbşünaslığı metodik işin sahəsi kimi
məhdudlaşdırmaq da düzgün sayıla bilməz. Çünki müasir məktəblərdə
artıq elmi-nəzəri komponentlərin, yeni pedaqoji texnologiyaların,
kafedraların, təhsil monitorinqlərinin, yeni innovasiyalarm yaranması,
təşkili və tətbiqi idarəetmə sahəsində də yeni formaların üzə
çıxmasına imkan yaradır.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
USESKO-nun xoşməramlı səfiri. Millət Vəkili Mehriban xanım
Əliyevanın şəxsi təşəbbüsü ilə yeniləşən ölkəmizdə yeni tipli
məktəblərin yaradılması ilə bağlı irəli sürülən yeni layihələr məktəbin
idarə olunması ilə bağlı məktəb rəhbərləri qarşısında ciddi vəzifələr
qoyur. Bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün
məktəbşünaslığm da beynəlxalq standartlara cavab verməsi vacib
hesab olunur.
14.2.
Məktəbin idarə olunmasının mahiyyəti və məzmunu
Məktəbin idarə olunması dedikdə məktəb rəhbərinin əsas
məqsədinə uyğun olaraq təlim, tərbiyə, tədris işlərinin düzgün
planlaşdırılması, planlaşdırılmış işin məqsədyönlü təşkili, təşkil
olunmuş işə mükəmməl nəzarəti, təhsil direktivlərinin tələblərinə
uyğun olaraq yeni pedaqoji texnologiyaların tətbiqi ilə bağlı
araşdırmalar aparılması, düzgün nəticələr çıxarılmasına yönəldilmiş
fəaliyyəti başa düşülür.
577
Dostları ilə paylaş: |